downloaded from KitabYurdu.org
24
bağnm çatlayır. Axı mən də insanam!? Nə qədər dözmək
olar?!
Mehdixan kişi çiynini çəkib dinmədi. Başını çevirib
qonaqlarına baxdı. Qasımlı ilə Mahir şahmat oynayır, Nemət
isə diqqətlə onlara tamaşa edirdi. Deyəsən, Mahir çətin
vəziyyətdə qalmışdı. Polkovnik əlini çənəsinə dayaq verib
səbirlə rəqibinin gedişini gözləyirdi. Bu vaxt Elməddin də
gəlib çıxdı və Dilbər xala ilə Nuridə süfrəyə yemək gətirdilər.
Əhliman ayağa qalxdı. Onun getmək istədiyini görən ev sahibi
səmimi təəccüblə dilləndi:
-
Niyə qalxdın? Otur bizimlə çörək ye! Bunlar da Nemətin
dostlarıdır, özgə deyillər.
-
Yox, sağ ol, Mehdixan dayı, getsəm yaxşıdır! Evdən-
eşikdən nigaranam. Maşından düşən kimi buraya gəlmişəm.
Yaxşı, indi nə məsləhət görürsən?
-
Nə məsləhət görəcəm?.. Sahə müvəkkilinə deyərəm,
maraqlanar. Ancaq sən özün də axtar! Gör daha kimin evinə
gedə bilər şəhərdə?
-
Yaxşı, sağ olun, mən getdim! - Əhliman həyətdən çıxdı.
Qonaqlar ev sahibinin təklifi ilə şahmat taxtasını stolun
kənarına sürüşdürüb nahara başladılar.
-
Nə olub? Arvadı evdən qaçıb bunun? - Mahir bozbaş dolu
qabı qabağına çəkib soruşdu.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
25
-
Hə! - Mehdixan kişi cavab verdi. - Arvad yazıq
neyləsin?! Onunla adam kimi rəftar eləmirdi bu Əhliman.
Neçə dəfə bunların məsələsinə qarışmalı olmuşam.
-
Siz, yəni, belə işlərə də baxırsınız?
-
Bəs necə? Kənddə ən xırda hadisəyə də cavabdehik biz.
-
Maraqlı işdir!.. - Mahir başını bulayıb yeməyə girişdi.
Səfayə rayon mərkəzində anadan olmuşdu. Atası Zəlimxan
qəssab idi. Xüsusi müştərilərindən qoyun-quzu alıb kəsir, ətini
Bakıya göndərirdi. Özünə yaxşı ev-eşik düzəltmişdi. Heç
nədən korluğu yox idi. Həm də, çox tünd xasiyyəti var idi
Zəlimxanın. İstər ailədə, istər məhəllədə sözünün qabağına
söz gətirməzdilər. Oğlu Allahyar da dəlisovluqda ona
çəkmişdi. Əsgərlikdən gələn kimi birini bıçaqla ağır yaralayıb
türməyə düşmüşdü. Türmədən çıxandan sonra evlənib Bakıda
qalmışdı. İndi, deyilənə görə, alverlə məşğul olur, özü də pis
yaşamırdı.
Zəlimxanın arvadı Bikəxanım mülayim qadın idi. Bir az da
dilavərliyi var idi. Ərinin şıltaqlığına, zəhminə, onun yerində
başqa qadın olsaydı, dözə bilməzdi. Ancaq Bikəxanım
dözümlü idi. Xüsusilə də ərinin əsəbi vaxtlarında onun heç bir
sözünə etiraz etmir, hər bir əmrinə tabe olurdu.
Zəlimxan kişi Əhlimanın atası ilə əsgərlikdə eyni hərbi
hissədə xidmət etmişdi. O vaxtdan əlaqələrini üzməmişdilər.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
26
Əhlimanın atası şəhərə - bazarlığa gələndə Zəlimxangilin
qonağı olurdu.
Səfayəni də beləcə görüb bəyənmiş və oğluna istəmişdi.
Səfayə o vaxt arıq, ancaq həm də qəşəng, utancaq bir qız idi.
Sarışın saçları ağ üzünə, mavi gözlərinə yaraşırdı. On birinci
sinfi bitirmiş, sənədlərini ali məktəbə təqdim etsə də qəbul
oluna bilməmişdi. Buna baxmayaraq, həvəsdən düşməyib
növbəti ilin qəbuluna hazırlaşırdı.
Atasının onu Əhlimana verməyə razılaşdığını biləndə, gizlicə
xeyli göz yaşı tökdü Səfayə... Ürəyini əvvəlcə sevimli
nənəsinə, sonra isə anasına açıb ərə getmək istəmədiyini
bildirdi. Ağlaya-ağlaya dedi ki, ən böyük arzusu olub ali
məktəbdə oxumaq. Dedi ki, qara xətt çəkməsinlər bu
arzusunun üstündən.
Ancaq qonşunun Səfayə ilə həmyaşıd qızı artıq nişanlanmışdı
və Bikəxanımm canına qorxu düşmüşdü: «Birdən qız evdə
qalar, alan olmaz. Çölə-bayıra çıxan da deyil ki, bir görən,
bəyənən olsun». Qızını dilə tutmağa başladı:
- Qızım, Əhliman pis oğlan deyil, maşallah, boy-buxun,
yaraşıq, hamısı var onda. Həm də zirəkdir, bacarıqlıdır...
Atanın xasiyyətini də ki, özün yaxşı bilirsən. Sözünün
qabağında söz demək mümkün deyil. Ağıllı ol, sözə bax!
İnstitutu əlindən alan yoxdu ki?! Yenə oxuyarsan...
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
27
Axır ki, Səfayəni yola gətirib Əhlimana nişanladılar və üç-
dörd ay keçməmiş kəndə gəlin gətirdilər. İndi iki uşağı da var
idi. Oğlu Cavid kənddəki orta məktəbin doqquzuncu, qızı
Təhminə altıncı sinfində oxuyurdu.
Ali məktəbə qəbul məsələsi çoxdan yaddan çıxmışdı. Səfayə,
istər-istəməz, kəndə bağlanmış, kənd işlərini özünəməxsus
tərzdə mənimsəmişdi. Kənd qızları qədər zirəkliyi olmasa da,
öhdəsinə düşən işləri görür, bacardığı qədər ərinin və
uşaqlarının qulluğunda durmağa çalışırdı.
Mülayim xasiyyətli, ürəyiaçıq, dedi-qodunu, söz gəzdirməyi
sevməyən, paxıllıq nə olduğunu bilməyən Səfayə kənd
camaatının sevimlisinə çevrilmişdi. Bulağa gedəndə qız-gəlin
çəkilib qabını doldurmaq üçün ona yol verir, işi tələsik olanda
gətirdiyi pal-paltarı əlindən alıb
yuyurdular. Qadınlar bacarmadığı işlərdə ona məsləhət verir,
kömək əllərini uzadırdılar.
Ancaq, xasiyyəti ağır olan, qızğın təbiətli Əhliman onun
astagəl hərəkətlərini, başqaları kimi deyib-gülə bilmədiyini,
həddindən
artıq utancaqlığını və nəhayət, yataqda
soyuqluğunu bəyənmirdi. Elə buna görə də hərdən aralarında
ciddi münaqişələr olurdu. Münaqişə deyəndə ki, Əhliman onu
döyüb-söysə də səsini çıxarmırdı. Əlləri ilə üzünü tutur, sonra
gözləri dolmuş vəziyyətdə hansısa məchul bir nöqtəyə baxıb
susurdu. Sanki həmişə gözləri yol çəkirdi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |