ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   56   57   58   59   60   61   62   63   ...   70

  Dostum sakit və böyük maraqla mənə baxdı. Onun əynində qara libas var idi, özü də 
arıqlamışdı. Arıq vücudu elə bil sirli bir yükün altında bükülmüşdü. O, əyləşib dedi: 
  – Əllərinlə heç bir şey edə bilməzsən, Əli xan. Lakin insanın əllərində daha artıq şeylər 
vardır. Mənim libasıma bax, nə demək istəyəcəyimi başa düşəcəksən. İnsanlar üzərindəki 
qüvvə gözəgörünməzin əlindədir. O sirrə bir dəfə toxun, qüdrəti sənə keçəcəkdir. 
  – Səni başa düşmürəm, Seyid. Ruhum əzab içindədir və mən bu qaranlıq zülmətdən çıxış 
yolu axtarıram. 
  – Çünki sən üzünü bəndələrə tutmusan, Əli xan. Bəndələri idarə edən gözəgörünməzi 
isə yaddan çıxardırsan. Hicrətin 680-cı ilində din düşmənləri tərəfindən təqib edilən 
Peyğəmbərin nəvəsi Hüseyn Kərbəlada şəhid edildi. Dünyanın xilaskarı, sirr sahibi, külli-
ixtiyar olan o doğan və batan günəşi onun qanı ilə boyadı. Şiə icmasına on iki İmam 
hökmranlıq etmişdir: birincisi Hüseyn idi, axırıncısı da hələ bu gün də gizlindən şiə 
cəmiyyətini idarə edən Sahib-əz-Zaman gözə görünməz İmamdır. Bu gizli İmam bütün 
əməllərinə zahir olur, amma buna baxmayaraq o, yenə də gözəgörünməz olaraq qalır. 
Mən onu doğan günəşdə, toxumların möcüzəsində, fırtınalı dənizdə görürəm. Onun 
səsini pulemyotun şaqqıltısında, qadınların naləsində və əsən küləklərdə eşidirəm. 
Gözəgörünməz buyurub deyir ki: Kərbəla çöllərində Hüseynin axıdılmış qanı üçün yas 
saxlayın. Ona görə də hər ilin bir ayı Hüseynə matəm tutulur. Bu ay Məhərrəm ayıdır. 
Dərdi olan bu kədərli ayla ağlamalıdır. Məhərrəm ayının onuncu günündə şiələrin aqibəti 
həqiqətə çevrilir. Çünki o gün şəhidin ölüm günüdür... O gün Hüseynin öz üzərinə 
götürdüyü dərd yükü, dindarların boynuna qoyulmalıdır. Kim bu dərdin bir hissəsini öz 
üzərinə götürərsə, onun şəfaətinə nail olacaqdır. Bax, elə buna görə də dindarlar 
məhərrəm ayında sinə döyürlər, çünki bu dünyanın dərdləri ilə çıxılmaz vəziyyətə 
düşənlər özlərini şallaqlayarkən və sinələrini döyməklə çəkdikləri ağrılar sayəsində 
qurtuluş sevincini tapırlar. Bax, elə budur Məhərrəmin sirri. 
  Mən yorğun və əsəbi halda soruşdum: 
  – Seyid, mən evimə xoşbəxtliyi yenidən necə qaytara biləcəyimi soruşuram, çünki dərin 
bir dəhşət içindəyəm. Sən isə mənə məktəbdə oxuyarkən öyrəndiyimiz din dərslərindəki 
müdrik kəlamları təkrar edirsən. Demək istəyirsən ki, məscidlərə gedib zəncirlə sinə 
döyüm? Mən dindar bir müsəlmanam və dini vəzifələri də yerinə yetirirəm. Mən də 
gözəgörünməzin sirrinə inanıram, Əli xan. Lakin mənim xoşbəxtliyimə gedən yolun 
həzrəti Hüseynin şəbihindən keçdiyinə inanmıram. Sən məndən xoşbəxtliyə gedən yolu 
soruşdun, mən də sənə onu göstərdim. Mən başqa yol tanımıram. İlyas bəy Gəncə 
cəbhəsində qan tökür. Sənin isə Gəncəyə getməyə imkanın yoxdur. Ona görə də, 
Məhərrəm ayının onuncu günündə səndən bunu tələb edən gözəgörünməz üçün sən də 
öz qanını tökməlisən. Yox, sus. Demə ki, bu müqəddəs qurbanlıq mənasızdır. Bu kədər 
dünyasında heç bir şey mənasız deyil. Məhərrəm ayında sən də Gəncədə vuruşan İlyas 
bəy kimi vətən uğrunda döyüşə giriş. 
  Mən susdum. Pəncərələri pərdə ilə örtülmüş karet həyətə girdi. Şüşələrin 
tutqunluğundan Ninonun sifətini güclə görmək olurdu. Hərəmxana bağçasının qapısı 
açıldı və Seyid Mustafa qəflətən durub getmək üçün hazırlaşdı. 
  – Sabah Sipahlışar məscidinə gələrsən. Söhbətimizi orada davam etdirərik – dedi. 
   
  XXVI 
 
121


   
  Mən Nino ilə divanda oturub nərd oynayırdıq. Nərdtaxta sədəflə işlənmişdi, onun 
daşları isə fil sümüyündən qayırılmışdı. Bu İran oyununu oynamağı Ninoya mən 
öyrətmişdim. Elə o zamandan bəri biz tümənə, öpüşə və gələcək uşaqlarımızın adlarına 
durmadan zər atırdıq. Nino uduzurdu, borcunu verirdi və yenidən zər atırdı. Onun 
gözləri həyəcandan parıldayırdı, Nino barmaqları ilə fil sümüyündən düzəldilmiş daşları 
elə götürürdü ki, elə bil onlar qiymətli inci idi. 
  Nino bir az əvvəl uduzduğu səkkiz tüməni mənim qabağıma çəkdi: 
  “Əli xan, sən məni məhv edəcəksən” – dedi. 
  Sonra Nino nərdtaxtanı bağladı və başını mənim dizimin üstünə qoyub, düşüncəli halda 
gözlərini tavana zillədi və xəyala daldı. Bu gün, çox gözəl gün idi, çünki Nino intiqamını 
aldığı üçün özünü xoşbəxt hiss edirdi. Əhvalat isə belə olmuşdu: 
  Səhər tezdən evimizi ah-nalə və hönkürtü səsləri bürüməyə başladı. Ninonun düşməni 
olan Yəhya Qulu yanağı şişmiş və üz-gözü büzüşmüş halda içəri girdi. O, intihar etmək 
istəyən bir adam kimi: “Dişim ağrıyır” dedi. Ninonun gözlərində bir zəfər parıltısı yanıb 
söndü. O, xidmətçini pəncərənin qabağına apardı, onun ağzını açıb baxdı və qaşqabağını 
tökdü. Sonra təşvişlə başını yırğaladı. Möhkəm bir sap götürüb Yəhya Qulunun içi 
çürümüş dişinə bağladı. Sapın o biri ucunu isə açıq qapının dəstəyinə bağladı. Sonra 
“hazır ol” deyib qapıya tərəf qaçdı və qapını var gücü ilə bağladı. Dəhşətli bir qışqırıq 
çıxdı və xidmətçi yerə sərilib, qapının incə dəstəyindən asılmış dişinə baxa-baxa qaldı. 
  -  Əli xan, ona de ki, adam dişlərini sağ əlinin şəhadət barmağı ilə yuyanda, nəticə belə 
olur. 
  Mən Ninonun dediklərini kəlmə-kəlmə tərcümə etdim. Yəhya Qulu heç bir şey demədən 
əyilib çıxan dişini yerdən götürdü. Lakin Ninonun intiqam hissi hələ də soyumamışdı. 
  -  Əli xan, ona de ki, o hələ sağalmayıb. Qoy gedib yorğan döşəyə girsin və yanağına isti 
dəsmal qoysun. İsti dəsmal onun yanağında altı saat qalmalıdır. Bundan başqa da o bir 
həftə şirin şey yeməməlidir. 
  Yəhya Qulu rahatlansa da, əsəbləri pozulmuş halda otaqdan çıxdı. 
  Nino, etdiklərindən utanmalısan. Yazığın sevincini də əlindən aldın. 
  Nino daş ürəkliliklə: 
  -  O öz payını aldı deyib yenə də nərd-taxtanı gətirdi. Oyunu uduzdu, sonra ədalət bir 
daha öz yerini tapdı. 
  Sonra Nino mənə baxdı, çənəmi barmaqları ilə sığallayıb soruşdu. 
  -  Əli xan, Bakı nə vaxt hürriyyətinə qovuşacaq? 
  -  Yəqin ki, iki həftənin ərzində. 
  Nino ah çəkib dedi: 
  Deməli on dörd gün qalıb. Biləsən ki, Bakı üçün nə qədər darıxmışam və türklərin də 
şəhərimizə yürüşünü gözləməkdən səbrim tükənib. Sən burada özünü rahat hiss etdiyin 
halda, mənim şərəfim hər gün alçaldılır. 
  -  Bu nə deməkdir belə? 
  -  Burada hamı mənimlə qiymətli və kövrək bir əşya parçası kimi rəftar edir. Nə qədər 
qiymətli olduğumu dəqiq deyə bilmərəm, amma mən nə tez sınanam və nə də əşya 
parçasıyam. Dağıstanı xatırlayırsanmı? Orada həyat tamamilə bambaşqa idi. Yox, bura 
mənim heç xoşuma gəlmədi. Əgər Bakı tezliklə azad edilməsə, biz gərək başqa yerə köçüb 
 
122


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə