Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə11/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

www.vivo-book.com 
 
53 
çənəsini aça bilmir. Keşkə üzə çıxaydı, bir yaxşı-yaxşı ona 
baxaydım. Görəydim məni incidən bu balıq nə balıqdır belə.  
Ulduzlara  baxa-baxa  təyin  etdi  ki,  balıq  bütün  gecəni 
eyni səmtə üzüb; o nə cəhəti, nə də istiqaməti dəyişirdi.  
Gün  batandan  sonra  hava  xeyli  soyudu;  qocanın 
kürəyində,  çiynində,  qollarında,  yorğun  qıçlarında  tər 
puçurları  qurumuşdu:  indi  canını  soyuq  kəsirdi.  Yem 
qutusunun  üstünə  örtdüyü  kisəni  bayaqdan  günə  sərib 
qurutmuşdu.  Götürüb  kisəni  boynuna  doladı,  kənarlarını 
kürəyinə  saldı,  uclarını  ehmalca  qaytanın  altına  keçirtdi; 
qaytan indi çiyinlərini az kəsirdi. Beləcə, qayığın burnunda 
oturub,  bir  az  qabağa  əyilərək  dincini  alırdı.  Əslində,  yeri 
rahat deyildi, lakin özünü inandırmaq istəyirdi ki, guya çox 
yaxşı dincəlir.  
“Hələlik  nə  mən  balığa  bir  şey  eləyə  bilirəm,  nə  də 
balıq mənimlə bacara bilir. Görəsən, indən belə nə həngamə 
qopacaq?” 
Yerindən qalxıb qayığın kənarından dənizə peşab elədi, 
ulduzlara  baxıb  istiqaməti  müəyyənləşdirdi.  Çiynindən 
aşırdığı  və  birbaşa  suyun  altına  gedən  tilov  ipi  fosfor  təki 


www.vivo-book.com 
 
54 
işıq  saçırdı.  Qayıq  aramla  və  çox  asta  üzürdü.  Havana 
çıraqlarının işığı o qədər də gur deyildi. Qoca başa düşdü ki, 
axın qayığı gündoğana tərəf aparır. “Havananın işıqları get-
gedə  sozalırsa,  demək  onda  biz  daha  çox  üzü  gündoğana 
tərəf  gedirik,  –  qoca  düşündü.  –  Əgər  balıq  öz  istiqamətini 
dəyişməsəydi, mən onları  daha çox seyr edərdim, işıqlar bu 
tezliklə  nəzərdən  itməzdi.  Görəsən,  beysbol  necə  qurtardı? 
Kim uddu? Qayıqda radio bax belə vaxtlarda lazımdır!»  
Amma  sonra  fikirlərinin  axarını  dəyişdi:  «Əsas 
məsələdən  yayınma!  Başqa  vaxt  beysbol  barədə  nə  qədər 
istəsən, fikirləşə bilərsən, indi isə yalnız nə edəcəyini düşün! 
Boş xəyallara uyma, yoxsa uduzarsan!”  
Sonra ucadan dedi: 
–  Heyf  ki,  oğlan  yanımda  deyil.  Yanımda  olsaydı, 
mənə kömək edərdi, bu həngaməni də öz gözüylə görərdi. 
Fikirləşdi  ki,  gərək  insan  qocalanda  tək  qalmasın, 
amma  neyləmək  olar,  bu  qaçılmazdır.  Tunes  iylənib  xarab 
olmamış  bəlkə  ətindən  bir  az  qoparıb  yeyim.  Gücdən 
düşməmək üçün yemək lazımdır. İştaham olmasa da, gərək 
səhər  ondan  bir  az  dilimə  vurum.  Əbəs  yerə  deməyiblər  ki, 


www.vivo-book.com 
 
55 
səhər  tikəsi  qüvvətdir;  mən  də  ac  oldum-olmadım, 
yeməliyəm. 
Gecəyarısı  iki  dəniz  donuzu  mayallaq  vura-vura 
qayığın ətrafında üzürdü. Qoca onların səsini eşidirdi. Erkək 
donuz bərkdən, dişisi isə astadan fısıldayırdı. 
–  Yaxşı  heyvanlardır,  –  qoca  dedi.  –  Oynayırlar, 
zarafatlaşırlar. Qanadlı balıqlar kimi, bunlar da biz insanlara 
çox yaxındır. 
Qocanın  tilova  düşən  iri  balığa  yazığı  gəldi,  düşündü 
ki,  balıq  deyil,  xalis  möcüzədir.  Görəsən,  onun  neçə  yaşı 
olar?  Mən  ömrümdə  belə  güclü  balıq  tutmamışam,  başıma 
belə qəribə oyun açanı olmayıb. Görünür, çox ağıllı balıqdır 
ki,  atılıb-düşmür.  Əgər  ipi  dartsa,  ya  hoppansa,  məni  bir 
andaca  məhv  edə  bilər.  Ola  bilsin,  qabaqlar  dəfələrlə 
qarmağa  keçib,  indi  də  qərara  gəlib  ki,  canını  bu  sayaq 
mübarizə  yoluyla  ölümdən  qurtarsın.  Yəqin  qoca  ilə  tək 
vuruşduğunu  bilmir.  Nəsə  çox  zırpı  şeydir.  Görəsən,  əti 
ləzzətli  olsa,  bazarda  nə  qədər  pul  çıxardar?  Yemi 
götürməyindən  bildim  ki,  erkəkdir.  Özünü  əsl  kişi  kimi 
apardı.  Heç  nədən  də  qorxub-eləmir.  Görəsən,  nə  etdiyini 


www.vivo-book.com 
 
56 
bilirmi,  yoxsa  o  da  elə  mənim  kimi  bəxtə-bəxt  baş  götürüb 
hara gəldi gedir? 
Bir  dəfə  bir  dişi  marlin  balığı  tutmağı  yadına  düşdü. 
Erkək  balıq,  həmişə  olduğu  kimi,  dişini  qabağa  buraxdı  ki, 
yeməyə birinci o girişsin. Dişi balıq qarmağa keçib ora-bura 
vurnuxanda  erkək  tayı  dəridən-qabıqdan  çıxıb  onu  xilas 
etməyə  çalışırdı.  Dişi  balıq  taqətdən  düşəndən  sonra  da 
erkək balıq onu tərk etmirdi; suyun üzünə çıxıb dövrə vura-
vura elə hey özünü qabağa atır, vəhşicəsinə atılıb-düşür, gah 
qaytana, gah qayığa hücum çəkib qocanı çaşdırırdı. O vaxt 
erkək  balığın  oraq  kimi  əyri,  ülgüctək  iti  quyruğu  ilə  tilov 
ipini  kəsəcəyi  hətta  qocanı  qorxutmuşdu  da.  Ona  görə  də 
nizəni  dişi  marlinə  sancan  kimi,  tez  qarmağı  onun  ağzına 
ilişdirmişdi,  toppuzla  başına  dalbadal  bir  neçə  zərbə 
endirmişdi.  Erkək  marlin  bundan  sonra  da  əl  çəkməmişdi. 
Dişi  marlin  toppuz  zərbələri  altında  əsl  rəngini  itirib, 
güzgülərin  arxa  tərəfinə  çəkilən  amalqama  rənginə  bənzər 
bir  rəng  almışdı  və  qoca  oğlanla  köməkləşib  birtəhər  onu 
qayığa  çəkib  salmışdı.  Erkək  marlin  isə  mübarizədən 
yorulmayıb,  hələ  də  qayığın  ətrafında  fırlanırdı.  Qoca  ipi 


www.vivo-book.com 
 
57 
yığışdırıb  nizəni  götürəndə  o,  lap  yaxınlıqdaca  havaya 
tullanıb, dişi marlini görmək eşqilə qayığın içinə baxmışdı, 
sonra  dənizə  düşmüşdü  və  açıq-yasəməni  rəngə  çalan  döş 
üzgəclərini  geniş  açaraq  üzə-üzə  dərinliklərdə  gözdən 
itmişdi.  Onun  belindəki  bənövşəyi  zolaqlar  par-par 
parıldayırdı. Qoca indiyəcən də onun gözəlliyini, sədaqətini 
unuda bilmirdi. 
“Ömrümdə  bundan  kədərli,  bundan  qəmgin  hadisəylə 
rastlaşmamışam,  –  qoca  təəssüflə  köks  ötürdü,  –  oğlan  da 
bərk  məyus  olmuşdu.  Dişi  marlindən  üzr  istəyib,  onu 
parçaladıq”. 
“Heyf  ki,  oğlan  burada  yoxdur”,  –  qoca  düşündü  və 
özünü yığışdırıb yerini rahatladı.  
Çiynindən  aşırdığı  ip  nəhəng  balığın  ağırlığını  aşkar 
hiss  etdirirdi.  Balıq  yorulmaq  bilmədən  üzürdü.  Qoca 
düşündü:  “Gör  ona  necə  kələk  gəlmişəm  ki,  taleyi  ilə 
barışmağa məcbur olub”. 
“Balıq  insanların  hər  cür  hiyləsindən  və  qurduqları 
tələdən  uzaqda,  okeanın  dərin  suları  altında  yaşamaq 
istəyirdi. Mən isə onu üzə çıxartdım. İnsan nəfəsi dəyməyən 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə