downloaded from KitabYurdu.org
19
Nemət ayağa qalxıb əli ilə üst-başma yapışmış otları
təmizlədi.
-
Gedək evə! İndi Dilbər xala bizə görə narahatdır.
-
Düzdür. Gedək bir az şahmat oynayaq. - Mahir bunu
deyib Qasımlıya baxdı.
Ayağa qalxıb, sanki bir daha görməyəcəklər kimi, uzaq
mənzərələrə nəzər yetirdilər. Sonra dönüb, yavaş-yavaş kəndə
doğru qalxmağa başladılar. Kəndə girəndə, küçələrdə tək-tək
rast gəldikləri adamlar salam verib keçirdilər. Bu kənddə adət
belə idi. Tanımadıqları adama da küçədə salam verirdilər.
Mahmudun həyətinin darvazası taybatay açıq idi. Mahmud
küçəyə tökülmüş mişar daşlanndan seçib həyətə apanrdı. Üst-
başı daş tozuna bulaşmışdı. Neməti görən kimi irəli yeriyib
onunla görüşdü.
-
Üzünü görək, ay Nemət müəllim! - Sonra o birilərə də əl
verdi. - Xoş gəlmisiniz! Gedək evə, qonağım olun!
-
Sağ ol! Başqa bir vaxt qonağın olarıq,
Allah qoysa! - Nemət onu dostlanna təqdim etdi. - Haqqında
danışdığım usta Mahmud, bax budur!
Mahmud orta boylu, qarayanız, sağlam görkəmli bir adam idi.
Gündən yanmış üzü və qabarlı əlləri zəhmətkeşliyinə dəlalət
edirdi.
-
Uşaq necədir? - deyə Nemətdən soruşdu.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
20
-
Çox sağ ol, yaxşıdır! Nə tikirsən belə?
-
Hamam tikmək istəyirəm.
Mahmud əli ilə evin qarşısındakı yarımçıq tikilini göstərdi.
Açıq darvazadan həyətin çox hissəsi aydın görünürdü.
Hamam olacaq tikilinin divarları, demək olar ki, yanya qədər
qalxmışdı.
-
Tikərsən, Allah qoysa! - Nemət həyətə boylandı. -
Köməkçin yoxdur, deyəsən?
-
Köməkçiyə nə ehtiyac? Xırda işdir. Günortadan sonra
qurtaracam, - deyən Mahmud əl-ayağa düşdü: - Əşi, küçədə
niyə da¬yanmışıq, mən ölüm, gəlin, keçin həyətə! Çay için,
nərd oynayın. O vaxta qədər mən də yaxşı bir toyuq qızardım
sizin üçün. Daha nahann da vaxtıdır.
- Çox sağ ol! Başqa bir vaxt! Sən işindən qalma!
Mahmuddan aralanıb yollanna düzəldilər. Həmin həyətlə
üzbəüz həyətin darvazası qarşısında on-on iki yaşlı, sarışın bir
qız uşağı dayanmışdı. Əynində əzik-üzük, köhnə don olan,
saçları səliqəsiz halda çiyinlərinə dağılmış bu qız sonsuz
maraq və yaşma yaraşmayan bir kədərlə yad adamlara
baxırdı...
Onlar həyətə girəndə tanımadıqları bir nəfər evin qarşısına
qoyulmuş uzun stolun arxasında oturub, Mehdixan kişi ilə çay
içirdi. Bu, Mahmudun evi ilə üzbəüz evdə yaşayan Əhliman
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
21
idi. Qırxa yaxın yaşı olardı. Boylu-buxunlu, enlikürək, qara
bığları sifətinə xüsusi zəhm verən bir kişi idi. İxtisasca
zootexnik olsa da, indi meşədən ağac kəsib satmaqla, mal-qara
saxlamaqla məşğul olan bu adam bir gün də işsiz dayana
bilmirdi. Əlləri elə iri idi ki, armudu stəkan barmaqlan
arasında oyuncaq kimi görünürdü.
Nemətgil salam verib stolun arxasına keçdilər. Mahir o saat
stolun üstündəki şahmat taxtasını açıb Qasımlı ilə özünün
qarşısına qoydu və fiqurları düzməyə başladı.
Ev sahibi geriyə qanrılıb gəlinini səslədi:
- Ay qız, çay gətir!
Sonra isə üzünü Əhlimana tutub soruşdu:
-
Bir əməlli başa sal görüm, Səfayə evdən nə vaxt çıxıb?
Niyə gedib evdən?
Əhliman yad qonaqlara ani nəzər salıb başını yellədi və
danışmağa başladı:
-
Dünən, yəni, ayın 18-də səhər tezdən evdən çıxıb.
Həyətdən necə çıxmağını görməmişəm. Xəbərim olmayıb.
Ancaq Sabirdən öyrənmişəm ki, kənddən onun maşını ilə
çıxıb. Sabir ondan soruşub ki, bu gün qayıdacaqsan? Deyib ki,
yox! Axşam evə qayıtmadığı üçün, bu gün səhər tezdən durub
şəhərə getdim. Atasıgildən soruşdum. Dedilər ki, günortaya
kimi onlarda olub. Deyib ki, geri qayıtmayacam. Atası, guya
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
22
ona acıqlanıb, nəsihət verib. Səfayə də atasının evindən küsüb
çıxıb. Haraya getdiyini
bilməyiblər. Bakıya - qardaşıgilə zəng vurdular. Oraya da
getməyib.
Mehdixan kişi başını buladı:
-
Ay oğul, bircə ay bundan qabaq barışdırmışam sizi. Onda
da küsüb getmişdi. Axı söz verdin ki, daha yola gedəcəksiniz.
Uşaq deyilsiz axı?! Gül kimi balalarınız var. Yenə neyləmisən
ki, bu bədbəxt qız başını götürüb gedib?
Nuridə gəlib qonaqlar üçün çay süzdü. Əhlimana da təklif
edəndə o, əli ilə stəkanı qapadı.
-
Bəsdi, bacı, çox sağ olun, içmirəm, - dedi və üzünü yenə
ev sahibinə tutdu:
-
Mehdixan dayı, sənə qurban olum, sən özün bilirsən ki,
mən zəhmətkeş adamam. Bir dəqiqə bekar dayanmıram. Allah
sənin də köməyin olsun, imkan yaratmısan, göz yumursan,
meşədən ağac kəsib satıram. Üstəlik, həyətdə-bacada
işləyirəm, evi dolandırıram.
-
Bunlar hamısı doğrudur. - İcra nümayəndəsi Əhlimanın
sözlərini təsdiq etdi. - Ancaq söhbət dolanmaqdan,
mehribançılıqdan gedir. Olmaz ki, bir-birinizi başa düşəsiniz?
-
Ağsaqqal, başına dönüm, məgər mən istəmirəm bunu? -
Əhliman əlini sinəsinə vurdu. - Mən də insanam. Ancaq, qulaq
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
23
as, gör nəyin üstündə küsüb gedib! Srağagün mal növbəm idi.
Axşamüstü növbədən qayıdanda görürəm ki, həyətdə paltar
yuyur. Yemək istəyəndə dedi ki, işim çox olub, yemək
hazırlamamışam. Bu saat hazırlayaram, deyir. Mən də
neyləyim, ac, həm də yorğun vəziyyətdə idim. Dözmədim,
hirslənib bunu söydüm. Bir də, bir şillə vurdum. İndi, özün de,
bundan ötəri qadın öz evini-eşiyini atıb gedər?
Mehdixan kişi alnını ovuşdurub bir qədər fikrə getdi və
nəhayət dilləndi:
-
Bəs bu qız atasıgildən çıxandan sonra haraya getmiş olar?
Əhliman əsəbi halda başını yellədi:
-
Nə bilim, vallah, ürəyimə yüz cür şey gəlir... Ona görə də
indi şəhərdən qayıdan kimi sənin yanma gəldim ki, bir
məsləhət verəsən.
Necə bilirsən, bunu polisə bildirmək lazımdır, yoxsa yox?
Doğrusu, mən el içində biabır olmaqdan qorxuram. Hərə bir
söz deyəcək...
-
Heç kəs artıq-əskik söz deyə bilməz. Kənd camaatı bilir
ki, Səfayə ağıllı, həm də qeyrətli qadındır. Ancaq sən Əhliman
onunla dolana bilmədin ki, bilmədin!
-
Eh, ay Mehdixan dayı, bəsdi, sən Allah! - Əhliman əlini
yellədi. - Bu zalım qızında qabiliyyət deyilən bir şey yoxdu
axı!? O qədər asta iş görür, o qədər vasvasılıq eləyir ki, hirsdən
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |