Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

80 
 
Xocalı  faciəsi  XX  əsrin  ən  böyük  cinayəti!  Həmin  gün  mən  özüm  öz 
beynimi yeyirdim. Xocalı qırğınının 11 dəqiqəlik kinoxronikasına baxmamaq üçün 
45 dəqiqə mübahisə edən millət vəkilləri, sizənə deyim?.. 
Xocalı...  Gecənin  qaranlığında  qaçhaqaçda  üç  aylıq  Salatını  öz  əlləriylə 
boğan ANA (uĢaq ağlayırmıĢ, uĢağın səsini düĢmənlər eĢitməsin deyə) və dörd saat 
möcüzəylə  yenidən  dirilən  uĢaq.  Xəstəxanada  Salatının  mənə  baxan  gözləri... 
Qaçhaqaçda  yaralı  bacısını  düĢmən  əlinə  keçməsin  deyə,  onun  öz  təkidiylə 
güllələyən  qardaĢ.  Ürəyinə,  üz-gözünə  süngü  sancılmıĢ  bir  uĢaq...  DonmuĢ, 
ayaqları  kəsilmiĢ  18  yaĢında  qız.  Üzünün  dərisi  soyulmuĢ  meyit...  Gözləri 
çıxarılmıĢ  oğlan...  Respublika  Xəstəxanasının  qadın  Ģöbəsi  həkiminin  tükürpədən 
söhbətləri...  ÖlmüĢ  anasının  döĢünü  əmən  uĢaq...  Ağıla  sığmayan  vəhĢiliyə, 
iĢgəncəyə tuĢ olan körpə, qadın, kiĢi, qoca meyitləri... 
ġahidlərdən  biri  deyirdi  ki,  saqqallılar  tutulan  əsir  qızların  səsini  səs 
gücləndiricilərlə uzaqlara verirdilər ki, eĢidin, çox qeyrət, qeyrət deyirsiniz... 
Kimlərsə,  qaĢıqla  diri  meymun  beyni  yeyibsə  də,  mən  o  gün  öz  beynimi 
yeyirdim... 
Cihad, damarlarımızda qan qaynayır, Cihad!!! 
Heç  nəyimiz  olmasa  da,  dilimizi  diĢləyib  yeddi  milyon  ət  kimi  tüpürək 
düĢmən gözünə! 
Dədə Ələsgərin çəkdiyi ah - zəlzələdən güclü ruhum, ġah babam Ġsmayılın, 
Babəkimin  qeyrətinə  sığınan  torpağım,  “Təbrizin”  qanı  tökülən  torpağım, 
göylərim, siz də mənə kömək olun! 
Yüz min insan bəbəyinə toxunan əllərim, Tanrımın töhfəsi - qanadlarım, siz 
də mənə kömək olun! 
“DaĢa varlığınla inansan, daĢ göyərər”, - deyən, atamın ruhu, sən də mənə 
kömək ol! 
Ey  gözəgörünməz,  darda  qalanların  arxası,  köməksizlərin  pənahı,  bir 
zərrəlik hüceyrəyə dünyanı sığıĢdıran kamil sənətkar, müqəddəs ruh, sən də kömək 
ol! 
Kömək olaq, arxa olaq, çəpər olaq bir-birimizə, Azərbaycan oğulları qızları! 
Cihad, qıĢqırır Vətən, Cihad! 
Müqəddəs müharibəyə, son döyüĢə hazır olun, el oğulları, el qızları! 
Olum, ya ölüm! 
 
Paşa Qəlbinur, 
tibb elmləri doktoru, professor 


81 
 
II FƏSĠL 
 
TÜRK DÜNYASI VƏ MÜASĠR SĠYASĠ PROSESLƏR 
 
1921-ci  ilin  dekabrında  Türkiyə  Böyük  Millət 
Məclisində  çıxıĢında  Atatürk  qeyd  edirdi  ki,  türklər 
müsəlman  xalqı  etibar  ilə  öz  din  qardaĢlarının  taleyi  ilə 
həmiĢə  maraqlanacaq,  bütün  müsəlman  xalqlarının 
müstəmləkəçilikdən 
azad 
olmasını, 
daha 
da 
çiçəklənməsini,  xoĢbəxtliyini  arzu  edəcəkdir.  Lakin 
türklər  heç  bir  vaxt  bütün  bu  xalqların  Türkiyənin 
baĢçılığı  altında  vahid  imperiyada  birləĢdirmək  fikrinə 
düĢməməlidirlər.  Atatürk  bu  fikirlərin  qorxulu  olduğunu 
və heç vaxt həyata keçirilə bilməyəcəyini qeyd edirdi. O 
göstərirdi ki, keçmiĢdə türklər bu cür xülya ideyaları irəli 
sürməklə bütün dünyanın nifrət və qəzəbini qazanmıĢdır. 
“Cənablar,  biz  müstəqil  olmaq  və  yaĢamaq  istəyən  bir 
millətik.  Biz  həyatımızı  ancaq  bu  məqsədə  həsr 
edəcəyik”. 
Lakin  bütün  bunlara  baxmayaraq,  türk  xalqları 
içərisində yeganə müstəqil dövlət olan Türkiyə türkçülük 
ideologiyasının  mərkəzinə  çevrildikcə  türk  xalqlarının 
birlik,  yekdillik  ideyaları  son  nəticədə  Türkiyə  ilə 
bağlanırdı və müəyyən mənada bu təbii idi.  
Türkçülüyün  gerçəkləĢməsi  uğrunda  mübarizədə  onun  türk  xalqlarına 
aĢılanmasında  Ziya  Göy  Alp  xüsusilə  fərqlənirdi.  O,  türkçülüyü  “Türk  millətini 
yüksəltmək  deməkdir”  -  tərifini  vermiĢ,  bu  yüksəlməyin  proqramını,  yollarını  və 
prinsiplərini iĢləyib hazırlamıĢdı. Bu yolda ən mühüm vəzifəni Ziya Göy Alp türk 
millətinin milli Ģüurunu, milli vicdanını gücləndirməkdə görürdü. 
XX əsrin əvvəllərinə nisbətən türklərin sayı 3 dəfəyəcən artmıĢdır. Bir sıra 
dünya  siyasətçilərini  və  türk  xalqlarının  bədxahlarını  qorxudan  da  elə  budur. 
Dünyada  demoqrafik  dəyiĢikliklər  açıq-aydın  türk  xalqlarının,  eyni  zamanda 
müsəlmanların  xeyri  nədir.  Sonuncu  onillikdə  Azərbaycan  türklərinin  orta  illik 
artımı  2,1  faiz,  özbəklərin  3  faiz,  qazaxların  2,2  faiz,  türkmənlərin  3  faiz, 
qırğızların 2,9 faiz  təĢkil etdiyi halda, Fransada  əhalinin orta  illik artımı  0,8 faiz, 
Böyük  Britaniyada  0,1  faiz,  Ġsveçdə  0,08  faiz,  Almaniyada  0,1  faiz,  Yaponiyada 


82 
 
0,9 faiz olmuĢdur. Müxtəlif ölkələrdə əhalinin artım surətinin bu cür davam etməsi 
qarĢımıza gələn əsrdə ciddi demoqrafik disproporisiyanın yaranacağını xəbər verir. 
Bu isə öz növbəsində müasir siyasi proseslərə və gələcəkdə dünya siyasətinə təsir 
göstərməyə bilməyəcəkdir. 
Lakin  dünya  siyasətçilərinin  türk  dünyasına  diqqətlərinin  artması  təkcə 
demoqrafik  “partlayıĢ”la  bağlı  deyildir.  Son  dövrlərin  siyasi  hadisələri  türk 
xalqlarının əksəriyyətini dünya siyasətinin coĢqun axarına qoĢmuĢdur. Bu prosesə 
təsadüfi  bir  hadisə  kimi  baxmaq  sadəlövhlük  olardı.  Türk  dünyasının  dünya 
siyasətinin  burulğanına  daxil  olması  və  xeyli  dərəcədə  ona  təsir  etməyə 
baĢlamasına  tarixin  qanunauyğun  inkiĢafının  nəticəsi  kimi  baxılmalıdır.  Sovet 
imperiyasının  dağılması  nəticəsində  türkdilli  xalqları  təmsil  edən  beĢ  müstəqil 
dövlətin yaranması qüvvələr nisbətinin dəyiĢməsində mühüm əhəmiyyət kəsb edir. 
Ġndi  BirləĢmiĢ  Millətlər  TəĢkilatında  altı  türk  dövləti  təmsil  edilmiĢdir.  Bir  sıra 
türkdilli  xalqların  muxtar  qurumlarının  möhkəmlənməsi  dövlətçilik  ənənələrinin 
bərpa edilməsi yolunda ciddi addım saymalıdır. Türkdilli xalqların təmsil etdikləri 
müstəqil və muxtar dövlət qurumları ciddi siyasi, iqtisadi, hərbi, ərazi potensialına 
malikdir.  Altı  müstəqil  türk  dövlətinin  (Azərbaycan,  Qazaxıstan,  Qırğızıstan, 
Özbəkistan,  Türkiyə,  Türkmənistan)  və  Rusiya  Federasiyasına  daxil  olan  və 
əhalisinin  əksəriyyətini  türkdilli  xalqlar  təĢkil  edən  altı  muxtar  qurumun 
(Tatarıstan,  BaĢqırdıstan,  ÇuvaĢiya,  Saxa,  Tuva,  Qaraçay-Çərkəz)  ərazisi  8,2 
milyon  kvadratkilometr,  əhalisinin  sayı  isə  126  milyondur.  Bura  Çin 
Respublikasının sahəsi 1,7 milyon kvadratkilometr, əhalisi 15 milyona yaxın olan 
Sintszyan-Uyğur  muxtar  rayonunu  da  daxil  etməklə  türk  xalqlarının  yaĢadıqları 
arealın aydın mənzərəsini yarada bilərik. 
Türk  dünyasının  yuxarıda  adları  çəkilən  ölkələrində  ildə  təxminən  200 
milyon tondan artıq neft, 160 milyard kubmetr qaz. 250 milyon tona yaxın kömür 
çıxarılır.  17  milyon  ton  polad,  9  milyon  tona  yaxın  çuqun,  16  milyon  ton  qara 
metal  prokatı,  350  milyard  kilovat-saat  elektrik  enerjisi,  3  milyon  tondan  artıq 
pambıq  lifi,  müasir  silahlar,  avadanlıq,  maĢm  və  mexanizmlər  istehsal  edən 
zavodlar,  müxtəlif  məhsullar  buraxan  fabriklər  fəaliyyətdədir.  Türk  xalqlarının 
ərazilərində  becərilən  taxıl  və  digər  yeyinti  məhsulları  nəinki  özlərini,  onlarca 
digər  ölkə  xalqlarını  da  dolandıra  bilər.  Qazaxıstan  ərazisində  keçmiĢ  SSRĠ-yə 
məxsus  nəhəng  Baykonur  raketburaxma  kompleksi,  nüvə  silahı  arsenalı  da  bu 
potensiala əlavə edilə bilər. 
Bütün  bunlarla  yanaĢı,  qeyd  edilməlidir  ki,  türk  dünyasının  qabaqcıl 
ölkələrin  inkiĢaf  axınına  qoĢulması  yolunda  ciddi  çətinliklər  və  maneələr 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə