Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə69/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   65   66   67   68   69   70   71   72   ...   82

 
250 
müasir  və  küllü  miqdarda  nüvə  başlıqlı  silahların  insan 
tərəfindən  yaradılmasının  mənası  nədir?  Kiçik  dövlətlərin 
hegemon  dövlətlər  tərəfindən  istismarı  nəyə  qulluq  edir? 
İnsanlar arasında gedən, vandalizm, kütləvi qırğınlar məgər 
İblisin  mənafeyinə  uyğun  deyilmi?  Son  vaxtlar,  elmin  də 
təsdiq  etdiyi  kimi,  başqa  planetlərdən  tez-tez  naməlum 
obyektlər uzaq məsafələri uçub qət edərək Yerə gəlir və onu 
seyredici  kimi  nəzarətə  götürürlər.  Belə  bir  fikir  vardır  ki, 
onlar  insanlarda  olan  küllü  miqdarda  qorxulu  silahların 
olduğunu bildikləri üçün  buraya  gəlirlər və bunun qarşısını 
almağa  çalışırlar.  Axı,  Yer  planeti  məhv  olarsa,  bundan 
başqa  planetlərə  də  ziyan  dəyə  bilər,  çünki  Kainatı  əmələ 
gətirən  ulduzlar  sistemi  çox  dəqiq  bir  mexanizm  üzrə 
fəaliyyət  göstərir,  onlardan  biri  məhv  olarsa,  bu  sistem 
dağılıb yenidən qurulmalıdır ki, bunu da nəinki heç kəs, heç 
Allah da istəməz, amma İblis elə buna çalışır.  
     Digər  tərəfdən,  həyat,  Yer  üzərində  çoxlu  sayda  qədim 
mənbələrin  bir-birindən  xəbərsiz  söylədiklərinə  görə,  dörd 
sivilizasiya  (buna  Günəş  tsikli  də  deyirlər)  keçmişdir,  yəni 
təqribən hər 4000-5000 ildən sonra Yerdə böyük kataklizm 
baş  vermişdir  və  yenidən  həyat  ibtidaidən  əmələ  gəlməyə 
başlamışdır. Mayya təqvimi xronologiyasına görə, indiki, 5-
ci  Günəş  tsikli  bizim  eraya  qədər  12  avqust  3114-cü  ildən 
başlayıb bizim eranın 2012 –ci ilin dekabrın 21-də qurtarır.  
Söhbət açdığımız təqvimlər bunlardır: 
 
Hinduların Mayya təqvimi
 
Hinduların Çeroki təqvimi
 
Hinduların Zulu təqvimi
 
İnkilərin təqvimi; 
 
Misir təqvimi və s. 
    Qeyd  etmək  lazımdır  ki,  bu  təqvimlərin  göstəriciləri 
müasir təqvimlərin göstəriciləri ilə, demək olar ki, tam üst-
üstə  düşür.  Məsələn,  müasir  hesablamalara  görə,  Günəş 
ilinin  uzunluğu  365,2422  günə  bərabərdir,  lakin  bizim 


 
251 
eranın  V-X  əsrlərində  indiki  Meksikanın  əyalətlərində 
yaşamış 
Mayya 
təqvimçilərinin 
tikdikləri 
hündür 
piramidaların  zirvələrində  apardıqları  hesablamalar  bu 
rəqəmin  365,2420  olduğunu  göstərmişdir.  On  mində  bir 
rəqəm dəqiqliyi ilə! Müasir alimlərin fikrinə görə, bu qədər 
dəqiq  rəqəmin  alınması  üçün  planetlərin  müşahidə 
edilməsinə  və  onların  hərəkətlərinin  qeyd  edilməsinə  o 
zamanlar 10 000 il vaxt tələb olunmalı idi.  
    İndi  belə  bir  fikirlər  yayılmaqdadır  ki,  Yer  üzərində 
sivilizasiya elə bir mərhələyə gəlib çatmışdır ki, həddindən 
artıq  planetdə  dağıdıcı  ölüm  silahlarının  olmasını  kənardan 
görən digər planetlərin sakinləri hər 4000-5000 ildən sonra,  
buraya  gələrək  qəsdən  kataklizm  törədirlər  ki,  Yer  planeti 
bundan  əziyyət  çəkməsin  və  bu  da  Mayya  təqvimində 
deyilənlərlə  üst-üstə  düşür.  Maraqlısı  budur  ki,  Kainat 
haqqında  bu  qədər  dəqiq,  dürüst  məlumat  verən  Mayya 
nümayəndələri bütün bildiklərini nəhəng piramida daşlarına 
simvollar şəklində yazaraq özləri anidən qeyb olmuşlar. 
     Yer  üzərində  mövcud  olan  bütün  canlıların  ilk  həyat 
mənbəyi  Günəş  şüaları  ilə  bitkilərdə  reallaşan  fotosintez 
hadisəsidir.  Yəni  işıq  həyatın  ilk  başlanğıcıdır.  Bundan 
sonra əmələ gələn bitkilər, heyvanlar, o cümlədən, insanlar 
vasitəsi  ilə  qida  mənbəyi  kimi  mənimsənilir.  Buradan  belə 
bir  nəticə  çıxır  ki,  bitkilər  olmasaydı,  heyvanların  və 
insanların  yaşamaları  da  sual  altında  olardı.  Fotosintez 
hadisəsinin  necə  baş  verməsi  barədə  VII  fəsildə  geniş 
danışmışdıq.  İş  burasındadır  ki,  fotosintez  hadisəsi  təkcə 
bitkilərdə  deyil,  heyvanlarda  və  insanlarda  da  özünü 
göstərir.  Çox  qəribədir:  bitki  mənşəli  hüceyrələrin  heyvan 
mənşəli  hüceyrələrdən  prinspial  fərqi  bundan  ibarətdir  ki, 
birincilərin  protoplazması  əsas  etibarı  ilə  fotosintez 
prosesini 
həyata 
keçirən 
xlorofildən, 
ikincilərin 
protoplazması  isə  qana  oksigen  daşıyan  hemoqlobindən 
ibarətdir. 


 
252 
     Xlorofil  müxtəlif  rənglərdə  olmasına  baxmayaraq, 
yerüstü  bitkilərin  əksəriyyətində  yaşıl  rəngdədir  (bax.  VII 
fəsil). Hemoqlobin isə (bax.II fəsil) qırmızı rəngdədir, amma 
sprutlarda (dəniz molyuskaları) və bəzi vəhşilərin qanlarında 
o,  mavi  rəngdədir.  Belə  hemoqlobini  bəzən  hemosianin  də 
adlandırırlar. 
     Kimyaçı  tədqiqatçılar  göstərdilər  ki,  hemoqlobin  və 
xlorofil həddindən artıq oxşar kimyəvi quruluşa malikdirlər: 
yeganə  fərq  ondan  ibarətdir  ki,  birincidə  porfirin 
həlqəsindəki mərkəzi atom termoemission dəmir atomundan 
(Fe), ikincidə isə fotoemission maqnezium atomundan (Mg) 
ibarətdir. Buna görə də hemoqlobin infraqırmızı (isti şüaları) 
qəbul etdiyi üçün qırmızı, xlorofil isə ultrabənövşəyi şüaları 
mənimsədiyi üçün yaşıl piqmentdir. 
 
   
 
Şəkil 21. 
Möcüzəli  şəkildə  bu  iki  piqmentin  oxşarlığı  onların  bir-
birini əvəz edə bimələri  kimi  göstərir,  çünki  həm dəmir və 


 
253 
həm  də  maqnezium  ikivalentlidirlər.  Bu  səbəbdən  də  bitki 
xlorofilindən insan və ya heyvan hemoqlobini və ya əksinə - 
hemoqlobindən xlorofili kimyəvi yolla asanlıqla almaq olur. 
Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  insanın  özü  də 
bitki kimi qidalana bilərdi, amma bu baş vermədi. Yenə də 
əsası  olanı  söyləmək  lazımdır  ki,  bitkilər  qeyri-üzvi 
maddələri,  insanlar  isə  üzvi  maddələri,  yəni  canlıları  üzvi 
maddələrə transformasiya edirlər. İstər-istəməz belə bir fikir 
meydana  çıxır:  olmazdımı  ki,  insan  da  bitki  kimi  karbon 
qazı və sudan fotosintezin iştirakı ilə karbohidratlar, zülallar 
sintez etsin? Axı hər iki varlıqda fotosintez prosesi baş verir, 
hər ikisi sudan faydalanır, lakin biri karbon qazını özü üçün 
qida  maddəsi  kimi  istifadə  etdiyi  halda,  o  biri  isə  onu 
özündən  tullantı  kimi  kənar  edir  və  əvəzində  oksigen 
mənimsəyir.  Burada  məni  opponentlərim  tənqid  atəşinə 
tutub deyəcəklər ki, görürsənmi biz düz deyirik, bizə lazım 
olan  şeyi  –  oksigeni  bitki  hazırlayıb  verir,  deməli  o,  bizim 
üçün yaranmışdır. Əsla! Bu yerdə yeri  gəlmişkən bir haşiyə 
çıxmaq istəyirəm. 
Bu  yaxınlarda  internet  saytlarının 
birində  (  www.liveinternet.ru  ) 
çox maraqlı bir yazıya rast gəldim: 
“Yerdə  dogulan  inoplanetyan”. 
Məqaləni 
tam 
təfsilatı 
ilə 
göstərmək  deyil,  onun  yalnız 
mühüm  detallarından  danışmaq  istərdim.  Qeyd  edilir  ki, 
bizim planetdə son vaxtlar tez-tez “İndiqo” adlanan, xüsusi 
istedada  malik  qeyri-adi  körpələr  meydana  gəlir.  Yeri 
gəlmişkən, ilk dəfə olaraq “indiqo-uşaq” fenomeni haqqında 
1982-ci  ildə  amerikan  ekstrasens  Nensi  Tepp  özünün 
yazmış olduğu “Rəng sənin həyatını yaxşı anlamaqda necə 
kömək  edir?”  kitabında  söyləmişdir.  Bu  kitabda  indiqo 
rəngdə aurası olan yeni qrup insanlar haqqında danışılır: bu, 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə