Ətraf müHİTİn monitoriNQİ


FƏRDİ AKTİV DOZİMETRİYA ÜSULLARI



Yüklə 164,68 Kb.
səhifə11/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   7   8   9   10   11   12   13   14   ...   38
ƏMM.müh.

FƏRDİ AKTİV DOZİMETRİYA ÜSULLARI.
İş növbəsi ərzində işçi zonanın müxtəlif yerlərində fəhlə və qulluqçular zərərli maddələrin müxtəlif dozasını qəbul edirlər. Buna görə də mümunələrin iş növbəsi ərzində fasiləsiz və periodik götürülməsi daha məqsədəuyğundur. Bundan ötəri özü səbəst işləyə bilən fərdi nümunə götürücülər_dozimetrlər ixtira edilmişdir.Bu dozimetrlər aşağıdakı konstruktiv hissələrdən ibarətdir: mikrokompressor , sürət və ya həcm sayğacı, filtr və ya uducu kollektor. Bu cür cihazların ən sadəsi VB2 – 02 markalı dozimetrlərdir. Onun işçi temperaturu müsbət 10 - 35 0S təşkil edir. Bu dozimetrlərdən havanın nisbi nəmliyi 80 %-ə qədər olan hallarda istifadə etmək olar.Bunlar əsasən radioaktiv aerozolların standart filtrlər tərəfindən tutulması üçün nəzərdə tutulmuşdur. Dozimetrin mikrokompressoru 6V-luq element və ya akkumulyatordan gidalanır. Havanın dozimetrə verilmə sürəti dəqiqədə 1 L qədər olur. Bu dozimetrlərin fasiləsiz iş müddəti 7-8 saatdır.
FƏRDİ PASSİV DOZİMEYRİYA: - Fərdi passiv dozimetriya son illərin elmi nailiyyətlərindəndir. Aktiv dozimetriyadan fərqli olaraq, passiv dozimetriya zərərli kinyəvi maddələrin havadan xüsusi uduculara sərbəst diffuziya etməsinə əsaslanmışdır. Bu tip dozimetrlərdə aspirasiya vasitələri (mikrokompressor) tələb olunmadığından, onlar çox yunğul, istifadəsi asan, iqtisadi cəhətdən çox əlverişlidirlər.Fərdi passiv dozimetrlər fəhlə və qulluqçuların iş geyimi üzərinə taxılır və əmək fəaliyyəti zamanı heç bir narahatlıq törətmir. Onlar sənaye miqyasında istehsala 1985-ci ildən başlanmışdır. Hazırda fərdi passiv dozimetrlərin 10-a qədər müxtəlif tipləri istehsal olunur.
Fərdi passiv dozimetrlərin iki növü məlumdur:
1.Diffuziyalı dozimetrlər
2.Nüfuzetmə tipli dozimetrlər
DİFFUZİYALI DOZİMETRLƏR-: Bu tip dozimetrlərin iş prinsipi zərərli maddə molekullarının sabit hava layından, qatılıq qradiyentinə müvafiq olaraq, sorbentə diffuziya etməsinə əsaslanmışdır.Fik qanununa görə, diffuziyanın sürəti aşağıdakı kimi ifadə edilə bilər:

W = - DA


Burada W- diffuziya sürətidir; D - diffuziya əmsalıdır; A – diffuziya layının en kəsik sahəsidir; - qatılıq qradiyentidir. Mənfi işarəsi diffuziyanın qatılığın azalması istiqamətində getdiyini göstərir. x1 – x0 = -L məsafəsində qatılıq qradiyentinin c1 – c0 olduğunu nəzərə alsaq:

W = DA . c1 - c0 / L


Burada L - diffuziya yolunun uzunluğudur; c1 zərərli maddənin sorbentin səthindən x1məsafəsində havadakı qatılığıdır; co –sorbentin səthində zərərli maddənin qatılığıdır.
Sorbentin səthinə çatan zərərli maddə molekulları sorbent tərəfindən dərhal udulduğundan, sorbentin səthində zərərli maddənin qatılığı c = 0 olacaqdır. Bunu nəzərə alaraq , sonuncu bərabərliyin hər iki tərəfini zamana ( τ ) vursaq udilan zərərli maddənin miqdarını hasablamış olarıq:
τ . W = D . A τ
τ۰ W = m : = K

m = K ۰C1τ


Burada m- udulan zərərli maddənin miqdarıdır; K – passiv dozimetrin effektiv udulma sürətidir. Passiv dozimetr üçün K = 15 50 olur.



Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə