ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

 

15

 



№7 

8-10 iyun 1919-cu il. Paris 

 

AZƏRBAYCAN RESPUBLİKASI 

NAZİRLƏR ŞURASININ 

CƏNAB SƏDRİNƏ 

 

Romadan mayın 4-də  və Parisdən mayın 15-də göndərdiyim məktublarda artıq Sizə  xəbər vermək 



şərəfinə nail olduğum kimi, rəhbərlik etdiyim Nümayəndə heyəti uzun müddətli intizar və  əziyyətdən sonra 

Konstantinopoldan yalnız aprelin 22-də çıxa bilib. Həm də tam tərkibdə gələ bilməmişik. Əvvəlki məlumatımda 

haqlarında yazdığım əməkdaşları və xidmətçiləri orada qoyub yola çıxmaq məcburiyyətində qalmışıq. 

Nümayəndə heyəti üzvlərindən yalnız Əhmədbəy Ağayev gələ bilmədi. Artıq xəbər verdiyim kimi, o, 

hələ martın  əvvəllərində  İttihadçılar partiyasına mənsubluqda ittiham olunaraq türk hökumətinin sərəncamı 

əsasında həbs edilmişdir. Bütün istəyimizə rəğmən, ona əhəmiyyətli kömək göstərə bilmədik. 

Həm bu, həm də digər məsələlər barəsində  mən  Ələkbərbəy Topçubaşovla göndərdiyim 18-21 aprel 

tarixli məlumatda daha ətraflı yazmışdım. Üstəlik də həmin məlumatı şifahi məruzə ilə də tamamlamağa da ona 

tapşırmışdım. 

Artıq, hökumət Azərbaycan Nümayəndə heyətinin Konstantinopoldan yola düşdüyü tarixə  qədər 

cərəyan edən bütün hadisələrdən xəbərdardır. 

Lakin təəssüf ki, biz Azərbaycanda işlərin vəziyyəti ilə bağlı heç bir məlumat almamışıq. Bu isə öz 

növbəsində Nümayəndə heyəti üzvlərini  əsəbiləşdirməyə  və onların fəaliyyətinə kifayət qədər mənfi təsir 

göstərməyə bilməz. \ 

Doğrudur, indiki şəraitdə tez-tez məktublar göndərmək yolu ilə ünsiyyət tələb etmək çətindir. Lakin 

bununla belə, heç olmasa, ayda bir dəfə  qısa məlumatlar çatdırmaqla ümumən ölkənin vəziyyəti, xüsusən də 

hökumətin  əsas addımları, habelə onun Müttəfiq qüvvələrin komandanlığı  və qonşu respublikalarla 

münasibətlər sahəsindəki təşəbbüsləri barəsində Nümayəndə heyətini xəbərdar etmək son dərəcə  zəruridir. 

Bunun üçün yeganə yol mütəmadi  şəkildə kuryerlərin göndərilməsi, habelə arabir, Müttəfiq qüvvələr 

komandanlığının sərəncamındakı radiodan istifadə edil-məsidir. 

Başqa Nümayəndə heyətləri də belə vasitələrdən istifadə edirlər. həm də kuryer kimi öz adamlarını 

deyil, xariciləri (fransızları, yəhudiləri və s.) göndərirlər, 

Bizim hökumətin də  həmin üsullardan yararlanması yerinə düşərdi. Eyni zamanda Müttəfiq qüvvələr 

komandanlığının və Tiflisdə, artıq öz radiosuna malik olan gürcü hökumətinin də köməyindən faydalanmaq 

olar. 

Öz növbəsində Nümayəndə heyəti də Bakıya kuryer göndərməyi nəzərdə tutur. Əgər indiyə  qədər 



həmin vasitəyə əl atmamışıqsa, bu ilk növbədə istər bizim, istər ümumən keçmiş Rusiya imperiyasının, istərsə 

də artıq Allies Müttəfiq Dövlətlər tərəfindən tanınan və müstəqil mövcudluq haqqında qovuşan Polşa istisna 

olmaqla, imperiyadan ayrılan bütün yeni dövlətlərin vəziyyətinin axıra qədər aydınlaşmamağı ilə bağlıdır. 

Bundan başqa,  əslinə qalsa, hələ biz özümüz də burada cərəyan edən hadisələrdən kifayət qədər baş 

çıxarmağa imkan tapmamışıq. Ümumiyyətlə, məsələlər hələ lazımi səviyyədə aydınlaşmamışdır. Konfrans 

ümumi mülahizələrdən Müttəfiqlərin digər dövlətlərlə, ilk növbədə isə, aydın məsələdir ki, müharibədə məğlub 

olmuş Almaniya, Avstriya, Türkiyə  və Bolqarıstanla gələcək qarşılıqlı münasibətlərin konkret müddəalarına 

keçdikcə isə,  şərait daha da mürəkkəbləşir.  İndiyə  qədər hələ  də Almaniya ilə sülhün ilkin şərtləri 

aydınlaşdırılmamışdır. Həmin  şərtlərin Almaniyaya təqdim olunmasından isə artıq bir ay keçir. Avstriya 

nümayəndə heyəti eyni səciyyəli notanı yalnız bu günlərdə alıb. Türkiyənin nümayəndə heyəti isə bugünkü 

teleqramlardan da göründüyü kimi, yalnız iyunun 6-da Konstantinopoldan çıxıb. Eyni sözləri Bolqarıstan 

təmsilçiləri haqqında da demək olar. 

Təklif edilən  şərtlərin hamısı son dərəcə  ağırdır. Buna görə  də onların nisbətən də olsa ağrısız qəbul 

ediləcəyi böyük narahatçılıq doğurur. Burada, Konfransda hökm sürən şəraiti tənqid eləyən, hətta İngiltərənin 

həddindən artıq sərt tələblərinə etiraz bildirən səslər, artıq daha ucadan eşidilməkdədir. 

Sosialist qrupları daha çox narazıdırlar. Onların mətbuat orqanları açıq  şəkildə Antantanın həddindən 

artıq sərt tələblərinə, ümumiyyətlə, Konfransa öz etirazlarını bildirirlər. Burada, hətta İngiltərədə də artıq iyirmi-

iyirmi beş gun olar ki, fəhlələrin, ayrı-ayrı peşələrə yiyələnən usta şagirdlərinin, habelə ticarətin, sənayenin, 

nəqliyyatın (omnibus, tramvay, metropoliten) müxtəlif sahələrində çalışan işçilərin tətili başlanıb. Dəmiryol 

işçilərinin ümumi tətilinin gözlənildiyi də deyilir. Bütün bu hərəkatlarda hələlik iqtisadi xarakterli tələblər irəli 

sürülür. Həmin tələbləri doğuran isə ilk növbədə  zəruri istehlak mallarının görünməmiş bahalığıdır. Zəruri 

malların bəzilərinin qiyməti az qala hər gün artır, bir qismi isə  (şəkər və s.) ümumiyyətlə bazarlarda yoxdur. 

Lakin bütün bunlarla bərabər, ehtimal ki, sırf siyasi xarakterli bir hərəkat da yetişməkdədir. Bəzi qəzetlər isə 



 

16

onun hətta inqilabi hərəkat olacağını yazırlar. Bəlkə də vəziyyət fəlakət həddinə gəlib çatmayacaqdır. Lakin son 



dərəcə həyəcan doğuran bir şərait yaranıb. Həmin şərait isə öz növbəsində Konfransın və onun komissiyalarının 

işinə təsir göstərir. Deməyə ehtiyac varmı ki, belə bir vəziyyətdə hər cür görüşlər, danışıqlar, ümumiyyətlə, yeni 

yaranmış dövlətlərin mənafeyi,  ələlxüsus da bizim kimi hər hansı himayədən məhrum olan Nümayəndə 

heyətinin tələbləri Antanta təmsilçilərinin nəzərində heç də birinci yerdə dayanmır? 

Bütün bunlar azmış kimi, burada hələ belə bir ilkin şərt də irəli sürülüb ki, əvvəlcə ümumi rus məsələsi 

həll olunmalı, yalnız bundan sonra keçmiş Rusiyadan ayrılan yeni dövlətlərin tələblərinə baxılmalıdır. Bu 

sonuncuların isə tələbləri, qarşılıqlı iddia və mübahisələri sonsuz saydadır. 

Belə bir şərait, əlbəttə Parisdəki xalis rus ünsürlərinə hər cəhətdən sərf edir. Statistik məlumatlara görə, 

müxtəlif yollarla bolşeviklərin əlindən qaçıb Parisə gələn belə adamların sayı indi altmış mindən çoxdur. 

Onların arasında elə qruplar, hətta elə ayrı-ayrı  şəxslər var ki, bu adamların özlərini hansı Rusiyanın, 

hansı dövlətin təmsilçiləri saydıqları  və kimdən səlahiyyət aldıqları heç kəsə  bəlli deyil. Elə qruplar var ki, 

özlərinin slavyan xarakterlərini nümayiş etdirərək biri-birlərinə qarşı çıxırlar. Kolçak və Denikin hökumətlərinin 

siluetləri sanki daha aydın  şəkildə  nəzərə çarpır. "Keçmiş rus səfirlərinin və rus siyasi xadimlərinin məclisi" 

adlanan qurum da onları müdafiə edir. "Məclisin" başında Lvov, Maklakov və b. dayanırlar. Tərkibində bir neçə 

general və admiral, habelə Rusiya yəhudilərinin təmsilçilərindən Marqulies, Minor və başqaları vardır. 

Kerenski, Avksentyev və onların daha solçu ünsürlərdən ibarət partizanları bu "Məclis"lə yola getmirlər. Lakin 

bununla belə onlar hamısı birlikdə, bir evdə-Parisdəki keçmiş rus səfarətinin binasında yaşayırlar. 

Siyasi baxış və təmayüllərinin kökündən fərqlənməsinə baxmayaraq bütün ruslar "vahid və bölünməz" 

Rusiya ideyasının tərəfdarıdırlar. Onlar özlərinin bu şüarını Demokratik federativ Respublika və Müəssislər 

Məclisi ideyaları ilə pərdələmək istəyirlər. Guya həmin Müəssislər Məclisi ölkənin ayrı-ayrı hissələrinin taleyini 

və onların gələcək Rusiya ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirəcək. Gələcək Rusiya isə dünyada özünə 

layiq yer tutmağa qadir dövlətlərdən biri kimi təsəvvür olunur. Rusiyanın burada toplaşan həqiqi oğulları və hər 

cür qeyri övladları köhnə duz-çörəyi itirmiş "yadellilərin" acığına öz ölkələrini bu şəkildə yenidən qurmaq 

istəyirlər. 

Lakin özlərini müstəqil dövlətlərin nümayəndələri elan etmiş bu "yadellilər" isə artıq "vahid və 

bölünməz Rusiya" haqqında eşitmək belə istəmirlər. Məhz elə bu baxımdan da on gün əvvəl Paris mətbuatı 

Kolçak hökumətinin bütün keçmiş Rusiya ərazisi üzərində hakimiyyətinin tanınmasının mümkünlüyü barəsində 

yazanda, keçmiş Rusiyadan ayrılan dövlətlərin hamısının, eləcə  də Azərbaycan Respublikasının Nümayəndə 

heyəti öz etirazını bildirdi. 

Antanta dövlətləri arasında "vahid və bölünməz Rusiya" ideyasının nisbətən qızğın tərəfdarı onun 

keçmiş müttəfiqi Fransadır. Müttəfiq Dövlətlərin digər təmsilçiləri ehtimal ki, belə bir Rusiyanın mövcudluğuna 

o qədər də maraq göstərmirlər. İngiltərə isə üzdə özünü bu cür Rusiyanın əleyhinə olmayan dövlət kimi qələmə 

verir. Əlbəttə, bunlar hələlik qəti qənaətlər deyil. Bir sıra qarşılıqlı münasibətlərdə əhəmiyyətli dəyişikliklər baş 

verməkdədir və baş verə bilər. Həmin dəyişikliklər barəsində indidən falçılıq etmək yersizdir. Amma belə 

təşəbbüslər olur. Məsələn, sosialist qəzetlərindən biri hazırda və gələcəkdə birgə fəaliyyət barəsində bir tərəfdən 

Yaponiya və Almaniya, o biri tərəfdən isə bolşeviklər arasında bağlanmış saziş barəsində məlumat vermişdir. 

Bütün bunlar öz növbəsində yuxarıda haqqında söz açdığım ümumi qeyri-müəyyənlikdən xəbər verir. 

Burada olduğu təxminən bir aya yaxın müddət  ərzində Nümayəndə heyəti mövcud çətinliklərə 

baxmayaraq hər halda, müəyyən işlər görə bilmişdir. 

Onların qısa siyahısını təqdim edirəm: 

 



Başqa Nümayəndə heyətləri ilə 

fikir mübadiləsi 

 

İndiyə  qədər Polşanın, Gürcüstanın, Dağlı Respublikasının, Ermənistanın və  İranın Nümayəndə 

heyətlərinin təmsilçiləri ilə görüşmüşük. 

Gürcülər və dağlılarla birlikdə Qafqaz respublikalarının siyasi-iqtisadi ittifaqda (konfederasiya və s.) 

birləşmə mümkünlüyünü araşdırmaq məqsədi ilə qarışıq komissiya yaratmışıq. Ermənilərə də dəvət göndərdik

lakin onlar hələlik bu təşəbbüsə qoşulmurlar. Komissiyanın işi isə davam edir. Gömrük ittifaqı və ümumiyyətlə, 

iqtisadi  əməkdaşlıqla bağlı  təkliflər tərəflərin heç birində narazılıq doğurmur. Siyasi ittifaqın hər hansı bir 

formasının işlənib hazırlanma ehtimalı da istisna olunmur. Gürcülər və dağlılarla münasibətlərimiz yaxşıdır. 

Sonuncularla hətta dostluq əlaqələri yaratmışıq. Təqdim etdiyimiz memorandumlarda biz və dağlılar Qafqaz 

Konfederasiyanın yaradılmasına razılığımızı, habelə aramızda sərhəd və  ərazi mübahisələri meydana çıxarsa, 

onların həllinə hazır olduğumuzu bildiririk. 

Bütövlüklə, sosialist təmayüllü nümayəndələr bizimlə münasibətlərində ehtiyatlıdırlar. Amma buna 

baxmayaraq, onlar da bizimlə  əlaqə saxlamaq istəyirlər. Erməni nümayəndələri yalnız Türkiyə  və Qafqaz 

Ermənistanından təşəkkül tapacaq vahid Ermənistan barəsində danışırlar. Erməni nümayəndələrinin dediklərinə 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə