Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə10/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

www.vivo-book.com 
 
48 
–  Yeyəcək!  Ağzı  nədir  yeməsin,  –  qoca  qışqırdı,  – 
Allah özü onun ruzisini yetirib...  
Amma  deyəsən  balıq  tilova  gəlmədi,  yan  keçdi.  Tilov 
ipi daha tərpənmirdi. Qoca heç nə başa düşmədi.  
–  Gedə  bilməz,  Həzrət  İsa  özü  onu  getməyə  qoymaz. 
Yəqin  yerini  dəyişdirir.  Çox  güman  ki,  əvvəllər  bir  dəfə  də 
qarmağa keçib, odur ki, indi ehtiyatlı davranır.  
İp yüngülcə tərpəndi, qocanın da kefi kökəldi. 
– Dedim axı, yerini dəyişdirir, mütləq tilova gələcək.  
İpin yenə yavaşdan tərpənməsi qocanı sevindirdi, lakin 
o  gözlənilməz,  ağır  təkandan  sarsıldı.  Görünür,  balıq  çox 
yekə, çox da ağır idi; qoca tilov ipini buraxdı, qaytan sürüşə-
sürüşə, sürətlə aşağıya getdi; dərinə, lap dərinə getdi. Qoca 
ehtiyat  üçün  saxladığı  kələflərdən  birini  işə  saldı.  Qaytan 
dərinə  getdikcə  o,  barmaqlarına  düşən  gücdən  balığın 
nəhəngliyini açıq-aydın hiss edirdi. 
–  Bu  balıq  nə  yekəlikdədir?  –  təəccüblə  mızıldandı.  – 
Görünür, qarmağı köndələninə udub, o da ilişib ağzına; indi 
xilas olmağa can atır, kəndiri qırıb qaçmaq istəyir.  
Qoca fikirləşdi: “Çevrilib qarmağı udacaq”.  


www.vivo-book.com 
 
49 
Ancaq düşündüyünü dilə gətirməkdən çəkindi; ona elə 
gəlirdi  ki,  yaxşı  arzunu  bərkdən  söyləyəndə  baş  tutmaz. 
Qarmağa  keçən  balığın  çox  yekə  olduğunu  anlayırdı;  o, 
balığın bu saat ağzına köndələninə keçmiş qarmağı da, ona 
sancılmış tunesi də götürüb dənizin dərin qatlarına cummağa 
necə  can  atdığını  yaxşı  təsəvvür  edirdi.  Balıq  tərpənəndə 
qoca  onun  nə  ağırlıqda  olduğunu  çox  yaxşı  bilirdi.  Birdən 
ağırlıq çoxaldı, qoca da ipi tam boşaltdı, sonra bir anlığa onu 
barmaqları  arasında  saxlayıb  gözlədi,  ağırlıq  və  gərginlik 
yenə artıb gücləndi, qaytan aşağı dartılmağa başladı. 
– Əməlli-başlı tutdu! 
Qoca  rahatlandı,  sonra  qaytanı  dənizə  buraxa-buraxa 
sol  əli  ilə  iki  kələfin  ipini  açıb  onu  ikinci  qarmağın  ehtiyat 
kələfinə caladı. İndi o, nəhəng balıqla vuruşmağa tam hazır 
idi.  Dənizə  salladığından  başqa,  hələ  hər  biri  qırx  dəniz 
sajeni uzunluğunda olan üç ehtiyat kələfi də vardı. 
“Bir  az  da  ud  görək,  –  deyə  qoca  xəyalən  balığa 
müraciət elədi, – yaxşı-yaxşı ud! Elə ud ki, qarmağın ucları 
gedib  düz  ürəyinin  başına  batsın,  sonra  da  suyun  üzünə 


www.vivo-book.com 
 
50 
çıxarsan  ki,  nizəni  sənin  böyrünə  saplayım.  Oldumu? 
Hazırsanmı? Yoxsa hələ çox yeyəcəksən?”  
–  Daha  bəsdir,  –  qoca  qışqırdı;  qaytanı  var  gücüylə 
ikiəlli  özünə  tərəf  dartdı  və  bir  yarda  qədərini  geri  yığdı, 
sonra onu bir neçə dəfə tərpətdi. 
Lakin  qocanın  bütün  səyləri  puça  çıxırdı.  Balıq  baş 
götürüb harasa üzür, üzdükcə də qayıqdan uzaqlaşırdı; qoca 
onu bir qarış da olsun dala qaytara bilmirdi. Qaytanlar çox 
möhkəm idi; qoca bunları güclü, nataraz balıqları tutmaqdan 
ötrü  hazırlamışdı.  Tilov  ipini  kürəyinə  aşırıb  tarım  çəkdi; 
ətrafa su damcıları səpələndi. Sonra taxta oturacaqda əyləşib 
bədənini  arxaya  verdi  və  bütün  gücünü  topladı.  Qayıq 
yavaş-yavaş şimal-qərbə istiqamətlənirdi. 
Balıq durmadan üzür, qayıq da dalğasız dənizin üstüylə 
balığın üzdüyü səmtə gedirdi. Qarmaqlarına yem taxılmış o 
biri  tilovlar  da  suda  idi.  Hələ  ki,  qocanın  əlindən  heç  nə 
gəlmirdi.  
–  Keşkə  oğlan  burada  olaydı,  –  o,  təəssüflə  ucadan 
dedi.  –  Balıq  məni  yedəyinə  alıb  aparır.  Hə,  bu  saat  mən 
ancaq 
yedəkdəyəm. 
Məndən 
olsa, 
kəndiri 
qayığa 


www.vivo-book.com 
 
51 
bağlayardım,  amma  qorxuram  balıq  qırıb  qaçsın.  Yox, 
qaytandan  bərk  yapışmalıyam,  lazım  olanda  onu  az-az 
boşaldaram.  Allaha  çox  şükür  ki,  hələ  düzünə  üzür,  çox 
dərinə baş vurmur.  
Fikirləşdi  ki,  birdən  balıq  dərinə  getməyə  başlasa,  heç 
bilmirəm neyləyəcəm. Ölüb daş kimi dənizə düşsə, əlimdən 
nə gələr? Amma yox, mən nəsə eləməliyəm. Ediləsi çox şey 
var. Hər halda, öhdəsindən gələrəm.  
Qoca suya köndələn düşmüş qaytana və qayığın şimal-
qərb səmtə üzməyinə baxırdı. 
“Gec-tez  qarmaq,  onu  öldürəcək,  –  özlüyündə  hökm 
verdi, – qarnında qarmaq ola-ola, çox üzə bilməz ki”.  
İntəhası  dörd  saat  keçəndən  sonra  da  balıq  eyni 
qaydada  yorulmadan  üzür,  qayığı  da,  qocanı  da  yedəyinə 
alıb  arxasınca  dartıb  aparırdı.  Qoca  tilov  ipini  çiynindən 
aşırmış  halda  qayığın  içində  oturub  qalmışdı  və  gərgin 
vəziyyətdə  gözləməyində  idi;  gün  qısaldıqca  həyəcanı  da 
artırdı.  
– Qarmağıma keçəndə günorta idi, amma mən hələ də 
onu görməmişəm, – o, əlacsızlıqdan köks ötürdü.  


www.vivo-book.com 
 
52 
Balıq  tilova  keçməmişdən  qabaq  qoca  öz  həsir 
şlyapasını  qulaqlarına  qədər  basmışdı;  indi  şlyapanın 
qıraqları  alnını  kəsirdi.  Susuzluqdan  ürəyi  yanırdı.  Kəndir 
tərpənməsin  deyə  dizləri  üstə  çöküb  ehmalca  qayığın 
burnuna  tərəf  süründü,  əlini  uzadıb  şüşəni  götürdü,  tıxacı 
çıxardıb  bir  neçə  qurtum  su  içdi.  Sonra  qayığın  burnuna 
tərəf  əyildi,  yanını  köhnə,  yamaqlı  yelkənin  sarındığı 
dorağacının  üstünə  basıb  nəfəsini  dərməyə,  dincini  almağa 
başladı.  Çalışırdı  ki,  qayıq  üzdükcə  qüvvəsini  qorumaqdan 
başqa özgə heç nə barəsində düşünməsin.  
Dönüb arxaya nəzər saldı: sahil görünmürdü.  
Fikirləşdi ki, eybi yoxdur, axşam düşsə, ulduzları nişan 
götürüb işığın köməyi ilə geri qayıdaram. Günün batmasına 
hələ iki saatdan çox qalıb, bəlkə balıq suyun üzünə çıxdı. Ya 
da ay doğanda, lap uzaqbaşı bu da baş tutmasa, çox güman 
ki, sabah gün çıxanda mütləq suyun üstünə qalxar. Əllərim 
hələlik  ağrımır,  qüvvəmi  də  itirməmişəm.  Nə  istəyir,  qoy 
eləsin,  qarmağı  ki,  udub.  Axı  bu  necə  balıqdır  ki,  heç  cür 
üzə  çıxmır?  Görünür,  məftil  ağzına  elə  bərk  ilişib  ki, 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə