Ətraf müHİTİn monitoriNQİ


Passiv dozimetriyaya təsir göstərən faktorlar



Yüklə 164,68 Kb.
səhifə13/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   9   10   11   12   13   14   15   16   ...   38
ƏMM.müh.

Passiv dozimetriyaya təsir göstərən faktorlar:-bunlar temperatur diffuziya əmsalına, udulma əmsalına, rəngli reaksiyaların sürətinə, adsorbent aktivliyinə təsir göstərir. O cümlədən, təzyiq də diffuziya əmsalına və qatılığa təsir edir. Ona görə də xüsusi qurucular tətbiq olunur.
Təbii mühitin vəziyyətinin müşahidə və nəzarətinin kontakt metodları qeyri-kontakt metodlarla tamamlanır ki, bu da zondlayıcı sahələrin (elektromaqnit, akustik, qravitasiya) iki xüsusiyyətinə əsaslanır: nəzarət edilən obyektlə qarşılıqlı təsiri həyata keçirir və alınmış informasiyanı vericiyə çatdırır. Zondlayıcı sahələr geniş informasiya göstəricilərinə və obyektin maddəsi ilə qarşılıqlı təsirlərin müxtəlif effektlərinə malikdirlər. Qeyri-kontakt nəzarət vasitələrinin işləmə prinsipi şərti olaraq, passiv və aktiv nəzarətə bölünürlər: passiv – nəzarət obyektinin özündən gələn zondlayıcı sahənin qəbulu ilə həyata keçirilir; aktiv isə - mənbə tərəfindən yaradılan əks olunmuş, keçən və ya yenidən şüalandırılan zondlayıcı sahələrin qəbuludur. Atmosferin qeyri-kontakr nəzarəti radioakustik vasitəsilə həyata keçirilir. Əvvəllər radiodalğalar ionosferin vəziyyətinin analizi üçün istifadə edilirdi (dalğaların əks olunması və sınması), daha sonra santimetrlik dalğalar yağıntıların, buludların, atmosferin turbulentliyinin tədqiqi üçün tətbiq edildi. Radioakustik metodların tətbiq sahəsi hava mühitinin nisbətən lokal həcmləri ilə məhdudlaşır (radiusu 1-2 km) və onları yerüstü şəraitdə və aerodaşıyıcıların göyərtəsində istifadə etməyə imkan verir. Əks olunmuş akustik siqnalın yaranma səbəblərindən biri kiçikmiqyaslı temperatur qeyri-bircinsliklərdir ki, onlar temperatur dəyişikliklərini, küləyin sürət profilini, dumanın yuxarı sərhədlərini nəzarət etməyə imkan verir. Lidar (lazer) zondlanmasının prinsipi ona əsaslanır ki, lazer şüası yayıldığı zaman molekullar, hissəciklər, havanın qeyri-bircinslikləri tərəfindən udulur, öz tezliyini, impulsun formasını dəyişir, nəticə etibarı ilə flüoressensiya yaranır ki, bu da ətraf mühitin təzyiq, sıxlıq, temperatur, rütubət, qazların, aerozolların konsentrasiyası, küləyin sürəti kimi parametrlərini keyfiyyət və kəmiyyətcə dəyərləndirməyə imkan verir.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə