Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə13/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

www.vivo-book.com 
 
63 
– Balıq, sən mənim çox xoşuma gəlirsən, özü də sənə 
böyük rəğbətim var,  – qoca dedi. – Amma hava qaralanacan 
mən sənin canını alacam.  
Fikirləşdi ki, ruhdan düşmək lazım deyil, inşallah, belə 
də olacaq.  
Şimaldan üzübəri, qayığa tərəf bir quş uçub gəlirdi, özü 
də  lap  alçaqdan  uçurdu.  Qoca  başa  düşdü  ki,  quş  bərk 
yorulub. 
Zənnində 
yanılmamışdı,  dincini  almaqçün 
quşcuğaz  həqiqətən  də  gəlib  qayığın  arxa  tərəfinə  qondu. 
Tez  də  sıçrayıb  havaya  qalxdı,  qocanın  başı  üzərində 
hərlənə-hərlənə  axırda  daha  münasib  bildiyi  yerə,  tilov 
ipinin üstünə qondu.  
– Neçə yaşın var? – qoca quşdan xəbər aldı. – Bu, sənin 
ilk səyahətindir?  
Qoca danışır, quş da ona baxırdı. Yazıq elə yorulmuşdu 
ki,  qaytanın  etibarlı  olub-olmadığının  fərqinə  varmadan 
incə, zərif caynaqlarıyla ondan yapışıb yellənirdi.  
– Qorxma, ip tarım çəkilib, – qoca quşu arxayın etmək 
istədi,  –  lap  kefin  istəyən  qədər  tarımdır.  Küləksiz  gecədə 


www.vivo-book.com 
 
64 
sən gərək belə yorulmayaydın axı. İşə bax sən allah, indinin 
quşları da dəyişib! 
“Qırğılarsa  sizin  arxanızca  uçub  dənizə  gəlir”  –  qoca 
fikrindən  keçirtdi,  amma  düşündüyünü  quşa  demədi. 
Fikirləşdi ki, onsuz da quş onu başa düşməyəcək, qırğının nə 
olduğunu isə həyat özü ona öyrədər.  
– Quşcuğaz, yaxşı-yaxşı dincini al, sonra da sahilə uç, 
həyat uğrunda mübarizə apar, yaşamaq uğrunda vuruş: necə 
ki hər adam vuruşur, hər balıq, ya hər quş vuruşur.  
Quşla  etdiyi  söhbət  qocaya  təskinlik  verib  onu  bir 
qədər  özünə  gətirdi;  qoca  özündə  bir  gümrahlıq  duydu. 
Bütün  gecə  ərzində  kürəyi  bərk  ağrımışdı,  ağrı  elə  indi  də 
onu əməlli-başlı incidib kələyini kəsirdi.  
– Quşcuğaz, istəyirsən mənimlə qal. Səni apararam öz 
evimə,  –  qoca  onu  əzizlədi.  –  Amma  heyf  ki,  yelkəni  açıb 
səni  sahilə  çıxarda  bilməyəcəm.  Baxmayaraq  ki,  yüngülcə 
külək də qalxmağa başlayır, amma bu yenə mümkün deyil, 
çünki  mən  dənizdəki  dostumu  heç  cür  qoyub  gedə 
bilmərəm.  


www.vivo-book.com 
 
65 
Bu vaxt balıq ipi qəfildən elə dartdı ki, qoca kəlləsi üstə 
qayığın  içinə  yıxıldı;  əgər  qayığın  kənarından  yapışıb  tilov 
ipini  bir  qədər  boşaltmasaydı,  yəqin  ki,  birbaşa  dənizə 
düşəcəkdi. 
İp titrəyən kimi quş havaya qanadlanmışdı; amma qoca 
onun  uçub  getməyinə  əhəmiyyət  vermədi.  Qaytanı diqqətlə 
yoxlayanda sağ əlinin qanadığını gördü və ucadan dedi: 
– Görünür, balığı da orda nəsə bərk incidir. 
Sonra  şikarını  üzüstə  aşırtmaq  ümidiylə  tilov  ipini 
dartıb,  əvvəlkitək  tarım  saxladı;  kəndirə  söykənmiş 
vəziyyətdə əyilib gözləməyə başladı. 
– Hə, balıq, indi necəsən? İp səni incidir? – qoca xəbər 
aldı və tez də əlavə elədi: – Allah özü şahiddir ki, elə məni 
də bərk incidir.  
O,  gözləriylə  quşu  axtardı,  çünki  kiminləsə  danışmaq 
istəyirdi.  Amma  quş  heç  yerdə  gözünə  dəymədi.  Quş 
yanında  olanda  qoca  özünü  tənha  hiss  etmirdi;  onda  sanki 
ağrıları da bir qədər azalırdı. 
“Quşcuğaz,  mənim  yanımda  az  qaldın.  Sahilə 
çatanacan çox əziyyət çəkəcəksən, – ürəyində dedi. – Necə 


www.vivo-book.com 
 
66 
oldu  ki,  balıq  bircə  təkanla  məni  yıxdı,  hələ  əlimi  də 
qanatdı?  Axı  belə  şeyə  mən  niyə  yol  verdim?  Görünür, 
balaca  quşcuğaza  aludə  olub  özümü  unutmuşdum.  İndi 
bütün  diqqətimi  işimə  yönəltməliyəm.  Qüvvə  yığmaqçün 
qoy bir az tunes yeyim”. 
– Heyf ki, oğlan yanımda deyil, – qoca ucadan dedi. – 
Bir  də  orası  pisdir  ki,  duz  yoxumdur;  kaş  bircə  tikə  duzum 
olaydı. 
Qaytanın  bütün  ağırlığını  sol  çiyninə  keçirib  ehtiyatla 
aşağı  əyildi,  sağ  əlini  okeanın  suyunda  yudu,  əlini  suyun 
içində  bir  dəqiqədən  az  saxladı.  Qan  ləkələrinin  yuyulub 
təmizlənməsinə  baxa-baxa,  eyni  zamanda  suyun  axınını  və 
qayığın hərəkət sürətini də müəyyənləşdirərək: 
– Hərif sürətini yaman azaldıb, – dedi. 
Əlbəttə,  qoca  yaralı  əlini  şor  suda  daha  çox  saxlamaq 
istərdi,  lakin  balığın  qəfil  təkanından  qorxurdu.  Dikəlib  ipi 
düzəltdi, yaralı əlini qaldırıb günə tutdu. Tərs kimi ip əlinin 
işlək  yerini  kəsmişdi.  Bunu  görəndə  qanı  bərk  qaraldı. 
Fikirləşdi ki, bu gün onun əsas işini məhz bu əl görəcəkdi, o 
da səhər erkəndən beləcə yaralanıb sıradan çıxdı.  


www.vivo-book.com 
 
67 
Əlinin suyu quruyandan sonra dedi: 
–  Yemək  vaxtıdır.  Götürüm  balaca  tunesi  yeyim. 
Dostumu  ordan  qarmağın  çəngəliylə  çıxarıb,  elə  buradaca 
rahat-rahat yeyə bilərəm.  
O,  dizi  üstə  çöküb  dəstəli  qarmağı  arxa  oturacağın 
altına soxdu, tunesi ordan ehmalca çəkib çıxartmağa başladı, 
həm  də  çalışdı  ki,  qarmağın  ucu  tilov  ipinə  toxunub  onu 
zədələməsin.  Qaytanın  bütün  ağırlığını  təzədən  sol  çiyninə 
verdi,  sol  əliylə  qayığın  qırağından  yapışıb  tunesi 
qarmaqdan  çıxartdı,  sonra  onu  öz  yerinə  atıb  balığı  dizinin 
üstünə  qoydu.  Tunesin  qara-qırmızı  ətini  boynundan  ta 
quyruğunacan  uzununa  nazik-nazik  dilimlərə  böldü. 
Dübbədüz  altı  tikə  kəsib  hamısını  cərgə  ilə  qayığın 
burnundakı taxtanın üstünə düzdü; bıçağı şalvarına siləndən 
sonra balığın skeletini götürüb dənizə tulladı. “Bir tikə yeyə 
bilsəm,  böyük  şeydir”,  –  deyib  uzunsov  tikələrdən  birini 
bıçaqla tən ortadan böldü.  
Qoca,  dənizdəki  iri  balığın  tilov  ipini  yorulmaq 
bilmədən eyni qüvvə ilə dartdığını hiss edirdi. Sol əli tamam 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə