ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   2   3   4   5   6   7   8   9   ...   24

 

Toğrul  Bəyin  hakimiyyətini  qəbul  edən  oğuz  bəyləri  böyük  sultan 



tərəfindən  sevinclə  qarşılandı.  Toğrulun  əmriylə  Boğa  və  Anasıoğlunun 

komandasındakı  10.000  nəfərlik  ordu  Amidə  göndərilmiş  və  burasını  iqta  olaraq 

onlara verilmişdir. Ancaq Amidə gələn kimi ətrafı talan etməyə başlayan Boğa ilə 

Anasıoğlu bir gecə sərxoş ikən öz aralarında mübahisə etdilər. Çıxan mübahisədə 

bəylər bir-birlərini yaralayıb öldürdülər. Digər iki oğuz bəyi Göy Daş və Mənsurun 

Azərbaycandan  sonra  başlarına  nələrin  gəldiyi  bilinməməkdədir.  Beləcə,  Arslan 

Yabgu  tərəfdarları  olan  və  qaynaqlarda  İraq  türkmənləri  olaraq  adlandırılan  bu 

oğuz bəylərinin taleyi belə nöqtələndi.

13

 

Oğuzların Azərbaycandakı ilk fəthindən Toğrul Bəyin bu ölkəyə gəlməsinə 



qədər bölgədə diqqəti çəkən hər hansı bir oğuz fəaliyyəti olmamışdır.  İbn əl-Əsir, 

Toğrul  Bəyin  Azərbaycana  səfəri  ərəfəsində  ölkədəki  vəziyyəti  belə  izah  edir: 

"Hicri 446-cı ildə (1054/55) Toğrul Bəy Azərbaycana hərəkət edərək Təbrizə gəldi. 

O  vaxt  Təbrizin  hakimi  olan  Əmir  Əbu  Mənsur  Vəhsudan  ibn  Məhəmməd 

Rəvvadi,  Toğrul  Bəyə  tabe  olduğunu  bildirdi,  adına  xütbə  oxutdurdu  və  sikkələr 

üzərində  zərb  etdirdi  və  hədiyyələr  göndərərək  qəlbini  ələ  aldı  və  oğlunu  girov 

olaraq  onun  yanına  göndərdi".

14

  Beləcə,  Toğrul  Bəy,  qədim  türk  yurdu 



Azərbaycana sahib oldu və bu ölkə oğuz-türkmənlərin Xorasandan sonra ən böyük 

sığınacağı və mərkəzi halına gəldi. 

Azərbaycan  hakimləri  öz  hakimiyyətlərini  qorumaqla  Səlcuqlulara  tabe 

olmağı qəbul etdilər. Səlcuqluların Azərbaycanda ən yaxın müttəfiqləri Rəvvadilər 

idilər.  Toğrul  Bəylə  Təbrizdə  görüşündən  bir  müddət  sonra  vəfat  edən  Rəvvadi 

Vəhsudanın  yerinə  Səlcuqlu  sultanı  onun  oğlu  Məmlanın  keçməsini  istəmişdir.

15

 

İbn  əl-Əsirə  görə,  "Hicri  450-ci  ildə  (1058/59)  Toğrul  Bəy,  Vəhsudan  ibn 



Məhəmmədin  oğlu  Məmlanı  atasının  ölkəsi  Azərbaycana  hakim  təyin  etdi".

16

 



Ancaq 1060-cı ildə Toğrul Bəy Təbriz şəhərini mühasirəyə almışdır. Bunun səbəbi 

dəqiq  bilinməsə  də  hər  halda  Məmlan  Səlcuqlulara  itaətsizlik  etmişdir.

17

 

M.Şəriflinin  görüşünə  görə,  Rəvvadi  Məmlan  Səlcuqluların  boyunduruğu  altında 



yaşamağa yanaşmırdı.

18

 Dörd ay davam edən mühasirədən sonra Toğrul Bəy şəhər 



hakimləri  ilə  bir  müqavilə  bağlayaraq  geri  çəkilmişdir.  Bu  müqavilə  nəticəsində 

Toğrul  Bəy  Təbriz  vergisinin  bir  miqdarını  və  Məmlanın  oğlunu  özü  ilə 

aparmışdır.  Görünün  Rəvvadilərin  müstəqillik  hissləri  yenidən  ortaya  çıxmış  və 

buna görə də Sultan Alparslan onların şıltaqlıqlarına artıq təhəmmül edə bilməyib 

                                                           

13

 İbn əl-Əzraqdan nəql edən Sumer, Oğuzlar, s. 89; Ayrıca, İraq oğuzlarının Anadoludakı fəaliyyətləri 



üçün bax. Yınanç M. H, Türkiye Tarihi, Selçııklular Devri, Anadolu'nun Fethi, İstanbul 1944, s. 39-44.  

14

 İbn əl-Əsir, əl-Kamil, IX/223.  



15

 Şərifli, Azərbaycan feodal dövlətləri, s. 247. 

16

 İbn əl-Əsir, əl-Kamil, IX/224. 



17

 Cahen C, L'evolution de L'ıqta du IX-e au XIII-e Siecles Annales, 1953, t. VIII, s. I. 

18

 Şerifli, Azərbaycan feodal dövlətləri, s. 237. 



 


 

1065-ci  ildə  Təbrizə  gələrək  Məmlanın  hakimiyyətinə  son  vermiş  və  bir  oğuz 



bəyini Azərbaycan hakimi təyin etmişdir.

19

 



Səlcuqlular  Toğrul  Bəy  dövründə  Azərbaycanın  tamamına  sahib  oldular. 

Ancaq türkmən-oğuzların Azərbaycanı özləri üçün əsas mərkəz halına gətirmələri 

Sultan Alparslan dövründə, xüsusilə də Malazgird müharibəsindən sonra olmuşdur. 

Alparslan  zamanında  Aran  və  Azərbaycanın  türkmən-oğuzlarının  yaşadıqları  və 

toplaşdıqları yer olduğuna qaynaqlar şahidlik etməkdədir. 

Azərbaycana ilk yerləşən Səlcuqlu oğuzları  Nəvakiyyə adı verilən bir qrup 

olmuşdur.  Bunların  doğru  adının  yavegiyyə,  bir  ehtimala  görə  "qaçaqlar",  başqa 

bir  görüşə  görə  isə  "yıvalar"  olduğu  dilə  gətirilmişdir.  Göy  Daş,  Mənsur  və 

Dananın  əmrindəki  oğuz  kütləsinin  böyük  bir  hissəsinin  bunların  təşkil  etdiyi 

bilinməkdədir.  Bunlar  daha  çox  Azərbaycanın  qərbi  istiqamətində  və  otlaq 

sahələrdə  (Qarabağ,  Zəngəzur)  özlərinə  yurdlar  qurmuş  və  Bizans  torpaqlarına, 

əslində  xristianlığı  qəbul  edib  qriqoryan  məzhəbli  qədim  türklərin  ölkəsi 

Ərməniyyəyə hücumlar etməyə başlamışdılar. Sultan Alparslan dövründə bunların 

başında Ər Barsqan (hər halda Qaraxanlı Barsqan boyundan) adlı bir bəy dururdu. 

O,  Alparslanın  kürəkəni  idi.  Ancaq  onun  sultanla  arası  dəyincə  Ər  Barsqan  əvvəl 

Bizansa  qaçdı,  sonra  isə  Suriya  tərəflərinə  getdi.  Nəvakiyyə  oğuzlarının  əsas 

hissəsi  isə  Azərbaycanda  yerləşərək  Səlcuqluların  Anadolu  fəthində  böyük  rol 

oynadılar.

20

 

Azərbaycanda  yerləşmiş ikinci böyük oğuz  qüvvəsi Əbül-Fidanın əsərində 



rast  gəldiyimiz  Gəncəviyyə  türkmənləri  olmuşdur.

21

  "Gəncəviyyə"  adı  Aranda  və 



indiki  Ermənistanın  şimali-şərqində  yaşayan  oğuz-türkmənlərin  ümumi  adı  hesab 

edilir. Azərbaycan və Arandakı Səlcuqlu əmirliyinin əsas ordusunu bunların təşkil 

etdiyi  məlumdur.  Bizansa  və  Gürcüstandakı  qıpçaqlara  qarşı  uzun  müddət 

mübarizə  aparan  Gəncəviyyə  türkmənlərinin  Aranda  geniş  ərazilərə  sahib 

olduqlarına şübhə yoxdur. Bunların döyüşkən və hərbi cəhətdən bacarıqlı olduğuna 

1255-ci  ildə  Türkiyə  Səlcuqlu  hakimiyyəti  uğrunda  mübarizədə  İzzəddin 

Keykavusun  Rüknəddin  Qılınc  Arslana  qarşı  təşkil  etdiyi  ordu  dəstələri  arasında 

"Gəncə  türkmənlərinin"  yer  alması  da  sübut  edir.

22

  Gəncəviyyə  türkmənlərinin 



1258-ci  ildə  Hüləgü  Xanın  Azərbaycana  gəlməsi  üzərinə  "arvad  və  uşaqları  ilə 

birlikdə" Aranı tərk edərək Anadoluya və buradan da Məmlüklü ölkəsinə (Suriya 

və  Misirə)  köç  etdikləri  xəbər  verilməkdədir.

23

  Belə  məlum  olur  ki,  Səlcuqlular 



dövründə mərkəzi Gəncə olmaqla Aranda yerləşən Gəncəviyyə türkmənlərinin əsas 

                                                           

19

  Minorskyə  görə,  Alparslan  1071-ci  ildə  Kiçik  Asiyada  Bizansı  məğlub  etdikdən  sonra  Məmlanın 



uşaqlarını da həbs etdirmişdir. Bax. Şeddadiler, s. 160. 

20

 Sumer, Oğuzlar, s. 114; 



21

 Ebu'1-Fida, el-Muhtasar fi Ahbari'l-Bəşər, İstanbul 1286, c. IV, s. 84. 

22

 İbn Bibi, el-Evamirü'l, s. 618. 



23

 Ebu'1-Fida, IV, s. 84. 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə