ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

Hamının Sevimlisi 
 
51 
 
 
HACI  ZEYNALABDĠN  HAQQINDA  ƏHVALATLAR 
Təzə  tədris  üsulunun  banilərindən  biri,  Bakı  quberniyası  maarif  inspektoru, 
qocaman müəllim, yazıçı Soltan Məcid Qənizadə deyirdi ki, III Aleksandr taxta çıxıb 
tacgüzarlıq etdikdə Zaqafqaziya müsəlmanları tərəfindən Hacı Zeynalabdin Tağıyev 
Peterburqa nümayəndə göndərilmişdi. Mərasim zamanı nazirlər soveti sadri çarın sağ 
tərəfində dayanıb, gələnləri bir-bir ona təqdim edirmiş. Hacı Zeynalabdin müsəlman 
libasında, əynində arxalıq, üstündən çuxa, ayağında şirazi çarıq, əlində dəsmal, duz, 
çörək  çara  yaxınlaşanda  nazirlər  sovetinin  sədri,  elə  güman  edir  ki,  Tağıyev  başa 
düşmür,  deyir:  “Vaşe  veliçestvo,  eto  predstavitel  dikoqo  naroda  (vəhşi  xalqın 
nümayəndəsidir)”.  Tağıyev  deyir:  “mı  ne  dikie,  moy  narod  ne  dikiy,  on  imeet 
boqatuyu, mnoqovekovuyu svoi istorii (biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil, 
o çoxəsrlik zəngin tarixə maliokdir)”. 
Qənizadə  başqa  bir  əhvalat  danışaraq  deyir  ki,  Qori  şəhərində  -  müsəlman 
şagirdlərini  seminariyaya  yerləşdirməyə  getmişdim.  İmtahan  vermiş  müsəlman 
uşaqlarının ikisini məktəbə götürmürdülər ki, vəsait yoxdur. Direktorla toqquşduq və 
dedim ki, o uşaqlar bu seminariyada oxuyacaqlar. Gedib Hacıya teleqram vurdum ki, 
iki nəfərin xərcini boynunuza götürün. Cavab gəldi ki, dörd müsəlman, iki erməni və 
iki gürcü şagirdinin bütün xərclərini ödəməyi öhdəmə götürürəm. 
Belə  maraqlı    bir  əhvalat  da  nəql  edirdi:  “Rəssam  Brodski  Hacı  Zeynalabdin 
Tağıyevin rəsmi statisti sovetnik libasında, xüsusi lentada orden və medallar döşündə 
bədənnüma  portretini  rəsm  edir,  iki  seansda  işi  tamamlayır.  Hacı  nə  qədər  pul 
verəcəyini xəbər alır. Brodski deyir ki, on  min  manat. Hacı təəccüblə soruşur ki, “3 
saata on  min?!”  Rəssam  deyir:  “xeyr, Hacı, üç  saata  yox, 25 il,  yeddi  ay, iyirmi  bir 
gün və üç saat...” 
Bu vaxt kabinetə ucaboy, orta yaşlı, ciddi simalı bir şəxs girir. Əynində çuxa, 
onun altından arxalıq, belində qurşaq, başında buxara papaq, ayaqlarında şirazi çarıq, 
saqqalı nadir, Hacı ilə görüşüb, qurşağın içəri tərəfindən bir pul kisəsi çıxarıb Hacıya 
uzadır və deyir: “Hacı, bu əmanətinizi alın, çox sag olun. Allah sizi üstümüzdən əskik 


Əşir Bəşiroğlu 
52 
 
eləməsin, əliniz həmişə uzun olsun”. Hacı hesabdarı çağırır: “Mir Həbib Ağa, gəl bu 
əmanəti al!” Mir Həbib pul kisəsini alıb kişidən adını xəbər alır və gedib haqq-hesab 
dəftərini  yoxlayıb  qayıdır,  Hacıya  xəbər  verir  ki,  1000  manatdır,  100  dənə  onluq 
qızıl.  Borc  qaytaran  deyir:  “Hacı  zəhmət  olmasa,  mənim  sizə  girov  qoyduğum 
əmanətimi  qaytarın”.  Hacı  maraqla  soruşur:  “Nə  qoymuşdun  girov?”  Kişi  deyir: 
“Quranı açın, balaca zərfi Yasin surəsi olan vərəqə qoydunuz”. Mir Həbib iri Quarnı 
açıb balaca zərfi götürdü və zərfin içindən iki dənə saqqal tükünü çıxardıb yiyəsinə 
qaytarır.  Bu  mənzərəni  seyr  edən  rəssam  məəttəl  qalır,  heç  nə  başa  düşmür.  Mir 
Həbib onu başa salır ki, bizdə borc alanda saqqaldan bir-iki tük girov qoymaq adəti 
var. Heç kəs bu qanunu pozmuq. Düşsə, pozan olsa, namussuz hesab edilir. Onunla 
heç kəs alış-veriş, dad-ustad etmir. Rəssam məəttəl qalır, gözləri kəlləsinə çıxır.  
Çənbərəkəndli rəncbər Kərbəla Gülü deyirdi ki, qırx il bundan qabaq  quraqlıq 
oldu,  bərk  qıtlıq  düşdü,  arpa-buğda  tapılmadı,  bir  tərəfdən  də  vəba  azarı  düşmüşdü. 
Camaat  acından  qırılırdı.  Dəllallar  arpa-buğdanı  baha  qiymətə  satırdılar.  Hacı 
Zeynalabdin  dörd  taxta  anbar  tikdirib,  birinə  arpa,  birinə  buğda,  birinə  un,  birinə 
düyü doldurur və ac əhaliyə-füqəra və möhtaclara, xəstələrə, yetimlərə kömək edirdi. 
Buna görə də camaat Hacıya mahnı qoşmuşdu: 
Hacı Zeynal Abdin 
Xasi bəndeyi xuda, 
Açıb buğda anbarın 
Paylayır füqəraya. 
Dənə torpaq qatıb baha satan alverçilər Hacıya düşmən kəsilmişdilər. 
1892-ci  ildə  vəba  azarından  çox  adam  öldü.  Kasıblar  kəfən  ala  bilmir,  meyit 
ortada  qalırdı.  Sabunçulu  Məhəmməd  Cəfər  bəy  bir  tay  bez  alıb  qoyur  məscidə  ki, 
ölüləri  tez  kəfənləyib  basdırsınlar,  meyid  yerdə  qalmasın.  Camaat  arasında  yarı 
zarafat,  yarı  ciddi,  yarı  istehza  ilə  deyirdilər:  “Ölüm  haqqdan,  kəfən  Məhəmməd 
Cəfər bəydən”. Bu sözlər zərb-məsələ dönüb dillər əzbəri oldu.  
Kərbəla gülü yenə nəql edirdi ki, bir arvad gəlir Hacının yanına ki, ərim ölüb. 
Heç kəsim  yoxdu, uşaqlarım acından öləcək, onları dolandıra bilmirəm, kömək elə. 
O, da cavab verir ki, get fikirləşib, tədbir görərərm. Bir həftə sonra arvada gündə bir 


Hamının Sevimlisi 
 
53 
 
vedrə süd verən Rusiyyət inəyi, bir də ələt xərci yollayır. Arvad süd, qatıq, qaymaq 
satıb uşaqlarını böyüdür. 
Mərdəkanlı  qoca  bağban  nəql  edirdi  ki,  bir  axşam  bir  qoca  Hacının  yanına 
gəlir.  Qoca  20  dənə  də  yumurta  gətirir  və  deyir  ki,  oğlumu  evləndirirəm,  istəyirəm 
pullu toy edəm. Hacı deyir: “Allah mübarək eləsin, amma toyu pullu eləmə. Kənddə  
hamı kasıbdır, çağıracaqsan, onlar sənə nə gətirəcək? Üç şahı, bir abbası, yuxarı başı 
yarım  manat.  Mən  sənə  50  manat  verim,  get  toy  elə”.  Çıxardıb  verir,  qoca  gedir. 
Birdən  Hacı  nə  fikirləşdisə  məni  onun  dalınca  göndərdi. Dedi  ki, çağır  qocanı  dala. 
Yürüyüb  qocanı  qaytardım.  Hacı  dedi:  “A  kişi,  o  pul  böyük  puldu,  yolda  səni 
döyərlər, lap öldürə də bilərlər. Pulu qoy burda, sabah gəl apar”. Qoca dedi: “Xeyr, 
Hacı, bu pulu mən qaytara bilmərəm. Birdən sən gecə öldün, sabah uşaqlar mənə pul 
verər? Yox.” Hacı gülümsəyib razılaşdı: “Doğru deyirsən. Ola bilər. Nəfəsdir, getdi, 
gəlmədi. Nə etibar”. Dönüb mənə dedi: “Apar kişini evinə qədər yola sal”. 
Hacı Zeynalabdin bir dəfə Parapetin yanından keçəndə görür ki, bir neçə nəfər 
aktyor,  xanəndə  restoranın  qabağında  dayanıb  söhbət  edirlər.  Salamlaşıb  ayaq 
saxlayır,  niyə  yığışdıqlarını  soruşur.  Onların  əvəzinə  restoran  sahibi  cavab  verir: 
“Hacı,  uşaqlar  nahar  etmək  istəyirlər,  amma  pulları  yoxdur”.  Hacı  gülümsəyir  və 
deyir:  “Yaxşı,  uşaqları  mənim  hesabıma  yedirt”.  Üç  gündən  sonra  Hacı  ordan 
keçəndə  qapı  ağzında  dayanmış  restoran  sahibindən xəbər  alır:  “O  uşaqların  yeyib-
içdiklərinin  hesabını  niyə  göndərməmisən?”  Restoran  sahibi  irişə-irişə  deyir:  “Hələ 
qurtarmayıblar, yeyib-içirlər”. Hacı gülümsəyir: “Bu gün yola sal onları”. 
Bir nəfər Hacının yanına dəfələrlə gəlib onun iş müdirlərinin birindən çuğulluq 
edir:  “Əli  əyridir,  sənin  hesabına  ikimərtəbəli  mülk  tikdirib,  qardaşına  dükan  açıb, 
fayton alıb, işdən qov”. Hacı gülümsəyib deyir: “Qalmağı məsləhətdir. O, nə lazımdır 
hamısını  eləyib,  alıb,  tikdirib  bundan  sonra  işləyəcək,  onu  çıxardıb,  başqa  adam 
götürsəm, o, da köhnənin elədiklərini təzədən başlayacaq. Qalmağı məsləhətdir”. 
Zeynal bəy Səlimxanov deyirdi ki, axşamlar çox vaxt Hacı kabinetində olardı, 
yaxın  adamları,  şəhərin  adlı-sanlı  sakinləri  söhbətə  gələrdilər,  qəzet  və  kitab 
oxuyardılar. Ərəb, fars, bir də türk qəzetlərini yaxşı səsi olan bir mirzə oxuyardı, rus 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə