Ətraf müHİTİn monitoriNQİ


NÜFUZ ETMƏ TİPLİ FƏRDİ PASSİV DOZİMETRLƏR



Yüklə 164,68 Kb.
səhifə12/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   8   9   10   11   12   13   14   15   ...   38
ƏMM.müh.

NÜFUZ ETMƏ TİPLİ FƏRDİ PASSİV DOZİMETRLƏR: - Nüfuz etmə tipli fərdi passiv dozimetrlərin iş prinsipi zərərli maddə molekullarının qatılıq qradiyentinə müvafiq olaraq membrandan keçmək və havadan sorbentin nüfuz etməsinə əsaslanmışdır. Bu tip dozimetrlərdə zərərli maddə sabit hava layından deyil, membrane molekullarından keçərək absorbsiya olunur. Buradan belə nəticəyə gəlmək olar ki, dozimetrin işlənməsinin əsas şərti zərərli maddə molekullarının membrandan keçə bilməsidir. Membrandan keçən zərərli maddənin miqdarı:
m = P ۰A ۰ ۰ τ
Burada P – zərərli maddənin membrandan nüfuz etmə dərəcəsidir; A- membranın səthinin sahəsidir; C1 – zərərli maddənin hava mühitindəki qatılığıdır; C0 - zərərli maddənin adsorbentin səthindəki qatılığıdır; L – membranın qatılığıdır.
Adsorbentin səthində zərərli maddə molekulları ani olaraq udulduğundan C0 = 0 olur.

m= P۰ A ۰ ۰ τ


Zərərli maddənin havadakı qatılığını isə aşağıdakı kimi müəyyən edirlər:
C1 =
Burada m- udulan maddənin miqdarıdır; K udulma əmsalıdır; τ- udulma müddətidir.
K =
Bu kəmiyyət membranın materialından və zərərli maddənin xarakterindən asılıdır və onu təcrübi yolla müəyyən edirlər.
Passiv dozimetrlərin klassifikasiyasına gəldikdə bunları 5 qrupa bplmək olar: 1) “S “ tipli ( ancaq sorbentli) ; 2) “SD “ tipli ( sorbentli və diffizorlu); 3) “SM” tipli (sorbentli və membranlı); 4 ) SMD və SDM tipli ( diffizorlu, membranlı və sorbentli); 5) Digər tip dozimetrlər.
Sorbentlər bütün tip dozimetrlərin əsas elementi olub, bərk və maye olmaqla iki qrupa ayrılır. Bərk sorbent kimi 0,4 ÷ 1,25 mm fraksiyalı aktiv kömürdən istifadə olunur. Onu 350 0S temperaturda aktivləşdirirlər ( inert qaz mühitində). Maye sorbentlər kimi müxtəlif həlledicilərdən istifadə edirlər. Diffuzor konstruktiv element olub, dozimetrin stabil işini təmin edir. Membran sorbenti işçi zonanın havasının parametrlərinin dəyişməsindən qoruyur. Ən universal membran silikon rezinindən hazırlanır.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə