Ətraf müHİTİn monitoriNQİ


HAVA NÜMUNƏLƏRININ GÖTÜRÜLMƏSININ DIGƏR ÜSULLARI: HAVANIN ANALİZİNİN FİZİKİ ÜSULLARI



Yüklə 164,68 Kb.
səhifə16/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   12   13   14   15   16   17   18   19   ...   38
ƏMM.müh.

HAVA NÜMUNƏLƏRININ GÖTÜRÜLMƏSININ DIGƏR ÜSULLARI: HAVANIN ANALİZİNİN FİZİKİ ÜSULLARI.
Havada olan zərərli maddələrin analiz edilməsi üçün aşağıdakı fiziki üsullarından istifadə olunur:
1.Qaz xromatoqrafiyası.
2.Maye xromatoqrafiyası.
3.Nazik lay xromatoqrafiyası.
4.İon xromatoqrafiyası.
5.Spektroskopiya üsulları.
6.Fotometriya.
Ən geniş istifadə olunan analiz üsulu qaz xromatoqrafiyasıdır.Qaz xromatoqrafiyası üsulunu həyata keçirmək üçün istifadə edilən cihaz isə müvafiq olaraq xromatoqraf adlanır. Xromatoqraf aşağıdakı əsas hissələrdən ibarətdir:
1.Daşıyıcı qazın hazırlanması və təmizlənməsi bloku.
2. Nümunəni xromatoqrafa verilməsi bloku.
3.İçərisində xromatoqrafik kalon yerləşdirilmiş termostat.
4.Dedoktor.
5.Özüyazan patensiomert və ya inteqrator.
Qaz xromatoqrafiyasının mahiyyəti zərərli maddələr qarışığının daşıyıcışı qaz vasitəsi ilə aparılan xromatoqrafik kalonda ardıcıl baş verən adsorbsiya və desorbsiya prosesləri nəticəsində müxtəlif sürətlə hərəkət edərək kalonun çıxışında ayrı-ayrılıqda çıxmasına əsaslanmışdır . Analiz olunan hər bir maddə xromatoqrafik kalonda saxlanma həcmi adlanan göstəricilərlə xarakterizə olunur. Xromatoqrafik kalonda qalma vaxtı aşağıdakı kimi ifadə oluna bilər.
t = t1 - t2
burada t1 - analiz olunan maddənin boş xromatoqrafik kalondan keçmə müddətidir: t2 - həmin maddənin xromatoqrafik faza ilə doldurulmuş kalondan keçmə müddətidir.
Xromatoqrafik kalonda saxlanma həcmi isə aşağıdakı kimi ifadə oluna bilər:
V = t ۰ v
Burada v –daşıyıcı qazın xromatoqrafik kalondakı xətti sürətidir.
Xromatoqrafik kalonlar paslanmayan poladdan, şüşədən və ya polimer materiallardan hazırlanan kiçik diametrli borucuqlardır.Xromatoqrafik kalonun içərisinə xüsusi üsulla hazırlanmış xromatoqrafik faza – adsorbent doldurulur.Laboratoriya şəraitində xromatoqrafik fazanı hazırlamaq üçün bərk daşıyıcı kimi müxtəlif temperaturlarda tablaşdırılmış dolomit mənşəli təbii və ya süni süxurlardan istifadə edilir. Hazırlanmış bərk fazanın üzərinə adətən maye fazada hopdurulur. Maye faza kimi analiz edilən maddənin təbiətindən asılı olaraq, müxtəlif silikon yağlarından polietilenqlikollardan geniş istifadə olunur.
Xromatoqrafik kalonun işini rektifikasiya kalonunun işinə bənzətmək olar. Bu nöqteyi nəzərdən, xromatoqrafik kalondakı nəzəri boşqabların sayı aşağıdakı kimi hesablana bilər:
n = k [ ]2
burada a 0,5 – xromatoqrafik pikin yarı hündürlüyündən olan enidir.
Onda nəzəri boşqablar arasındakı məsafə:
H =
Burada L - xromatoqrafik kalonun uzunluğudur.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə