Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə12/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

www.vivo-book.com 
 
58 
bir  yerdə  indi  biz  bir-birimizə  bağlanmışıq,  bir-birimizdən 
ayrılmazıq.  Aramızdakı  bu  yaxınlıq  dünən  günortadan 
başlanıb.  İndi  heç  kim  nə  mənə,  nə  də  ona  kömək  edə 
bilməz”. 
“Bəlkə heç mənim balıqçı olmağım lazım deyilmiş, – o 
düşündü.  –  Amma  mən  ancaq  balıqçı  olmaqçün 
doğulmuşam...  Səhər  açılanda  tunesi  yemək  yaddan 
çıxmasın”. 
Dan  yeri  sökülən  vaxtdan  bir  az  qabaq  arxa  tərəfdəki 
iplərdən  biri  tərpəndi.  Qoca  çubuğun  sındığını  duydu,  tilov 
ipinin  qayığın  qırağından  sürüşüb  suya  düşdüyünü  hiss 
elədi.  O,  qaranlıqda  bıçağı  qınından  çıxartdı,  balığın 
ağırlığını  sol  çiyninə  verib  arxaya  qanrıldı,  ipi  qayığın 
kənarına  dirəyib  kəsdi,  sonra  yaxınlıqdakı  o  biri  qaytanı  da 
kəsib  ehtiyat  kələflərin  ucunu  bir-birinə  düyünlədi.  Birəlli 
çox yaxşı işləyirdi, düyün lap möhkəm tutsun deyə ayağı ilə 
kələfin üstündən bərk-bərk basırdı. İndi düz altı dənə ehtiyat 
tilov  ipi  vardı.  Onların  iki  cütünü  qabaqcadan  kəsilmiş 
qaytanlardan  hazırlamışdı;  bir  cütü  də  qarmağına  balıq 


www.vivo-book.com 
 
59 
keçmiş  tilovunkuydu.  Kələflərin  hamısı  bir-birinə  bənd 
edilmişdi. 
“Qırx  dəniz  sajeni  dərinliyinə  saldığım  ipi  hava 
işıqlaşanda çıxardıb kəsəcəm, ehtiyat kələflərə calayacam, – 
qoca düşündü. – Düzdür, bu hesabla düz iki yüz sajen xalis 
katalon  kəndirimi,  bir  də  qarmağımı  bada  verəcəm.  Eybi 
yoxdur,  bunları  tapmaq  olar.  Amma  əgər  qarmağa  hansısa 
başqa bir balıq ilişib bunu sıradan çıxartsa, təzə balığı mənə 
kim verər, belə böyük itkini nə əvəz edə bilər? Görəsən, bu 
dəqiqə  o  biri  qarmağa  keçən  nə  balığıydı?  Marlin  də  ola 
bilər,  qılınc-balıq  da.  Bəlkə  lap  elə  köpəkbalığıdır?  Başa 
düşmədim, heç hiss etməyə də macal tapmadım. Yox, ondan 
mümkün qədər tez yaxa qurtarmaq lazımdır”. 
– Kaş oğlan burada olaydı, – ucadan dilləndi. 
“Amma  oğlan  burada  yoxdur,  heç  olmayacaq  da,  – 
qoca  düşündü.  –  Yaxşısı  budur,  özünə  güvən.  Nə  qədər 
qaranlıqdır,  işə giriş,  axırıncı kəndiri  də  çıxart,  kəs,  ehtiyat 
kəndirlə düyünlə”. 
Belə də elədi. Qaranlıqda işləmək çətin idi, ağır idi. Bu 
vaxt  birdən  balıq  onu  elə  dartdı  ki,  qoca  üzüstə  qayığa 


www.vivo-book.com 
 
60 
yıxıldı,  gözünün  altı  zədələndi,  yanağından  qan  axmağa 
başladı,  amma  yaxşı  ki,  qan  tezcənə  laxtalandı.  Bununla 
belə,  qoca  işindən  qalmadı,  dikəlib  qayığın  burnundakı 
oturacaqda  əyləşdi, nəfəsini  dərib bir  azacıq dincəldi, sonra 
boynuna sarıdığı kisəni düzəldib çiynindəki qaytanı ehmalca 
bir  qədər  yana,  çiyninin  ağrımayan  yerinə  sürüşdürdü;  var 
qüvvəsini  çiyinlərində  cəmləyib  kəndiri  bərkdən  dartdı  ki, 
görsün  balıq  necə  çəkir;  sonra  qayığın  sürətini  təyin 
etməkçün əlini suya saldı. 
“Görəsən,  balıq  niyə  belə  təkan  verdi?  Yəqin  ip 
sürüşüb, belindəki böyük donqarın üstünə düşüb. Onun beli 
mənimkitək  ağrımaz,  amma  lap  ağrımasa  da,  qayığı  ömür-
billah  arxasınca  dartıb  gəzdirə  bilməz  ki.  Mən  indi  hər 
ehtimala  hazıram.  İstədiyim  qədər  də  kəndir  ehtiyatım  var. 
Balıqçıya daha nə lazımdır?”  
– Balıq, onu bil ki, nə qədər canımda can var, səndən əl 
çəkən deyiləm, – astadan dilləndi. 
“Amma  belə  görürəm  ki,  heç  balıq  da  məndən  əl 
çəkənə oxşamır”, – qoca düşündü  və havanın işıqlaşmasını 
gözləməyə başladı. Sübh soyuğu iliyə işləyəndə o, büzüşüb 


www.vivo-book.com 
 
61 
qısıldı, kürəyini taxtalara söykədi ki, heç olmasa canı bir az 
qızışsın.  “Madam  ki,  balıq  dözür,  mən  də  bacardığım 
yerəcən dözməliyəm”. 
Səhər  şəfəqləri  dənizin  dərinliyinə  gedən  tilov  ipinin 
düz  üstünə  düşmüşdü,  qayıq  da  durmadan  irəli  üzürdü. 
Günəşin  dənizdən  boylanan  ilk  telləri  qocanın  sağ  çiynini 
oxşadı.  
– Hə, balıq indi də şimala üz tutub, – qoca dedi. – Axın 
isə  çox  güman  ki,  bizi  gündoğana  tərəf  aparıb,  özü  də  bir 
xeyli  aparıb.  Yaxşı  olardı  ki,  balıq  da  yönünü  döndərib 
axınla getsin. Belə olsaydı, bilərdim ki, yorulub.  
Amma elə ki gün bir balaca dikəldi, qoca əlbəəl anladı 
ki,  balığın  yorulmaqla  əsla  işi  yoxdur.  Ürəkaçan  bircə  şey 
vardısa, o da tilov ipinin dəniz səthi ilə əmələ gətirdiyi meyl 
bucağıydı – bu, balığın dayazda üzdüyünü göstərirdi. Lakin 
bu  heç  də  o  demək  deyildi  ki,  balıq  tezliklə  mütləq  suyun 
üstünə çıxacaq.  
–  Kömək  ol  ilahi,  məcbur  elə  ki,  balıq  suyun  üzünə 
çıxsın! Suyun üzünə çıxsa, öhdəsindən gəlməyə ipim çatar. 


www.vivo-book.com 
 
62 
“Görəsən,  kəndiri  bir  az  da  dartıb,  balığın  hansı 
yerinisə  incitsəm,  onu  üzə  çıxmağa  məcbur  edə  bilərəm?  – 
qoca  fikrə  getdi.  –  Nə  qədər  ki,  hava  işıqdır,  qoy  dənizin 
üzünə  çıxsın.  Üzə  çıxsa,  onda  bel  sütunundakı  boşluqlara 
hava  dolar,  daha  suyun  dərinliyinə  baş  vura  bilməz,  gedib 
dənizin dibində gəbərməz”. 
O,  gərginliyi  artırmağa  cəhd  etdi.  Tilov  ipi  onsuz  da 
balıq  qarmağa  keçən  dəqiqədən  tarım  idi.  İndi  qoca  özünü 
geri verib, onu bir az da yığmaq istədi, ip az qaldı kürəyini 
kəsib  ətə  girsin.  Qoca  başa  düşdü  ki,  bundan  artığı 
alınmayacaq.  “Yox,  daha  tərpətmək,  bundan  tarım  çəkmək 
olmaz,  yoxsa  darta-darta  qarmağın  əmələ  gətirdiyi  yaranı 
böyüdə  bilərəm,  balıq  da  ya  çevriləndə,  ya  dönəndə,  ya  da 
hoppananda  qarmaq  çıxa  bilər.  Hər  halda,  bu  saat  günün 
günorta  çağı  mənim  halım  o  qədər  də  pis  deyil.  Heç  nəyi 
vecimə almaya bilərəm”.  
Tilov  ipinə  hər  tərəfdən  sarı  dəniz  yosunları 
yapışmışdı,  lakin  bu  qocanın  xoşuna  gəldi;  çünki  onlar 
qayığın  sürətini  azaldırdı.  Həm  də  bu  sarı  yosunlar  gecə 
vaxtı ətrafa fosfor kimi işıq saçırdı.  


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə