Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə80/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   74   75   76   77   78   79   80   81   82

 
288 
bu da sonradan qanazlığına – anemiya xəstəliyinə gətirib 
çıxara bilər. Buna görə də məsləhət görülür ki, müəyyən 
miqdar ətdən istifadə olunsun. Amma bu fikirlə qətiyyən 
razılaşmaq  olmur,  ona  görə  ki,  bizdən  də  nəhəng  
otyeyən  istiqanlı  heyvanlar  –  inək,  camış,  fil,  dəvə, 
qoyun, keçi və s. heç ət yemədikləri təqdirdə onlar belə 
bir  fəsadla  qarşılaşmırlar.  Deməli,  onlar  özlərinə  lazım 
olan  miqdar  dəmir  elementini  elə  yedikləri  bitkilərin 
tərkibindən götürürlər. 
Belə bir maraqlı sual yəqin ki, hamını düşünməyə vadar 
edir: insan ilk yaranışdan ətyeyəndir və yaxud otyeyən? 
Diyetoloqlar  hesab  edirlər  ki,  insan  özünün  daxili 
quruluşuna  görə  yırtıcılardan  çox,  otyeyənlərə  oxşayır. 
Insanın  mədə  şirəsinin  turşuluğu  yırtıcınınkından  on 
dəfə azdır, çiy əti parçalaya bilən köpək dişləri yoxdur, 
əksinə,  qidanı  uzun  müddətə  həll  etmək  üçün  müstəvi 
azı  dişləri  vardır.  Mədə-bağırsaq  traktının  uzunluğu 
inəyinki kimi, bədənindən səkkiz dəfə uzundur və bunun 
da  müqabilində  yeyilmiş  ətdən  əmələ  gələn  toksinlər 
uzun  müddət  orqanizmdə  qalaraq  onu  zəhərləyir  və 
böyrəklərin  işləməsinə  mane  olur.  Beləliklə,  insanın 
bioloji xüsusiyyətləri – dişlərinin quruluşu, bağırsağının 
uzunluğu, qanının temperaturu – göstərir ki, o, yırtıcılar 
sinfinə aid deyildir. Fizioloji cəhətdən də insan otyeyən 
heyvanlara – meymuna, filə, inəyə, dəvəyə, qoyuna daha 
yaxındır,  nəinki  yırtıcılara  –  itə,  pələngə,  bəbirə  vəs. 
Yırtıcılar heç vaxt tərləmirlər, onlarda istilik mübadiləsi 
tənəffüs  tezliyi  requlyatorları  və  dilini  çıxararaq 
ləhləmələri ilə tənzimlənir. Vegetarian heyvanlar isə bu 
məqsədlə  bədənlərindən  müxtəlif  zərərli  maddələri 
kənar  etmək  üçün  tər  vəzilərindən  istifadə  edirlər. 
Yırtıcıların  ovu  tutmaq  və  parçalamaq  üçün  uzun,  iti 
kəsici  dişləri  və  caynaqları  olduğu  halda,  otyeyənlərin 
isə  qısa  dişləri  vardır,  caynaqları  isə  yoxdur.  Otyeyən 


 
289 
heyvanların  və  insanın  ağız  sularında  karbohidratları 
parçalaya  bilən  amilaza  fermenti  olduğu  halda, 
yırtıcılarda  bu,  yoxdur.  Yırtıcılar  sümüyü  həzm  etmək 
məqsədi ilə mədələrinə çoxlu miqdar xlorid turşusu ifraz 
edirlər. 
Yırtıcıların 
çənəsi 
yalnız 
aşağı-yuxarı 
istiqamətdə 
məhdud 
hərəkətliyə 
malikdirsə, 
otyeyənlərdə  isə  qidanı  ağızda  həll  etmək,  gövşəmək 
məqsədi  ilə  horizontal  hərəkətliyə  malikdir.  Yırtıcılar, 
məsələn, pişik, it, pələng və s. suyu dilləri vasitəsi ağıza 
ötürürlərsə,  otyeyənlər  və  insan  onu  dişləri  arasından 
sovururlar.  Daha  bir  maraq  doğuran  fərqi  nümunə  kimi 
göstərmək istəyirəm. İnsan yalnız ət yeməklə (çörəksiz) 
maksimum  bir  ay  müdətində  yaşaya  bilər,  lakin  yalnız 
çörək  (ətsiz)  istifadə  etməklə  illərlə  yaşamaq  iqtidarına 
malikdir. Çörək – bu, bitki mənşəli qida məhsuludur. Bu 
cür çoxlu sayda illüstrasiyalar göstərmək olar və onların 
hamısı bir daha insanın otyeyənlərə aid olduğunu sübut 
edir.  Fizioloji  cəhətdən  insan    qətiyyən  ət  rasionuna 
uyğunlaşmamışdır.  Bütün  otyeyənlərin  bağırsaqları 
yırtıcılarınkına  nisbətən  uzundur,  çünki  bitki  mənşəli 
qidalar zülallara nisbətən gec həzm olunurlar. 
Beləliklə, bütün bu faktları nəzərə alaraq yekun şəklində 
söyləmək olar: “İnsan otyeyəndir – vegetariandır! 
Sözün doğrusu, mən də təbiətin və elmin təkzibedilməz 
qanunauyğunluqlarını  nəzərə  alaraq  belə  qərara  gəldim 
ki,  vegetarian  yox,  hətta  veqan  olum  və  2010-cu  ilin 
fevralın  12-dən  ət  və  heyvan  zülalı  olan  qidalardan 
imtina etdim. Düzünə qalsa, birdən-birə heyvan mənşəli 
zülallardan  imtina  etmək  bir  az  qorxuludur,  lakin 
özümdə  cəmləşən  həddindən  artıq  inam  və  istək  məni 
buna  vadar  etdi.  Mübaliğəsiz  deyə  bilərəm  ki, 
bədənimdə  mənfi  istiqamətdə  baş  verə  biləcək  heç  bir 
qüsurlu əlamətlər hiss etmədim. Əksinə, baxmayaraq ki, 
bir  neçə  illərdir  diabet  xəstəliyindən  əziyyət  çəkirdim, 


 
290 
indi  özümü  çox  gümrah  hiss  edirəm,  sanki  məndə 
yaşamaq  həvəsi  bir  az  da  artmağa  başlamışdır.  Mənə 
elmi mənbələrdən məlum idi ki, vegetarianlıq sisteminə 
keçən insanlar bir müddətdən sonra heyvan mənşəli qida 
məhsullarından  iyrənəcəklər.  Bu  doğrudan  da  belədir. 
İndi  məni  bir  fikir  gecə-gündüz  hey  narahat  edir:  insan 
olan kəs də ətmi yeyər? Bu nə biabırçılıqdır?  
 
İnsan  aşıq-aşkar  otyeyən 
istiqanlı  canlı  olduğu 
halda  müasir  zamanda 
ətdən 
tez-tez 
istifadə 
edərək  özünü  əsl  yırtıcı 
kimi  aparır.  Bunun  axı, 
nəyi  insanlıq  oldu  ki? 
Budurmu Yer üzünün əşrəfi insan? İndiki insanlar gündə 
yüz dəfə Allaha yalvarsalar da belə tam əmin ola bilərlər 
ki, Cənnət qapısı həmişə onların üzünə bağlı qalacaqdır. 
Axı,  görün,  bir  insan  bütün  ömrü  boyu  nə  qədər 
günahsız,  dilsiz-ağızsız  heyvanların,  quşların  ölümünə 
səbəb olmuşdur. Ölüm hökmünü isə Allahdan başqa bir 
kimsə  verə  bilməz.  Bunun  özü  elə  Tanrının  ziddinə 
getmək  deyilmi?  İnsanlar  nəinki  heyvanların,  hətta  bir-
birilərinin qəniminə bais olmuşlar. Dünyada heyvanların 
bir-birini qırmasından çox insanlar bir-birini qırırlar. Nə 
üstündə?  Torpaq,  daha  çox  yemək,  daha  çox  mənfəət 
əldə  etmək,  nəfs  üstündə.  Bu  zaman  görəsən 
düşünürlərmi  ki,  Allahdan  onlar  üçün  də  ölüm  hökmü 
var  və  bu  fərman  hələ  doğulduqları  anda  onların  alnına 
yazılmış,  həkk  olunmuşdur.  Amma  bu  zalımlar  hələ 
Allahdan  Cənnətə  düşmələrini  arzu  edirlər.  Təəssüf  ki, 
arzu və ona yetişmək bambaşqa şeylərdir. Heç olmazsa, 
heç  bir  kəsə  xeyrindən  başqa  ziyanı  dəyməyən  yaşıl 
bitkilərdən  ibrət  dərsi  alaydıq.    “Günəşiyeyənlərin” 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə