www.vivo-book.com
43
yırtıcı quş da fürsətdən istifadə edərək özünü tez-tez suya
vurub şikarla havaya qalxır, sonra təzədən aşağı şığıyırdı.
– Quşlardan balıqçılara çox kömək dəyir, – qoca
düşündü.
Elə bu vaxt ayağı altındakı nazik ipin tarım çəkildiyini
hiss etdi. Qoca bir ucunu əlində tutduğu ipdən bərk yapışdı,
kürəyi kənara qoyub kəndiri yavaş-yavaş yığmağa başladı;
bilirdi ki, qarmağa balaca bir tunes balığı ilişib. Əlindəki
tilov ipi getdikcə daha şiddətlə titrəyirdi. Çox keçmədi ki,
qoca beli abı, böyürləri qızılı rəngə çalan balığı gördü. Onu
qarmaqdan çıxardıb qayığın içinə atdı.
Tunes qayığın arxa tərəfinə, günün altına düşüb qaldı.
O, qəşəng quyruğu ilə döşəməni döyəcləyirdi; iri gözlərini
bərəldib əsə-əsə həyata vida edirdi; özü də kök və yağlıydı.
Qocanın ona yazığı gəldi, əziyyət çəkməsin deyə toppuzla
başını əzdi, sonra da ayağı ilə oturacağın altına, gün
düşməyən sərin yerə itələdi. Balıq hələ də çapalayırdı.
– Albakore... azından on girvənkə gələr, – qoca dedi. –
Yem əvəzinə qarmağa taxmağa yaxşıdır.
www.vivo-book.com
44
O, həmişə tək qalanda özüylə danışardı, buna nə
vaxtdan adət etdiyi isə yadında deyildi. Əvvəllər tək olanda
zümzümə eləyərdi; yelkənli gəmilərdə gecə növbəsinə
çıxanda da, çanaqlı bağa ovuna yollananda da həmişə mahnı
oxuyardı. Özüylə danışmağa başlaması yəqin oğlan başqa
qayığa keçəndən sonra olmuşdu. Nəsə, dəqiq yadına
düşmürdü. Oğlanla bir yerdə balıq tutduqları vaxt onlar
yalnız lazım olanda – gecələr, bir də pis havalarda bekar
qalarkən danışardılar: dənizdə boş-boşuna laqqırtı vurmaq
adət deyildi və qoca bu adətə ciddi riayət edərdi. Amma axır
vaxtlar fikrindən keçənləri tez-tez dilə gətirirdi; əlbəttə,
orasını da yaxşı bilirdi ki, onun tənhalıqda bu cür öz-özünə
danışmağı kiminsə zəhləsini töküb başını ağrıtmır.
“Öz-özümlə danışmağımı kənardan eşitsələr, yəqin ki,
başıma hava gəldiyini güman edərlər”, – o, hələ də
çapalayan tunesə baxıb dedi. – Hərgah, doğrudan da
havalanmamışamsa, onda öz-özümlə danışmağım kimin nə
işinə qalıb? Varlıların nə vecinə: qayıqlarına radio qoyub
istədikləri şeyə qulaq asırlar, beysbol yeniliklərindən də
vaxtında xəbər tuturlar”.
www.vivo-book.com
45
“İndi beysbolu fikirləşmək vaxtı deyil, – qoca öz-özünə
dedi, – indi düşünüləsi bir şey varsa, o da mənim nə üçün
doğulmağımdır. Doğrudan da, axı mən neyçün, nədən ötrü
doğulmuşam? Əlbəttə, balıq tutmaqçün. Yəqin mənim iri
balığım bu xırım-xırda balıqlarla bir yerdə üzür, mənsə vur-
tut dəstədən azmış balaca bir albakore tuta bilmişəm. Bu
balıqlar sahildən çox uzaqda üzürlər, özü də yaman sürətlə
üzürlər. Bu gün nəsə dənizdəki şeylər hamısı çox cəld
tərpənir, hamısı da gündoğana tərəf tələsir. Bəlkə günün bu
vaxtında həmişə belə olur? Ya bəlkə hamısı havanın
dəyişməyindəndir? Hər nədirsə bilmirəm, səbəbi mənə
məlum deyil”.
Dənizin qırağındakı yaşıl zolaq yoxa çıxmışdı, yalnız
uzaqda mavi təpələr görünürdü. Onların arxasından göyə
yüksələn buludlar başı qarlı uca dağları andırırdı. Dəniz tünd
rəngə çalırdı, günəşin qızılı telləri sularda bərq vurduqca
ətrafa rəngarəng şəfəqlər yayılırdı. Qoca yalnız şüaların
əmələ gətirdiyi ayrı-ayrı əlvan ləkələri, bir də dənizin dibinə
bir mildən ziyadə getmiş yoğun tilov iplərini görürdü.
www.vivo-book.com
46
Balıqçılar bu növdən olan bütün balıqlara tunes
deyirdilər. Yalnız bazara satmağa aparanda və tələ yemi
yem kimi istifadə etdikdə onların əsl adlarını, yəni, hərəsinin
öz doğru adını dilə gətirirdilər. Günəş göydən yerə od
ələyirdi. Qoca bunu peysərinin yanmasından duyurdu; avar
çəkdikcə tər kürəyindən sel kimi axırdı. “İndi bir az yatıb
dincələ bilərəm, hər ehtimala qarşı tilov ipini də ayağımın
baş barmağına bağlayım ki, tərpənən kimi yuxudan ayılım.
Qayığı axın özü aparacaq. Bu gün səksən beşinci gündür,
mütləq balıq tutacam”.
Bu vaxt qələmvarı yaşıl çubuqlardan biri suya tərəf
əyildi.
– Bax belə, – o dedi, – mən istəyən elə budur!
Qoca avarları ehmalca sudan çıxartdı. Sakitcə əyilib
tilov ipindən yapışdı və onu sağ əlinin baş barmağıyla
şəhadət barmağı arasında saxladı. Nə gərginlik, nə də ağırlıq
duydu; ipi boş tutmuşdu. Birdən qaytan dartıldı. Hərəkət
yavaş və yüngül idi. Bunun nə olduğunu qoca dərhal anladı.
Marlin balığı yüz dəniz sajeni dərinliyindəki qarmağın
ucuna keçirilmiş sardinaları yeyirdi.
www.vivo-book.com
47
Qoca sağ əlində boş tutduğu ipi sol əliylə tilov
ağacından ehmalca açdı. İndi o, balığa heç nə hiss
etdirmədən kəndiri suya istədiyi qədər buraxa bilərdi. “İlin
bu fəslində, sahildən bu qədər aralıda xırda balıq olmaz;
yəqin çox yekə balıqdır. Ye, balığım, buyur, nuş elə
sardinanı! Yem təzədir. Altı yüz fut dərinlikdə, yəqin ki,
sənin yerin çox soyuqdur, üşüyürsən. Həm qaranlıqdır, həm
də soyuq. İndi o qaranlıqda bir dəfə çevril, sonra əvvəlki
vəziyyətinə qayıdıb yenə yeməyində ol!”
Tillov ipi yavaşca titrəyib tərpəndi. Sonra bərkdən
dartıldı; görünür, balıq sardinanı qarmaqdan qopara bilmirdi.
Sonra daha heç nə baş vermədi. Qoca səsləndi:
– Hə, gəl görüm. Bir də, hə! Yaxşı-yaxşı iylə! Qoy
ləzzətli iy səni məst eləsin. İştahla ye! Onları yeyəndən
sonra tunesin də dadına bax. Tunesin əti bir az bərk olsa da,
əcəb ləzzətlidir. Çəkinmə, balığım, ye getsin!
Tilov ipini baş barmağıyla və şəhadət barmağı arasında
tutduğu halda, qoca başqa iplərə də nəzər yetirdi. Sonra yenə
yüngülvari təkan hiss elədi.
Dostları ilə paylaş: |