Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə72/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   68   69   70   71   72   73   74   75   ...   82

 
260 
kimi sintez olunmuş maddələr (bax.fəsil 4). Deməli, nəinki, 
canlı  orqanizmlər  (bakteriyalar),  həm  də  quruluşu  məlum 
kimyəvi  birləşmələr  belə,  hemoqlobinin  oksigeni  tutmaq 
funksiyası 
kimi, 
azotu 
birləşdirmək 
qabiliyyətinə 
malikdirlər. Nə üçün belə bir prinsipdən ilk yaranışdan insan 
orqanizmində  istifadə  olunmadı?  Suallar  çoxdur,  amma 
cavab vermək çətindir. 
    İş burasındadır ki, insan dəri örtüyü vasitəsi ilə fotosinez 
prosesində  fəal  iştirak  edir.  Digər  tərəfdən,  bilirik  ki, 
oksigen havadan insanın ağ ciyərləri vasitəsi ilə qəbul edilir, 
aleovuallarda  hemoqlobinlə  görüşüb  oksihemoqlobinə 
çevrilir  və  hüceyrələrə  daşınır.  Daha  sonra  isə  qəbul 
etdiyimiz  qidanın  maddələr  mübadiləsindən  sonra  əmələ 
gələn  artıq  karbon  qazını  elə  həmin  hemoqlobin  kimyəvi 
rabitəylə  özünə  birləşdirərək  ağ  ciyərlərə  qayıdan  zaman 
geri  daşıyır.  Deməli,  hemoqlobinin  karbon  qazını  özünə 
birləşdirmək  qabiliyyəti  varmış.  Amma  burada  fərq  ondan 
ibarətdir  ki,  oksigen  hemoqlobinin  dəmir  atomu  ilə  rabitə 
yaradırsa,  karbon  qazı  isə    hemoqlobinin  qlobin  zülal 
molekulu ilə əlaqə yaradır (bax: karbon qazı fəslinə). Burda 
belə bir incə məqam yaranır:  hemoqlobinin min illərlə adət 
etdiyi  oksigeni  düzünə  və  karbon  qazını  geriyə  daşımaq 
kimi  funksiyalarının  yerlərini  hər  hansı  bir  yolla  dəyişə 
bilsəydik,  sanki  hər  şey  normal  vəziyyətinə  düşərdi  və  
düşündüklərimiz  reallaşardı.  Lakin  təəssüf  ki,  bu  hələ 
mümkün  olan  gerçəklik  deyildir.  Belə  təqdirdə  orqanizmin 
bütün  daxili  orqanlarının  mövcud  fünksiyalarında  köklü 
dəyişiklik  olmalıdır.  Həm  də  məlumdur  ki,  hemoqlobin 
kompleks birləşməsi dəm qazını (CO) oksigendən də həssas 
özünə 
birləşdirir 
və 
buna 
görə 
də 
oksigen 
çatışmamazlığından insan zəhərlənir və hətta çox vaxt ölür. 
Deməli,  hemoqlobin  adlı  kompleks  birləşmənin  kimyəvi 
strukturunda azacıq dəyişiklik olsaydı, bəlkə o da rutenium 
(Ru)  kompleksi  kimi  oksigenlə  bərabər  azotu  da  havadan 


 
261 
fiksasiya edərdi və bununla da insan mədəyə qida maddələri 
qəbul  etmədən  özünün  zülal  problemini  çözmüş  olardı. 
Təəssüf  ki,  belə  olmadı.  Bu  baxımdan  akademik 
V.F.Vernadskinin fikirləri nə qədər də müasir səslənir: “Nə 
qədər  ki,  bəşəriyyət  qida  mənbəyi  kimi  bitki  və  heyvan 
aləmindən yararlanacaqdır, o, lazım olduğu dərəcədə təmin 
olunmuş sayılmayacaqdır, doğrusu, bu artıq insan yox, hər 
hansısa bir ağıl sahibi olacaqdır”. 
     Məsələ  burasındadır  ki,  kvant  mexanikasının  gizli, 
açılmamış sirrlərini bilməyincə həyatda baş verən qeyri-adi, 
paranormal hadisələr haqqında heç bir qənaətbəxş nəticələrə 
gələ bilməyəcəyik. Məşhur Nobel mükafatı laureatı A.Sent-
Derdinin  bu  baxımdan  fikirləri  ilə  tam  bölüşürəm:”Mən 
tam  əminliklə  deyə  bilərəm  ki,  əgər  biz  təkcə  molekulyar 
səviyyə  ilə  qənaətləniriksə  heç  vaxt  həyatın  mahiyyətini 
anlamayacağıq...  Bioloji  reaksiyaların  möcüzə  ilə  dolu 
incəlikləri  elektronların  mütəhərrikliyinə  əsaslanmışdır  və 
yalnız  kvant  mexanikası  baxımından  izah  oluna  bilər” 
{191}.  Biz  hələ  necə  deyərlər,  kvant  mexanikasının 
astanasındayıq,  çünki  buraya  baş  vurmaq,  onu  hərtərəfli 
öyrənmək  elə  də  asan  iş  deyildir  və  həm  də  o,  hamımıza 
məlum,  klassik  Nyüton  mexanikasından  əsaslı  dərəcədə 
fərqlənir,  onun  qanunları  ilə  uzlaşmır.  Kvant  mexanikasını 
tədqiq  etmək,  ondan  əsl  həqiqəti  bilmək  üçün  öncə  fiziki 
vakuumun  nədən  ibarət  olduğunu  dərk  etmək  gərəkdir. 
Fiziki vakuum isə dəhşətli şəkildə enerji ilə doludur.  
Fiziki  vakuum  konsepsiyası  enerji  mənbəyi  kimi  dünya 
alimlərini  indi  ən  çox  maraqlandıran  məsələlərdən  biridir. 
O,  artıq  nəzəri  baxışlar  rakursundan  geniş  şəkildə  sırf  real 
həyata -  praktikaya ayaq açmışdır. Fiziki vakuum enerjisini 
real enerjiyə çevirə bilən müxtəlif tip generatorlar barəsində 
onlarca  patent  işləri  dərc  olunmuşdu{186}.  “Sıfır  nöqtələr” 
enerjisinin  təbiəti  barədə  dünyanın  çoxlu  sayda  mötəbər 
elmi  mərkəzlərində  çalışan    elm  xadimlərinin  fundamental 


 
262 
məqalələri  dərc  edilmiş  və  xülasə  şəklində  akademik 
A.V.Frolov 
tərəfindən  sistematik  hala  gətirilmişdir 
{185,186}.  Bu  elmi  yazılarda  göstərilir  ki,  məkanın  özü  və 
ya  “fiziki  vakuum”  daxili  struktura  malikdir  və  beləliklə, 
əgər onun bu daxili strukturunu dəyişdirmək prosesini təşkil 
etmək  mümkün  olarsa,  o,  enerji  mənbəyi  kimi  fəaliyyət 
göstərəcəkdir.  Həmçinin  qeyd  olunur  ki,  məkan  anlayışını 
enerjisiz təsəvvür etmək olmaz və elə bir məkan yoxdur ki, 
orada enerji olmasın. Reallığın daxili strukturu enerjinin iki 
formasında  özünü  göstərir:  qravitasiya  və  elektromaqnit, 
həm  də  bunlardan  birinin  lokal  böyüməsi  o  birinin 
mütənasib olaraq kiçilməsinə səbəb olur və bu səbəbdən də 
enerji dəyişmələri cəmi sıfıra bərabər olur. Hər iki halın bir-
birinə  keçidi  zamanı  entropiyanın  yüksəlməsi  prosesi  baş 
verir  ki,  bütün  bu  və  buna  bənzər  nəzəri  informasiyalar 
Nobel  mükafatı  laureatı  İ.Priqojin  tərəfindən  dərc 
edilmişdir{194}.  Beləliklə,  məkanın  istənilən  nöqtəsində 
enerji çevrilmələri hesabına, kütlə-yanacaq məsrəfi olmadan 
işin və ya gücün alınması tam mümkündür. Bu barədə çoxlu 
sayda  müsbət  nəticələr  də  alınmışdır{186}.  Necə  deyərlər, 
fiziki vakuum enerjisi gələcəyin enerjisidir. 
 Bu  fikirlərin  yekunu  kimi  Nobel  mükafatı  laureatları 
R.Feynman  və  C.Uilerin  sensasiya  xarakterli  fikirlərini 
qeyd  etmək  istərdim:  “Adi  elektrik  lampasının  həcmi  ilə 
tutulmuş vakuumda o qədər yüksək miqdar enerji vardır ki, 
onunla  Yer  üzərində  olan  bütün  okean  sularını  qaynatmaq 
olar”{192,193}. Baxın, bu nə deməkdir? Şübhəsiz ki, bütün 
varlıqlar  kimi  biz  insanlar  da  bu  enerjinin  içərisindəyik  və 
hansı  bir  yolla  olursa  olsun,  onunla  əlaqədəyik.  Necə 
əlaqədəyik, bilmirik. Lakin buna baxmayaraq bu istiqamətdə 
intensiv tədqiqat işləri dünyanın mötəbər elmi təşkilatları və 
burada  çalışan  məşhur  alimlər  tərəfindən  davam 
etdirilməkdədir. 
Avropa 
(CERN
və 
Amerikanın 
(Tevatron)  Nüvə  Tədqiqatları  Mərkəzlərində  həm  fiziki 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə