downloaded from KitabYurdu.org
34
Qasımlı geri çevrildi. Stol arxasında oturanların kölgələri
hasarda və evin divarında oynaşırdı. Evin ikinci
mərtəbəsində
də lampa yandırmışdılar. Həyətə baxan pəncərələrin birində
Mehdixan kişinin uca kölgəsi görünürdü. Qasımlı ağır-ağır
stola tərəf addımladı.
Səhəri gün bütün kənd camaatı kimi, Mehdixan kişinin
qonaqları üçün də bəd xəbərlə açıldı. Təzəcə oturub səhər
yeməyinə başlamaq istəyirdilər ki, bir gənc darvazanı açıb
hövlnak həyətə girdi. Bu Qiyas müəllim idi. Kəndin
məktəbində idman müəllimi işləyirdi. Mahmudun evi ilə
yanaşı evdə yaşayırdı. Çəpər qonşusu idilər.
Qiyas müəllimin üzünün rəngi ağarmışdı. Qonaqları görüb
duruxdu. Mehdixan kişi ayağa qalxdı:
-
Nə olub, ay Qiyas?
-
Mehdixan dayı!.. - Qiyas müəllim dodaqlarını yalayıb
birtəhər sözünün dalmı gətirdi: - Mahmudu öldürüblər!
-
Necə yəni öldürüblər, ay bala?! Kim öldürüb? -
Mehdixan kişinin səsi titrəyirdi.
-
Bilmirəm... - Qiyas qonaqların üzünə göz gəzdirib yenə
kəndin rəhbərinə baxdı. - Direktor məni göndərdi ki, get
Mahmuda de, məktəbə gəlsin. İş tapşıracaqdı ona... Həyətə
girib səslədim, cavab vermədi. Çıxdım evə... - danışa
bilmədiyi üçün bir-neçə dəfə udqunub davam etdi: - Gördüm
downloaded from KitabYurdu.org