Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə27/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   22   23   24   25   26   27   28   29   30

www.vivo-book.com 
 
133 
–  Qoca,  çox  götür-qoy  edirsən,  yaman  çox  baş 
aparırsan  ha,  –  dedi,  sonra  da  düşündü:  “Amma  sən 
dentusonu həvəslə öldürdün. O da sənin kimi balıqları yeyib 
yaşayırdı, heç də yırtıcı balıqların bəzi növləri kimi leşyeyən 
qarınqululardan deyildi. Heç nədən, heç kimdən çəkinməyən 
cəsur, gözəl balıq idi”. 
–  Mən  onu  öz  canımı  qorumaq  xətrinə,  özü  də 
məharətlə öldürdüm, – bunu ucadan dedi.  
“Bir  də  axı  hamı  bir-birini  və  ya  nəyisə  müəyyən  bir 
yolla,  bir  bəhanə  ilə  öldürür,  –  o  düşündü.  –  Balıq  ovu  bir 
yandan  məni  ölməyə  qoymadığı  kimi,  o  biri  yandan  da 
dirigözlü  öldürür.  Həm  öldürür,  həm  yaşadır.  Oğlan  – bax, 
məni  yaşadan,  məni  ölməyə  qoymayan  oğlandır.  Özün 
özünü bu qədər də aldatma, qoca”. 
O,  qayığın  kənarından  aşağı  əyildi,  yekədişin 
parçaladığı  yerdən  bir  tikə  ət  qopardıb,  ağzına  qoydu, 
çeynəyə-çeynəyə  dadını,  keyfiyyətini  təyin  etdi.  Bir  qədər 
bərk  olsa  da,  çox  ləzzətli  və  şirəli  idi;  mal  ətinə  oxşayırdı, 
amma rəngi ağ idi. 


www.vivo-book.com 
 
134 
Qoca  yaxşı  bilirdi  ki,  keyfiyyətinə  görə  bu  balıq 
bazarda  çox  baha  qiymətə  satılacaq.  Dənizin  suları  ətin 
iştahaçan  gözəl  ətrini  də,  dadlı  şirəsini  də  büsbütün  yuyub 
aparırdı,  qoca  isə  bunun  qabağını  ala  bilmirdi.  Bu  hələ 
harasıdır,  işin  çətini  hələ  qabaqdaydı  və  qoca  bunu  yaxşı 
bilirdi.  
Külək  istiqamətini  azca  şimal-şərqə  dəyişdirmişdi, 
deməli,  kəsməyəcəkdi.  O,  uzaqlara  göz  gəzdirdi;  nə  bir 
yelkənli qayıq, nə də  tüstüləyən  bir gəmi  görə bildi. Yalnız 
qanadlı  balıqlar  dənizdən  çıxıb  qayığın  bu  tərəfindən  o 
tərəfinə sıçrayırdılar. Orda-burda kəhrəba rənginə çalan sarı 
yosunların əmələ gətirdiyi adalar görsənirdi. Bir dənə də quş 
gözə  dəymirdi.  Qayıq  iki  saat  olardı  ki,  üzürdü.  Qoca  bir 
hovur dincəlmək üçün böyrü üstə uzanmışdı. Özünə gəlmək 
və  bir  qədər  güc  toplamaqdan  ötrü  balığın  ətindən  çeynədi. 
Bu  vaxt  qayığa  yaxınlaşan  qoşa  köpəkbalıqlarından 
birincisini, qabaqdakını görüb bərkdən «ayy» elədi. Heç nə 
ifadə eləməyən bu söz, əslində heç söz deyildi, ovcuna mıx 
batmış adamın ağzından biqafil çıxan çığırtıya oxşar bir səs 
idi.  


www.vivo-book.com 
 
135 
– Galano!
8
 – qoca bərkdən qışqırdı.  
Birinci üzgəcin arxasınca ikinci üzgəc də sudan sıyrılıb 
çıxdı  və  qonur  rəngli  üçbucaq  pərləri,  bir  də  suyu  aramsız 
dalğalandırıb  köpükləndirən  quyruqları  görəndə  bunların 
yastı,  enliburun köpəkbalıqları olduğunu qoca  dərhal tanıdı 
–  aclığın  quduzlaşdırdığı  yırtıcılar  qayığa  sarınmış,  böyrü 
didilmiş  nəhəng  balığın  ləzzətli  ətrini  duyduqca  daha  da 
çılğınlaşırdılar.  Hər  iki  galano  artıq  izinə  düşmüş  olduqları 
ətri, qoxunu itirən kimi tez də axtarıb təzədən tapırdılar, özü 
də  hər  dəfə  izi  itirdikdə  az  qalırdı  dənizin  altını  üstünə 
çevirsinlər. 
Amma 
indi 
onlar 
anbaan 
şikara 
yaxınlaşmaqdaydılar.  
Qoca  yelkəni  möhkəm  pərçimlədi,  sükanı  pazla 
bərkitdi,  sonra  təzə  düzəltdiyi  silahı  –  bıçaqlı  avarı  əlinə 
aldı.  Əlləri  bərk  göynədiyindən  avarı  çox  ehtiyatla  tutub, 
mümkün  qədər  hündürə  qaldırdı.  Hərəkətə  gəlsin  deyə 
barmaqlarını bir qədər  oynatdı,  əllərindəki  dözülməz  ağrını 
                                                 
8
Galano– köpəkbalığı növü (ispanca)
 


www.vivo-book.com 
 
136 
tez  unutmaq  üçün  kürəkdən  bərk  yapışıb  köpəkbalıqlarının 
yaxınlaşmasını  gözlədi.  İndi  onların  yastı,  enli  burunları, 
xallı yekə başları, tez-tez açılıb oynayan ağ üzgəcləri aydın 
görsənirdi.  Bunlar  yırtıcıların  ətrafa  üfunət  saçan  ən  iyrənc 
növündən  idilər;  peşəsi  qatillik  olan  bu  yırtıcılar  iylənmiş 
cəmdək  də  yeyirdilər.  Ac  olanda  qayığa,  taxta  avarlara, 
sükanlara  hücum  edib  hamısını  didişdirməyə  hazır  idilər. 
Çanaqlı  bağalar  suyun  üstündə  yatdıqları  vaxt  xəlvəti 
yaxınlaşıb  qıçlarını  qopardırdılar;  bərk  acanda  insana  da 
cumur,  hətta  qan,  ya  balıq  iyi  gəlməyəndə  də  hücuma 
keçirdilər. 
– Ayy! – deyə qoca meydan oxuyurmuş kimi səsləndi, 
– di buyurun, bir yaxın gəlin görüm!  
Galanolar qabağa gəldilər, lakin mako köpəkbalığı kimi 
birbaşa  yaxınlaşmadılar.  Biri  özünü  yana  verib  qayığın 
altına  təpildi  və  onu  bərk  silkələdi,  nəhəng  balığın 
böyründən iri parça qopartdı. İkinci galano sapsarı gözlərini 
qocaya  zilləmişdi.  O  da  qəfildən  hücuma  keçib, 
yarımdairəvi  cəhəngini  geniş  açaraq  bayaq  makonun 
zədələdiyi  yerdən  iri  bir  dişləm  qopardı.  Qoca,  galanonun 


www.vivo-book.com 
 
137 
qonur  çənəsindən  başlayaraq  kürəyinə  tərəf  gedən  xətti 
aydın  görürdü;  yaxşı  bilirdi  ki,  ziyankarın  beyni  içəridə  bu 
xətt boyunca uzanıb gedir və haram  iliklə  birləşir. O, avara 
bağlanmış bıçağı beyinlə haram iliyin arasına endirdi; sonra 
avarı  geri  çəkib  bıçağı  qəniminin  pişik  gözlərinə  oxşayan 
sarımtıl  gözünə  sancdı.  Galano  təngnəfəs  halda  balığın 
böyründən sürüşüb dənizə düşdü və qopartdığı parçanı içəri 
ötürə-ötürə suya batdı. 
O  biri  galano  qayığın  alt  tərəfindən  balığa  divan 
tutmaqda  davam  edir,  təkanları  qayığı  silkələyirdi.  Qoca 
məcbur qalıb qayığın yolunu dəyişdirdi, köndələninə üzmək 
ümidiylə  yelkəni  aşağı  saldı  ki,  yırtıcını  qayığın  altından 
çıxardıb  balığı  xilas  etsin.  Qayığın  yö`nünü  dəyişdirəndə 
galanonu  lap  yaxından  gördü  və  qayığın  böyründən  əyilib 
bıçağı ona sapladı. Zərbə akulanın yumşaq yerinə dəysə də, 
bıçaq qalın dərini deşə bilmədi. Vurduğu zərbədən qocanın 
təkcə  əlləri  yox,  çiyinləri  də  bərk  ağrıdı.  Galano  burnunu 
sudan  çıxardıb  təzədən  şikarının  üstünə  atılanda  qoca 
zərbəni  onun  yastı  kəlləsinin  düz  ortasına  endirdi,  bıçağı 
ikinci  dəfə  də  eyni  yerə  sapladı.  Amma  akula  möhkəm 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə