ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   2   3   4   5   6   7   8   9   ...   24

 

F.Sumərə görə, "oğuzların münasibət qurduqları Müsəlman əmirlərə asanlıqla qız 



verdiklərini görürük. Bunda bir az da  qalın başlık (başlıq pulu) almaq ənənəsinin 

təsiri  var  idi".

5

  Ancaq  qısa  müddət  sonra  Vəhsudanla  oğuzların  ittifaqı  dağıldı. 



Vəhsudanın  onlara  qarşı  hazırladığı  xəyanət  planı  ortaya  çıxınca,  oğuzlar 

dostluqlarını  pozdular  və  Rəvvadi  mülklərini  talan  etməyə  başladılar.  Oğuzlar 

narazılıqlarını  büruzə vermək üçün  Marağada  bir  məscidi  də  yandırdılar. Bundan 

başqa, Həzbaniyye oymağından və xalqından çoxlu insanı qılıncdan keçirdilər. Bu 

hadisənin  əslində  Vəhsudanın  istəyi  ilə  meydana  gəldiyi  haqqında  məlumatlar 

vardır.  Zira,  Vəhsudan  ilə  Həzbaniyye  oymağı  başçısı  Əbul-Heyca  ibn  Rəbibüd-

dövlə  bir-birlərinə  düşmən  idilər.

6

  Nəticədə  Vəhsudanın  bundan  xoşhal  olduğu 



inkar  edilə  bilməz.  Ancaq  Vəhsudan  köhnə  düşmənlərini  zəiflətdikdən  sonra 

oğuzların  böyük  bir  siyasi  və  əsgəri  güc  kimi  ortaya  çıxmasından  narazıydı.  Bu 

məqsədlə  Əbul-Heyca  ilə  ittifaq  qurdu  və  oğuzlara  qarşı  düşmənçiliyini  açıq 

şəkildə büruzə verdi. Bu vəziyyət qarşısında xeyli güclənən Vəhsudanla müharibə 

edə  bilməyəcəklərini  başa  düşən  oğuzlar  Azərbaycanı  tərk  edib  İraq  tərəfinə 

getdilər.  Ancaq  oğuzlar  Rəvvadi  güclərinin  zəifləməsinə  səbəb  olmuşdular. 

Qıpçaq-gürcü qüvvətləri uzun müddətdir mühasirədə tutduqları ərəb əsilli Cəfərilər 

sülaləsi  mərkəzi  Tiflisi  ala  bilməyib  geri  çəkildilər.

7

  Oğuzların  tamamı 



Azərbaycanı  tərk  etməmişdir.  Xüsusilə  Dananın  əmrindəki  oğuz  birlikləri 

Vəhsudanla  qurduqları  yaxşı  münasibətlər  sayəsində  Urmiyəyə  yerləşdilər. 

Vəhsudan,  Dananın  qohumlarından  bir  qızla  evləndi  və  oğuzları,  xüsusilə  də  bu 

ərazilərdəki  bəylərin  gözünü  qorxutmaq  üçün  Urmiyəyə  yerləşdirdi.

8

  Bu  oğuz-



türkmənlərin  Azərbaycanda  ilk  məskunlaşmasıdır.  Beləcə,  Azərbaycan  yaylaqları 

oğuzların axtardıqları bir ölkə idi. Yenə bu səfərlərin Dandanakan müharibəsindən 

əvvəl  meydana  gəldiyi  bilinməkdədir.  Ehtimal  ki,  gələn  oğuz  kütləsi  Səlcuklu 

bəylərindən  müstəqil  fəaliyyət  göstərirdilər.  Urmiyə  ətrafına  yerləşən  oğuz-

türkmənlərin 3000 çadır, yəni 15.000 nəfər olduğu təxmin edilir. 

Hicri  430-cu  ildə  (1037/8)  Dananın  idarəsində  Urmiyədə  məskunlaşan 

oğuzlar  Ərməniyyə  ərazisində  məskunlaşmış  yerli  xristian  türk  əhaliyə  hücum 

etdilər.  Cərəyan  edən  hadisələrin  sonunda  Ərməniyyə  türkləri  talan  edilmiş, 

oğuzlar  əsir  və  qənimətlərlə  geri  dönmüşdür.  Oğuzların  bu  zəfərinin  arxasından 

Urmiyə  ətrafında  mövcud  olan  Həzbanilər  sülaləsinə  qarşı  müharibə  etdikləri 

məlumdur. Xüsusilə Vəhsudanın xahişi ilə bu əraziyə yerləşən Dananın qüvvətləri 

Həzbani Əbul-Heyceya gözdağı verirdilər. Oğuzların rahat hərəkəti və istədiklərini 

etmələri  Əbul-Heycanı  çox  əsəbiləşdirmişdir.  Buna  görə,  bütün  gücünü  yığıb 

onlarla  vuruşmağa  başladı.  Bunun  nəticəsində  oğuzlar  buradakı  Həzbani 

                                                           

5

 Eyni yer. 



6

 İbn əl-Əsir, əl-Kamil, VIII, s. 163. 

7

 İbn əl- Əsir, əl-Kamil, IX/159; Sumer, Oğuzlar, s. 81; Şərifli, Azərbaycan feodal dövletleri, s. 137. 



8

 İbn əl-Əsir, əl-Kamil, IX/160. 

 



 

idarəsindəki  kəndlərə  hücum  etdilər.  Talan  və  çoxlu  insanın  öldürülməsi 



Həzbanilərin  geri  çəkilməsinə  səbəb  oldu.  F.Sumər  haqlı  olaraq,  Vəhsudanın  qız 

qohumluğu  əvəzində  başlıq  pulu  olaraq  Urmiyəni  Danaya  dirlik  payı  verdiyini 

qeyd etməsi bu hadisələrlə əlaqədardır.

9

 



Dandanakan  müharibəsindən  əvvəl  sayısı  çox  olmayan  oğuz-türkmən 

ailələrinin  Azərbaycan  daxil  olmaqla  Orta  Şərqə  ayaq  basan  və  başçılığını  Dana, 

Göy Daş,  Boğa,  Qızıl, Mənsur və  Anasıoğlunun etdiyi bəylərin  məqsədi özlərinə 

əlverişli yurdlar tapmaqdır. Dandanakan savaşından sonra Sultan Toğrul Bəy, Göy 

Daş, Mənsur, Boğa və Anasıoğlunun fəaliyyətlərini məhdudlaşdırmaq üçün onlara 

məktubla  müraciət  edərək  hüzuruna  çıxmalarını  tələb  etmişdir.  Bu  vaxt  Dana, 

Vəhsudanla qurduğu qohumluq sayəsində ərazidəki Rəvvadilərin düşmənlərini bir-

bir  ortadan  qaldırmaqla  məşğul  idi.  Onun  bu  hərəkəti  müəyyən  qədər  nəzarət 

altında  olduğundan  Sultan  Toğrulu  çox  narahat  etmirdi.  Toğrulun  məktubuna 

cavab olaraq "sultanın məqsədinin onları qorxutmaq və cəzalandırmaq olduğunu və 

buna görə də hüzura çıxmayacaqlarını" bildirən oğuz bəyləri Cənub-Şərqi Anadolu 

tərəflərinə  getdilər. Burada  əvvəlcə  Cəzirə  ətrafında  hərlənən oğuz  bəyləri Mosul 

və Diyarbakır hakimlərini ağır məğlubiyyətlərə düçar etdilər.

10

 



Büveyhi,  Ukayl  və  Diyarbakır  hakimləri  oğuzların  ölkələrinə  dağıdıcı 

hücumları qarşısında onları Toğrul Bəyə şikayət etdilər. Toğrul Bəy, bu şikayətlərə 

ancaq  sözdə  cavab  verdi.  Çünki  Toğrul  Bəy  hələlik  oğuz  bəylərinə  öz  hökmünü 

qəbul  etdirəcək  gücdə  deyildir.  Ayrıca  Toğrul  Bəy  Cəzirədəki  ərəb  sülalələrinin 

şikayəti  ilə  öz  boydaşlarını  narahat  etmək  istəmirdi.  Toğrul  Bəydən  istədikləri 

cavabı  ala  bilməyən  Mosul  hakimləri  Ukayıloğullarından  Kırvaş,  Xillə  əmiri 

Dübeys  ibn  Məzyəd  əl-Əsədi  və  Amiddəki  (Diyarbakır)  ərəb  sülalələrindən 

Mərvanilərin  hökmdarı  Nasüd-dövlə  Əhməd  bölgənin  kiçik  qəbilə  rəislərini 

ətrafına  yığaraq  oğuzlara  qarşı  ittifaq  qurdu.  Oğuzlar  bu  vaxt  iki  qola  ayrılaraq 

fəaliyyətlərini davam etdirirdilər. Göy Daş və Mənsur Mosul tərəflərində, Boğa və 

Anasıoğlu isə Amid əyalətində yağmalar edirdilər. Ancaq yerli sülalələrin ittifaqını 

xəbər  alan  oğuzlar  tez  birləşdilər.  Ramazan  435-ci  ildə  (aprel  1044)  oğuzlar  ilə 

müttəfiqlər  arasında  vuruşma  cərəyan  etdi.  Əvvəlcə  savaşı  oğuzların  qazanacağı 

təsəvvürü  var  idi.  Ancaq  canlarını  dişlərinə  tutaraq  vuruşan  müttəfiqlər  bütün 

güclərini sərf etdilər. Nəticədə oğuzlar məğlub olub Amidi tərk etdilər. Van Gölü 

ətrafında  qabaqlarına  çıxan  Bizans  ordusunu  məğlub  edən  oğuzlar  valini  də  əsir 

olaraq əllərinə keçirdilər. Daha sonra da Azərbaycana girdilər.

11

 Güc və əsgər itirən 



oğuz bəyləri Azərbaycanda Toğrul Bəyin hakimiyyətini qəbul etdilər.

12

 



                                                           

9

 Sumer, Oğuzlar, s. 81. 



10

 İbn əl-Əsir, əl-Kamil, IX/212; Sumer, Oğuzlar, s. 88-89. 

11

 İbn əl-Əsir, əl-Kamil, IX/161-163. 



12

 Sumer, Oğuzlar, s. 89. 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə