Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

29 
 
QARABAĞ XANLIĞI 
 
Q
arabağ  xanlığı  XVIII  əsrin  ortalarında  yaranmıĢdır.  Xanlığın  əhalisini 
CavanĢir,  Ġyirmi  dörd,  Otuzikilər,  kəbirli,  ziyadoğlu,  baharlı  türk  tayfaları  təĢkil 
edirdilər.  Muğanda  Nadirə  tacqoyma  mərasimi  keçiriləndə  Qarabağın  bu  tayfaları 
Nadir  xanın  namizədliyinin  əleyhinə  çıxdılar  və  Səfəvi  taxtında  yalnız  Səfəvilər 
sülaləsi  nümayəndələrinin  oturmaq  ixtiyarına  malik  olduqlarını  bildirdilər.  Məhz 
bu  səbəbdən  də  Nadir  xan  Ģah  elan  olunduqdan  sonra  qarabağlıları  cəzalandırdı. 
Onları Xorasan  vilayətinə  və  Əfqanıstanın sərhədlərinə  sürgün etdi.  Pənahəli bəy 
və onun qardaĢı Fəzləli bəy də onların sırasında idilər. Fəzləli bəy Nadir Ģahın bu 
siyasətinə qarĢı açıq çıxıĢ etdiyinə görə edam edildi. 
Pənahəli bəy isə 1738-ci ildə bir dəstə yaxın adamı ilə birlikdə Ģah sarayını 
tərk  edib  Qarabağa  getdi  və  keçmiĢ  Qarabağ  bəylərbəyliyinin  qərbində  Qarabağ 
xanlığının  əsasını  qoyub,  özünü  xan  elan  etdi.  (1748-1763).  Xanlıq  Arazla  Kür 
arasındakı  ərazidə  yerləĢirdi  və  ġəki,  Gəncə,  Ġrəvan,  Naxçıvan,  Qarabağ,  Cavad, 
ġamaxı xanlıqları ilə həmsərhəd idi. 
Mərkəzi ġuĢa Ģəhəri olan Qarabağ xanlığında əhali əkinçilik və maldarlıqla 
məĢğul  olurdu.  Bağçılıq,  bostançılıq,  arıçılıq,  toxumçuluq  və  sənətkarlıq  inkiĢaf 
etmiĢdi. ġuĢa ticarət mərkəzi idi. Burada “Pənahabad” adlı pul kəsilirdi. Xanlıqda 
əhalinin  vəziyyətini  ağırlaĢdıran  əsas  amillərdən  biri  burada  17  əsas  vergi  və 
mükəlləfiyyət növünün olması idi. Bu da xanlıqda vaxtaĢırı ciddi narazılığa səbəb 
olurdu. 
 
Pənahəli xan və onun xanlığı möhkəmləndirmək tədbirləri 
 


30 
 
Pənahəli xan hakimiyyətini bərqərar etdikdən sonra xanlığın hərbi-siyasi və 
iqtisadi  cəhətdən  möhkəmləndirilməsi  üçün  tədbirlər  həyata  keçirirdi.  Birinci 
növbədə,  xanlığı  onu  düĢmən  olan  yerli  feodalların  və  cənubdan  gözlənilən 
basqınlardan müdafiə etmək üçün, 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının 
əsasını qoydu, onun ətrafına hasar çəkdirdi, yaĢayıĢ evləri, məscid, bazar, hamam 
və  s.  tikdirdi.  Xan  bütün  ailəsini,  Qarabağ  əyanlarını  qalaya  köçürtdü.  Ərdəbil  və 
Təbrizdən  də  buraya  xeyli  sənətkar  gəlmiĢdi.  Xanlığın  qüdrətinin  artması  baĢqa 
hakimləri  çox  narahat  etdiyindən  onlar  xana  qarĢı  ittifaq  yaratmıĢdılar.  Tarixçi-
salnaməçi  Mirzə  Adıgözəl  bəyin  dediyinə  görə,  məliklər  ġəki  xanı  Hacı  Çələbiyə 
məktub  yazıb  bildirirdilər  ki,  “Pənah  xan  burada  taxta  çıxmıĢ,  qala  və  səngər 
tikdirmiĢdir.  Əgər  dəfində  bir  təxir  edilərsə,  sonra  onun  qarĢısında  durmaq 
mümkün olmayacaqdır”. Hacı Çələbi qoĢun toplayıb müttəfiqləri ilə Bayat qalasını 
mühasirəyə almıĢ, bir ay mühasirədə saxlasa da, qalanı ala bilməmiĢdi. 
* * * 
“...Pənah xan... ġuĢa Ģəhərinin bina etdi. ġəhərin bina olunacağı yerdə axar 
su  və  bulaq  yox  idi.  Ġmtahan  üçün  bir  neçə  quyu  qazdılar.  O  quyulardan  su 
çıxandan sonra, ġuĢa Ģəhərinin binası qoyuldu... 
ġahbulağında sakin olanları, bir para kənd əhalisini köçürüb bura gətirdilər. 
Hər bir Ģəxsə yurd və yer verib xalqı sakin etdilər. Sonra Pənah xan öz ailəsi üçün 
uca  imarətlər  və  geniĢ  binalar  saldırdı.  Hünərli  ustalar,  sənət  sahibi  və  iĢ  bilən 
memarlar barı, hasar, bürc və divar çəkdilər...” 
 
Mirzə Adıgözəl bəy Şuşa 
şəhərinin inşa edilməsi haqqında 
Qarabağnamələr. Birinci kitab. Bakı, 1989, səh - 40. 
 
 
 


31 
 
ĠRƏVAN XANLIĞI 
 
Ġrəvan xanlığı XVIII əsrin ortalarında yaranmıĢ dövlət qurumu idi. Xanlığın 
əsasını Mir Mehdi xan qoymuĢdu. Bu xanlıq Ağrı vadisi, Dərələyəz və Göyçə gölü 
arasındakı  torpaqlarda  yerləĢirdi.  Naxçıvan,  Maku  xanlıq  -  Borçalı,  Qazax 
sultanlıqları və  Qarabağla  həmsərhəd idi.  Xanlıq naiblərin idarə etdiyi 14 mahala 
bölünmüĢdü.  Xanlığın  əhalisinin,  demək  olar  ki,  hamısı  Azərbaycan  türklərindən 
ibarət idi. Buradakı yer adları da Azərbaycan mənĢəlidir. Bütün bunlar Azərbaycan 
türklərinin Ġrəvanın köklü, yerli xalqı olduğunu sübut edir. Xanlığın mərkəzi Ġrəvan 
Ģəhəri idi. Ġrəvan Ģəhərinin tarixi çox qədimdir. Bəzi tədqiqatçılar əsassız olaraq bu 
Ģəhərin  adını  I  ġah  Ġsmayılın  sərkərdəsi  Rəvanqulu  xanın  adı  ilə  bağlayırlar. 
Əslində  bu  Ģəhərin  tarixi  VII  əsrə  aiddir.  Qaraqoyunluların  və  Ağqoyunluların 
hökmranlığı dövründə coğrafi mövqeyinə  və  yerli Ģəraitinə görə Ġrəvan Çuxursəd 
vilayətinin inzibati mərkəzi olmuĢdur. 
 
Gəncənin iĢğal edilməsində iĢtirak etmiĢ general Koryaginin gündəliyindən 
 
“...Əgər  Pavel  Dmitriyeviçin  yanında  yavəri  olmasaydı  o,  qəhrəman  tatar 
(azərbaycanlı)  xanın  qəhrəman  zövcəsinin  qılıncından  salamat  qalmayacaqdı. 
Əsgər araya girmiĢ, endirilmiĢ qılınc ona dəymiĢdir... Bu hadisədən sonra Sisianov 
dərhal  çölə  çıxmıĢ,  lakin  rəngi  qaçmıĢdı.  Mən  tatar  xanının  arvadının  əynində 
çərkəzi  paltar,  belində  xəncər  və  əlində  ərinin  qılıncını  gördüm.  Qılınc  tanıĢ  idi. 
Onun zəhmli əri o qılıncla mənə zərbələr endirmiĢdir, xan qılıncı atraksionlar kimi 
oynadırdı,  daha  doğrusu,  elə  bil  rəqs  edirdi.  Mən  onun  “oyununa”  dözə 


32 
 
bilmədiyimi hər dəqiqə hiss edirdim və buna görə də əsgərlərdən birini məni əvəz 
etməyə çağırdım, özüm “oyundan” çıxdım... 
...Ġgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə baĢsağlığı verməyə 
getdik. O, baĢdan-ayağa qara paltar içində idi, bizə qatil kimi baxırdı. Buna onun 
haqqı vardı. Biz ona pul təklif etdik. O, cavab verməyə tələsmədi,  yanındakı qızı 
çağırıb nəsə dedi. Qız dərhal yan otağa getdi. Əlində bir kisə ilə qayıdıb gəldi. Bu, 
pul  kisəsi  idi.  Xanın  arvadı  kisəni  götürüb  generalın  qarĢısında  dayandı  və  düz 
onun  gözlərinin  içinə  baxıb  tatarca  nəsə  dedi.  Birdən  dəhĢət  baĢ  verdi,  o, 
gözlənilmədən  pul  kisəsini  generalın  üzünə  çırpdı.  Qızıl  onluqlar  Pavel 
Dmitriyeviçin alnına, gözünə, burnuna və ağzına dəyib ayaqlarının altına töküldü. 
General  baĢını  aĢağı  əyib  yerə  tökülmüĢ  qızıl  pullara  acgözlüklə  baxanda,  xanım 
mənalı bir tərzdə nifrətlə gülümsədi. General azdan-çoxdan qafqazlı adətinə bələd 
olduğu  üçün  Bəyim  xanıma  cavab  vermədi,  əlindəki  pulu  qaytarıb  cibinə  qoydu, 
qapıdan  çıxanda  nə  isə  fikirləĢib  geri  qayıtdı,  astanada  dayanıb  həmin  pulları 
cibindən  çıxartdı,  hələ  də  ayaq  üstə  dayanan  xan  arvadının  altına  600  çervonu 
səpdi, qadın pullara baxmadı, onları ayaqladı...” 
 
“Gəncənin səsi” qəzeti, 23 fevral 1990-cı il 
 
I Pyotrun vəsiyyətləri 
(1725-ci ildə yazılmış, 1735-ci ildə elan edilmişdir) 
 
“Bütün övladlarım bir-birindən sonra Avropa ölkələrinə hökmran olacaqlar. 
Çünki  Avropanın  dövlət  quruluĢu  tam  köhnəlmiĢ  və  qocalmıĢdır.  Lakin  rus 
səltənəti  inkiĢaf  edir.  Biz  bu  inkiĢafı  Ģüurlu  Ģəkildə  qurmuĢuq.  Mən  aĢağıdakı 
tövsiyələrimi vəsiyyət kimi yazıram ki, gələcək nəsillərimizin əlində təminat olsun. 
1.  Rus  dövləti  həmiĢə  müharibə  müvazinəti  hazırlamalı  və  çalıĢmalıdır  ki, 
bu hazırlıq Rusiyanın tərəqqisinə səbəb olsun. 
...8.  Rusiya  dövlətini  o  zaman  dünya  dövləti  adlandırmaq  olar  ki,  onun 
paytaxtı  Asiya  və  Avropa  xəzinələrinin  açarı  olan  Ġstanbul  olsun.  Vaxtı  fövtə 
vermədən  çalıĢıb  Ġstanbula,  Qərb  torpaqlarına  sahib  olmaq  lazımdır.  Əlbəttə, 
Ġstanbula sahib olan çar dünyanın da sahibi olacaqdır. Bu məqsədi həyata keçirmək 
üçün  həmiĢə  Osmanlı  imperiyası  və  Səfəvilər  arasında  fitnə-fəsad,  dava-dalaĢ 
salmaq  lazımdır.  Bu  iĢdə  sünni-Ģiə  ixtilafları  yaxĢı  bir  vasitədir.  Osmanlılarla 
Səfəvilər  arasında  müvazinətləri  elə  pozmaq  lazımdır  ki,  onlar  bir-birilə  dil  tapa 
bilməsinlər.  Nə  Səfəvilərə,  nə  də  Osmanlılara  Avropa  xalqları  ilə  təmas  tapmağa 
imkan  vermək  olmaz.  Əgər  bu  ölkələrin  müsəlmanları  göz  açıb  hüquqlarını 
qansalar,  bu  bizə  böyük  zərbə  olar.  Həm  Osmanlı,  həm  də  Səfəvi  xanlarını  ələ 
almaq, onların vasitəsilə sünni-Ģiə ixtilaflarını qarıĢdırmaq lazımdır... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə