Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

33 
 
9.  Rusiya  dövlətinin  hüdudları  Baltik  dənizinə,  cənubda  isə  isti  dənizlərə 
qədər  olmalıdır.  Bunu  həyata  keçirmək  və  sərhədləri  daha  da  geniĢləndirmək 
övladlarımızın vəzifəsidir”. 
 
MƏXFĠ QALSIN 
 
Cürbəcür  tədbirlər  görülməlidir  ki,  Ġran  pulsuz,  ticarətsiz  qalsın.  Xülasə, 
Ġranı tənəzzülə sövq etmək, asılı vəziyyətdə saxlamaq lazımdır ki, Rusiya istədiyi 
vaxt  onu  zəhmətsiz  məhv  etməyə  nail  olsun.  Amma  Osmanlı  dövləti  məhv 
olmadan Ġranı sıradan çıxarmağımız məsləhət deyil. 
Maddi  ehtiyaclar  ölkəsi  olan  Osmanlıların  iĢini  bitirdikdən  sonra  Ġranı 
çətinlik  çəkmədən  məhv  etmək  və  baĢını  kəsmək  mümkündür.  Ona  görə  də  siz 
vaxtı fövt etmədən Qafqazı zəbt və iĢğal edib, Ġranın daxili hakimlərini xadim və 
müti  edəsiniz.  Ondan  sonra  Hindistana  qəsd  etməli.  O  məmləkət  çox  böyük  və 
geniĢ ticarət yeridir. Oranı ələ keçirmiĢ olsanız, Ġngiltərə vasitəsilə hasil olunan pul 
və  gəlir  əvvəlkindən  çox  Hindistandan  Rusiyaya  ixrac  olunar.  Hindistanın  açarı 
Osmanlı  imperiyasının  paytaxtıdır.  Nə  qədər  bacarırsınız  Xivə,  Buxara  səhraları 
tərəfdən  irəliləyin  ki,  məqsədimiz  sizə  yaxınlaĢsın.  Vaxt  itirməyin,  eyni  zamanda 
tələsməklə əcələ yetməkdən də imtina edin. 
Osmanlı  imperiyasını  Avropadan  ayırmalı.  Bir  Ģərtlə  ki,  Avstriya  bu 
yoldaĢlıqda  (bizimlə  yoldaĢlıqda) fayda  hasil edə  bilməsin. Bu iĢdə  iki  yol var:  - 
Avsrtiyanın  baĢqa  bir  tərəfdə  baĢını  qatmaq;  biri  də  -  Avstriyaya  Osmanlı 
torpaqlarından elə bir parça vermək ki, sonradan onun geri alınması asan olsun. 


34 
 
10. Yunanlarla  sülh  və dostluqla rəftar etməli. Müharibə zamanı onlar sizə 
kömək edərlər. Çünki yunanlar Osmanlılardan həmiĢə zərər görüblər. 
 
“DAġNAKSÜTYUN” SĠYASĠ PARTĠYA DEYĠL, 
SĠLAHLI TERROR TƏġKĠLATIDIR 
 
“Böyük  Ermənistan”  xəstəliyinə  tutulmuĢ  ermənilər  xristian  kilsəsinin 
“xeyir-duası”  ilə  daha  mütəĢəkkil      fəaliyyətə    baĢladılar.  Bir-birinin  ardınca 
millətçi-terrorçu  erməni  partiyaları  (“Hnçaq”,  “DaĢnaksütyun”  və  s.)  cəmiyyətləri 
və terrorçu qrupların yaradılması dövrü baĢlandı. 
1887-ci  ildə  yaradılmıĢ  “Hnçaq”  adlı  erməni  millətçi  partiyası  öz 
proqramında  Osmanlı  imperiyası  ərazisində  müstəqil  erməni  dövləti  yaratmağı 
qarĢısına  məqsəd  qoymuĢdu.  Bu  məqsədə  nail  olmaq  üçün  əsas  vasitə  terror 
aktlarının həyata keçirilməsi olmalı idi. 
Ermənilər  14  oktyabr  1903-cü  ildə  ilk  terror  aktlarından  birini  onların 
“siyasətini”  dəstəkləmədiyi  üçün  Qafqazın  mülki  iĢlər  rəisi  knyaz  Qolitsinə  qarĢı 
həyata keçirdilər. 
Maraqlıdır. Millətçi-terrorçu erməni partiyası olan “DaĢnaksütyun” Türkiyə 
ərazisində  müstəqil  erməni  dövləti  yaratmağı  özünün  əsas  vəzifəsi  elan  etmiĢdi. 
Onlar bu ideyanı həyata keçirmək üçün Osmanlı dövlətinin ərazisində silahlı-terror 
dəstələri yaratmalı, geniĢ təbliğat iĢləri aparmalı, hökümət idarələrini talan və qarət 
etməli  idilər.  “DaĢnaksütyun”  partiyası,  faktiki  olaraq,  hər  biri  10  nəfər 
“döyüĢçüdən”  terrorçudan  təĢkil  olunmuĢ  silahlı  dəstələrdən  ibarət  idi.  BaĢqa 
sözlə, “DaĢnaksütyun” siyasi partiya deyil, silahlı terror təĢkilatı idi. 
“Hnçaq”  və  “DaĢnaksütyun”  terrorçuları  ġərqi  Anadolu  və  Azərbaycan 
kəndlərini  çapıb-talamaqda  bir-biri  ilə  rəqabət  aparır,  sanki  yarıĢırdılar.  Rəsmi 
proqramlarında  terroru  qarĢılarına  məqsəd  qoyan  bu  partiyalar  və  cəmiyyətlər 
“türkə”  ölüm  çağrıĢı  ilə  tarixin  ən  qanlı  cinayətlərinə  baĢladılar.  Birinci  dünya 
müharibəsi  (1914-1918)  dövründə  Osmanlı  imperiyasının  zəifləyib  aradan 
götürüləcəyini  düĢünən  ermənilər  vətəndaĢları  olduğu  və  hər  zaman  himayə  və 
qayğı  gördükləri  Türkiyə  dövlətinə  xəyanət  etdilər.  Çar  Rusiyasının 
silahlandırdıqları  erməni  daĢnak  quldur  dəstələri  ġərqi  Anadoluda  və 
Azərbaycanda  (həm  Ģimalda,  həm  də  cənubda)  türk  müsəlman  əhalini  kütləvi 
surətdə qırmağa baĢladılar. Naxçıvan, Ġrəvan, Zəngəzur, Qarabağ, Urmiya, Salmas, 
Xoy,  Maku  və  digər  yaĢayıĢ  yerlərində,  yüz  minlərlə  Azərbaycan  türkü,  o 
cümlədən uĢaqlar, qadınlar, qocalar məhv edildi. 
Bakıda  hakimiyyət  uğrunda  mübarizə  gedirdi.  S.ġaumyan  Birinci  Dünya 
müharibəsi  cəbhələrindən  erməni  zabit  və  əsgərlərini  səfərbərliyə  alaraq 
Azərbaycan xalqına qarĢı tarixin ən dəhĢətli soyqırımlarından birini törətdi. ġimali 
Azərbaycanın  bütün  bölgələrində,  o  cümlədən  Bakı,  ġamaxı,  Göyçay,  Kürdəmir, 
Quba,  Salyan,  Lənkəran  və  baĢqa  yerlərdə  türk  müsəlman  əhali  əvvəlcədən 


35 
 
düĢünülmüĢ plan əsasında kütləvi surətdə, ucdantutma məhv edildi, xalqın min illər 
boyunca yaratdığı maddi və mənəvi sərvətlər məhv və talan olundu. 
Bakıda  mart  soyqırımı  planı  Erməni  Milli  Komitəsi  və  “DaĢnaksütyun” 
partiyası  tərəfindən  hələ  1917-ci  ildən  hazırlanırdı.  O,  vaxt  bolĢevik-daĢnak 
qüvvələrinin  birləĢdiyi  və  qatı  Ģovinist  ġaumyanın  baĢçılıq  etdiyi  Bakı  Sovetinin 
sərəncamında əksəriyyəti ermənilərdən ibarət 20 min nəfərlik siyasi qüvvə var idi. 
Bu  dəhĢətli  soyqırımları  törətməkdə  ġaumyanın  və  onun  ətrafında  birləĢmiĢ 
Andronik,  Mikoyan,  Lalayan,  Namazasp,  Arakelyan,  Əmiryan  kimi  daĢnaklar 
qrupunun  bir  məqsədi  var  idi:  azərbaycanlıları  son  nəfərinədək  qırmaq,  yaxud  öz 
doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahillərindən Türkiyə 
sərhədlərinədək  ölkənin  bütün  ərazisini  boĢaltmaq.  Erməni  silahlı  qüvvələri  öz 
çirkin  niyyətlərini  həyata  keçirmək  üçün  1918-ci  ilin  mart-aprel  aylarında  Bakı 
quberniyasında  229,  Gəncə  quberniyasında  272,  Zəngəzurda  115,  ġamaxıda  80, 
Quba  qəzasında  122,  Qarabağda  157  kəndi  bütün  məscidləri,  məktəbləri,  qədim 
memarlıq abidləri ilə birlikdə yandırıb külə döndərmiĢ, əhalisini qırmıĢ və didərgin 
salmıĢdılar. 
S.ġaumyan  Bakıda  törədilmiĢ  dəhĢətlərdən  vəcdə  gələrək  Rusiya  XKS-yə 
belə məlumat vermiĢdi: “Zaqafqaziya Sovet hakimiyyəti uğrunda silahlı mübarizə 
mərhələsinə daxil olub. Üç gün müddətində - 30-31 mart və 1 aprel tarixində Bakı 
Ģəhərində  Ģiddətli  döyüĢlər  olub...  Bizim  üçün  döyüĢün  nəticələri  çox  yaxĢı 
olmuĢdur.  Biz  onlara  öz  Ģərtlərimizi  diktə  etdik,  onlar  da  danıĢıqsız  olaraq  bu 
Ģərtləri qəbul elədilər”. Öz daĢnak simasını gizlədə bilməyən ġaumyan daha sonra 
yazmıĢdı:  “ġəhərimizin  milli  tərkibi  bizi  narahat  edirdi.  Biz  mübarizənin 
arzuolunmaz xarakter alacağından qorxurduq, biz hətta erməni polkunun yardımına 
belə  əl  atmalı  olduq.  Biz  hətta  onun  köməyindən  imtina  etməyi  mümkün  hesab 
etmədik.  Qələbə  isə  o  qədər  böyükdür  ki,  bu  gerçəkliyə  az  kədər  gətirir”.  Bu 
sitatlardan,  bolĢevik  yazıĢmalarından  göründüyü  kimi,  1918-ci  ilin  martında  da 
əvvəldə  olduğu  kimi,  təĢkilatçılar  da,  icraçılar  da  eyni  qütbdən  çıxıĢ  ediblər, 
torpağımıza  yiyələnmək  üçün  birləĢib  xalqımıza  qarĢı  soyqırımı  siyasətini  həyata 
keçiriblər. 
1918-ci  ilin  mart  ayından  Stepan  ġaumyan  10  min  nəfərdən  ibarət  olan 
silahlı  quldur  dəstəsinə  baĢçılıq  edirdi.  Bu  quldurlar  Bakıda  və  Bakı  ətrafında  3 
gün ərzində 30 minə yaxın günahsız soydaĢımızı xüsusi  amansızlıqla,  qəddarlıqla  
öldürmüĢdülər.  Quldur  baĢçısının  göstəriĢi  ilə  Ģəhərin  müxtəlif  yerlərində 
pulemyotçular  durmuĢdular  ki,  əhalinin  qaçmağa  cəhd  göstərənlərini  gülləbaran 
etsinlər  və  belə  də  edirdilər.  Bakıda  müsəlman  məhəllələri  dağıdılıb,  yandırılıb 
məhv  edildikdən  sonra  mart  ayının  30-dan  31-nə  keçən  gecə  “ĠçəriĢəhər” 
əməliyyatı  baĢlandı...  Ertəsi  günü  hara  baxsaydın  yandırılmıĢ  kiĢi,  qadın,  körpə 
uĢaq  meyitləri  görərdin.  Həmin  günlər  mətbuat  səhifələrində  azərbaycanlıların 
baĢına gətirilən bəlalar belə göstərilmiĢdir: “Erməni əsgərlərinin hamilə müsəlman 
qadınlarının  qarnını  yırtaraq  bətndə  artıq  formalaĢan  uĢağı  çıxarıb  onun  baĢını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə