Ətraf müHİTİn monitoriNQİ


Çirkab suların tərkibinə nəzarət.Mexaniki qarışıqların təyini



Yüklə 164,68 Kb.
səhifə22/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   18   19   20   21   22   23   24   25   ...   38
ƏMM.müh.

8.Çirkab suların tərkibinə nəzarət.Mexaniki qarışıqların təyini.


Texnoloji proseslərin növündən və rejimindən asılı olaraq sənaye müəssisələrində çirkab suların tərkibi cüzi dəyişə bilər. Ona görə texnoloji sxemi tərtib etməmişdən əvvəl, axınlarına nəzarət olunacaq texnoloji prosessləri diqqətlə öyrənmək lazımdır. Əgər çirkab suyun (tərkibi və sərfi) texnoloji sənayedə iş müddətində cüzi dəyişirsə, onda çirkab suya nəzarəti bərabər vaxt ərzində götürülən nümünələrin orta qiymətində aparılır. Əgər çirkab suyun sərfi və tərkibi müəyyən vaxt təyin olunur. O zaman suyun təmizləmə qurğusundan keçmə vaxtını nəzərə almaq lazımdır. Çirkab sudan nümünə poluietilen və ya borosilikat şüşədən hazırlanmış təmiz qabda götürülür. Götürülmüş nümünə üzərində analizi 12 saatdan gec olmayaraq aparmaq lazımdır. Əks halda böyük vaxt ərzində çirkab sudan götürülmüş nümünədə bəzi dəyişiklər baş verə bilər. Çirkab suların tərkibinə nəzarət üçün suyun orqanolentika göstəricilərinin ölçülməsi, H+ ionlarının qatılığı, kobuddispersli maddələrin saxlanması, oksigenin kimyəvi mənimsənilməsi (OKM), suda həll olmuş oksigenin miqdarı, oksigenin biokimyəvi mənimsənilməsi (ОBМ). BBQ-nın (buraxıla bilən qatılıq) normalaşmış zərərli maddələrin qatılığının ölçülməsi aparılır. Çirkab suların tərkibinin analizində orqanolentiki göstəricilərdən ikisinə - rəngə və iyə nəzarət edilir. Suyun rəngini müxtəlif dalğa uzunluğunda işığın spektrofotometrdə optiki sıxlığını ölçməklə müəyyən edirlər. Çirkab suyun götürülmüş nümunəsi əvvəlcə 2 saat çökdürülür, filtrdən keçirıldikdən sonra 10 mm qalınlıqda xüsusi küveytə tökülür. Rəngi fotometr və ya elektrofotokolorimetrin köməyi ilə təyin edilir. İyə nəzarət keyfiyyət xarakteri daşayır. Belə analiz ya otaq temperaturun da ya da kolbada suyu 320-3400K qızdırmaqla aparılır. H + ionlarının qatılığı pH ilə köstərilir. Çirkab sularında pH miqdarı elektrometriki üsulla təyin olunur. Ölkə sənayesində ЛП-5, МТ-58, ЛПУ-01 və başqa markalı pH-metrlər buraxılır. Çirkab sularda kobud dispers qarışıqların təyinində mexaniki qarışıqların qatılıqlarını və hissəçiklərin fraksiya tərkibini ölçüllər. Ondan ötrü çirkab suların nümünəsini xüsusi filtr elementlərindən keçirdikdən sonra “quru” çöküntünün miqdarını ölçüllər. Bu xüsusiyyətlərdən başqa dövri olaraq mexaniki qarışıqların üzmə (çökmə) sürətini hesablayır. OKM ölçüsü güclü oksidləşdiricilərlə reaksiyasında suda reduksiya edicinin ümumi tərkibi ilə xarakterizə olunur. OKT (oksigenin kimyəvi tələbatı) – suda olan bütün reduksiya edicilərin oksigenləşdirmək üçün lazım olan oksigenin miqdarı ilə xarakterizə olunur. İstehsalatda çirkab suların oksidləşməsi sulfat turşusunun kalium dixromat məhlulunda aparılır. OKT ölçülməsi iki qrup üsulla aparılır: uzun müddətli vaxt ərzində yüksək dəqiqliklə aparılan arbitraj üsul və sürətli üsul. Bu üsul gündəlik analizlərdə tətbiq edilir. Çirkab sularda həll olmuş oksigenin miqdarını axırıncı təmizləmə prosesindən sonra su tutumuna tökülməsindən əvvəl ölçülür. Bu həm suyun korroziya etmək xassəsinə qiymət verməyə, həmdə oksigenin bioloji mənimsəməsinin təyin etməyə imkan verir. Həll olmuş oksigenin kiçik qatılıqlarında kaloriki üsulundan istifadə esilir. Suda həll olmuş oksigenin qatılığını avtomatiki təyin etmək üçün aşağıdaki cihazlardan istifadə edilir: ЭГ 152-0,03; 0 – 0,01 kq/m3 ; АКП-1 0-0,01 və 0,04- 0,02 kq/m3 və “oksimetr” 0-0,01 və 0,01-0,02 kq/m3 hədlərində. OBKT (oksigenin biokimyəvi tələbatı) – suda baş verən bioloji proseslər nəticəsində 1 litr çirkab suda olan üzvü maddələrin aerobik oksidləşməsi üçün lazım olan oksigenin miqdarı tutulur. OBKT vaxt ərzində həll olmuş oksigenin miqdarının dəyişməsi analizi əsasında hesablanır. O da, öz növbəsində, çirkab su nümünəsində olan üzvü maddələrin göstərilən vaxt ərzində oksidləşməsinə sərf olunan oksigenin miqdarını göstərir. Çirkab suların təmizlənməsi texnoloji sxeminin müxtəlif pillələrində zərərli maddələrin qatılığını ölçən BBQ ilə təmin olunur. BBQ su hovuzundan əvvəl axırıncı təmizlənmə pilləsini yoxlayır.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə