ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   16   17   18   19   20   21   22   23   24

49 

 

gizləndi. Ancaq burada olarkən arvadı Məlikə Xatunun Cəlaləddin ilə evləndiyini 



eşidən Özbək bir neçə gün boyunca vaxtını içki içməklə keçirdi və böyük ehtimalla 

içki səbəbiylə girdiyi komadan ayılmayıb öldü. Mənbələr onun ölüm tarixini dəqiq 

verməsələr  də,  hər  halda  bu  hadisə  1225-ci  ilin  ikinci  yarısında  olmuşdur.

188


 

Atabəy  Özbəyin  ölümü,  Azərbaycan  Atabəyləri  Eldənizlilərin  hakimiyyətinin 

rəsmən sonu demək idi. Ondan sonra Eldənizlilərin taxtına oğlu Xamuş çıxsa da, 

onun hakimiyyətinin Naxçıvan xaricinə çıxmadığı məlumdur. Xamuş haqqında çox 

az  məlumat  vardır.  Onun  1230-cu  ildə  ismaililərin  yanına  getdiyi  və  Eldənizlər 

sülaləsinə son verildiyi xəbər verilir.

189

 

Eldənizlərin  əlindəki  bütün  torpaqları  əlinə  keçirən  Xarəzmşah  Cəlaləddin 



Manqburnu  fəaliyyətlərini  1231-ci  ilə  qədər  davam  etdirmiş,  28  ramazan  627-ci 

ildə (10 avqust 1230) meydana gələn Yassı Çəmən döyüşündə Türkiyə Səlcuqluları 

və  Əyyubilərin  birləşmiş  orduları  tərəfindən  məğlub  edilərək  bütün  ordusunu 

itirdikdən  sonra  monqolların  ikinci  səfəri  qarşısında  heç  bir  fəallıq  göstərə 

bilməyib  qaçdığı  Anadoluda  1231-ci  ilin  avqustun  ortalarında  köçərilərdən  biri 

tərəfindən öldürülmüşdür. 

 

Eldənizlər dövrünün mədəni həyatı 

 

Eldənizli  Atabəylərinin  100  ilə  yaxın  hakimiyyət  dövründə  Azərbaycan 



siyasi,  iqtisadi  və  mədəni  cəhətdən  intibah  dövrü  keçirmişdir.  Eldənizlilərin  İraq 

Səlcuqlu idarəsini də əllərinə keçirməsiylə Böyük Səlcuqlu coğrafiyasının mərkəzi 

ölkəsi  halına  gələn  Azərbaycan  Yaxın  və  Orta  Şərqin  ən  pərəstişli  ölkəsi  hesab 

edilirdi.  Bu  dövrdə  Gəncə,  Naxçıvan,  Beyləqan,  Ərdəbil,  Təbriz,  Marağa  yüz 

minlərlə əhalisi olan dövrün "metropol" şəhərləri idilər. Bu şəhərlər sadəcə, ticari 

cəhətdən deyil, mədəni və memari cəhətdən də diqqət mərkəzində idilər. 

Bu dövrü böyük tədqiqatçılarından  Z.Bünyadov "Səlcuqlu  sultanları, eləcə 

də sonralar onları əvəz edən Atabəylər qəbilə quruluşunu mühafizə edən və yazısız 

türk dillərində danışan köçərilərin nümayəndələri idilər"

190


 şəklindəki ifadəsi doğru 

deyildir.  Hər  şeydən  əvvəl  Qaşqarlı  Mahmudun  məşhur  əsəri  "Divan  Lüqət-it-



Türk"  adlı  əsəri  Böyük  Səlcuqlular  dövründə  Bağdadda  yazılmışdır.  Ayrıca  bu 

dövrə  aid  Orta  Asiyada  Qaraxanlı  və  Xarəzm  türk  ləhcələrində  xeyli  əsər 

günümüzə qədər gəlib çatmışdır. Buna görə "Səlcuqlu və Atabəylərin yazısız türk 

dilində"  danışması  haqqındakı  görüşlər  doğru  olmadığı  kimi,  Səlcuqlu  boylarının 

iyerarxiyasını "qəbiləçiliklə" ittiham etmək də böyük bir səhvdir. Ayrıca bu dövrdə 

                                                           

188

  İbn  əl-Əsir,  əl-Kamil,  IX,  s.  360;  en-Nasevi,  Jizneopisanie,  s.  164;  Bünyadov,  Azərbaycan 



Atabəyləri, s. 125. 

189


  Bünyadov,  Azərbaycan  Atabəyləri,  s.  125-126-da  Eldənizlilərin  axırıncı  nümayəndəsinin  Xamuşun 

oğlu Nüsrətəddin olduğu qeyd edilir. 

190

 Eyni əsər, s. 222. 



 


50 

 

farsca  yazan  şairlərin  türk  dilində  yazmadıqlarını  iddia  etmək  də  doğru  deyildir. 



Nizami  Gəncəvinin  əsərlərindən  "Leyla  və  Məcnun"da  diqqətçəkici  bir  məlumat 

vardır.  Orada  Nizami  əsərlərini  türk  dilində  yazmaq  istədiyindən,  ancaq  Şirvan 

sarayının bu dili xor gördüyündən şikayət etməkdədir. Ayrıca Nizaminin türk əsilli 

bir şair olduğu da onun öz şeirlərindən məlumdur. Misal üçün, əsərlərinin birində 

belə deyir: 

Farscası: 



Pedər mər pedər məra Tork bud, Dər niru hər yek yeki gorg bud. 

Türkcəsi: 



Mənim atalarım və babalarım türkdür. Hər biri gücdə sanki bir qurddur.

191

 

Şirvanşahlar  sarayında  bu  dövrdə  şairlər  topluluğu  meydana  gəlmiş  və 



bunlar  özlərinə  məxsus  bir  ekol  (məktəb)  təşkil  etmişdilər.  Daha  çox  qəsidə 

janrında  yazan  bu  şairlərin  başında  Gəncəli  Əbül-Üla  (öl.  1159)  dururdu.  Uzun 

illər  "məlikül-şüara"  vəzifəsini  icra  edən  Əbül-Ülanın  bir  başqa  xüsusiyyəti  də 

ətrafında  istedadlı  şairləri  toplamasıydı.  İzzəddin  Şirvani,  Əfzələddin  Xaqani, 

Fələki Şirvani, Mücirəddin Beyləqani və d. Bunlar arasında ən məşhuru Əfzələddin 

Bədil ibn Əli (1121-1199) idi. O özünə türk hökmdarlarının aldığı "xaqan" (kağan) 

ünvanına  uyğun  "Xaqani"  ləqəbini  almışdır.  Atası  Əli  xarrat  olan  Xaqani  ana 

tərəfdən  süryani idi.  Xaqanidə  görülən  xristian təsirləri ona  anasının təlqin etdiyi 

qeyd  edilir.

192


  Şəxsiyyət  olaraq  bir  az  şöhrətpərəst  olan  şairin  həyatı  ziqzaqlı 

keçmiş,  şirvanşahlarla  arası  pozulmuş  və  bunun  nəticəsində  də  bir  müddət 

həbsxanalarda  qalmışdır.  Şirvan  saray  mühitində  şairlər  arasında  da  davamlı 

rəqabətin  olması  onların  hökmdar  qarşısında  bir-birlərinə  iftira  atmasına  nədən 

olmuş və bu da bəzi şairlərin şah əliylə cəzalandırılmasıyla nəticələnmişdir. Xaqani 

də  bunun  çiləsini  çəkənlərdən  olmuşdur.  Zira  özü  də  bu  yola  baş  vurmuş,  ona 

müəllimlik edən Əbül-Ülanın şərlənməsində  rol oynamışdır. Xaqani dövrünün  və 

əslində  bütün  zamanların  ən  böyük  qəsidə  şairi  olaraq  məşhur  olmuşdur. 

Qəsidələrində şirvanşahlardan II Mənuçöhr və I Axsitan (Aksartan) xaricində İraq 

Səlcuqlu  sultanları  Məsud  və  III  Toğrula,  Eldənizli  atabəyi  Qızıl  Arslana  və 

Xarəzmşahlardan  Atsız  ilə  Təkişə  medhiyyələr  qoşmuşdur.  Məddah-şair 

vəzifəsinin icrası yanında Xaqaninin şeirlərində bədii təsvirlərin güclü olması, bəzi 

fəlsəfi analizlərə yer verməsi, xüsusilə də məşai fəlsəfəsinin yaxınlığı diqqət çəkir. 

Bəzən  də  ağır  və  ağdalı  bir  üslubun  işləndiyi  Xaqanidə  "şikayət-tənqid"  növü  də 

çox gözəl ifadə  edilmişdir. Bütün bunlara  rəğmən Xaqani  daha  cox bir "sərlövhə 

şairi" kimi yaddaşlarda qalmışdır. Bunu onun təmtəraqlı ifadələri, şəxs (hökmdar) 

mərkəzli təsvirçiliyi, bənzətmələrində bol miqdarda görülən tərifbazlığı açıq-aydın 

                                                           

191

 Burada keçən "qurd" sözünü sovet ədəbiyyatında "kürt" şəklində oxunmuşdur ki, bu səhvdir. 



192

  «Həbsdən  şikayət  və  azad  olması  üçün  Rum  qeysərindən  xahiş"  qəsidəsində  bunu  aydın  görürük. 

Maraqlı  olan,  Xaqaninin  bu  qəsidəsində  Hz.  İsa  haqqındakı  təsvirlərinin  islam  deyil,  xristian  dininə 

uyğun şəkildə verməsidir. 

 



51 

 

ortaya  qoymaqdadır.  Buna  rəğmən,  Xaqani,  Səlcuqlu  şairi  Muizzi  kimi  tam  bir 



məddah şairi olmamış, realist mövzulara da yer vermişdir.

193


 

Şirvan  sarayının  məşhur  şairlərindən  biri  də  Fələki  Şirvani  (1108/10  - 

1159/65)  olmuşdur.  III  Mənüçehr  dövrünün  şairlərindən  olan  Fələki,  Xaqaninin 

həmyaşıdı  və  eyni  mühitin  söz  ustadı  hesab  edilir.  Çox  az  əsərinin  dövrümüzə 

qədər  gəldiyi  bu  şairdə  də  peripatik  fəlsəfi  ənənənin  təsiri  özünü  büruzə 

verməkdədir.  Mədhiyyəçi  şairlərin  başında  gələn  Fələkidə  obrazçılıq,  ahəng  və 

təsvirçilik  qabiliyyətinin  çox  üstün  olduğu  özünü  ortaya  qoymaqdadır.  Mədhiyyə 

və  mədhiyyəçilik  haqqında  Azadə  Rüstəmovanın  yazdıqları  hələ  də  keçərlidir: 



"Mədhiyyə ədəbiyyatının uzun tarixi bir keçmişi vardır. Hələ ərəblərdə "cahiliyyə" 

dövründən, İranda Sasanilər zamanından mövcud olmuş bu janrın VII əsrdə Əxtəl, 

VIII əsrdə Əbu Təmmam, X əsrdə Mütənəbbi kimi ərəbdilli, XI əsrdə Orta Asiyada 

Samanilər  və  Qəznəvilər  sarayında  Ünsürü,  Əscədi,  Əsədi,  Fərruxi,  Mənuçehri 

kimi  farsdilli  nümayəndələri  məşhur  idi.  Mədhiyyəçilik  Yaxın  və  Orta  Şərqdə,  o 

cümlədən,  Azərbaycanda,  xüsusən  XI-XII  əsrlərdə  geniş  vüsət  tapmış,  saray 

şerinin vacib estetik kateqoriyasına çevrilmişdi. Hökmdarlar, əyalət əmirləri; hətta 

bu  və  ya  digər  feodal  sarayının  hakimi  sənətdən  öz  nüfuz  dairəsini  və  şöhrətini 

əbədiləşdirmək  üçün  bir  vasitə  kimi  istifadə  etməyə  çalışır,  saraylarında  məddah 

şairlər saxlayırdılar"

194

. Buna görə də dövrün saray şairlərinin məddah-şairi olması 



təsadüfi deyildir. Fələki də bu xüsusiyyətlərə sahib bir şair olmuşdur.

195


 

Fələki  nücum,  riyaziyyat,  xəttatlıq  və  ərəb  dilinin  gözəl  bilicisi  idi.  O  da 

Əbül-Üla,  Xaqani,  Beyləqani  kimi  şirvanşahların  zülmünə  uğramış  və  həyatının 

son illərini həbsxanada keçirmişdir. Fələkinin şeirlərinin bir digər əhəmiyyəti tarixi 

bir mətin xüsusiyyəti daşımasıdır.

196


 

Məlik  əş-Şüəra  Əbül-Məkarim  Mücirəddin  əl-Beyləqani  (öl.  1197/98) 

Xaqaninin  şagirdlərindən  olmuş  və  istedadlı  bir  şair  idi.  Bir  müddət  şirvanşahlar 

sarayında  yaşamış,  daha  sonra  Eldənizli  atabəylərinə  xidmət  etmişdir. 

Qəsidələrində də atabəyləri və İraq Səlcuqlu sultanlarını mədh etmişdir.

197


 

Sultan əl-füzəla ləqəbiylə anılan Əsirəddin Əbül-Fəzl Məhəmməd ibn Tahir 

əl-Axsikəti (öl. 1184?) əslən Orta Asiyalı bir türk olub Atabəylər sarayında xidmət 

etmişdir. Şeirlərində Xaqani təsiri özünü göstərməkdədir.

198


 

                                                           

193

 Xaqaninin külliyyatı üçün bax. Xaqani, Seçilmiş əsərləri, Tərtib edən: Məmmədağa Sultanov, Bakı 



1987; Onunla əlaqədar yazılmış ən yaxşı xarakteristika üçün bax. Bünyadov, Azərbaycan Atabəyləri, s. 

222-223. 

194

 Rüstəmova A., Fələki Şirvani, Bakı 1986, s. 31. 



195

  Fələki  haqqında  ən  yaxşı  tədqiqat  üçün  bax.  Falaki-i  Shirwani.  Divan,  edlited  by  Hadi  Hasan, 

London  1929;  Hadi  Hasan  M.,  Falaki-i  Shirwani  and  his  unique  diwan  in  Madras,  Islamic  Culture, 

April/1950. 

196

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 224. 



197

 Eyni yer. 

198

 Xaqani intiqam hissi ilə "poeziya karvanının qarətçisi" adlandırmışdır. Eyni yer. 




52 

 

Məlikül-kəlam  ünvanı  alan  Zahirəddin  Tahir  ibn  Məhəmməd  əl-Fəryabi 

(1160-1202)  Orta  Asiyanın  Faryab  şəhərindən  olub  Azərbaycan  Atabəylərindən 

Pəhləvanın,  Qızıl  Arslanın  və  Əbu  Bəkrin  xidmətində  olmuş  və  Təbrizdə  vəfat 

etmişdir.  Qəsidə  janrında  çoxlu  şeirlər  yazmış,  ələlxüsus  da  Xaqanini  təqlid 

etmişdir.

199

 

Azərbaycan Atabəyləri sarayında fəaliyyət göstərən və yazıb-yaradan şairlər 



arasında  Seyyid  Zülfüqar  Şirvani,  Qivami  Mütərrizi,  Fərrux  Şirvani,  Cövhəri, 

Yusif  Füzuli,  Kəmaləddin  Naxçıvani,  Seyyid  İzzəddin  əl-Ələvi  və  d.  adlarını 

çəkmək mümkündür.

200


 

Dövrün  heç  şübhəsiz  ən  məşhur  şairi  Nizami  təxəllüsü  ilə  bilinən  Gəncəli 

Əbu  Məhəmməd  İlyas  ibn  Yusif  ibn  Zəki  Müəyyəd  Nizami  (1140/1  -  1209/11) 

olmuşdur. Şərq ədəbiyyatında "xəmsə" (beşlik) adıyla məruf ədəbi silsilənin əsasını 

qoyan Nizami şirvanşahlar və atabəylər adına əsərlər yazmışdır. Onun bu səpkidə il 

əsəri  Məxzənül-əsrarı  (1178/79)  Ərzincan  hakimi  Fəxrəddin  Bəhramşah  ibn 

Davuda  (1162-1225),  Xosrov  və  Şirini  (1180/81)  III  Toğrul,  Cahan  Pəhləvan  və 

Qızıl  Arslana,  Leyla  və  Məcnunu  (1188)  Şirvanşah  I  Aksartana,  Yeddi  Gözəli 

(1197)  Marağa  hakimi  Körpə  Arslana,  İskəndərnaməni  (1196-1200)  isə  Əhər 

hakimi Nüsrətəddin Piştəginə ithaf etmişdir.

201

 

Z.Bünyadov  bu  dövrdə  fəaliyyət  göstərən  məşhur  alimlərin  siyahısını 



tutmuşdur. Bunların başında Fəxrəddin Əbülfəzl İsmail ibn əl-Müsənna ət-Təbrizi 

(öl. 1185) durmaqdadır. Nizamiyyə mədrəsəsində təhsil alan bu alimin günümüzə 

qədər  gəlib  çatmayan  "Tarix-i  Azərbaycan"  adlı  bir  əsər  yazmışdır.  Bu  qiymətli 

əsərin bizə qədər gəlib çatmaması böyük bir talesizlik hesab edilməlidir.

202

 

Əbülfəzl  Mahmud  ibn  Əhməd  ibn  Məhəmməd  əl-Ərdəbili  (öl.  1228)  adlı 



məşhur alim Nizamiyyə və Kəmaliyyə mədrəsələrində dərslər vermişdir.

203


 

Əbdülxalıq ibn Əbülməali ibn Məhəmməd əl-Arrani (öl.  1236) Aran əsilli 

bir alim olub, Mosul və Axlatda fiqh sahəsində dərslər vermişdir.

204


 

Əz-Zəki ibn əl-Hüseyn ibn Ömər əl-Beyləqani (öl. 1277) məşhur fiqh alimi 

olmuş,  eyni  zamanda  da  ticarətlə  həyatını  keçindirmişdir.  Beyləqanlı  alim, 

monqolların hücumu üzərinə ölkəsini tərk edərək İraqa, oradan da Ədenə getmiş və 

orada vəfat etmişdir.

205


 

Əminəddin  Müzəffər  ibn  Əbu  Məhəmməd  ibn  İsmail  ibn  Əli  ət-Təbrizi 

(1163-1225) adlı Təbrizli alim dövrünün məşhur fiqh bilginlərindən olmuş, əvvəlcə 

Nizamiyyə  mədrəsəsində,  daha  sonra  isə  Qahirənin  ən-Nasiriyyə  mədrəsəsində 

müəllimlik etmişdir. Fiqh  sahəsində  bəzi ictihadlar edən alimin üç  cildlik  Saktül-

                                                           

199

 Eyni əsər, s. 224-225. 



200

 Eyni əsər, s. 225. 

201

 Eyni əsər, s. 225-226. 



202

 Eyni əsər, s. 230. 

203

 Eyni yer. 



204

 Eyni əsər, s. 230-231. 

205

 Eyni əsər, s.231.  




53 

 

fəvaid  və  ər-Razinin  əl-Vəcizinin  xülasəsi  olan  əl-Müxtəsər  əsərləri  vardır. 

Ömrünün  axırlarını  Şirazda  keçirən  alim,  burada  da  Salqurlu  Atabəylərinin 

hörmətini görmüşdür

206

 

Tacəddin Əbülfəzail Məhəmməd ibn əl-Hüseyn ibn Abdullah əl-Urməvi (öl. 



1225)  adlı  Urmiyəli  alim  Fəxrəddin  ər-Razinin  tələbəsi  olmuş  və  Nizamiyyə 

mədrəsəsində  müəllimlik  etmişdir.  Onun  əl-Hasil  adlı  əsərinin  əlyazması  bu  gün 

Paris Millət Kitabxanasının Şərq Yazmaları fondunda saxlanılmaqdadır.

207


 

Umadətəddin  Əbu  Mənsur  Məhəmməd  ibn  Əsəd  ibn  Məhəmməd  ibn 

İmadəddin Əbdülhəmid ibn Məhəmməd ət-Təbrizi (1093-1178) dövrünün məşhur 

alimlərindən olub Nizamiyyədə dərslər vermişdir. Bu alim məşhur islam alimi əl-

Qazzalinin də müəllimi olmuşdur.

208


 

Əbu Hifz Ömər ibn Osman ibn Şüəyb əl-Cənzi (öl. 1160) adıyla tanınan bu 

alim  ixtisasca  ədəbiyyatçı  olmuşdur.  Nizamiyyə  mədrəsəsində  və  Həmədanda 

dərslər vermiş və həyatının son günlərini Mərvdə keçirmişdir.

209

 

Əbülfəzl  İsmail  ibn  Əli  ibn  İbrahim  əl-Cənzəvi  (öl.  1192)  Azərbaycanın 



Cənzə  şəhərindən  olan  bu  fiqh  alimi  uzun  müddət  Dəməşq  şəhərinin  baş  qazısı 

olmuşdur.

210

 

Xəttat ibn Asim ibn Bəkran Əbülfəzl ən-Naxçıvani Gəncənin Dar əl-Kütub 



(kitabxana) sahibi işləmişdir.

211


 

Adları  keçilən  dövrünün  bu  məşhur  alimləri  xaricində  Şəmsəddin  ət-

Təbrizinin (öl. 1247) adı xüsusilə qeyd edilməlidir. Məşhur dərviş və sufi olan bu 

alim  Şəms  Təbrizi  adıyla  tanınmış  və  Mövlana  Cəlaləddin  Ruminin  xacəsi 

olmuşdur.  Rəvayətə  görə,  Mövlananın  oğlu  tərəfindən  hazırlanan  bir  sui-qəsdə 

qurban getmişdir.

212

 

Fiqh alimi Şeyx Əbu Hamid əl-Urməvi, məşhur qazı Şəmsəddin əl-Hüviyyi 



(öl.  1242),  Nizamiyyə  mədrəsəsi  müəllimi  Qivaməddin  Əbu  Nəsr  Yunis  ibn 

Mənsur  ibn  İbrahim  əş-Şirvani  (öl.  1258),  əl-Atabəkiyyə  mədrəsəsi  müdərrisi 

Kəmaləddin  Əbu  Abdullah  Əbu  Məhəmməd  ibn  İmadəddin  Əbdülhəmid  ibn 

Məhəmməd Əli ibn Məhəmməd Əbu Musa ət-Təbrizi (öl. 1230/31) və digərləri də 

Azərbaycan  Atabəyləri  Eldənizlər  dövrünün  tanınmış  simaları  arasında  qeyd 

edilirlər.

213

 

 



 

                                                           

206

 Eyni yer. 



207

 Eyni yer. 

208

 Eyni yer. 



209

 Eyni yer. 

210

 Eyni yer. 



211

 Eyni yer. 

212

 Eyni əsər, s. 232. 



213

 Eyni yer. 




54 

 

 



 

MÜNDƏRİCAT

 

 

Azərbaycan Atabəyləri Eldənizlər ............................................................................ 3 



Azərbaycanda Səlcuqlu hakimiyyəti ........................................................................ 4 

Gürcüstanda qıpçaq hakimiyyəti ............................................................................ 14 

Eldənizlərin ortaya çıxması .................................................................................... 21 

Eldənizlərin çiçəklənməsi və inkişafı ..................................................................... 25 

Eldənizlərin süqutu ................................................................................................. 39 

Eldənizlər dövrünün mədəni həyatı ........................................................................ 49 

 

 

 

 



 


55 

 

 



 

Əkbər N.Nəcəf. 

 

 

SƏLCUQLU DÖVLƏTLƏRİ VƏ ATABƏYLƏRİ TARİXİ 

(Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər). 

 

 

 

 

 

NAŞİR: ġahbaz XUDUOĞLU 



KOMPYUTER TƏRTİBATI: Sahib QƏNĠYEV 

KORREKTOR: Ceyran ABBASOVA 

 

 

 

 

 

Çapa imzalanmışdır: 07.01.2010 

Formatı 70x100 1/16. Fiziki ç/v 47,25. 

Sifarişli. Tirajı 300. 

 

 

 



 

 

QANUN NƏŞRİYYATI 



Bakı, AZ 1102, 

Tbilisi pros., II Alatava 9. 

Tel: 431-16-62; 493-84-30; 

431-38-18 

E-mail: xuduoglu@gmail.com 

Web: qanun.az 

 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə