28
görəsən. Bunun bariz nümunələrindən biri Ermənistandan mühacirətin kütləvi
xarakter almasıdır. Hazırda Ermənistanda heç 2 milyon adam qalmamıĢdır.
Ermənilər guya özlərinə prezident seçirlər. Amma əslində Ermənistan vassal
vilayətdir, baĢqa ölkə tərəfindən idarə olunan forpostdur. Onun iqtisadiyyatı da,
mənəviyyatı da, siyasəti də əlindən alınıbdır.
Ermənilər siyasi-ideoloji mübarizədə də Azərbaycana uduzublar. Bu
mübarizədə Azərbaycan üstün mövqedədir. Azərbaycan iqtisadi və hərbi sahələrdə
də Ermənistanı üstələyib. Mənəvi baxımdan da Azərbaycan cəmiyyəti Ermənistan
cəmiyyətindən yüksəkdə dayanır. Təbliğat və ideoloji
müharibə cəbhəsinə gəldikdə
isə ümummilli lider Heydər Əliyevin müəyyənləĢdirdiyi siyasətin və bu siyasətin
Azərbaycan Prezidenti cənab Ġlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin
nəticəsidir ki, ermənilər uduzurlar. Ona görə müxtəlif formalarla müqavimət
göstərməyə çalıĢırlar. Bu müqavimətin növlərindən biri də tarixi faktları
saxtalaĢdırmaq, müxtəlif fitnəkarlıqlara əl atmaqdır. Ġstənilən tarixi sənədi
araĢdırsaq, orada ermənilərə yer olmadığını görərik. Çar Rusiyasının Cənubi
Qafqazla bağlı imzaladığı müqavilələr ya Azərbaycan torpaqları ilə bağlıdır, ya da
ki, gürcülərlə.
“Türkmənçay” sülh müqaviləsinin də ermənilərə heç bir dəxli yoxdur.
Rusiya-Türkiyə
və
Rusiya-Ġran
müharibələrinin nəticəsində imzalanmıĢ
müqavilələr zamanı bölünən torpaqlar Azərbaycan əraziləri olmuĢdur. Bu
müqavilələrin nəticəsi olaraq ermənilər sadəcə Cənubi Qafqaza köçürülmüĢlər ki,
bu da tamam baĢqa bir məsələdir.
Mübariz Qurbanlı,
YAP icra katibinin müavini,
millət vəkili