Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə21/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

bağlı mövcud terminoloji qarışıqlığa aydınlıq gətiriləcək, sonra isə makroiqtisadi
yanaşma  çərçivəsində  gizli  iqtisadiyyatın  strukturu  və  iqtisadiyyatdakı  yeri
dəqiqləşdiriləcək, gizli iqtisadiyyat-dövlət sektoru, gizli iqtisadiyyat-sosial iqti-
sadiyyat, gizli iqtisadiyyat-xarici effektlər, gizli iqtisadiyyat-vergidən yayınma, gizli
iqtisadiyyat-korrupsiya və rüşvət, gizli iqtisadiyyat-çirkli pul və yuyulması və gizli
iqtisadiyyat-gizli məşğulluq əlaqələri təqdim ediləcək və nəhayət, dövlət siyasəti
baxımından gizli iqtisadiyyat anlayışının çərçivəsi müəyyənləşdiriləcəkdir.
2. “Gizli iqtisadiyyat” termini
Gizli iqtisadiyyatla bağlı mövcud ədəbiyyatların araşdırılması zamanı qarşıya
çıxan  ilk  çətinlik  bu  anlayışı  ifadə  etmək  üçün  işlədilən  terminlərlə  bağlıdır.
Dünyanın müxtəlif ölkələrində aparılan təxminən 100-dən çox tədqiqatın təhlili
əsasında deyə bilərik ki, mövcud ədəbiyyatlarda bu fenomeni ifadə etmək məqsədilə
işlədilən 30-a yaxın termin mövcuddur ki, bunlardan da ən geniş yayılanları gizli
(hidden), kölgə (shadow), qeyri-rəsmi (unofficial), qeyri-formal (informal), qara
(black),  yeraltı  (underground),  qeyri-leqal  (illegal),  nağd  pul  (cash),  müşahidə
edilməyən (non-observed), qeyri-müntəzəm (irregular), bəyan edilməyən (unre-
ported), paralel (parallel), uçotdankənar (unregistered), boz (grey), qeydə alınmayan
(unrecorded), ikinci (second), marjinal (marginal), alaqaranlıq (twilight), görün-
məyən (invisible), ay işığı (moonlight) və vergiləndirilə bilməyən (untaxed) iqti-
sadiyyat terminləridir. 
Bütün bunlar qruplaşdırılaraq şəkil formasında təqdim olunmuşdur (bax: səh. 54)
Şəkildə göstərildiyi kimi, iqtisadi fəaliyyətin hər hansı xüsusiyyətinin önə çək-
ilməsinə, rəsmi iqtisadiyyatdan kənarda qalan bu və ya digər fəaliyyət növünü əhatə
etməsinə, beynəlxalq səviyyədə razılaşdırılmasına və tədqiqatın yayınlandığı dilə
görə bu terminlərin işlədilməsilə bağlı bəzi ümumi tendensiyalar mövcuddur. Ancaq
eyni müəllifin eyni gizli iqtisadiyyat anlayışını müxtəlif tədqiqatlarında müxtəlif ter-
minlərlə ifadə etməsi (Thomas J. J. 1990, 1999; Schneider, 2002; Schneider və Ba-
jada, 2005a,b), həmçinin beynəlxalq səviyyədə razılaşdırılmış terminlərdən bir sıra
tədqiqatçıların fərqli qaydada istifadəsi hallarına belə rast gəlinməsi (Krakowski,
2005; Chen, 2004), bu terminlərin işlədilməsilə bağlı ümumi qanunauyğunluğun ol-
madığını açıq şəkildə göstərməkdədir.
Mövzu ilə bağlı Azərbaycanda nəşr edilən ədəbiyyatlarda da gizli, kölgə, xəlvəti,
qeyri-rəsmi, əlaltı, qeyri-formal və müşahidə olunmayan iqtisadiyyat terminləri ən
çox işlədilən terminlər sırasındadır. Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi
sənədlərində işlətdiyi terminlər isə müşahidə edilməyən (beynəlxalq təşkilatların
işlətdiyi mənada), qeyri-formal (Beynəlxalq Əmək Təşkilatının işlətdiyi mənada) və
gizli iqtisadiyyat (kriminal və qeyri-kriminal gizli sektorun məcmusu mənasında)
terminləridir (AzSTAT, 1999, 1999, 2004; UNECE, 2008).  
53
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.


54
E.Bağırzadə. “Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması problemi
İSTİFADƏ XÜSUSİYYƏTLƏRİ
TERMİNLƏR
İqtisadi fəaliyyətin hər hansı xüsusiyyətinin önə çəkilməsinə görə
Gizlilik
“gizli(hidden) iqtisadiyyat”, “yeraltı (under-
ground) iqtisadiyyat”, “kölgə (shadow) iqtisadiyy-
atı”, “alaqaranlıq (twilight) iqtisadiyyatı”, “ay
işığı (moonlight) iqtisadiyyatı”
Qeyri-qanunilik
“qeyri-leqal (illegal) iqtisadiyyat”, “qara (black)
iqtisadiyyat”, 
Qeyri-rəsmilik
“qeyri-rəsmi (unofficial) iqtisadiyyat”, “qeyri-for-
mal (informal) iqtisadiyyat”, “qalustuksuz (with-
out tie) iqtisadiyyat”
Qeydiyyatsızlıq
“uçotdankənar (unregistered) iqtisadiyyat”,
“qeydiyyatsız(unrecorded) iqtisadiyyat”
Alternativlik
“paralel (parallel) iqtisadiyyat”, “ikinci (second)
iqtisadiyyat”, 
Vergidən yayınmaqlıq
“vergiləndirilməmiş (untaxed) iqtisadiyyat”,
“bəyan edilməmiş (unrepored) iqtisadiyyat”
Nizamsızlıq
“qeyri-müntəzəm (irregular) iqtisadiyyat”
Əhəmiyyətsizlik
“marjinal (marginal) iqtisadiyyat”
Rəsmi iqtisadiyyatdan kənarda qalan bu və ya digər fəaliyyət növünü 
əhatə etməsinə görə
Kriminal gizli fəaliyyətləri
“qeyri-leqal (illegal) iqtisadiyyat”, “qara (black)
iqtisadiyyat”, “yeraltı (underground) iqtisadiyyat”,
“alaqaranlıq (twilight) iqtisadiyyatı”,          “ay
işığı (moonlight) iqtisadiyyatı”
Qeyri- kriminal gizli fəaliyyətləri
“paralel (parallel) iqtisadiyyat”,
“vergiləndirilməmiş (untaxed) iqtisadiyyat”,
“bəyan edilməmiş (unrepored) iqtisadiyyat”,
“qeyri-rəsmi (unofficial) iqtisadiyyat”, “qeyri-for-
mal (informal) iqtisadiyyat”, “qalustuksuz (with-
out tie) iqtisadiyyat”, “qeyri-müntəzəm (irregular)
iqtisadiyyat”, “ikinci (second) iqtisadiyyat”
Müxtəlif iqtisadi sistemlərdə ortaya çıxmasına görə
Sosialist sistemlərdə
“ikinci (second) iqtisadiyyat”
Kapitalist sistemlərdə
Qalan bütün terminlər
Gizli iqtisadiyyat anlayışı  ilə bağlı işlədilən terminlərin  istifadə xüsusiyyətləri


Problemin  bu  aspektinə  toxunan  Latviyalı  alim  Gylys  Povilas  qeyd  edir  ki,
mövcud terminoloji problemin beynəlxalq səviyyədə birdəfəlik həlli arzu olunsa da,
əslində indiki halda eyni fenomenin müxtəlif terminlərlə ifadə edilməsi də yanlış bir
şey deyildir, əsl yanlış müxtəlif fenomenlərin eyni terminlərlə ifadə edilməsidir
(
Gylys, 2005:7
). 
Beləliklə,  hazırda  terminoloji  problemin  həlli  məqsədilə    ən  geniş  yayılmış
yanaşma ondan ibarətdir ki, hər bir tədqiqatçı öz tədqiqatında istifadə etdiyi ter-
minin gizli iqtisadi fəaliyyətlərin hansı hissəsini əhatə etməsini qeyd etmək şərtilə,
istənilən termini işlədə bilər.
3. Gizli iqtisadiyyat anlayışı və çərçivəsinin müəyyənləşdirilməsi
Mövcud ədəbiyyatlarda gizli iqtisadiyyatla bağlı terminlərdə olduğu kimi bu an-
layışa verilən təriflərdə də bir-birindən ciddi şəkildə fərqlənən yanaşmalar müşahidə
edilməkdədir ki, bunlardan da daha çox diqqəti cəlb edənləri aşağıdakılardır:
Beynəlxalq səviyyədə razılaşdırılmasına görə
Beynəlxalq
təşkilatlarda razılaşdırılanlar
“müşahidə edilməyən (non-observed) iqtisadiyyat”,
“yeraltı (underground) iqtisadiyyat”, “qeyri-leqal (ille-
qal) iqtisadiyyat”, “qeyri-formal (informal) iqti-
sadiyyat”, “şəxsi son istehlak məqsədli ev (households
for own final use) iqtisadiyyatı”
Beynəlxalq təşkilatlarda 
razılaşdırılmayanlar 
Qalan bütün terminlər
Tədqiqatın yayınlandığı dilə görə
İngiliscə
Daha çox “yeraltı iqtisadiyyat” (undergorund econ-
omy), “gizli iqtisadiyyat” (hidden economy), “kölgə
iqtisadiyyatı” (shadow economy)
Almanca
Daha çox “kölgə iqtisadiyyatı” (schatten wirtschaft)
Fransızca
Daha çox “yeraltı iqtisadiyyat” (l’economie souterrain)
Rusca
Daha çox “kölgə iqtisadiyyatı” (теневая экономика)
Türkcə
Daha  çox  “uçotdankənar  iqtisadiyyat”  (kayıtdışı
ekonomi)
Azərbaycanca
Daha çox “gizli iqtisadiyyat” (hidden economy)
55
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Qeyd: Şəkil müxtəlif ölkələrdə gizli iqtisadiyyatla bağlı aparılan 100-dən çox tədqiqatın təhlili
əsasında müəllif tərəfindən hazırlanmışdır.
Şəklin davamı


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə