ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

 

19

 



IV 

№8(44) 

8-9 iyul 1919-cu il 

 

AZƏRBAYCAN RESPUBLİKASI 



NAZİRLƏR ŞURASININ 

CƏNAB SƏDRİNƏ 

 

Düz bir ay bundan əvvəl rəhbərlik etdiyim Nümayəndə heyətinin Parisdəki fəaliyyətinin ilk ayı ilə 



əlaqədar Sizin adınıza hazırladığım məlumatı  (№ 7) təəssüf ki, vaxtında göndərə bilmədim. Çünki Dağlı 

Respublikası Nümayəndə heyətinin Qafqaza getməyə hazırlaşan kuryeri öz səfərini təxirə saldı. O yalnız iyulun 

1-də yola düşdü.  İyulun 3-də isə  cənab Vahabov yola çıxmalıdır. Mən daha etibarlı adam kimi Nümayəndə 

heyətinin bütün yazışmalarını onunla göndərmək qərarına gəldim. Doğrudur, cənab Vahabov yalnız iyulun 10-

da yola düşə biləcək. Lakin buna baxmayaraq Bakıya Dağlı Respublikasının kuryerindən daha tez çatmalıdır. 

Eyni zamanda cənab Vahabov tezliklə geri qayıtmaq niyyətindədir və göndəriləcək bütün məsul yazışmaları, 

qəzetləri və s. gətirməyə hazırdır. 

 

Əvvəlki (№ 7) və indiki məlumatı eyni vaxtda yola saldığım üçün 7 №-li məlumatın sonunda bəhs 

etdiyim ikinci Memorandumla bağlı məsələdən başlayacağam. 

Memorandum iyunun 12-də ümumən yazılıb başa çatdırıldı və mən onu Nümayəndə heyətinin üzvlərinə 

oxudum. Verilmiş təkliflər, əlavə və düzəlişlər əsasında sənəd yenidən təshih olundu və fransız dilinə tərcümə 

edildi.  İndi isə ingilis dilinə  tərcüməsi üzərində  iş gedir. Mətbəə tapılmışdır və bu günlərdə çap işinə 

başlanacaqdır. Xəritələrin bir hissəsi çap olunmuşdur. Onları  məlumata  əlavə edəcəyəm. hazır xəritələrin 

nüsxələri Sizə göndərilir. Yalnız bir neçə cədvəl və diaqram, habelə ayrıca əlavə şəkildə "iqtisadi qüvvələr və 

maliyyə" bölməsi qalır. Bu bölmə də hazırdır, indi tərcümə edilir. 

Əgər texniki xarakterli maneələr ortaya çıxmasa ilk nüsxələr tezliklə  nəzərdə tutulmuş yerlərə 

çatdırılacaqdır. 

Əslində texniki çətinliklərdən başqa (mətbəə  və s) yaranacaq yeni şəraitlə bağlı digər dəyişikliklər də 

mümkündür. 

Sülh Konfransının işinin gedişinə  və Müttəfiq Dövlətlərin keçmiş Rusiyadan ayrılmış hissələrə 

münasibətinə  gəldikdə (bu barədə 7 №-li məlumatda geniş  bəhs olunmuşdur) isə bizim bura hamıdan gec 

gəlməyimiz hələ gecikməyimiz demək deyildir. 

 

II 

Digər tərəfdən, unutmaq lazım deyil ki, bizim burada içərisinə düşdüyümüz həyat  şərtləri bütün bu 

müddət ərzində, elə indinin özündə də diqqəti bütünlüklə bir iş üzərində cəmləşdirməyə imkan vermir. 

Bu bir ay ərzində meydana çıxan belə  şərtlər silsiləsindən ikisinin üzərində dayanmaq lazımdır: 

birincisi, Könüllü Ordunun təcavüzkar hərəkətləri barəsində  nəhayət bizə  gəlib çatan xəbərlər; ikincisi, 

Qafqazda ingilislərin italyanlarla əvəz edilməsi ilə bağlı yeni qarşılıqlı münasibətlərin meydana çıxması. 

İyunun 13-də Vilsonun Lloyd Corcun, Klemanso, Orlando və Makinonun imzaları ilə  dərc edilən və 

admiral Kolçak hökumətinin yarım tanınması  sənədi təsiri bağışlayan məktubla  əlaqədar tanış olduğumuz bu 

şərtlər, təbii ki, bizi həddindən artıq əsəbiləşdirir və Memorandumu tezliklə başa çatdırmaq istəyimizin qarşısını 

alır. 

Həmin tarixdən iyunun 23 - nə  qədər və bundan sonra da biz bir tərəfdən Nümayəndə heyətinin 



yığıncaqlarını keçirmişik, digər tərəfdən isə ayrılıqda dağlılarla, daha sonra isə gürcülər və dağlılarla birlikdə 

ümumi iclaslara toplaşmışıq. Nəhayət, keçmiş Rusiyadan ayrılan və öz respublikalarını yaradan bütün yeni 

dövlətlərin - Estoniyanın, Gürcüstanın, Latviyanın, Şimali Qafqazın, Belorusiyanın, Ukraynanın və bizim birgə 

iclasımız olub. 

Bunun da nəticəsində Nümayəndə heyətimiz tərəfindən iyulun 5-də Kolçak hakimiyyətinin bütün 

keçmiş Rusiya ərazisində tanınma ehtimalı ilə bağlı etiraz notasından başqa (bax: məlumat  № 7, səhifə 10, 

paraqraf 5) Konfransa aşağıdakı etiraz notaları verilmişdir: iyunun 17-də adları yuxarıda sadalanan bütün 

respublikalar tərəfindən, iyunun 23-də Azərbaycan, Gürcüstan və  Şimali Qafqaz respublikaları adından 

notaların surətləri əlavə edilir. 

Qafqaz respublikaları adından iyunun 23-də verilmiş notada Kolçak və Denikin əleyhinə etirazlarımız 

bildirilir. 



 

20

Nəhayət, Denikinin Şimali Qafqaz Respublikasının  ərazisini işğal etməsi, Dağlı hökumətini və 



Parlamentini qovması, habelə onun Azərbaycan və Gürcüstan respublikaları üçün təhlükə törətməsi barəsində 

tanınmış sosial-demokrat, "Keçmiş Rusiya millətlərinin hüquqlarını müdafiə cəmiyyəti"nin sədri Albert Tomun 

təşəbbüsü ilə sayca dördüncü olan etiraz notası hazırlanmışdır. Bu etiraz notasını bizim Nümayəndə heyətinin 

üzvlərindən Ə. Şeyxülislamov və Məhərrəmov da imzalamışlar. Həmin sənəd bu günlərdə "Alliees"-in Müttəfiq 

Dövlətlərin Xarici işlər nazirlərinə təşəbbüskarın özü tərəfindən təqdim ediləcəkdir. Notanın surəti əlavə olunur. 

 

III 

Yuxarıda qeyd etdiyim ümumi yığıncaqlar və birgə  çıxışlar, heç şübhəsiz, həm Qafqaz 

respublikalarının, həm də keçmiş Rusiya ərazisində yaranmış digər respublikaların Nümayəndə heyətlərinin 

daha da yaxınlaşmasına kömək edir. 

Biz hamı üçün arzu olunan hesab edilən belə bir addımı atmağa özümüzü borclu sayırıq. Qonşu 

respublikalarla yaxın münasibətlərin mövcudluğu isə daha sevindiricidir. 

Yeddi nömrəli məlumatımda mən Qafqaz respublikalarının siyasi-iqtisadi ittifaqda birləşməsi məsələsi 

ilə  əlaqədar Dağlı – Gürcü - Azərbaycanlı Ümumi Komissiyasının yaradılması haqqında xəbər vermişdim. 

İqtisadi ittifaqın zəruriliyini dərk edən gürcü nümayəndələri Konfederasiya şəklində düşünülən siyasi ittifaqa 

münasibətdə axır vaxta qədər tərəddüdlü, bitərəf mövqedə dayanmaqdadırlar. 

Biz və Dağlı respublikasının nümayəndələri Memorandumlarımızda birləşmə  tərəfdarı olduğumuzu 

bəyan edərək gürcüləri də öz tərəfimizə  çəkmək məqsədi ilə bu məsələnin birgə müzakirəsini keçirdik. 

Konfederasiya ilə bağlı müzakirələr zamanı biz hər bir respublikanın öz muxtariyyətini saxlamasını da zəruri 

sayırıq. 

Dağlılarla iyunun 26-da keçirdiyimiz birgə iclasda onların tərtib etdikləri layihə oxundu. Layihədə 

Azərbaycan və Dağlı Respublikasının hökumətləri adından dərhal bütün hərbi ehtiyatların, xarici siyasət 

xəttinin, habelə iki dövlətin hərbi və xarici işlər nazirliklərinin büdcələrinin birləşdirilməsi təklif olunur. 

Xarakterinə görə bu sənəd iki dövlət arasında  İttifaq Müqaviləsidir.  İttifaq formasının hökumətlər tərəfindən 

işlənib hazırlanmış variantı Nazirlər Şurası tərəfindən təsdiq olunur. 

İyunun 29-da əvvəlcə öz Nümayəndə heyətimizin ayrılıqda, sonra isə  hər iki heyətin birgə keçirilən 

iclasında həmin layihə müzakirə olundu. Bizim nümayəndələr hökumətə hazır layihənin göndərilməsini məqbul 

saymırlar. Ona görə  də öz tərəfimizdən siyasi ittifaqa prinsipcə  tərəfdar çıxaraq bu barədə hökumətimizə 

müvafiq məlumat verməyi təklif etdik. Tələb olunan layihənin işlənib hazırlanması artıq hökumətin öz işidir. 

həmin layihə isə Nazirlər Şurasında deyil, Parlamentdə təsdiq olunmalıdır. 

Nümayəndə heyətimizin qərarı barəsində  məlumat verərkən onu da əlavə etməliyəm ki, dağlıların 

nümayəndələri nəinki fikrimizlə razılaşdılar, hətta  əksinə, gəldiyimiz qənaətə artıq nə hökumətlərinin, nə  də 

parlamentlərinin mövcud olduğu bir şəraitdə onların irəli sürdükləri ittifaq ideyasından boyun qaçırmaq kimi 

qiymətləndirdilər. 

Denikinin təcavüzkar hərəkətləri nəticəsində dağlı xalqların nümayəndələrinin düşdükləri ürək ağrıdan 

acınacaqlı vəziyyətin belə bir fikri formalaşdırdığını söyləməyə ehtiyac varmı? 

Bizim, həm də güman edirəm ki, bütün azərbaycanlıların, dağlılara, xüsusən də Dağıstana 

münasibətimiz taleyin bütün dönüklüklərinə baxmayaraq sevgi və qardaşlıq olub və bundan sonra da belə olaraq 

qalacaqdır. 

Sonda onu deməliyəm ki, Nümayəndə heyəti xalqlarımızın ümumi mənafeləri naminə indiyə  qədər 

olduğu kimi bundan sonra da həm dağlılar, həm də gürcü təmsilçiləri ilə əlaqələrini davam etdirəcəkdir. 

İtaliyanın ölkəmizə  gəlmə ehtimalları haqqında polkovnik Qabbanın hərbi Missiyasının tərkibində 

olmuş Valeri bizə birmənalı şəkildə məlumat verdi. Valeri iyunun 13-də mənim yanımda oldu, Zaqafqaziyanın 

iqtisadi durumunu çox tünd boyalarla təsvir edən, xüsusən də maliyyə  vəziyyətinin artıq fəlakət həddinə 

yetişdiyini söyləyən Valeri yerli əhalinin ingilislərə münasibəti məsələsinə  də toxundu və bildirdi ki, 

Azərbaycan hökuməti özü mümkün qədər çox italyan əsgərinin göndərilməsinə razılıq verib. Valeri daha sonra 

əlavə etdi ki, "əgər Sizin ölkənizə ordu göndəririksə, bu heç də işğalçılıq, yaxud jandarm rolu oynamaq məqsədi 

ilə edilmir, yalnız mədəni və iqtisadi məqsədlərə xidmət edir. Lakin məsələ buradadır ki, biz indiki mərhələdə 

bu ağır rolu öz üzərimizə götürməkdə  çətinlik çəkirik. Mən bura Sizin fikrinizi öyrənməyə  gəlmişəm. 

Qabaqcadan nəzərinizə çatdırıram ki, indiki halda məsələnin siyasi tərəfinə toxuna bilməyəcəyəm". 

Söhbətin sonrakı gedişindən məlum oldu ki, italyanlar ümumən onları  dəvət etdiyimizi və  gəlişlərinə 

razılığımızı hansı bir yolla bildirməyimizi istəyirlər. 

Vəziyyətin belə qeyri-müəyyənliyi Nümayəndə heyətimizdən ilk növbədə burada işlərin ümumi gedişi 

ilə daha təfərrüatlı  şəkildə tanış olmağı, digər Nümayəndə heyətləri ilə görüşməyi, habelə Alliees-in - 

Müttəfiqlərin təmsilçiləri, nüfuzlu ictimai təşkilatlar, mətbuat və s. ilə əlaqə saxlamağı və yalnız bundan sonra 

artıq rəsmi çıxışlar etməyi, Konfransa Memorandum verməyi, broşüralar və s. buraxmağı tələb edir. 

Lakin bizdən asılı olmayan şəraitin tələbi ilə Nümayəndə heyəti öz planını dəyişməli və Memorandumu 

sona çatdırmağa tələsməli oldu. İndi mən bu işlə məşğulam. 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə