ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

 

28

Nümayəndəliyi" meydana çıxdı. Onun tərkibinə Kolçakın təyinatı ilə Lvov, Sazonov, Çaykovski, Maklakov və 



Savinkov daxildirlər. Hələlik onlar fəaliyyətlərini heç nə ilə büruzə verməyiblər. Lakin demək olar ki, bütün 

üzvlər birmənalı şəkildə Sazonovun əleyhinə çıxırlar. Bu barədə Kolçaka da məlumat verilmişdir. Biz onların 

heç biri, ümumiyyətlə, burada yaşayan rusların heç biri ilə ünsiyyət saxlamırıq. Lakin bununla belə onların heç 

biri müstəqillik cəhdlərimizlə  əlaqədar öz hiddət və narazılıqlarını gizlətmirlər. Hamı öz payını alır, lakin 

gürcülərə hamıdan çox düşür. Yeri gəlmişkən, bizim ünvanımıza belə sözlər eşidilir ki, müstəqil Azərbaycan 

şüarını yalnız biz ziyalılar irəli sürürük. Sadə azərbaycanlılar isə guya Rusiyadan ayrılmaq istəmirlər. Çünki 

onlar Rusiyanı sevirlər. hər halda, bütün bu "nümayəndələr" özlərinin "vahid və bölünməz Rusiya" atlarının 

belində çox bərk oturublar və utanmadan bildirirlər ki, onlar həqiqi Rusiya torpaqlarının bir qarışını da heç kəsə 

güzəştə getməyəcəklər. Polşa üçün istisnaya yol verilir, müstəqilliklərini elan etmiş qalan respublikalar isə 

təkrarən gələcək Rusiyanın tərkibinə daxil olmalıdırlar. Əslində Polşa da tam şəkildə, özünün bütün əraziləri ilə 

müstəqilliyinə qovuşmur, onun torpaqlarından Şərqi Qalitsiya, Xomek quberniyası və Volın Rusiyanın tərkibinə 

daxil edilir. Böyük dövlətlərin Finlandiyanın dövlət müstəqilliyini fakt kimi qəbul etmələrinə və artıq bu ölkəyə 

öz diplomatik nümayəndələrini göndərmələrinə baxmayaraq hətta Finlandiya da tanınmır. Cənab Denikin isə 

bütün bunların əleyhinə öz etirazını bildirir. Yeri gəlmişkən, noyabrın 23-də yeni respublikaların Nümayəndə 

heyətləri təmsilçilərinin görüşündə ortaya çıxan Yenilik: deyildiyinə görə, Denikin Ukraynanı ələ keçirmək və 

özünü Skoropadski sayağı (a 1a) getman elan etmək istəyir. Elə həmin yığıncaqda da belə bir fakt təsdiq olundu 

ki, Finlandiya, Estlandiya (Estoniya - tərc.) və Latış respublikaları Konfederasiya yaradırlar, artıq bolşeviklərlə 

barışıq imzalanması - yəni hərbi əməliyyatların dayandırılması haqqında danışıqlara giriblər. 

Daha hansı imkanlar ortaya çıxa bilər? Bunları ehtimal etmək belə çətindir. Lakin vəziyyətin ötən hər 

gün ərzində daha da mürəkkəbləşməsi və qəlizləşməsi faktdır. Ən çətin və qaranlıq məsələlərdən biri kimi rus 

məsələsinin müzakirəsini hər vasitə ilə uzatmağa çalışan Antanta da bu faktı  nəzərə alır. Çətin ki, indiki 

Konfrans həmin məsələ ilə  məşğul olsun! Qəzetlərin də yazdığı kimi, daha çox ehtimal olunan variant 

Konfransın rus və türk məsələsini Millətlər Cəmiyyətinin müzakirəsinə verməsidir. Həmin cəmiyyətin iki aydan 

sonra fəaliyyətə başlayacağı ehtimal edilir. Konfrans özü isə, necə deyərlər, ya yerli-dibli buxarlanacaq, ya da 

uzun müddətə buraxılacaq. Konfransı tam cəsarətlə "sülh Konfransı" adlandırmamaq olar. Çünki Almaniya və 

Avstriya ilə "sülh" müqavilələrinin bağlanmasına,  əvvəlcə Bolqarıstanın, sonra isə Macarıstanın növbədə 

dayanmasına baxmayaraq hələlik sülhdən heç bir əsər-əlamət yoxdur. 

Türkiyə ilə sülh də hələlik görünmür. Lakin Türkiyənin bölünməsi ilə çox canfəşanlıqla məşğul olurlar. 

Anadoluda başlanan milli hərəkat hamını bir qədər qayğılandırıb. Burada mətbuatın türklərə münasibətdə 

ənənəvi sərt tonu sanki get-gedə  zəifləyir və  hətta daha xoş münasibətlə  əvəz olunur. Məlum səbəblərə görə 

təfərrüatları varmıram. Onlar barəsində Məmməd Həsən Hacınski Sizə məlumat verəcək. 

Lakin məsələnin ermənilərlə bağlı hissələri üzərində dayanmalıyam. Mən artıq Türkiyə erməniləri ilə 

(Poqos Nubar) Qafqaz ermənilərinin birləşdiklərini və əlbir fəaliyyət göstərdiklərini yazmışam. Bu qonşularımız 

- ermənilər üçün çox vacib şərtdir. Onların buradakı  təmsilçiləri Qafqaz hüdudlarını  aşan ümumerməni 

mövqeyindən çıxış edirlər. Onlar Qafqaz erməniləri ilə Türkiyə ermənilərinin taleyini sıx birləşdirərək bizimlə 

və gürcülərlə hər hansı bir kontaktda olmağı, az qala lüzumsuz hərəkət sayırlar. Yol genişdir, ideallar-nəcibdir! 

Axır ki, əyə bildikləri Türkiyə onlar üçün indi "miskin nəhəngdir" (guantite negligeabIe). "Sizi məhdud Qafqaz 

maraqları  məşğul edir, bizim isə bütün erməni xalqının, bütün birləşmiş Ermənistanın mənafeyi ilə bağlı 

qayğılarımız var" - deyə Aqaronyan bildirir. O əmindir ki, bu cür bəyanatları ilə "Avropada və Amerikada", 

habelə "Alliees"-in Müttəfiq Dövlətlərin təmsilçiləri arasında özlərinə rəğbət qazanacaqdır. Əslində o, çox da 

yanılmır, çünki Müttəfiqlərin az-az nümayəndəsi bizdən ermənilər barəsində soruşmur. Hamısı da bir nəfər kimi 

onlarla sülh şəraitində yaşamağı məsləhət görürlər. Erməni ziyalıların Avropa mərkəzlərində yarım əsrdən çox 

davam edən fəaliyyəti, onların hər yerdə malik olduqları böyük sərvət, bütün cəbhələrdə iş görmək bacarıqları, 

adlı-sanlı  şəxsləri öz tərəflərinə  çəkmək məharətləri, Amerikadakı varlı  həmtayfaları - bütün bunlar erməni 

həyatının, xüsusən də bu həyatın son dövrlərdəki (onların üzərində dayanmıram) faktları ilə  əlaqəli  şəkildə 

erməniləri daha da tanıtmış, onlara rəğbətli münasibət formalaşdırmışdır. Bu onların böyük plyusudur və hələlik 

həmin plyus erməniləri onlara xas və hamıya da bəlli olan minuslardan qoruyur. Azərbaycan və Gürcüstan 

xalqlarının (ola bilsin ki, hətta erməni xalqının) mənafeləri naminə biz hələlik bütün bunlarla hesablaşmalı 

oluruq, erməni təmsilçiləri ilə əlaqələrimizi nəinki kəsirik, əksinə, hətta onlara yardımçı olur və bir sıra hallarda 

əlbir hərəkət edirik. Biz yalnız onların (Qafqaz ermənilərinin) bütün nümayəndələri ilə görüşməklə 

kifayətlənməmişik, gürcülər və dağlılarla birgə atdığımız addımlarda bəzən qabaqcadan mənfi cavab 

alacağımızı bildiyimiz halda yenə də erməniləri də dəvət etməyi özümüzə borc saymışıq. Məsələn iyun ayında, 

bizim təşəbbüsümüzlə Konfrans qarşısında Qafqaza xüsusi nümayəndə heyəti göndərmək məsələsinin 

qaldırılması (bu Dağlılar Respublikasının süqutundan sonra olmuşdu) ilə əlaqədar Konfransa müraciət müzakirə 

olunurdu. Biz yığıncağa erməniləri də dəvət etmişdik. Qarışıq komissiyanın (cc. Hacınski, Mehdiyev, Avalov, 

Qvardçaladze, Bammatov və Xazralov) məsələyə mənfi münasibəti nəticəsində yığıncaq nəticəsiz başa  

çatdı. Yeri gəlmişkən, ermənilər komissiyanın işində iştirak etməkdən qəti şəkildə boyun qaçırdılar. 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə