Qaydaların kobudcasına pozulmasının, paytaxtdakı dözülməz tıxacların və s ciddi şəkildə artmasını kim inkar



Yüklə 382,59 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix01.06.2018
ölçüsü382,59 Kb.
#46947
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   15


Avto

Stop


№10

02/2016


RESS

www.avtostop.tv




Rəhman və Rəhim olan Allahın adı ilə.

№7




Avto

Stop


4

babek@avtostop.tv

Baş redaktordan

B

u gün nəqliyyat vasitələrindən, 

avtomobil yollarından söz 

düşəndə bir çox problemlərdən 

söz açılır, yaşanan ən müxtəlif 

əngəllərdən bəhs edilir. Əlbəttə, bunun 

üçün yetəri qədər  nədənlər də var.  

Yol-qəza hadisələrinin, ölüm hallarının, 

qaydaların kobudcasına pozulmasının, 

paytaxtdakı dözülməz tıxacların və 

s. ciddi şəkildə  artmasını kim inkar 

edə bilər ki? Hələ bu siyahını “rahatca” 

uzatmaq da olardı. Amma indi daha 

təhlükəli, insanlara yalnız bədbəxtlik 

gətirən bir məsələdən – spirtli içki 

qəbul edən sürücülərdən, eləcə də 

onların törətdiklərindən bəhs etmək 

istəyirəm... 

Bir çoxları –  ifadəmə görə üzr istəyirəm 

– nadanlığına salıb qəbullanmaq 

istəmir ki, alkoqollu halda avtomobili 

idarə etmək qəti olmaz. Mən bunu 

ona görə belə şəkildə söyləmirəm ki, 

qanunda da məhz o cür göstərilir. Xeyr. 

Vəzifəsindən, peşəsindən, kimliyindən 

asılı olmayaraq spirtli içki içən 

şəxslərdə ətrafda baş verən hadisərə 

qüsurlu reaksiya hakim olur. İstər bunu 

içkiyə meyilli şəxslər etiraf etsinlər, istər 

etməsinlər. Çünki ciddi araşdırmalar 

aparan  mütəxəssilər, alimlər artıq 

çoxdan sübut ediblər ki, bu belədir. 

Əslində mən heç də  elə düşünmürəm 

ki, içkili sürücülərimiz bütün bu 

faciələrə səbəb olan hadisələri 

istəyərək, ya da qəsdən yaradırlar. 

Əsla. Çünki heç kim istəməz ki, 

durduğu yerdə kimlərəsə xətər yetirsin 

və nəticədə, az və  ya çox şəkildə 

cəza alsın, bir sıra adamların həyatı 

korlansın. Sadəcə həmin dəhşətlər bəzi 

insanların iradəsinin, təmkinin  spirtli 

içkiyə  yenilməsi ucbatından baş verir. 

Çox zaman kiminsə məsuliyyətsiz 

təkidlərindən, “vur, getsin”, “birinci 

dəfə deyil ki”, “mənə içki təsir eləmir”... 

məntiqinin nəticəsindən törəyir.


5

Avto


Stop

Babək Yusifoğlu

HAŞİYƏ: bir müddət əvvəl yaxın bir dostumun 

dayısı gildəki yas məclisinə getmişdim. Dayısının 

universitetin sonuncu kursunda  oxuyan, yenicə 

nişanlanmış gənc qızını səkidə durduğu zaman 

bir yük maşını vuraraq öldürmüşdü. Sonradan 

məlum olmuşdu ki, sürücü yüklərini apardığı 

yerdə boşaltıqdan sonra tanışlarıyla – bizim “yaxşı 

yeyib-içmək” adlandırdığımız “masada” oturub 

və araqdan vurub. Sonra isə “əşi, heç nə olmaz” 

deyərək gənc bir qızın taleyinə son qoymaq, 

ardınca da özünün, ailəsinin həyatını cəhənnəmə 

çevirmək üçün yol alıb. Hər kəs etiraf edər ki, bu 

çox tükürpədici bir vəziyyətdi... Yəqin ki, kimsədə 

təəccüb yaratmaz, faciəli şəkildə həlak olan həmin 

qızın atasında bir maddət sonra psixi pozğunluq 

yarandı.           

  Təsəvvür edin, bir neçə insan sadəcə “əşi, heç nə 

olmaz”ın ardınca orqanizmə daxil olan spirtli içkinin 

qurbanına çevrilir. Həytalar qırılır,  talelər səmtini 

dəyişir...

  Əlbəttə, hər kəsin bildiyi, gördüyü, şahidi olduğu bu 

cür faciəli hadisələr vardır. Dindirsən, hətta içkidən 

imtina edə bilməyən avtomobil sahibləri belə normal 

halda onun gətirdiyi fəsadlardan söhbət açar. Amma...

  Təəssüf ki, bu qədər deyilməsinə, yazılmasına, 

xəbərdarlıq edilməsinə, nəhayət tətbiq olunan 

cərimələrə, cəzalara  baxmayaraq  alkaqolun təsiri 

ilə yol-nəqliyyat hadisələrinin, bunun nəticəsində 

də yaralanma və ölüm hallarının artması müşahidə 

olunur. Ürək ağrıdan haldı, deyimi? Maraqlıdı, Qərb 

mütəxəssilərinin elmi-praktik araşdırmalarından 

aydın olub ki, sürücülər tərəfindən mövcud qanun-

qaydalara tam şəkildə əməl edildikdə avtomobil 

qəzaları ən minumum həddə düşür. Hadisələr 100-

dən 15-18 -ə enir. 

  Bununla bağlı daha bir qorxunc məqama diqqəti 

yönəltməyi vacib sayıram. Və bəziləri məni 

qınamasınlar. Hazırda bir tendensiya istənmədən də 

bu faciələri “bəsləməkdədir”. Təəccüblənməyin. Belə 

hadisələrdən sonra çox zaman qəribə mühakimələr 

səsləndirilir:  “olacağa çarə yoxdu”, “qəzadı”,  “əcəli 

çatıbmış”... və s.  Əstəğfürullah, mən də inanclı bir 

müsəlman kimi hər şeyin Allahın əmrində olduğuna 

əminəm. Çox şükür ki, Onun varlığına inamım 

tamdır. Amma mən inanmıram ki, kimlərinsə spirtli 

içki içməsi, sərxoşluq etməsi, araq içərək hansısa 

insanı öldürməsi, uşaqları valideynsiz, valideynləri 

övladsız qoyması Tanrının bəndəsi üçün  bir alın yazısı 

olsun. Allah canlıların əşrəfi kimi yaratdığı insana 

əməllərində, seçimində muxtariyyət verib. Yəni, hər 

kəs  yoluna,  əməlinə, seçiminə özü cavabdehdi.

Bəzilərinin səhv “məntiq”inə görə, belə çıxır ki, 

insanlar hər cür pis əməllərlə, hər cür oyunlarla 

məşğul olub adını da Allahın yazısı qoymalıdı??? Xeyr. 

Yoxdur belə şey. Onun göndərdiyi bütün kitablarda 

buyurulur ki, insanlar şərə-şeytana uymasınlar. Pis 

əməllərdən uzaq dursunlar... İnsan araq içəcək, həm 

özünü, həm başaqlarını dəhşətlərə düçar edəcək və 

bütün bunların təsəllisini “alın yazısında” taparaq 

yoluna davam edəcək... Belə bir şey ola bilərmi?!.

Bəzi ölkələrdə spirtli içki qəbul edən sürücülərə 

qarşı çox sərt qanunlar mövcuddur. Bəzi hallarda 

belələri çox, özü də çox  yüksək məbləğdə cərimələrə 

cəlb olunurlar. Elə dövlətlər də var ki, alkoqollu 

halda sükan arxasında oturanlar hətta ömürlük 

sürücülük hüququndan məhrum edilirlər. Yəni, 

sadə dillə desək, qanunlar başqalarının həyatını 

belələrindən qorumuş olur. Qəribədi ki, bizdə  belə 

sərt tədbirləri bəyənməyənlər də  mövcuddur. 

Belələri (unutmasınlar, bəhs etdiyimiz dəhşətlər 

hər an onların özü, ailəsi, doğmalarıyla da baş  verə 

bilər)  demokratiya, insan hüquqları tostlarıyla 

maskalanıb humanist obrazı yaratmağa cəhddə 

bulanmasınlar. Bəli, mədəsinə, nəfsinə hakim olmağı 

bacarmayan şəxslərin sükan arxasında oturmasına 

icazə verilməmələdi. Belələri narazı qalacaqsa 

qanunların sərtliyindən deyil, nəfslərinə hakim ola 

bilmədiklərindən incisinlər...  

  Bizdə də içkili vəziyyətdə avtomobili idarə edənlərlə 

bağlı cəzaların sərtləşdirilməsinə ciddi ehtiyac var. 

Düzdü, hazırda  ölkəmizdəki cərimələr  500  manata 

qaldırılaraq  bir qədər ciddiləşdirilsə də, bu rəqəmin 

daha da yüksəldiləcəyi ehtimalı gözlənilsə də faktlar 

göstərir ki, bunlar yetərli deyil. Ən yaxşısı  belələri 

ümumiyyətlə  sürücülük hüququndan məhrum 

edilməlidir. Çünki söhbət insan həyatından, insan 

sağlamlığından gedir. Və bütün qanunlar da ilk 

növbədə cəmiyyətin, insanların təhlükəsizlini, 

hüquqlarını (yaşamaq), mal güvənliyini, asayişini... 

qorumağa xidmət etməlidir. 



Yüklə 382,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə