Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə74/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   70   71   72   73   74   75   76   77   ...   82

 
266 
fundamental  məsələnin  həllinə  xidmət  edir.  Əgər  fiziki 
vakuum boşluq deyildirsə, müşahidə oluna bilən deyildirsə, 
onda  tamamilə  real  olan  bu  efir  mühiti  energetik  nöqteyi-
nəzərincə  neytraldır,  yoxsa  aktivdir  və  onun  enerjisinin 
texniki vasitələrlə və canlı orqanizmlərlə çıxarılması yolları 
vardırmı?  Efiroenergetikanın  reallığı  barədə  birbaşa  və  ya 
dolayı faktlar vardırmı?   
    Demə  ki,  belə  faktlar  varmış,  lakin  onlar  akademik 
nəşriyyatda  heç  vaxt  göstərilməmişdir.  Fiziki  vakuum 
enerjisinin  texniki  vasitələrlə  istifadəsi  hələ  XIX  əsrin 
məşhur fiziki Nikola Tesla dövründən məlum imiş. Belə ki, 
alternativ  energetika  sahəsindən  olan  “vahiddənüstün” 
(rusca  –  “сверхединичный”)  sərbəst  enerji  generatorları 
yaxşı  məlumdur.  Bu  termin  məcazi  (metafora)  mənada 
işlənərək,  göstərir  ki,  ənənəvi  üsullarla  ölçülən  faydalı  iş 
əmsalı  (FİƏ)  vahiddən  böyük  alınır.  Bu  sinifdən  olan 
qurğular  üzrə  çoxlu  sayda  patentlərdən  bəhs  edən  xülasəni 
A.V.  Frolovun  məqalələrindən  {185,186}  əldə  etmək  olar. 
Müxtəlif  konstruksiyalı  generatorların  FİƏ  diapazonu  bu 
şəkildədir:  1<  FİƏ  <10
5
.  Əlbəttə  ki,  əgər  bu  tip  qurğuların 
bütün  mənbələrini  açıq  sistemlər  baxımından  nəzərdən 
keçirsək, 
burada 
enerjinin 
saxlanması 
qanunun 
pozulmasından  söhbət  gedə  bilməz.  Bu  cür  qurğuların 
ənənəvi  enerjiqurğulardan  fərqi  ondan  ibarətdir  ki,  işin 
“vahiddənüstün” rejimi əldə edildikdə, işçi cismin soyuması, 
qurğu  kütləsinin  azalması,  mütənasib  olaraq  qurğunun 
çıxışında  faydalı  gücün  artması  və  xarici  heliogeofiziki 
şərtlərdən məhsuldarlığın asılılığı müşahidə olunur. Belə ki, 
Svita  Floyd  triod  vakuum  gücləndiricinin  (VTA)  kütlə 
defekti  ~  1-2  кVt  çıxış  gücündə  80-85%-dirsə,  C.Serla 
generatorları  isə  “levitasiya”  (yüngüllük)  rejiminə  keçərək 
tamamilə  çəkilərini  itirirlər,  bu  səbəbdən  də  onlar  “levi-
disklər” adlanır. Floydun VTA güc sarğılarının təsadüfi qısa 


 
267 
qapanması sarğıların ani olaraq buzlaşmasına gətirib çıxarır, 
sabit maqnit isə qırovla örtülür. VTA-nın uzun müddətli (bir 
neçə  sutka)  fasiləsiz  işləməsi  zamanı  gecə  vaxtlarında 
gərginliyin  yükləndiyi  yerdə  120  voltdan  80-ə  enməsi 
müşahidə olunur.      
   Lakin  biz,  insanları  bu  qurğunun  necə  işləməsindən  çox, 
fotosintezlə heç bir əlaqəsi olmayan canlı orqanizmlərin efir 
avtotrofluğu  fenomenologiyası  maraqlandırır.  Bu  məsələ 
üzrə  yeganə  nəşr  hələ  1957-ci  ildən  məlum  idi.  Bu, 
substratsız  (qidalandırıcı  mühit  olmadan)  distillə  suyunda 
bölünmə  dinamikasının  mikrobioloji  tədqiqatları  və 
heterotrof  mikroorqanizmlərin  özlərini  aparmasından  bəhs 
edən  işlər  idi.  Bu  istiqamətdə  artıq  ikinci  onillikdir  ki, 
sistematik  tədqiqatlar  bağırsaq  qrupu    (E.Coli  və  digər.) 
mikroorqanizmlərin modelində tədqiqatçı-alim Çernoşekov 
tərəfindən aparılır {187 } və aşağıdakı nəticələri almışdır:     
1.  Su  mühitində  qida  maddələrinin  üzvi  və  ya  mineral 
substratlar  şəklində  tam  yoxluğu  şəraitində  mikrob 
hüceyrələrinin  xətti  surətdə  məhv  olmaları  baş  vermir.  Bu 
proses  geomaqnit  həyəcanlanmalarla  nizamlanır.  Biotrop 
geomaqnit  variantlar  baş  verdikdə,  xətti  məhv  olma,  1-3 
sutka ərzində ilkin mikrob səviyyəsini min dəfə ötüb keçən 
çox sürətli bölünmələrlə müşaiyət olunur.  
2.  Sakit  geomaqnit  sahə  (SGS)  çoxalmanın  məhvinə  səbəb 
olur ki, bu zaman patogen mikroorqanizmlərin sərfiyyatı baş 
verir. 
3. Geomaqnit variantlar və maqnit fırtınaları zamanı nəinki 
E.Coli    mikrob  hüceyrələrinin  çoxalması  stimullaşır  və 
həmçinin bağırsaq çöplərinin digər ekoformalara dizenteriya 
və qarınyatalaq və əksinə -  ilkin mikroorqanizmlərə 2-3 gün 


 
268 
müddətində keçmələri ilə irsi spontan dəyişmələr baş verir. 
Bu  təkcə  sitomorfoloji  göstəricilərlə  və  koloniyaların  sıx 
qida  mühitində  makroskopik  quruluşlarının  dəyişmələri  ilə 
deyil,  həm  də  seroloji  əlamətlərin  əhəmiyyətli  dərəcədə 
spektr sürüşməsi ilə də təsdiq olunur. 
4.  Standart  qida  mühitinə  əkin  zamanı  E.Coli-nin 
“transmutasiyası” 
zamanı 
əmələ 
gələn 
yeni 
mikroorqanizmlərin  stabilləşməsi  baş  verir  ki,  bu  da 
epigenez hipotezini, həmçinin məlum mutasiya dəyişkənliyi 
barədə təsəvvürləri rədd etməyə imkan verir.   
Bu  sahə  üzrə  digər  seriya  işlər  Qusev  və  əməkdaşları 
tərəfindən  Rusiya  EA-nın  Sibir  Şöbəsinin  riyaziyyat 
institutunda  aparılmışdır  {188}.  E.Coli  mikroorqanizmin 
təmiz suda çoxalma sürətinin dinamikasını öyrənərkən onlar 
tərəfindən əlavə olaraq aşağıdakəı nəticələr alınmışdır: 
1.  Böyümə  dinamikasına  hüceyrələrin  özlərini  kooperativ 
aparmaları faktoru təsir göstərir ki, bu da yaşayış mühitinin 
ümumi  həcminin  və  kritik  qatılıq  həddinin  miqdarında 
özünü  göstərir.  Belə  ki,  bölünmələr  mikrobların  ilkin 
qatılığının  10²  kl/ml-dən  az  və  yaxud  ümumi  suspenziya 
həcminin  10  mkl-dən  az  miqdarında  müşahidə  olunmur. 
Reproduksiya prosesini işə salan hüceyrələrin ən aşağı kritik 
qatılıqları  10³  kl/ml-dən  az  olmamalıdır.  Bu  zaman  37ºC 
inkubasiya  ilə  1-3  sutkadan  sonra  stasionar  qatılıq  3·10
6
 
kl/ml-ya çatdı, bundan sonra bölünmələrin sürəti dayandı.
   
2.  Stasionar  hal  əldə  edildikdən  sonra,  populyasiyadan 
alınan  mikrobları  təkrar-təkrar  əkdikdən  sonra  mikrob 
cisimlərinin  hər  dəfə  eyni  konsentrasiyada  (~10
6
  kl/ml) 
alınması  halı,  substrat  kimi  ölmüş  mikroorqanizmlərin 
biokütləsinin sərf olunmasının mümkünlüyünü rədd edir.   


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə