ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

 

31

- Bakı marşrutunu seçəcək, daha sonra isə  Şimali Qafqaza gedəcək, ya da əvvəlcə Novorossiyskə baş  çəkib 



sonra Zaqafqaziyaya dönəcək. Birinci marşrutu seçəcəyinə daha çox ehtimal var. Erivanda da olacaq. Çox 

diqqətcil idi. 

Bu yerdə, təəssüf ki, indiki məlumatın tərtibi üçün əvvəlcədən hazırladığım planı pozmalı  və  sənədi 

başa çatdırmağa tələsməliyəm. Çünki Hacınskinin yola düşməyinə çox az qalır. Bu müddət ərzində hələ başqa 

işlərin də öhdəsindən gəlməyə vaxt tapmalıyam. 

Qısa şəkildə Nümayəndə heyəti tərəfindən hazırlanmış və Konfransa təqdim olunmuş aktların (onların 

fransız və qismən də rus dilində surətləri  əlavə edilməklə) adlarını sadalamaqla məlumatı tamamlamaq 

istəyirəm: 

1. Azərbaycanın siyasi vəziyyəti və bizim tələblərimiz (Revendieations) haqqında Memorandum. 

Fransız dilində 2000 nüsxə çap edilmişdir. Onlardan 300 nüsxə yüksək keyfiyyətli kağızda və üzərində xüsusi 

yazı olmaqla, cildlidir. 1700 nüsxəsi isə nisbətən sadə kağızda çap olunmuşdur. Memoranduma Azərbaycanın 

sərhədlərinin müfəssəl təsviri, habelə Azərbaycan Respublikasının nəzarəti altında olan ərazilərin və 

Azərbaycanın iddia etdiyi ərazilərin xəritələri əlavə edilmişdir. 

Bu sənəd Konfransa və Müttəfiq Dövlətlərin (Alliees) bütün nümayəndələrinə  hər birinə 10 nüsxə 

olmaqla avqustun 21-də  təqdim olunmuşdur. Onun ünvana çatması barəsində  qəbz alınmışdır. Sizə 75 nüsxə 

göndəririk. (rəqəm dəqiq deyil, ehtimal ki, 140 nüsxə olmalıdır. Bu növbəti cümlədən də aydın olur - tərç.). 

Onların 130 nüsxəsində xəritələr və sərhədlər də göstərilib, 10-da isə göstərilməyib. 

2. Eyni Memorandum ingilis dilində, 1500 nüsxə. Bunların 300 ədədi xüsusi qovluqdadır. Əlavə olaraq 

Amerika və ingilis Nümayəndə heyətlərinə də təqdim edilib. 

1000 ədədi Amerikaya yola salınır. 50 ədəd də Sizə göndəririk. 

3. Azərbaycan iqtisadi və maliyyə  vəziyyəti haqqında broşüra. Məmməd Həsən Hacınski yazıb. 2000 

nüsxə fransız dilində, 15000 nüsxə isə ingilis dilində çap edilib. 

Konfransa və bütün Müttəfiq Dövlətlərin (Alliees) nümayəndələrinə verilib. 

İngilis dilində olan nüsxələri Amerikaya yola salınır. Hər iki dildə hərəsindən 50 nüsxə olmaqla Sizə də 

göndəririk. 

4. Azərbaycan  əhalisinin etnik tərkibi haqqında broşüra.  Əkbərağa  Şeyxülislamov tərtib edib. Fransız 

dilində etnoqrafik xəritə və iki diaqramla birlikdə 2000 nüsxə çap olunub. 

Konfransa və Müttəfiq Dövlətlərin bütün nümayəndələrinə təqdim edilib. 

Tiraj Amerikaya yola salınır. 50 nüsxə də Sizə göndəririk. 

5. Konfransa və Müttəfiq Dövlətlərin (Alliees) bütün nümayəndələrinə fransız dilində Memorandumun 

təqdim olunması haqqında məktubun surəti (Bax. Əlavə № 6). 

6. Qars vilayətinin Ermənistan Respublikasına birləşdirilməsi habelə Naxçıvan,  Şərur - Dərələyəz, 

Sürməli qəzalarının və Erivan quberniyasının bir hissəsinin həmin respublikanın idarəçiliyinə verilməsi ilə 

əlaqədar avqustun 16-19 Konfransa və Müttəfiq Dövlətlərin (Alliees) Nümayəndələrinə  təqdim edilmiş etiraz 

notası (Bax. Əlavə № 7). 

7. Azərbaycan və Gürcüstan arasında ittifaq müqaviləsinin surətinin Konfransa və Müttəfiq Dövlətlərin 

(Alliees) Nümayəndələrinə iyunun 28-də təqdim olunması barəsindəki məktubun surəti (Bax. Əlavə № 8). 

8. Xarici İşlər Naziri Cəfərovun 25 avqust tarixli teleqramının surətinin sentyabrın 1-də Konfransa və 

Müttəfiq Dövlətlərin (Alliees) nümayəndələrinə verilməsi barəsində məktubun surəti (Bax. Əlavə № 9). 

9. Sentyabrın 9-da Cəfərovun 26 avqust tarixli teleqramının surəti ilə birlikdə Könüllü Ordunun 

təcavüzkar hərəkətləri barəsində Konfransa və bütün Müttəfiq Dövlətlərin (Alliees) nümayəndələrinə  təqdim 

olunmuş etiraz notası (Bax. Əlavə № 10). 

10. Sentyabrın 10-da İngiltərənin Xarici İşlər Naziri Balfura göndərdiyim (ingilis dilində) məktubun 

surəti (Bax. Əlavə № 11). 

11. Konfransın tərkibində Qafqaz İşləri üzrə Xüsusi Komissiyanın yaradılması barəsində sentyabrın 17-

də gürcülərlə birlikdə Konfransa və bütün Müttəfiq Dövlətlərin (Alliees) nümayəndələrinə, təqdim edilmiş ərizə 

(Bax. Əlavə № 12). 

12. İngiltərənin Kosmos kompaniyası ilə ilkin müqavilə layihəsi və məktub (Bax. Əlavə № 13). 

13. Amerikalı Maks Rabinovla bağlanmış müqavilənin surəti (Bax. Əlavə № 14). 

14. Amerikalı vəkil Çenderlenlə bağlanmış müqavilə (Bax. Əlavə № 15). 

İqtisadi xarakterli müqavilələr barəsində Sizə Məmməd Həsən Hacınski daha ətraflı məlumat verəcək. 

Amerikalı  vəkil Çenderlə 78 müqaviləyə gəldikdə isə, bildirməliyəm ki, müqavilənin hazırlanması ilə 

bağlı işlər məlumatın yazıldığı dövrlə eyni vaxtda düşdüyündən və eyni vaxta başa çatdırıldığından, mətnin rus 

dilinə tərcüməsini Sizə göndərmək mümkün olmadı. Bu vəkil Estlyandiyanın (Estoniya nəzərdə tutulur. tərc.), 

Litvanın, Letoniyanın (Latviya nəzərdə tutulur. tərc.). Habelə Azərbaycanın və Gürcüstanın mənafelərinin 

müdafiəsini öz üzərinə götürür. Gürcülər artıq müqavilə imzalamış və pullarını ödəmişlər. Mən onunla işlərimi 

sabah qurtaracağam. Əlaqələrin yaradılması Amerikada bizim də hər hansı bir adamımızın olması zərurətindən 

irəli gəlir. Siz 2 nömrəli müqaviləni təsdiq etməlisiniz. Cənab Çendler özünün Amerikadakı fəaliyyəti barəsində 




 

32

hesabatlar göndərəcək. O, təkid edir ki, bizim və gürcülərin Nümayəndə heyətlərinin hərəsindən bir və ya iki 



nəfər Amerikaya getsin. 

Mətbuatda təbliğat aparılması baxımından da artıq bəzi işlər görülmüşdür. Bizim yaxın gələcək üçün 

geniş layihəmiz var. Həyata keçirilməsi də eyni dərəcədə geniş maddi vəsait tələb edən həmin layihə barəsində 

Məmməd Həsən Hacınski Sizə məlumat verəcəkdir. 

"Azərbaycan haqqında məlumat bülleteni" buraxmağa başlamışıq. Artıq birinci nömrə çapdan çıxıb. 

həmin nömrədən Sizə 200 nüsxə göndəririk. 

"L'Euorope orientaIe" adlı yeni jurnalın işində iştirak edirik. Sizə də bir komplekt göndərəcəyəm. 

Nümayəndə heyətinin maddi vəsaitlə təmin olunması məsələsi Sizin tərəfinizdən hələ də həll edilməmiş 

qalır. Göndərdiyiniz məlumatda sözün hərfi mənasında aşağıdakılar deyilir: "İstədiyiniz pullar barəsində 

sərəncam verilmişdir". Kim verib? Hansı  sərəncam? Kimə? Kimin vasitəsilə? heç biri məlum deyil. Yalnız 

"Safonov" imzası ilə qeyri-müəyyən bir depeşa alınıb. Həmin depeşada pul üçün bizim ingilis Nümayəndə 

heyətinə, onun da öz növbəsində London hökumətinə müraciət etməsi və İngilis komandanlığının hökumətimizə 

olan borclarının hesabına avans verməsi barədə xahiş etmək tövsiyə olunur. İki həftə  əvvəl xahiş etmişik. 

Hələlik heç bir nəticə yoxdur. Burada da çox şey aydın deyil. hansı avansdan söhbət gedir? Miqdarı nə qədər 

olacaq? İngilis komandanlığının bizim hökumətə borclu olduğunu ingilis hökuməti bilirmi? Bəs borcun miqdarı 

nə qədərdir? Bir sözlə bu cür son dərəcə ciddi məsələdə hər hansı bir kağız yollamaqla adamı birtəhər başdan 

eləmək olmaz. Bu, Nümayəndə heyətini çox çətin vəziyyətdə qoymaq deməkdir... Çox təəssüf edirəm ki, 

Hacınskinin gedişinə  qədər məsələyə aydınlıq gətirilmədi. Güman edirəm ki, öz növbəsində ingilislərdən də 

ehtiramla yazılmış qeyri-müəyyən, lakin mənfi cavab alacağıq. Londona gedərkən istinad etmək üçün də 

əlimizdə heç bir sənəd yoxdur. 

Sonra bildirdim ki, dünən Ernst Nobel yanımda idi və sözarası dedi ki, mənə 300 000 frank verilməsi 

barəsində Azov-Don Bankından teleqram almışdır. Bu pulların mənbəyi ilə bağlı sualımın cavabında cənab 

Nobel dedi ki, pulların haradan gəldiyindən və kim tərəfindən göndərildiyindən xəbəri yoxdur. Hələlik həmin 

pulları da almamışıq. 

Əlimizdəki vəsait isə, başa çatmaq üzrədir. Digər tərəfdən, hələ burada nə qədər qalacağımız bəlli deyil. 

Daha uzaqlara gedib-getməyəcəyimiz də bizim üçün eyni dərəcədə naməlumdur. Hər halda bizi böyük xərclər 

gözləyir. Həyatın bahalaşması və frankın kursunun son dərəcə sürətlə aşağı düşməsi bir yana qalsın, mətbuat və 

təbliğatla bağlı böyük xərclərimiz də meydana çıxıb. Ona görə də maliyyə vəsaiti ilə əlaqədar məsələlərə daha 

ciddi  şəkildə yanaşmağınızı xahiş edərdim. Ehtiyaclarımızın ödənilməsi haqqında məlumat almayana qədər 

yaddan çıxarmayın ki, Nümayəndə heyəti demək olar ki, tam təminatsız vəziyyətdədir, rabitənin indiki 

səviyyəsində isə ehtimal ki, biz indikindən də ağır vəziyyətə düşə bilərik. 

Məmməd Həsən Hacınskinin göndərilməsi Nümayəndə heyəti üçün ümumən məcburi addım idi. 

Məsələni hərtərəfli müzakirə etdikdən sonra qərara alındı onu Bakıya müvəqqəti göndərək ki, əvvəla hökuməti 

iqtisadi xarakterli müqavilələrlə tanış etsin (həmin müqavilələrlə bağlı Nümayəndə heyətinin adından 

kontragentlərlə danışıqları özü aparıb, buna görə də sənədlərin mahiyyətindən daha dəqiq xəbərdardır), ikincisi, 

burada baş verən hadisələr barəsində hökumətə. daha məhrəmanə bir şəraitdə  məlumat versin və  nəhayət, 

üçüncüsü, həm daxili vəziyyət, həm də  təbii ki, daha artıq dərəcədə xarici vəziyyət barəsində  məlumat alsın. 

Xarici vəziyyət deyəndə biz, əlbəttə, ilk növbədə  və  əsas etibarı ilə qonşularımızla - Ermənistanla, dağlılarla, 

İranla, Kuban və Donla, Türküstan və Zakaspi ilə, eləcə də Gürcüstanla münasibətləri nəzərdə tuturuq. Sonuncu 

ölkə ilə maliyyə xarakterli qarşılıqlı münasibətlərin aydınlaşdırılması çox zəruridir. Çünki bizim hökumətin 

axırıncı bon buraxılışında iştirakdan imtina etməsi buradakı dostlarımızı - gürcüləri çox pərt vəziyyətə salmışdı. 

həmin vəziyyət Gegeçkorinin məktubu alınandan sonra daha aydın nəzərə çarpırdı. Nəhayət, Hacınski 

Parlament və hökumətin fəaliyyəti ilə tanış olduqdan sonra daxili və xarici idarəçiliklə bağlı mühüm sənəd və 

qanunların surətlərini (yalnız hökumət tərəfindən təsdiq edilmiş şəkildə) gətirməlidir. Təbii ki, maliyyə, dəmir 

yolları, neft sənayesi, ümumiyyətlə ölkənin iqtisadiyyatı ilə bağlı  təfərrüatlı  məlumatlar da bu sənədlərin 

içərisində olmalıdır. Heç şübhəsiz, ordu yaddan çıxmamalıdır. (bütün qoşun növlərindən olan əsgərlərin və 

zabitlərin foto-şəkillərini göndərmək də zəruridir). 

Cənab Hacınskinin ezam olunmasının əsas şərti kimi onun mütləq geri qayıtması nəzərdə tutulub. Ona 

görə  də Nümayəndə heyəti adından hökumətdən bu mühüm amili nəzərə almağı, cənab Məmməd Həsən 

Hacınskinin üzərinə onun müəyyən olunmuş vaxtdan, yəni iki aydan artıq Bakıda ləngiməsinə imkan yaradacaq 

hər hansı bir vəzifə və funksiya qoymamağı xahiş edirəm. Nümayəndə heyəti cənab Hacınskinin ezamiyyətinə 

yalnız bu şərtlə və bu müddət daxilində icazə verib. Onun iki aylıq maaşı da tam şəkildə, əvvəlcədən ödənilib. 

Eyni zamanda Nümayəndə heyətinin başqa bir üzvünün ezam olunmasına da razılıq verilib. Növbəti 

ezam olunan şəxs, hər halda bir aydan tez yola çıxa bilməyəcək. Ehtimal ki, cənab Məhərrəmov gələcək. 

 

 

 



 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə