Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə67/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   63   64   65   66   67   68   69   70   ...   82

 
243 
iliyində  toplanan  yaşıl  piqmentə  –  biliverdinə  çevrilir. 
Biliverdin 
hemoqlobinin  fotosintezinə  mane  olaraq 
orqanizmdə ölümün yaşıl ekranını yaradır. Zaman keçdikcə 
hemoqlobin  çatışmamazlığı  əmələ  gəlir.  Düzdür,  biz  bu 
yaşıl  ekranla  mübarizə  edə  bilirik  –  onu  rədd  eləmək  üçün 
biliverdinə  iki  hidrogen  protonu  verilir  ki,  qırmızı  rəngli 
bilirubinə  çevrilərək  təbii  yolla  orqanizmdən  çıxır.  Məhz 
hidrogen protonu insana bəs etmir ki, əbədi yaşaya bilsin, o, 
biliverdinlə  mübarizəyə  sərf  olunur,  lakin  bərpa  olunmur. 
Buna görə də suyun həcm faizi insan yaşlaşdıqca durmadan 
azalır  –  körpələrdə  86,8%,  qocalarda  isə  49,8%  -dir.  Suyu 
itirməklə  biz  xəstəlik  qazanıb  həyatı  itiririk.  Niyə,  məgər 
çox  su  içə  bilmərikmi?  Yox,  hər  şey  düşündüyümüz  kimi 
deyil... 
 
 
 


 
244 
 
Şəkil 20. Ölümün yaşıl ekranı 
 
Biosaatlarda vaxtın sürəti 
 
Volkovun  söylədiklərindən.  Biz  bilirik  ki,  Günəşlə  əlaqəli 
vaxt  həmişə  irəli  axır.  Bilirik  ki,  vaxt  istiqaməti  olan 
vektorial  kəmiyyətdir.  Həqiqətən,  vaxt  sutkada  gecədən 
səhərə,  səhərdən  günortaya,  günortadan  axşama,  axşamdan 
gecəyə...axır.  Lakin...  heç  vaxt  başqa  cür,  heç  vaxt  geriyə, 
heç vaxt gecədən axşama! İldə də - bu cür mənzərədir. Vaxt 
qışdan  yaza,  yazdan  yaya,  yaydan  payıza,  payızdan  qışa 
axır.  Sonra  tsikl  yenə  təkrarlanır.  Lakin  heç  vaxt  o,  geri 
axmır: qışdan payıza. İnsanın ömür vaxtı da – ciddi şəkildə 
uşaq  evindən  qəbiristanlığadək  kədərli  istiqaməti  olan 
vektorial  kəmiyyətdir.  Bu  bioloji  saatlara  Yerdə  yaşayan 
bütün insanlar tabedir. Amma ildə və sutkada eyni bir Günəş 
orbitdə  tamamilə  əks  istiqamətdə  hərəkət  edir:  ildə  -  bir 
tərəfə,  sutkada  isə  -  əksinə.  Bu  zaman  belə  çıxır  ki,  orbit 
həm  24 saata və həm  də 360  günə başa çatır.  Başqa sözlə, 
vaxtın  xətti  sürəti  sutkada  360  dəfə  ilin  xətti  sürətini  ötür. 
Amma belə bir halda, nəzərə alsaq ki, sutkanın vaxt vektoru 


 
245 
ilin  vaxt  vektorunun  tam  əksinədir,  ilin  fəsillərində  Yerdə 
təbiətin heç bir dəyişkənliyi olmamalı idi. Lakin o baş verir. 
Niyə? İş ondadır ki, xətti sürətdən əlavə vaxt həm də bioloji 
sürətə –  yəni, Yerin bioloji obyektlərinə təsir edən şüaların 
vaxt miqdarından və bu şüaların keyfiyyətindən asılı sürətə 
malikdir.  Məsələ  bundadır  ki,  bizim  həyatımızın  vaxt 
spiralını sönməyən sinusoidə çevirmək üçünsonu olmayan, 
yəni  ölümü  olmayan  “yayı”    dairəvi-üzük  etməli. 
Mümkündürmü bu? Volkova görə – Əlbəttə!  
 
Biosaatlarda 
kəmiyyət 
dəyişmələrinin 
keyfiyyət 
dəyişmələrinə keçməsi 
 
Bu  qanun  biosaatlarda,  o  cümlədən,  insan  orqanizmi 
səviyyəsində  özünü  yaxşı  göstərir.  Qanunun  mahiyyəti 
sadədir:  orqanizmdə  hər  hansı  bir  şeyin  miqdarı  dəyişən 
kimi, o saat bu orqanizmdə yeni keyfiyyət başlayır. 
Bu  qanunu  insanın  tam  həyat  tsiklindəki  misalla  göstərək, 
yəni  yumurtalığın  mayalanmasından  ölümə  kimi  olan 
müddəti.  İnsan  rüşeym  halında  bətndaxili  dövrü  keçirir.  O
sulu  mühit  şəraitində  yaşayır.  Onun  özü  və  ətrafı  su  ilə 
doludur.  Su  rüşeymin  ətrafında  yığılaraq  onu  Yerin  təbii 
radiasiyasından  qoruyur.  Bətndaxili  dövrün  sonunda 
hidrogen  protonuna  görə  inert  olan  su  çoxlu  miqdar 
hidrogen  protonu  verərək  karbonat  turşusunun  mənbəyinə 
çevrilir. Hidrogen protonları dölün tərkibində olan oksigeni 
məimsədiyinə görə, orqanizmi mühiti dəyişməyə təhrik edən 
oksigen aclığı başlayırNəticə - insan doğulur. Bu vaxtdan 
etibarən  orqanizmə  təkcə  oksigen  deyil,  işıq,  qida  daxil 
olmağa  başlayır.  Orqanizmə  hər  şeydən  qabaq  zülallarla 
bərabər  minerallar,  kalsium,  dəmir  də  daxil  olur.  Bu 
maddələr orqanizmə daxil olduqca o, inkişaf edir, böyüyür. 
Kalium  və  karbohidratların  qəbulu  isə  daha  bir keyfiyyətə- 
cinsi  fəallığın  artmasına  və  boy  artımının  dayanmasına 


 
246 
gətirib  çıxarır.  İnsanın  əsas  tənəffüs  piqmenti  olan  çəhrayı 
hemoqlobin həm nəfəsalma hüceyrələri sitoxromları və həm 
də  tənəffüs  hemoqlobini  üçün  normal  şəkildə  işləməyə 
başladığı  anda  orqanizmdə  yeni  keyfiyyət  –  yetişkənlik 
dövrü  başlayır.  Yetişkənlik  –  orqanizmin  maksimal 
dərəcədə oksigenə, kaliuma, hemoqlobinə, qırmızı bilirubinə 
tələbatını 
dolduran 
dövrdür. 
Orqanizm 
hidrogen 
protonlarının  və  öd  turşularının  əsas  mənbəyi  olan  narıncı 
bilirubinin istifadəsinə başlayan zaman, onun yeni keyfiyyət 
dövrü  –  klimaks  başlayır.  Orqanizm  özünə  natrium,  yağ 
turşuları,  və  yenə  də  öd  turşuları  yığmağa  başladığı  anda, 
qocalıq başlayır. Və nəhayət, qara ciyərdə, dalaqda, sümük 
iliyində ölümün yaşıl ekranı yığıldığı zaman, ölüm baş verir.  
 
Bütün ömür boyu biz ölümün yaşıl  ekranı  ilə mübarizə 
aparırıq 
 
Hamıya  aid  olan  bir  fakta  müraciət  edək:  bətndaxili  həyat 
dövrü  –  ilk  rüşeyim  anından  doğuşa  qədər  müddət  –  280 
sutkadır.  Onun  müddəti  irqindən  və  milliliyindən  asılı 
deyildir. Düzdür, sonra kimsə doğulan kimi ölür, kimsə bir 
il  yaşayır,  kimsə  -  10  il,  kimsə  50,  60,  70,  kimsə  100...Nə 
üçün  bətndaxili  dövr  hamı  üçün  eynidir,  amma  bətnxarici 
isə hər kəsdə müxtəlifdir? 
     Doğulan  kimi  hamımızın  həyatda  yeganə  təmasda 
olduğumuz  şey  –  işıqdır.  Hətta  gecə  vaxtı  doğulsaq  belə, 
yenə  də  bizi  xarici  mühitin  radiasiyası  bürüyür.  Yeni 
doğulan uşağın xarici mühitə bütün elektromaqnit dalğaları 
üzrə  adaptasiyası  onun  sonrakı  bətnxarici  dövrünü  bu 
şəraitdə davam etdirməyi müəyyənləşdirir! Yaxşı, nə qədər 
bizə  yaşamaq  həddi  verilmişdir?  Əgər  əksiliklərin  vəhdəti 
və mübarizəsi qanununu nəzərə alsaq – işıq – bətnxarici  və 
qaranlıq  isə  -  bətndaxili  yaşayış  dövrü  –  və  həmçinin 
zamanın işıq vahidləri, il və sutkalar bərabərliyə can atırlar. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə