Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   43

downloaded from KitabYurdu.org
28 
Bir sevdiyi mahnı var idi: «Sarı gəlin». Bu mahnı elə bil onun 
öz mahnısı idi. Elə bil onun üçün yazılmışdı. On birinci sinifdə
oxuyanda bir 
dəfə  ən  sevimli  müəllimi  olan  yaşlı  qadın  ona  baxıb  birdən 
zarafatla:  «Nənən  ölsün  sənin,  sarı  gəlin!»  -  dedi.  O  sözdən 
sonra  doğmalaşdı  bu  mahnı  ona,  ya  eləcə  ürəyinə  yatmışdı 
xalq  mahnısının  ürəkdən  gələn  sözləri,  musiqisi?..  Ondan 
sonra,  özü  istəsə  də,  istəməsə  də,  ən  qəmli,  ən  çarəsiz 
vaxtlarında  bu  mahnı  onun  beynindəmi,  qəlbindəmi 
səslənirdi. 
... Nənən ölsün sənin, sarı gəlin! 
Ürəyindəkiləri heç vaxt, heç kimə aça bilmirdi. Heç canından 
çox  sevdiyi  uşaqlanna  da!  Bəlkə  də  qızı  bir  az  böyüyəndən 
sonra  onunda  dərdləşəcəkdi.  Bəlkə  də...  Söz  vermişdi  ki, 
Təhminə  böyüyəndə  kimi  sevsə,  kimi  bəyənsə  ona  da  ərə
verəcək.  Bəs  özünün  necə?..  Sevdiyi,  bəyəndiyi  bir  oğlan 
olmuşdumu Səfayənin? Yox, onu soruşmasanız yaxşıdır. Elə
şeyi  deməzlər!  Səfayənin  əri,  uşaqları  var.  Əvvəllər  sevdiyi 
olubsa  da,  yəqin  bu  sevgi  uşaqlıq  sevgisi  olub.  Olub  və
qurtarıb gedib... Amma... 
Səni mənə verməzlər, 
Ay nənən ölsün, san gəlin... 
Mahnının  bu  yerində  nə  qədər  istəsə  də  ağlamağını  saxlaya 
bilmirdi.  Elə  bil,  illərin  dərdi,  acısı,  zəhəri  qaynar  göz 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
29 
yaşlarına  çevrilib  gözlərindən  tökülürdü.  Ancaq  səsini 
çıxarmırdı.  Tez  də  unutmağa  çalışırdı  hər  şeyi.  Başını  işlə
qarışdırırdı. İş də ki, çox idi. İşləyən üçün səhərdən axşama 
kimi iş tapılır kənd yerində. 
Özünün  istiqanlı,  naz-qəmzəli  olmadığını  bildiyi  üçün 
Əhlimana yazığı gəlirdi. Bilirdi ki, Əhliman nə istəyir, nə cür 
arvad arzulayır. Ancaq o deyən kimi ola bilmirdi ki, bilmirdi. 
Dözümünün  son  həddində  bir-iki  dəfə  evdən  baş  götürüb 
atasıgilə  getmişdi.  Hər  dəfə  atası  onu  geri  qaytarmışdı. 
Zəlimxan  kişi  qadının  öz  evindən  küsüb  getməsinə  çox  pis 
baxırdı. Elə anası da. Deyirdi, qızım, dözməlisən, evdə söz-
söhbət  olar.  Bir  vaxt  hamısı  unudulub  gedəcək.  Qayıt  get, 
qardaşın da darqursaqdı, bilsə söhbət böyüyər, yaxşı düşməz. 
Ancaq,  bir  dəfə  Allahyar  bildi  məsələni.  Bildi  və  Əhlimana 
xəbər  göndərdi  ki,  özünü  yığışdırsın.  Əhliman  da  qabaqdan 
çəkilən deyildi. 
O da xəbər göndərdi ki, Allahyar onun ailə işinə qarışmasın. 
Beləliklə, onlann arasında soyuqluq yaranmışdı. 
Səfayənin  evdən  küsüb  getdiyi  vaxtlarda  Əhliman  da 
səbirsizlik və kobudluq etməsinə peşman olur, Səfayəni geri 
qaytarmağa çalışırdı. Əhliman hərdən fikirləşəndə görürdü ki, 
bu  sarışın  saçlı,  kövrək,  incə  dodaqları  ağ  sifətinə  gözəllik 
verən  qadına  öyrəşib.  Ancaq  nə  idi  onların  normal 
münasibətlərinə  mane  olan?  Əhliman  bunu  heç  cür 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
30 
dəqiqləşdirə  bilmirdi.  Bir  az  da  uşaqlar  onları  bir-birlərinə
bağlamışdı. Evin böyük uşağı olan Cavid anasını çox sevirdi. 
Lap çox! Elə Təhminə də! Ancaq o, atasını daha çox istəyirdi. 
Səfayə bütün analar kimi uşaqlarını sevsə də, bunu üzə vura 
bilmirdi. Xasiyyəti belə idi... Həmin gün, səhər tezdən evdən 
çıxanda  da  uşaqların  çarpayısına  yaxınlaşmış,  heç  nədən 
xəbərləri  olmadan  şirin-şirin  yatan  ciyərparalannm  üzündən 
öpüb ağlamışdı. 
Hər gün şəhərə sərnişin aparıb-gətirməklə məşğul olan Sabirin 
UAZ-ı  kənddən  çox  ertə  çıxırdı.  Çünki  bazara  bostan 
məhsulları  aparanlar  oraya  vaxtında  çatmalı  idilər.  Şəhərə
getmək  istəyən,  gərək  səhər  alaqaranlıqda  duraydı.  Səfayə, 
onsuz  da,  səhərlər  yuxudan  tez  ayılırdı.  Uşaqlar  isə  bu  vaxt 
hələ yuxuda olurdu. O, ərinin tövlədə olmasından istifadə edib 
həyətdən çıxmışdı. Özü ilə bir dəst paltardan və 
uşaqların foto-şəklindən başqa heç nə gö¬türməmişdi. Hətta 
nişanlı vaxtı oğlan evinin almış olduğu qızıl bəzək əşyalarını 
da evdə qoymuşdu. Bu dəfə fikri qəti idi! Qayıtmayacaqdı! 
Qonaqlar nahardan sonrakı vaxtlarını həyətin aşağısmdakı iri 
heyva  ağacının  kölgəsində  keçirdilər.  Qanbay  Qasımlı  ilə
Mahir  əsasən  şahmat  oynamaqla  məşğul  idilər.  Şahmata 
onlardan heç də az marağı olmayan Nemət isə oyuna tamaşa 
etməklə  kifayətlənməli  olmuşdu.  Rəqibinə  bir  dəfə  də  qalib 
gələ bilməmiş Mahir getdikcə həvəslənir, Qasımlım 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
31 
heç olmazsa, bir dəfə mat vəziyyətinə salmağa çalışırdı. 
Şam  süfrəsi  yenə  evin  qarşısındakı  stolda  açılmışdı.  Yemək 
qurtarıb,  süfrə  yığışdırılsa  da  kişilər  yenə  stolun  arxasından 
durmamışdılar.  Onlar  söhbət  edir,  hərdən  Nuridənin,  ya 
Fədayə müəllimənin dəmləyib gətirdiyi çaydan içirdilər. 
Kəndin  işıqları  hələ  günortadan  bir  az  keçmiş  sönmüşdü. 
Mehdixan  kişi  bildirdi  ki,  qonşu  kənddə  əsas  transformator 
təmir olunur, ona görə də işıqlar bir də sabah axşam yana bilər. 
Saatın ıo olmağına az qalmışdı. Artıq yarım saatdan çox idi ki, 
kəndə qaranlıq çökmüşdü. Axşamlar həyətə düşən gur elektrik 
işığının əvəzinə, indi stolun üstünə neft lampası qoyulmuşdu 
ki, o da ancaq süfrəyə və onun yaxın ətrafına işıq sala bilirdi. 
Mahir  Talıbov  yenə,  adəti  üzrə,  başına  gələn  əhvalatlardan 
danışırdı.  Nemət,  Elməddin  və  Mehdixan  kişi  ona  maraqla 
qulaq asırdılar. 
Qanbay  Qasımlı  ayağa  qalxıb  stoldan  aralandı.  Həyətin 
aşağısına doğru bir neçə addım atıb dayandı. Ətrafda göz-gözü 
görmürdü.  Başını  qaldırıb  səmaya  baxdı.  Ay  bir  topa  qara 
buludun  arxasında  gizlənmişdi.  Səmanın  açıq  hissələrində
ulduzlar  sayrışırdı. Bir ulduz qəflətən uzun bir  qövs  cızaraq 
yox  oldu.  Bu,  Qasımlının  gözündən  yayınmadı.  Nəzərlərini 
səmadan çəkib həyətin aşağı tərəfinə baxdı. Gözləri qaranlığa 
alışdığı üçün bu dəfə heyva ağacını ayıra bildi. Ağac 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə