ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

 

17

görə, onların ölkəsi Ümumqafqaz Konfederasiyasının işində yalnız bütöv Ermənistanın bu quruma daxil olacağı 



təqdirdə iştirak edə bilər. hər halda gündəlikdə dayanan Qafqaz Konfederasiyası məsələsi ilə bağlı ermənilər öz 

hökumətlərinə müraciət etmişlər. 

Fars nümayəndə heyəti özünü daha ehtiyatlı aparır. Təqdim etdikləri memorandumda onlar demək olar 

ki, bizim bütün Azərbaycan  ərazisi ilə bağlı iddia irəli sürürlər. Lakin bu nümayəndə heyəti ilə  hələ görüşüb 

danışacağıq. 

 

II 

 

Müttəfiq Dövlətlərin Nümayəndə 

heyətləri ilə görüşlər 

 

a) İngilis Nümayəndə heyətinin təmsilçisi Malletlə (23 Y) görüşümüz. 



b) Amerika Nümayəndə heyətinin təmsilçisi Morqentau ilə (28 Y) görüşümüz. 

Uzunmüddətli danışıqlar zamanı hər iki təmsilçi izahatlarımıza (bu izahatlar Azərbaycanın siyasi, hərbi, 

ələlxüsus da iqtisadi vəziyyəti ilə əlaqədar onların suallarına cavablar şəklində verilirdi) diqqətlə qulaq asdılar 

və bizə yardım göstərəcəklərini vəd etdilər. 



III 

 

Nümayəndə heyətinin prezident Vilson 

tərəfindən qəbulu 

 

Ən diqqətəlayiq hadisə Nümayəndə heyətimizin prezident Vilson tərəfindən qəbul edilməsi sayılmalıdır. 



Çünki adətən həm o, həm də Antantanın digər dövlət başçıları özləri Nümayəndə heyətlərini qəbul etmirlər. 

Prezident Vilson müxtəsər danışdı və bizə cavab olaraq bildirdi. 

1. Onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər. 

2. Qafqazda federasiya yaradılması ideyasına tərəfdar çıxsaq, bu bizim üçün daha yaxşı olardı. 

3. Bu Konfederasiya Millətlər Liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsi altında ola bilərdi. 

4. Bizim məsələmiz rus məsələsindən əvvəl həll edilə bilməz. 

Sonda prezident Vilson Konfransın adına memorandum verməyimizi təklif etdi. Bizimlə görüşməyindən 

ölkəmiz barəsində  məlumatlar aldığından məmnun qaldığını bildirdi və bizimlə ünsiyyətə  hər zaman hazır 

olduğunu dedi. 

Qəbul mənim kiçik yazılı məruzə (memorial-xatırlatma) təqdim etməyimlə başa çatdı. Həmin məruzədə 

Azərbaycanın müstəqilliyinin tanınması, bizim Nümayəndə heyəti təmsilçilərinin Sülh Konfransının işində 

iştirakına icazə verilməsi və Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması ilə bağlı tələblərimiz öz əksini 

tapmışdı. Biz, həmçinin Azərbaycan Respublikasının keçmiş çar Rusiyasının borclarından öz payına düşən 

hissəni qaytarmağa hazır olduğunu bəyan etdik. Eyni zamanda onu da bildirdik ki, Azərbaycan  ərazisində 

Kolçakın hakimiyyətinin tanınması qeyri-mümkündür, bu ərazidə yalnız Azərbaycan Parlamentinin və 

Azərbaycan hökumətinin hakimiyyəti tanınır. 

Qəbul hamıda xoş  təəssürat yaratdı. Qəbul günü təsadüfən Azərbaycan Respublikasının öz 

müstəqilliyini elan etdiyi günün ildönümünə  təsadüf etmişdi (28 may). Biz həmin günü Dağlı Respublikası 

Nümayəndə heyətinin üzvləri ilə birlikdə ümumi naharla başa çatdırdıq. 

 

IV 



Nümayəndə heyətimizin digər ali 

təmsilçilər tərəfindən qəbul olunması 

ilə bağlı binagüzarlıqlarımız 

 

İndiyə  qədər atdığımız bir sıra addımlar Nümayəndə heyətimizin Sülh Konfransının sədri, habelə 



İngiltərə, İtaliya və Yaponiyanın baş nazirləri tərəfindən qəbul olunacağına ümid verir. hazırda məndə Balfur və 

Orlandonun bizi qəbul edəcəkləri barəsində məlumat vardır. 



 



Etiraz notası 

 

Müttəfiq Dövlətlərin keçmiş Rusiyanın bütün ərazisində Kolçak hakimiyyətinin tanınması ehtimalı ilə 



əlaqədar iyunun 5-də Nümayəndə heyətimiz adından Sülh Konfransının sədrinə  və Müttəfiq Dövlətlərin baş 


 

18

nazirlərinə etiraz notası göndərilmişdir. həmin notada bildirilir ki, Rusiyada kimin hakimiyyətinin 



tanınmasından asılı olmayaraq yalnız öz Parlamentinin və hökumətinin hakimiyyətini tanıyan və  qəbul edən 

Azərbaycanın ərazisi yenidən Rusiyanın tərkibinə daxil edilə bilməz. 



 

VI 

Sülh Konfransı üçün Memorandum 

 

Bütün bunlardan başqa Nümayəndə heyətimiz özünün Parisə  gəldiyini bildirmək, eləcə  də amerikan, 



ingilis (Parisdəki ingilis səfirinin də yanında olmuşam) təmsilçiləri və  mətbuat xadimləri, habelə Asiya 

Cəmiyyətinin nümayəndələri ilə tanışlıq yaratmaq üçün bir sıra rəsmi və qeyri-rəsmi addımlar atmışdır. 

Müvafiq binanın axtarılıb tapılması da Nümayəndə heyətinin xeyli vaxtını almışdır. 

Daha az əhəmiyyət kəsb edən məsələlər, habelə Konfransda təmsil olunan dövlətlərin və Nümayəndə 

heyətlərinin üzvləri ilə görüşlər müvəqqəti olaraq dayandırılmışdır. Bu addımı Sülh Konfransına təqdim 

edəcəyimiz Memorandumun hazırlanması ilə əlaqədar atmışıq. 

İndi Nümayəndə heyətinin bütün üzvləri həmin məsələ ilə məşğuldurlar. Ümid edirik ki, Memorandumu 

tezliklə başa çatdırıb lazımi yerlərə və şəxslərə təqdim edəcəyik. Sonra isə onu daha geniş yaymaq üçün çapına 

nail olmaq fikrindəyik. Lakin təəssüf ki, artıq indidən çapla bağlı texniki xarakterli çətinliklər ortaya çıxır: 

mətbəə fəhlələrinin çatışmamağı, yaxşı kağızın, yaxud rəngin olmamağı, ya da həddindən artıq baha olması və 

s. bu qəbildəndir. Memorandumdan başqa biz hələ xəritələr, diaqramlar və müxtəlif statistik məlumatlar da çap 

etməliyik. 

Parisdə olduğu ilk ay ərzində Nümayəndə heyətinin fəaliyyətinin müxtəsər mənzərəsi belədir. 

Doğrudur, biz bura başqalarından gec gəlmişik. Lakin ən maraqlı dövrdə, hadisələrlə  zəngin vaxtda 

özümüzü yetirmişik. Bizim növbəmiz tez çatacaq-bilinmir, ancaq ümid edirik ki, gücümüzün və qüvvələrimizin 

imkan verdiyi qədər doğma Azərbaycanın mənafelərini qoruyacağıq. 

Hökumətə say etibarı ilə yeddinci olan bu məlumatı bitirərkən aşağıdakıları xahiş etməyi özümə şərəf 

bilirəm: 



 

Nümayəndə heyətinin xərclərini ödəmək üçün onun hesabına ləngimədən pul köçürülməsi qayğısına 

qalmaq lazımdır. Məbləğ barəsində  əvvəllər yazmışdım - Nümayəndə heyəti Bakıdan çıxarkən ona ayrılan 

vəsait həcmində  məbləğ verilməlidir.  Əvvəlcədən Parisə köçürülmüş 25 min funt sterlinqlik məbləği də 

göndəriləcək vəsaitin üstünə gəlmək lazımdır. 

İndi Nümayəndə heyətinin xərclərinin həddindən artıq çoxalması, qiymətlərin demək olar ki, hamısının 

görünməmiş  dərəcədə artması  və fransız frankının kursunun sürətlə  aşağı düşməsi ilə  əlaqədar mən ayrılacaq 

məbləğin üç dəfə artırılmasını xahiş edirəm. 

Xahiş edirəm, üç dəfə artırılmış  həmin məbləği ingilis funt sterlinqi ilə Parisdəki ingilis səfirliyinin 

hərbi attaşesinin adına köçürəsiniz. Pulun göndərilməsi haqqında radio ilə  həmin attaşeyə-general Neps1eqpa 

məlumat verməyinizi də xahiş edirəm (Bakıdan daha əvvəllər alınan 25 min funt sterlinq də onun adına 

göndərilmişdi). 



 

Vaxt itirmədən xüsusi kuryerin yola salınması və onun aşağıdakı məsələlərlə bağlı məlumat çatdırması 

təmin edilsin: Azərbaycanda və qonşu dövlətlərdəki vəziyyət (İran istisna olunmamaq şərti ilə), Müttəfiq 

komandanlığının ölkəmizdəki rolu, Könüllü Ordunun Şimali Qafqazdakı  əməliyyatları, Parlamentimizin və 

hökumətimizin fəaliyyəti, ümumdövlət həyatının diqqətəlayiq hadisələri. 

 

Həmin kuryer vasitəsilə vacib aktların və müqavilələrin surətləri, habelə Azərbaycan və rus dillərində 

Bakı, Tiflis və Batum qəzetlərinin komplektləri göndərilsin. 

 

Kuryer üçün Müttəfiq komandanlığından icazə, habelə Parisə  və Londona gəlmək və geriyə - Bakıya 

qayıtmaq üçün viza alınsın. 

 

Əgər bura birbaşa kuryer göndərmək imkan xaricindədirsə, onda heç olmasa, Konstantinopol vasitəsilə, 

əvvəldə xəbər verdiyim kimi, müvəqqəti orada qoyub gəldiyim Səfvətbəy Məlikov vasitəsilə əlaqə yaradılsın. 

 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə