Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə73/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   69   70   71   72   73   74   75   76   ...   82

 
263 
vakuum  enerjisi  və  həm  də  dünyanın  ilkin  yaranmasına 
səbəb  olan  hissəciyin  –  Higgis  bozonunun  (“Allahın 
hissəciyi”- 
ilkin 
hissəcik 
olduğuna 
görə 
belə 
adlandırılmışdır))  tədqiqi  üzrə  geniş  şəkildə  elmi 
araşdırmalar  və  praktiki  eksperimentlər  aparılmaqdadır. 
“Higgis  bozonu”  anlayışı  ilk  dəfə  1964-cü  ildə  Şotlandiya 
fiziki Piter Higgis tərəfindən verilmişdir{195,196,197}. Bu, 
Higgisin dediyi kimi – spinsiz, qravitasiya qanunlarına tabe  
olmayan  və  maddənin  kütləsinin  yaranmasına  səbəb  olan, 
hissəciklər  arasındakı  “fiziki  boşluğu”  dolduran  virtual 
kvant  hissəciyidir.  Higgis  bozonunun  kütləsi  protonun 
kütləsindən  ~  100-200  dəfə  çox  olmalıdır!  Belə  təxmin 
edilir  ki,  Kainatda  olan  bütün  varlıqların  kütləsi  Higgis 
bozonundan  meydana  gəlmişdir.  İndi  alimlər  Kainatın 
yaranmasında  “Böyük  partlayış”  nəzəriyyəsinə  üstünlük 
verərək göstərirlər ki, bu ilkin hadisənin yaranmasına səbəb 
olan üç fundamental qarşılıqlı təsirlə bərabər (elektromaqnit, 
güclü və zəif təsirlər) fiziki vakuumun ayrılmaz hissəsi olan 
Higgis  hissəcikləri  də  mühüm  rol  oynamışdır.  Belə 
söyləyirlər  ki,  bu  hissəciklərin  təsiri  nəticəsində  Böyük 
partlayış zamanı bəzi hissəciklər – kvark və leptonlar kütlə 
əldə  etdikləri  təqdirdə,  digərləri  isə  -  foton,  qraviton  və  s. 
buna  nail  ola  bilməmişlər.  Higgis  özü  göstərirdi  ki,  məkan 
hissəciklər  arasını  dolduran  ağır,  özlü  substansiyadan 
ibarətdir:  bütün  fundamental  hissəciklər  Higgis  sahəsi  ilə 
qarşılıqlı  əlaqədə  olub  kütlə  əldə  edirlər,  əgər  hissəcik 
onunla daha sıx əlaqədədirsə, o daha çox kütləyə malik olur 
və  ya  əksinə,  heç  əlaqədə  deyildirsə,  onda  kütlə  əldə  edə 
bilmir. Burada dramatizm ondan ibarətdir ki, əgər bu virtual 
hissəcik  (higgis)  aşkar  olunarsa,  onda  “Böyük  partlayış” 
adladırılan  Standart  modelin  çatışmayan  hissəsini  “Higgis 
boşluğu” doldurulacaq və Kainatın ilk yaranışı barədə dəqiq, 
elmi  məlumatlar  əldə  olunacaqdır.  Yox,  əgər  bu  baş 
verməzsə,  onda  bu  nəzəriyyəyə  zidd  çıxan  bütün 


 
264 
opponentlər  baş  qaldıracaqlar.  Higgis  hissəciklərinin 
yaranması üçün 114-211 hiqaelektronvolt (HeV) enerji tələb 
olunur.  2000-ci ildə CERN elan etdi ki, kütləsi 114 HeV/s² 
olan  higgisin  parçalanmasını  müşahidə  etmişlər,  lakin 
sonradan bunun yanlış olduğunu özləri etiraf etdilər. Məsələ 
burasındadır  ki,  bunu  əldə  etmək  üçün  onlar  “Böyük 
Elektron-Pozitron 
Kollayderindən”  (gücləndiricisindən) 
(Large  Electron  Positron  Collider)  istifadə  etmişdilər.  Onu 
da qeyd etmək lazımdır ki,  kollayder uzunluğu 27 km olub, 
Yerin  100  m  dərinliyində  6  milyard  avro  məbləğinə  başa 
gələn  nəhəng  bir  qurğudur.  Lakin  sonradan  bu  kollayder 
daha güclüsü ilə “Böyük Adron Kollayderi” ilə əvəz oundu 
ki,  onun  da  sınagı  lap  bu  yaxınlarda  –  2010-cu  ilin  martın 
30-da  CERN-də  keçirildi  və  dərhal  da  səhərisi  günü 
özlərinin  internet  saytında  “Yüksək  enerji  toqquşmaları 
paleohissəciyi  göstərdi”  –  deyə  bütün  dünyaya  bildirdilər 
{198}. Yeni kollayder 14 TeV enerji gücünə hesablanmışdır. 
Bu  tədqiqatın  əsas  aparıcılarından  olan  Aleyn  Qrand  və 
Rikard  Ouen  tarixi  bir  yenilik  əldə  etdiklərini  dünyaya 
bəyan  etdilər.  Bir-birinə  qarşı  əks  istiqamətdə  nəhəng  bir 
sürətlə 
hərəkət 
edən 
qurğuşun 
protonlarının 
toqquşmalarından  alınan  neytral  hissəcikləri  həm  adi  gözlə 
və  həm  də    datçiklərlə  qeydə  almaq  mümkün  oldu  və  onu 
“paleohissəcik” adlandırdılar. Böyük kütləyə malik olan bu 
hissəcik  üç  ədəd  –      bir  əsas  top-kvarkdan  və  iki  qəribə 
kvarklardan  ibarətdir.  Onlar  bunu  neytral  hissəcik 
olduğundan  “neytrinozaur”  adlandırdılar.  Rikard  Ouen: 
“Əsas nəticə ondan ibarətdir ki, indiyə kimi bizə tanış olan 
bütün  hissəciklər  böyük  partlayışa  qədər  mövcud  olan 
“əkizlərin”  törəmələridir.  Məsələn,  göstərmək  olar  ki, 
proton  “protonozaurun”,  elektron  “elektronozaurun”  və  s. 
törəməsidir,  amma  bu    paleohissəciyin  əksi  olan 
antipaleohissəciyin  olub-olmaması  barədə  hələ  heç  nə 
bilmirik. Şübhə yoxdur ki, gələcəkdə buna da nail olacağıq. 


 
265 
Ən əsası indi budur ki, bu kəşf yeni unikal paleohissəciklər 
fizikasının tədqiqat sahəsini aşkar etdi”. 
    Lakin,  təəssüf  ki,  “Higgis  bozonu”  haqqında  heç  bir 
məlumat  verilmir.  Məsələ  burasındadır  ki,  kütləvi 
informasiya  mənbələri  tərəfindən  Higgis  bozonu  Kainatın 
əsas  kütləsini  xarakterizə  edən  və  buna  görə  də  onun  süni 
yolla alınması və tədqiqatı kütlənin sonsuz dərəcədə sürətlə, 
zəncirvari  reaksiya  ilə  qarşısıalınmaz  şəkildə  artmasına  və 
“qara  dəliyin”  yaranmasına  gətirib  çıxarmasından,  
həmçinin  onun  “Allahın  hissəciyi”  adlandırdıldığından  – 
bütün  bunlar  insanlarda  çox  dəhşətli  qorxu,  vahimə 
yaratmışdır. Bəlkə də burada bir həqiqət vardır. Çünki hələ 
görmədiyimiz,  duymadığımız  möhtəşəm  bir  enerjiyə  malik 
fiziki  vakuumun  virtual  bir  hissəciyi  ilə  necə  gəldi 
oynamağın  özü  bəlkə  də  yeni  bir  “Bötük  partlayış”  doğura 
bilər  və  buna  görə  də  qorxuludur.  Amma  tam  əminliklə 
söyləmək olar ki, Kainatda mövcud olan hər bir substansiya 
fiziki  vakuumdadır  və  onun  hər  bir  şeyə,  o  cümlədən, 
insanlara böyük təsiri vadır.  
Bu  baxımdan  bəzi  fenomen  insanların  avtotrof  həyat 
sürmələri faktı fiziki vakuum enerjisi nöqteyi-nəzərincə izah 
olunmağa  başlanmışdır  və  müəyyən  ağlabatan  nəticələr  də 
əldə olunmuşdur.  
   İndi insanın avtotrofluq problemi iki aspekt üzrə müzakirə 
olunur:  1)  ekzerqik  və  2)  enderqik  {184,190}.  Bunlardan 
birincisi bioloji komfort şəraitin təmin olunmasını tələb edir 
və  əlavə  olaraq  homeostazın  pozulmaması  şərti  ilə  xarici 
enerjitəminat  problemini  həll  etməlidir.  İkincisi  –  bu,  elə 
bioloji avtotrofluqdur ki, bu termin altında orqanizmin belə 
bir  fəaliyyət  rejimi  başa  düşülməlidir  ki,  bu  zaman  fiziki 
vakuum  (efir)  enerjisinin  birbaşa  məsrəfi  mümkündür  və 
üzvi  mənşəli  qida  məhsullarının  tələbatı  minimuma  enir. 
Mahiyyətcə,  avtotrofluq  probleminin  hər  iki  aspekti  eyni 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə