ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

 

33

 



VI 

№ 10  

6-10 noyabr 1919-cu il 

 

AZƏRBAYCAN RESPUBLİKASI 

NAZİRLƏR ŞURASININ 

CƏNAB SƏDRİNƏ 

 

Cənab Sədr. 



Bu məlumat iki həftə  əvvəl, cənab Berlin yola düşməyə hazırlaşan zaman göndərilməli idi. Lakin 

aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edən vacib məsələyə görə cənab Berlini ləngitmək lazım gəldi və o, 

yalnız indi-noyabrın 10-da buradan çıxmaq imkanı əldə etdi. 

Onunla birlikdə Sizə bu məlumatı  və  əlavə  sənədləri, habelə fransız və ingilis dilində  nəşr olunmuş 

broşüralarımızı, jurnalları, kitab və qəzetləri göndərməyi özümə şərəf bilirəm. Göndərilən materialların siyahısı 

əlavə edilir. 

Onu da əlavə etməyi lazım bilirəm ki, cənab Berlin gediş-gəliş  də daxil olmaqla öz səfərini 25 günə 

başa vurmaq niyyətindədir. Başqa sözlə desəm, Bakıda yalnız bir neçə gün qala biləcək. Bu müddət  ərzində 

məlumatla bağlı  təfərrüatlı cavab yazmaq, habelə xahiş etdiyimiz bütün sənəd və materialları hazırlayıb 

göndərmək vacibdir. 

Nəhayət, bundan sonra da Nümayəndə heyəti diplomatik kuryer kimi cənab Berlinin xidmətindən 

istifadə etmək niyyətindədir. Ona görə  də hökumət bu və ya digər mülahizələrlə bağlı  hər hansı bir maneə 

görmürsə, Bakıdan yola düşərkən cənab Berlini lazım olan viza və sənədlərlə zəruri şəkildə təmin etməlidir. 

 

Oktyabrın 19-da (Mirzə Rza xan vasitəsilə) Sizə göndərilən məktubda mən oktyabrın 8-də  səkkiz 

respublika tərəfindən Sülh Konfransına təqdim olunan nota haqqında xatırlatmışdım. Notanın layihəsi Estoniya, 

Latviya, Litva, Belorusiya, Ukrayna, Kuban, Şimali Qafqaz, Gürcüstan, Azərbaycan və Ermənistan 

respublikaları Nümayəndə heyətlərinin keçirdiyi yığıncaqlarda müzakirə olunmuşdur. 

Nəticədə Ermənistan və Belorusiya sənədi imzalamaqdan boyun qaçırdılar. Həm də Belorusiya lap 

əvvəldən qonşuları ilə birlikdə belə bir tədbirdə iştirakının mümkünsüz olduğunu bəyan etmişdi. 

Ermənistan nümayəndəsi doktor Oqançanyan isə iclaslarda iştirak etdi, amma sonra bildirdi ki, erməni 

Nümayəndə heyəti respublikaların tanınmasından söhbət gedən belə bir notanı imzalaya bilməz. Çünki onlar, 

yəni ermənilər belə fikirdədirlər ki, Versal müqaviləsi ilə artıq tanınıblar. Daha sonra Oqancanyan əlavə etdi ki

əgər onlar, yəni ermənilər, türklərdən, yaxud Denikindən birini seçmək məcburiyyəti qarşısında qalsalar təbii ki, 

sonuncunu seçəcəklər. 

Bu notanın surətləri Antanta dövlətlərinin nümayəndələrinə  təqdim edilmiş, habelə  qəzetlərdə ("Le 

Temps" 12. X. № 21279 və başqalarında) çap olunmuşdur. Lakin əvvəllər istər kollektiv şəkildə, istərsə də ayrı-

ayrılıqda verilən eyni məzmunlu — yəni müstəqilliyin tanınması ilə bağlı notaların hamısı kimi bu nota da Sülh 

Konfransı, daha dəqiq desəm, onun Ali Şurası (Le Sonseil supreme inter Alliees) tərəfindən cavabsız buraxıldı. 

Fransanın Xarici İşlər Naziri Pişonun rəhbərliyi altında fəaliyyət göstərən bu şuranın tərkibinə artıq Antanta 

dövlətlərinin baş nazirləri deyil, ikinci dərəcəli  şəxsləri daxildir. Həmin notanın fransız və ingilis dillərində 

surətlərini də məlumata əlavə edirəm (Əlavə 1 və 2). 

 

II 

Məmməd Həsən Hacınski Parisdən yola düşəndən bir gün sonra bizim və gürcülərin dəvət etdiyi Valter 

Çendler də Amerikaya döndü. Getməmişdən  əvvəl mən və Avalov onunla uzun müddət söhbət etdik, ona 

təfərrüatlı məlumatlar və lazımi təlimatlar verdik. 

Çandler burada qaldığı müddət ərzində artıq Azərbaycanın və Gürcüstanın vəziyyətini öyrənib. Mən ona 

çap etdiyimiz broşüralardan əsasən ingilis dilində, qismən də fransız dilində 2500 ədəd verdim. Habelə ən vacib 

sənədlərimizin surətlərini, etiraz notalarını və s. də ona təqdim etdim. Sizə məlumat verdiyim kimi, gürcülər də, 

biz də onunla müqavilə bağlamış, avans vermişik.  Əsas müqaviləni Hacınski vasitəsilə Sizə göndərmişəm. 

Xahiş etmişəm ki, təfərrüatları Sizə  xəbər versin. Həm də  bəhs etdiyim müqavilə Bakıda təsdiq olunmalı  və 

bura göndərilməlidir. Yeri gəlmişkən, Çandler bizə məlumat verməyi öz üzərinə götürüb. Bu günlərdə ondan ilk 

məlumatı almışam. Həmin sənədi fransız dilinə tərcüməsi ilə birlikdə əlavə edirəm (Əlavə № 3). O, Azərbaycan 

və Gürcüstan kimi ölkələrin təbliğatı ilə bağlı ortaya çıxan çətinliklər barəsində öz fikirlərini bölüşür. Bu ölkələr 

Amerikada tanınmır. Estoniya, Ukrayna, Latviya, Ermənistan kimi özünün amerikan koloniyalarına malik deyil. 

Buna görə  də  təbii  şəkildə  həm cənab Çandlerin, həm də bizim arzuladığımız bir məsələ Amerikada (heç 




 

34

olmazsa, Nyu-Yorkda və Vaşinqtonda) nümayəndələrimizin fəaliyyət göstərməsi zərurəti meydana çıxır. Bu 



barədə  cənab Robinov da hələ Parisdə olarkən mənə danışmışdı. Çandler, öz məlumatında bizim 

nümayəndələrdən bir və ya iki nəfərinin Amerikaya getməsinin lüzumu və bunun üçün icazə alınması haqqında 

danışır. Lakin təəssüf ki, deyilənlərin icrası bizdən ötəri çox mürəkkəb məsələdir: bunun üçün nə müvafiq 

adamlarımız, nə  də maddi vəsaitimiz var. Cənab Çandlerin diqqəti cəlb etdiyi başqa bir maneə isə Prezident 

Vilsonun xəstəliyidir. Çünki o, prezidentlə görüşməli və  mənim kiçik məktubumu, habelə bizim ayrıca 

qovluqda göndərdiyimiz broşüraları ona təqdim etməli idi. Həmin məktubun surətini göndərirəm (Əlavə № 4). 

Bununla belə, Çandler bir neçə senator və deputatla görüşmüş, broşüralarımızı onlara paylamışdır. Başladığı 

işin uğur qazanacağına ümid edir. 

Hələ Amerikadan bu məktubu almışdan  əvvəl mən cənab Çandlerə Konfransla əlaqədar məlumatları, 

Konfransın bizə münasibətini, habelə Denikin məsələsi ilə bağlı yenilikləri özündə  əks etdirən məktub 

göndərmişdim. 

Həmin məktubu iqtisadi məsələlər üzrə inanılmış şəxsimiz cənab Robinov vasitəsi ilə göndərmişdim. O, 

buradan oktyabrın 8-də yola düşmüşdü. 

Onunla bağlanmış şərtlər də cənab Hacınski vasitəsilə Sizə göndərilmişdir. Hacınski cənab Robinovun 

bizim və gürcülərin Nümayəndə heyətləri tərəfindən hansı ampluada dəvət olunduğunu Sizə izah edəcəkdir. 

Cənab Robinov Vaşinqtona çatması barəsində bizə teleqrafla məlumat vermişdi. Bu günlərdə isə iki teleqramını 

almışam. həmin teleqramlarda Robinov müxtəlif məlumatlar istəyir, eyni zamanda cənab Məhərrəmovun 

Amerikaya göndərilməsinin məqsədəuyğunluğunu xatırladır. Lakin təəssüf ki, nə gürcülər, nə  də biz bir kəsi 

göndərə bilməmişik.  İkinci teleqramında cənab Robinov Bakıda, Standart O'il Company nümayəndələri ilə 

aparılan danışıqlara toxunur. həmin danışıqlar haqqında biz nazir Məlikaslanovun, yaxud Behbud xan 

Cavanşirin (dəqiq yadımda deyil) Məmməd Həsən Hacınskinin adına göndərdiyi məktubdan xəbər tutmuş  və 

onların nəticəsiz başa çatdığını öyrənmişdik. Amma əlimizdə nəinki bu məktub, ümumiyyətlə, heç bir məlumat 

yoxdur. Eyni sözləri cənab Məlikaslanovun Hacınskiyə şəxsi məktubunda xahiş etdiyi dəmir yol materiallarının 

siyahısı barəsində də demək mümkündür. Bu siyahı cənab Hacınskinin özündə qalıb. Cənab Robinovun hər iki 

teleqramına yalnız bizdəki məlumatlar  əsasında cavab verirəm. Lakin teleqramların hər ikisinin surətini Sizə 

göndərirəm ki, onun xahiş etdiyi məlumatları toplayasınız. Mən həmin məlumatları Sizdən alan kimi cənab 

Robinova çatdıracağam. 

Bizim bağladığımız müqavilənin və cənab Robinovun Amerikaya səfərinin məqsədini təşkil edən əsas 

məsələ barəsində isə o, hələlik heç bir məlumat verməmişdir. Mən öz teleqramımda bu barədə də soruşmuşam. 

 

III 

Doqquz nömrəli məlumatda Sizə burada Fransa-Qafqaz Komitəsinin yaranması haqqında xəbər 

vermişdim. Komitənin məqsədi Fransa ilə Qafqaz respublikaları (Azərbaycan və Gürcüstan) arasında iqtisadi 

əlaqələrin asanlaşmasına yardım göstərməkdir. Hər iki respublikanın nümayəndələri Komitənin işində  iştirak 

ediblər və indi də iştirak edirlər. Oktyabrın 4-də Fransa-Qafqaz Komitəsi konfrans keçirdi. Konfransın mövzusu 

"Zaqafqaziya respublikaları və Fransa" idi. Bizimkilərdən cənab Məhərrəmov və cənab Hacıbəyov çıxış etdilər. 

Bütünlükdə konfrans maraqlı keçdi. Bəzi qəzetlər Fransanın Zaqafqaziyadakı maraqları barəsində yazmağa 

başlamışdır. Komitə  işini ehtiyatlı tutaraq əvvəlcədən bizim və gürcülərin hazırladığı  aşağıdakı  məzmunda 

qətnamə qəbul etmişdi. (Bax. Əlavə 7. Fransız dilində mətn də həmin əlavəyə daxildir). 

Konfranslar və işgüzar görüşlər keçirmək, mətbuat vasitəsilə təbliğat aparmaq baxımdan Komitənin bir 

sıra planları vardır. Əgər onun fəxri sədri-keçmiş Ticarət Naziri cənab de Monzi yenidən deputatlar palatasına 

seçilsə (seçkilər noyabrın 16 - na təyin edilmişdir) onda Komitə öz faydalı fəaliyyətini daha da genişləndirmək 

imkanına malik olacaqdır. Bu günlərdə Komitənin sədri cənab LLiean bizim yanımızda idi. Onunla xeyli söhbət 

etdik. Cənab LLiean Komitəni hər cür material və  məlumatlarla təmin etməyimizi istəyir. Parlament 

seçkilərindən sonra böyük bir konfransın keçirilməsi nəzərdə tutulur. Hər halda bizdən ötəri konfransın məqsəd 

və məramlarını təbliğ etmək, ələlxüsus da ticarət və sənaye dairələrində təbliğ etmək faydasız olmaz. Çünki bu 

yolla biz Komitəyə Azərbaycandan yeni üzvlər cəlb edə bilərik. Onların siyahısını üzvlük haqları ilə birlikdə 

(20,200 və 1000 frank) göndərmək lazımdır. Tanışlıq üçün Komitənin Nizamnaməsini, habelə oktyabrın 4-də 

keçirilmiş konfransın giriş biletlərini Sizə göndəririk (Əlavə  № 6). Bu komitə bizə  və gürcülərə teatr, vokal, 

musiqi və rəqs bölmələri də daxil olmaqla milli Azərbaycan gecəsi keçirməyi təklif etmişdir. 

Bu təbliğat formalarından biri kimi çox əhəmiyyətli olardı. Hazırda buradakı Ukrayna truppası təbliğat 

baxımından böyük təəssürat yaradır. Lakin belə bir tədbir keçirmək üçün əlimizin altında demək olar ki, heç nə 

yoxdur. İndiki məqamda, hər şeydən artıq özümüzü nümayiş etdirməyə ehtiyac duyduğumuz bir vaxtda bu cür 

imkanlardan imtina etməli oluruq. Yeri gəlmişkən, biz həmin gecəni hər halda fevral ayında təşkil etmək 

istəyirik. Yəqin ki, göstərməyə bir şey tapacağıq. Əlbəttə, həmin vaxta qədər sağ-salamat qalsaq, buna gücümüz 

və imkanımız çatsa, nəhayət, ən başlıcası, Siz kömək etsəniz, niyyətimizi həyata keçirəcəyik. 

 

 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə