Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə70/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   66   67   68   69   70   71   72   73   ...   82

 
254 
filmlərdə  göstərildiyi  kimi,  qeyri-adi  qabiliyyətə  malik 
“mutantlar”  yox,  adi  uşaqlardır,  lakin  onlarda  həddindən 
artıq  yüksək  intellekt  və  intuisiya  qabiliyyətləri  vardır.  Ən 
əsası  odur  ki,  bu  cür  zehnli  uşaqlar  müəyyən  problemə 
başqa bucaq altında baxır və qeyri-adi də həllini söyləyirlər. 
Onların  təfəkkürü  adi  insanların  təfəkküründən  çox-çox 
fərqlənir,  elmi  polemikanı  sevirlər  və  mübahisəli 
məsələlərdə  özləri  bildiklərinin  yerinə  yetirilməsinə  nail 
olmağa çalışırlar. Belə fenomen uşaqlardan biri Volqaqradın 
Jirinovsk  şəhərində  1996-cı  ilin  yanvarın  11-də  doğulan 
Borisdir. Artıq 4 yaşından o Jirinovsk şəhəri yaxınlığındakı 
anomal  sahə  sayılan  Ayı  silsilələri  –  Göy  dağa  səyahət 
etməyi  çox  sevirdi.  Nəyə  görə?  Onun  məhz  buranı  səyahət 
etməsi  energetik  tələbatından  irəli  gəlirdi.  Valideynlərinin 
hər ikisi ali təhsilli, savadlı insanlardır. Onlar ilk günlərdən 
Borisin qeyri-istedada malik olduğunu hiss etmişdilər. Anası 
söyləyir ki,  doğulduqdan 15 gün sonra körpə başını bədəni 
üzərində sərbəst saxladı, 4 aylığında “baba” sözünü işlətdi. 
7  aylığında  divarda  böyük  bir  mıxı  görüb,  çox  səlis,  aydın 
şəkildə:”O  mıxı  mənə  verin”-dedi.  Yaş  yarımlığında  qəzet 
və jurnalların sərlövhələrini oxudu, 2 yaşında qələmlə və 2,5 
yaşında isə rənglərlə şəkil çəkməyə başladı. İki yaşında onu 
uşaq  bağçasına  qoyurlar.Burada  tərbiyəçilər  onun  əlahiddə 
istedada  malik  olduğunu  söyləyirdilər.  Valideynləri  neçə 
dəfə  bunun  şahidi  olmuşlar  ki,  Borisə  bu  qeyri-adi 
informasiyalar  bütün  adi  insanlara  xas,  əhatə  olunan  xarici 
aləmdən deyil, hansısa möcüzəli, qəribə kanallardan gəlir... 
“Heç  kəs  ona  bu  dediyi  qeyri-adi  informasiaları  demədiyi 
halda,  bir  də  görürsən  ki,  Mars,  planetar  sistem  və  başqa 
sivilizasiyadan  tam  təfsilatı  ilə  danışır,  ərimlə  mənim  az 
qala  təəccübdən  gözlərimiz  kəlləmizə  çıxsın”-deyə,  anası 
söyləir. Bu iki  yaşlı körpədə bu biliklər haradandı? Bu, əsl 
Vunderkinddir!    Bir  gün  bu  kiçik  körpə  söyləyir  ki,  o,  özü 
də  haçansa  Marsda  olmuşdur  və  deyir  ki,  indi  də  orada 


 
255 
yaşayanlar  var,  lakin  bir  zamanlar  böyük  bir  kataklizm 
nəticəsində  o,  atmosferini  itirdi.  Lakin  indi  də  onun 
torpağının  dərinliyində  yerləşən  şəhərciyində  insanlar 
yaşayır. Deyir ki,  Marsda olanda o, özü bir neçə dəfə Yeri 
səyahət  etmək  üçün  kosmik  gəmilər  vasitəsi  ilə  bura 
gəlmişdir. Hətta kosmik gəmini özü idarə edirmiş. Bu hadisə 
lemurların sivilizasiya dövründə baş vermişdir. Onun dostu 
da  olmuşdur,  gözləri  qarşısında  can  vermişdir.  Boris  inad 
edir  ki,  lemurlar  ruhi  inkişaflarını  dayandırdıqları  və  bütün 
planetin tamlığını pozduqları üçün məhv oldular.  
     Borisin  danışığında  ən  valehedici  odur  ki,  indi  Yerdə 
guya    yeni  tip  fenomen  uşaqlar  doğulur,  çünki  planetin 
kökündən  dəyişmə  vaxtı  gəlib  çatmışdır.  Yeni  yaranmış 
planet  üçün  isə  yeni  biliklərə  və  mentalitetə  malik  Yer 
insanları olmalıdır.  
     Bu  məqalədə  çox  qəribə  məlumatlardan  bəhs  edilir. 
Amma  məni  ən  çox  Borisin  bu  fikirləri  təşvişə 
salır:...“Marsda  insanlar  arasında  nüvə  müharibəsi  baş 
verdi.  Hamı  yandı,  çox  az  adam  salamat  qaldı.  Marslılar 
karbon  qazı  ilə  nəfəs  alırlar.  Əgər  bir  nəfər  oradan  bura 
gələrsə,  o  dərhal  burnunu  tüstü  çıxan  bacaya  tutacaqdır.O 
anda  mən  soruşacam:  “Yəqin  ki,  sən  Marsdan  gəlmisən”. 
Biz  oksigen  ilə  nəfəs  alırıq.  Bu  çox  qorxulu  qazdır,  yana 
bilərik, və həm də o, insanı tez qocaldır”.  
     Mən bu məqalədəki  fikirlərin doğru (həqiqət)  və  ya  əyri 
olduğu  barədə  qəti  fikir  söyləmək  iqtidarında  deyiləm, 
bunun babalı onu yazıb dərc etdirənin üzərinə düşür. Amma 
hər halda o, internetdə bir neçə avtoritetli elmi mərkəzlərin 
açdıqları  saytlarla  aləmə  yayılırsa,  onda  inanmamağa  yer 
qalmır. 
     Bu fenomen “indiqo-uşağın”- “Marslılar karbon qazı ilə 
nəfəs alır”- deməsindən çox-çox öncə məndə bu fikir artıq 


 
256 
formalaşmışdı  və  öz-özümə  hər  zaman  düşünürdüm,  yəqin 
ki,  Kainatda  elə  planet  vadır  ki,  orada  yaşayan  insanlar 
avtotrof bitkilər kimi məhz karbon qazı ilə qidalanırlar. Axı, 
zülal maddəsinin əmələ gəlməsində ən başlıca  yeri oksigen 
deyil, karbon atomu tutur ki, bu da çox bəsit madə - karbon 
qazının tərkibində vardır. Karbon və karbon qazı barəsində 
III  və  VI  fəsillərdə  geniş  şəkildə  söhbət  açmışdıq.  Karbon 
yeganə  atomdur  ki,  öz  aralarında  C  –  C  əlaqəsi  ilə  uzun 
zəncir  –  zülal  molekulu  yarada  bilir,  başqa  heç  bir  atomda 
bu  xüsusiyyət  yoxdur.  Belə  olan  təqdirdə  canlı  üçün  ən 
vacib  atom  oksigen  deyil,  məhz  karbondur.  Karbon  atomu 
təbiətdə  bəsit  maddə  olan  karbon  qazı  kimi  havada  və 
karbonatlar  kimi  suda  və  torpaqda  geniş  yayılmışdır. 
Bitkilərdə karbohidratların əmələ gəlməsi prosesinə bir daha 
qayıdaq: 
 
İşıq  +  n СО
2
 +  n Н
2
О   →   n О
2
  +  (CН
2
О)
n
 
 
Bu kimyəvi tənliklə göstərilən fotosintez prosesi endotermik 
proses olub  günəş şüalarının enerjisinin  udulması  ilə gedir, 
yəni  adi  şəraitdə  suyun  içərisindən  nə  qədər  karbon  qazı 
keçirilsə  belə,  qlükoza  və  ya  hər  hansı  bir  karbohidrat  ala 
bilmərik,  olsa-olsa  zəif  karbonat  turşusu  alarıq.  Bu  proses 
yalnız  bitkinin  yaşıl  yarpağının  xloroplastlarında  xlorofil 
piqmentinin fotoemission təsirindən əmələ gələ bilər. Bunun 
əksi olan tənlik isə: 
 
(CН
2
О)
n
 О
2
→ n СО
2
n Н
2
О + 
İstilik + enerjinin başqa forma. 
 
hamıya  yaxşı  məlum  olan  oduncağın  yanması  reaksiyası 
olub,  öncəki  fotosintez  prosesində  udulan  enerjinin  burada 
çıxması  ilə  gedən  ekzotermik  prosesdir.  Deməli  sadəcə 
olaraq, günəş şüaları enerjisi udulur, karbohidrat  (oduncaq) 
molekulunun  yaranmasında  iştirak  edən  kimyəvi  rabitələrə 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə