ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   54   55   56   57   58   59   60   61   ...   70

torpaqlar uzanırdı. Qız qalasının yanında alverçilər sövdələşirdilər. Nikolay küçəsindəki 
yol müqəddəs Tamara litseyinə aparırdı. Litseyin həyətindəki ağacların birinin altında 
Nino dayanmışdı. Onun əlində dərs kitabı, dolu və iri gözləri heyrətlə mənə baxırdı. İran 
güllərinin ətri qəflətən yoxa çıxdı. 
  Ətrafımı Bakının tərtəmiz çöl havası və xəfif bir dəniz, qum və neft qoxusu bürüdü. Uşaq 
anasını çağıran kimi mən də vətənimi səsləyirdim. Amma sonra artıq o vətənin mövcud 
olmadığını xatırladım. Tanrının məni dünyaya gətirdiyi bu şəhəri heç zaman tərk etməli 
deyildim. Bir it öz komasına bağlı olduğu kimi mən də köhnə şəhər qala divarlarına 
bağlıyam. 
  Başımı göyə çevirib səmayə baxdım: 
  İranın ulduzları şahın tacındakı ləl-cavahirat kimi iri və uzaq idi. Mən bu şəhərdə 
qəribçilik hissini indiki qədər heç bir zaman duymamışdım. Mən qala divarlarının 
kölgəsində Ninonun gözlərinin mənə gülümsədiyi Bakıya mənsubam. 
  Bəhram xan əlini çiynimə qoydu: 
  – Əli xan, deyəsən xəyala dalmısan? De görüm, mənim dediyim sözləri götür-qoy 
etdinmi? Yeni İranın binasını qurmağa yardım, etmək istəyirsənmi? 
  – Əmi oğlum Bəhram xan, mən sənə qibtə edirəm. Ana Vətənin nə demək olduğunu 
yalnız başqa bir ölkəyə sığınmış adam dərk edə bilir. Mən İran ölkəsini yenidən qura 
bilmərəm. Mənim xəncərim Bakının qala divarlarının daşında itilənmişdir. 
  O, kədərlə mənə baxdı və dedi: “Məcnun”. Ərəbcə olan bu söz həm aşiq və həm də 
sərsəm deməkdir. 
  Bəhram xanın damarlarında axan qan eynilə mənim qanımdan olduğu üçün sirrimi başa 
düşmüşdü. Ayağa qalxdım. Böyük salonda dəvət olunmuş möhtərəm qonaqlar yola 
düşən Şahzadəyə baş əyirdilər. Şahzadənin uzun barmaqlarını və xınalı dırnaqlarını 
gördüm. 
  Yox, yox! Mən buraya Firdovsinin şerlərini, Hafizin eşqnamələrini və Sədinin müdrik 
kəlamlarını söyləmək üçün gəlməmişəm. 
  Salona girdim və şahzadənin qabağında əyilib əlini öpdüm. Onun gözləri kədərli və fikri 
dağınıq idi, çünki qarşıda duran təhlükədən xəbərdar idi. Salondan çıxdım, avtomaşına 
minib Şimrana yollandım. Yolda paslanmış topların durduğu meydan, Şahzadənin 
yorğun baxışları və Ninonun itaətkarlığı heç cürə yadımdan çıxmayırdı.  
   
   
  XXV 
   
  Xəritə üzərindəki parlaq və qarmaqarışıq rənglər bir-birinə qarışmışdı. Şəhərlərin, 
dağların və çayların adlarını oxumaq mümkün deyildi. Xəritə divanın üstünə sərilmişdi. 
Mən də əlimdə balaca rəngbərəng bayraqlar tutmuşdum. Əlimdə bir qəzet də var idi.  
Orada da şəhərlərin, dağların və çayların adları xəritədəki kimi səhv yazılmışdı. Onların 
hər ikisini diqqətlə izləyib, qəzetdəki səhvləri  xəritədəki qarışıq adlarla uyğunlaşdırmağa 
çalışırdım. “Yelizavetpol/Gəncə” sözü yazılan yerin yanındakı bir dairənin içinə kiçik bir 
yaşıl rəngli bayraq qoydum. Lakin adın son beş hərfi Zonquldağ dağlarının üzərinə 
basılmışdı. Qəzetin yazdığına görə, Xoy şəhərindən olan vəkil Fətəli xan Gəncədə azad 
Azərbaycan Cümhuriyyətini elan etmişdir. Xəritədə Gəncənin şərqindəki sancdığım 
 
117


balaca yaşıl bayraqlar Ənvər paşanın göndərdiyi ordunun mövqelərini göstərirdi. Sağdan 
Nuri paşanın alayları Ağdaş şəhərinə yaxınlaşırdılar. Solda Mürsəl paşa İlisu vadilərini 
işğal etmişdi. Orada isə Yeni Azərbaycan Cümhuriyyəti  könüllülərinin taburldarı 
vuruşurdular. İndi xəritə tamamilə anlaşılır və oxuna bilən bir hala düşmüşdü. Rus 
işğalındakı Bakının ətrafına çəkilən Türk Çəmbəri yavaş-yavaş qapanırdı. Balaca yaşıl 
bayraqları bir azacıq da tərpətsən, düşməni göstərən qırmızı bayraq Bakını ifadə edən 
qatmaqarışıq nöqtədən sıxışdırılıb çıxarılardı. 
  Hərəm xidmətçisi Yəhya Qulu arxamda səssizcə durub, mənim xəritə üzərində 
oynadığım qəribə oyunumu çox maraqla izləyirdi. Balaca bayraqların rəngarəng böyük 
kağız üzərində hərəkət etməsi deyəsən ona, qüdrətli bir sehrbazın ağlasığmaz ovsunları 
kimi gəlirdi. Bəlkə də, o belə fikirdə idi ki, vətənimi kafirlərdən xilas etmək üçün Bakını 
təmsil edən qırmızı ləkənin üzərinə yaşıl bayraqları sancmaqla səmavi gücləri yardıma 
çağırmanın yetərli olacağına inanırdı. 
  Yəhya Qulu mənim bu sirli oyunuma mane olmaq istəmirdi, yalnız vəzifəsini yerinə 
yetirərək ciddi bir tonla mənə məlumat verməyə başladı: 
  Ay xan, gör başıma nə oyun gəlib. Nino xanımın dırnaqlarını xına ilə boyamaq üçün ona 
ən bahalı xına almışdım. Onun dırnaqlarını xına ilə boyamaq istədiyim zaman, Nino xına 
çanağını devirdi. Səhər tezdən onu pəncərənin qabağına apardım, başını yavaşca  
əllərimin  arasına  alıb,  istədim  ki, ağzını açsın. Ay xan, axı onun ağzında çürük dişi olub 
olmadığını və nəfəsindən iyi gəlib gəlmədiyini yoxlamaq mənim vəzifə borcumdur. Lakin 
buna əks olaraq xanımınız başını kobudca geriyə çəkərək, sağ əlini qaldırıb var 
qüvvəsiylə mənə bir sillə vurdu. Sillə o qədər də ağrıtmadı, amma qürurum çox qırıldı. 
Nökərinizi bağışlayın, xan. Amma mən onun bədənindəki tükləri qırxmağa cəsarət 
etmirəm. O, həqiqətən qəribə bir xanımdır. O, qolbağı taxmır, qarnında daşıdığı uşağı 
qorumaq üçün də heç bir tədbir görmür. Doğulacaq uşaq əgər qız olarsa, məni yox, ey 
xan, Nino xanımı məzəmmətləyərsən. Hər halda, onun içində, pis bir ruh var ki, ona 
toxunan kimi başlayır titrəməyə. Əbdül Qasım məscidin yaxınlığında bir qoca qarı 
tanıyıram. Pis ruhları qovmaqda onun bərabəri yoxdur. Mənə elə gəlir ki, o qarını buraya 
çağırsaq yaxşı olar. Bir fikirləşin, xanımın dərisi pozulsun deyə, o səhərlər üzünü buz 
kimi soyuq su ilə yuyur. O, dişlərini hamı kimi sağ əlinin şəhadət barmağı ilə yumaq 
əvəzinə, dişlərini kobud bir fırça ilə elə yuyur ki, dişlərinin ətləri qanayır. Onu belə 
davranmağa ancaq bədənə girmiş murdar ruhlar məcbur edə bilər. 
  Mən onun dediyi sözlərə heç qulaq asmırdım. Demək olar ki, o hər gün evimə gəlib biri-
birinə oxşayan məlumatları mənə çatdırırdı. Onun gözləri qayğı hissi ilə dolu idi. O 
namuslu bir adam kimi sadəcə vəzifəsini yerinə yetirmək istəyirdi. Çünki o, gələcək 
uşağım üçün məsuliyyət daşıdığını hiss edirdi. 
  Nino onunla uğursuz, amma inadkar bir mübarizə aparırdı. O, yastıqları Yəhya 
Qulunun üstünə tullayır, evin ətrafındakı bağça divarının üstünə çıxıb orada çadrasız 
gəzir və otağın divarlarına gürcü qohumlarının fotaşəkillərini vururdu. Yəhya Qulu 
bütün bunları mənə qəmgin halda və böyük təlaşla xəbər verirdi. Nino isə axşamlar 
divanda oturub ertəsi gün üçün savaş planını hazırlayırdı.  
  O, fikirli halda çənəsini ovxalaya-ovxalaya “nə deyirsən, Əli xan, sabah nə edim?” deyə 
soruşdu. Gecə onun üzünə azacıq su mu fışqırdım, yoxsa sabah səhər onun üstünə pişik 
mi atım? Yox, mən nə atacağımı hələ ki, bilmirəm. Mən hər gün fəvvarənin yanında 
 
118


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə