Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   41   42   43   44   45   46   47   48   49

111 
 
edir, eyni zamanda, onun yaxın qohumlarına aid olur) çərçivəsində görüləcək iĢlər 
barədə  fikir  mübadiləsi  aparılmıĢ,  itkinlərin  hər  iki  qurumda  olan  siyahıları 
arasındakı  fərqin  aradan  qaldırılması,  əməkdaĢlığın  daha  da  səmərəli  qurulması 
üçün təkliflər müzakirə olunmuĢdur. Həmçinin görülmüĢ iĢlər nəzərdən keçirilmiĢ, 
əsir düĢmüĢ 5 erməni  və  2 azərbaycanlının azad olunması istiqamətində  tədbirlər 
görülmüĢdür (ümumiyyətlə, təkcə son iki il ərzində 9 azərbaycanlı, 13 erməni azad 
olunmuĢdur). 
2006-cı  il  ərzində  Əsir  və  girovların  azad  edilməsi,  itkinlərin  axtarıĢı  üzrə 
Beynəlxalq  ĠĢçi  qrupunun  həmsədrləri  Bernhard  Klazen  (Almaniya),  Svetlana 
QannuĢkina  (Rusiya)  və  Paata  ZakaraeĢvili  (Gürcüstan)  Azərbaycan  və 
Ermənistana səfər etmiĢ, onlar komissiyada qəbul edilmiĢlər. 
Ötən il həmçinin Ġnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan 
Respublikasının  maraqlarını  müdafiə  edən  vəkillər  -  Qabriel  Lanski,  Malkolm 
Shou  və  Lan  Brounli  ilə  Dövlət  Komissiyasında  görüĢ  keçirilmiĢ,  onlara 
Ermənistanın  təcavüzü  zamanı  törədilmiĢ  cinayətlər  barədə  ətraflı  məlumatlar, 
itkin  düĢmüĢ  Ģəxs  kimi  qeydiyyata  alınmıĢ,  həmçinin  əsir  və  girov  götürülməsi 
barədə faktlar olan Ģəxslər barədə materiallar təqdim edilmiĢdir. 
ġahin  Sayılovun  məlumatına  görə,  Xocalı  soyqırımının  ildönümü  ilə 
əlaqədar  Dünya  Azərbaycanlıları  Konqresi  ilə  birlikdə  tədbirlər  hazırlanmıĢdır. 
Fevral  ayının  20-də  Bakı  Ģəhərində  ġəhidlər  xiyabanında  baĢlayan  tədbir 
Türkiyənin Ġstanbul Ģəhərindəki “Taksim  meydanı”nda  mitinqlə davam etdirilmiĢ, 
Belçikanın  Brüssel  Ģəhərində  konfrans,  Parlamentin  inzibati  binasının  və 
Hollandiyanın  Haaqa  Ģəhərində  Beynəlxalq  Ədalət  Məhkəməsinin  qarĢısında 
mitinqlərin  keçirilməsi  ilə  yekunlaĢmıĢdır.  Silsilə  tədbirlərin  yüksək  səviyyədə 
təĢkili  üçün  Dövlət  Komissiyasının  iĢçi  qrupu  tərəfindən  Xocalı  faciəsini  əks 
etdirən  plakatlar,  transparantlar,  müxtəlif  ölçülü  bayraqlar,  fotoĢəkillər,  broĢür  və 
kitablar, kompakt disklər hazırlanaraq yayılmıĢdır. 
“31  Mart  azərbaycanlıların  soyqırımı  günü”  ilə  bağlı  Türkiyədə  təĢkil 
olunmuĢ  tədbirlərdə,  Ġstanbulun  “Fateh”  meydanında  keçirilmiĢ  mitinqdə, 
“Ermənilərin  türklərə  qarĢı  soyqırımı  və  Türkiyə-Azərbaycan  münasibətlərinin 
gələcəyi  simpoziumu”nda  Dövlət  Komissiyasının  materialları  əsasında  ermənilər 
tərəfindən azərbaycanlılara qarĢı törədilmiĢ soyqırım, terror və iĢğal siyasəti barədə 
çıxıĢ edilmiĢ, əsir və girov götürülmüĢ insanların ermənilər tərəfindən gizlədilməsi, 
komissiyanın bu sahədə gördüyü iĢlər haqqında məlumat verilmiĢdir. 
24 aprel  “erməni soyqırımı”nın ildönümü ilə  bağlı qabaqlayıcı tədbir kimi 
“Nyu-York  Azərbaycanlıları  Assosiasiyası”nın  bu  Ģəhərdə  yaĢayan  türklərin  və 


112 
 
azərbaycanlıların  birgə  iĢtirakı  ilə  22  aprel  2006-cı  il  tarixdə  təĢkil  etdiyi  tədbirə 
Dövlət  Komissiyası  tərəfindən  hərtərəfli  köməklik  göstərilmiĢ,  Xaricdə  YaĢayan 
Azərbaycanlılarla  ĠĢ  üzrə  Dövlət  Komitəsinin  xətti  ilə  Türkiyədə  keçirilmiĢ 
“Dünya  azərbaycanlıları  ziyalılarının  forumu”nda  Ermənistanın  Azərbaycana 
təcavüzü  nəticəsində  törədilmiĢ  cinayət  faktları  ilə  bağlı  məruzə  edilmiĢ,  Milli 
Təhlükəsizlik Nazirliyi və Dövlət Komissiyasının materialları əsasında hazırlanmıĢ 
“Erməni terroru” adlı film nümayiĢ etdirilmiĢdir. 
Ötən  ilin  noyabr-dekabr  aylarında  Dünya  Azərbaycanlıları  Konqresi 
tərəfindən  Türkiyənin  Ġstanbul  Ģəhərində  təĢkil  edilmiĢ  “Xocalı  soyqırımı”  adlı 
elmi konfransda, Avrasiya Strateji AraĢdırmalar və Türk Dünyası Ġnsan Hüquqları 
mərkəzləri  tərəfindən  Türkiyənin  Ankara  Ģəhərində  təĢkil  olunmuĢ  “Erməni 
terroru” adlı tədbirdə komissiyanın iĢçi qrupunun əməkdaĢları təmsil olunmuĢlar. 
Hollandiyada  və  Fransada  Azərbaycan  və  türk  diaspor  təĢkilatları  ilə 
əlaqələrin  yaradılması,  Ermənistanın  Azərbaycana  təcavüzü  zamanı  törədilmiĢ 
cinayət  faktları  ilə  onların  yaxından  tanıĢ  edilməsi,  həmçinin  Dövlət  Komissiyası 
tərəfindən  hazırlanmıĢ  təbliğat  materiallarının  yayılması  məqsədi  ilə  müxtəlif 
səviyyələrdə 
görüĢlər  keçirilmiĢdir.  Komissiyanın  əməkdaĢları  “dəyirmi 
masa”larda,  konfranslarda  iĢtirak  edərək  məruzə  və  çıxıĢlar  etmiĢlər.  Səfərlər 
zamanı  həmçinin  əsir,  girov  və  itkin  problemi  ilə  məĢğul  olan  tanınmıĢ 
jurnalistlərlə  görüĢlər  keçirilərək  onlara  ətraflı  məlumatlar  və  vəsaitlər  təqdim 
olunmuĢ, gələcəkdə filmlərin hazırlanması üçün əməkdaĢlıq edilməsinin zəruriliyi 
vurğulanmıĢdır. 
2006-cı  ilin  sentyabr  ayında  Belçikanın  beynəlxalq  humanitar  hüquq  üzrə 
idarələrarası  komissiyasının  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsi  ilə  birlikdə  itkin 
düĢmüĢ  Ģəxslərin  talelərinin  aydınlaĢdırılmasının  mexanizmləri  və  hüquqi 
tədbirlərlə  bağlı  Brüssel  Ģəhərində  keçirilmiĢ  Avropa  simpoziumunda  Dövlət 
Komissiyasının  yaradılması  tarixi,  keçdiyi  yol,  osir,  itkin  düĢmüĢ  və  girov 
götürülmüĢ  Ģəxslər,  onlarla  bağlı  statistika,  axtarıĢ  tədbirləri,  siyahılarla  iĢ, 
həmçinin  erməni  əsirliyində  azərbaycanlılara  qarĢı  qeyri-insani  münasibət, 
beynəlxalq  humanitar  hüquq  normalarının  ziddinə  olaraq  onların  bir-birinə  qarĢı 
cinayət  törətməyə,  Azərbaycanın  tarixi-mədəni  abidələrini  dağıtmağa,  vandalizm 
aktlarında iĢtiraka məcbur edilmələri barədə geniĢ məlumatlar vermiĢlər.  
Beynəlxalq  Qırmızı  Xaç  Komitəsinin  vasitəçiliyi  ilə  Azərbaycanın  və 
Ermənistanın  Dövlət  Komissiyaları  iĢçi  qrupu  rəhbərlərinin  görüĢü  keçirilmiĢdir. 
Ġtkinlərin  axtarıĢı  iĢinin  fəallaĢdırılması,  bu  sahədə  informasiya  mübadiləsi  və 
qarĢıya  çıxan  çətinliklərin  aradan  qaldırılması,  siyahılar  üzrə  iĢin  təĢkili  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə