ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   2   3   4   5   6   7   8   9   10   ...   24

15 

 

üçün  coğrafi-qəbiləvi  mənsubiyyət  mənasında  "Kartli",  "İmeret"  "Kaxeti", 



"Meqreli"  kimi  adlar  işlətmişdilər.  Buna  rəğmən  orta  əsrlərdə  gürcü  adını  Acar-

Batumdakı müsəlman xalqları özləri üçün işlətmişdilər. Gürcü adının ümumiləşmiş 

etnik bir mənaya sahib olması XVIII əsrdə Rusiyanın təsiri ilə olmuş və ümumi bir 

etnocoğrafiya Gürcüstan adı ortaya çıxarılmışdır.

45

 

Səlcuqlu  hücumları  ərəfəsində  indiki  Gürcüstanın  siyasi  mənzərəsi  çox 



qarışıqdır.  Mənşəyi  dəqiq  olaraq  bilinməyən  (yəhudi  olduqları)

46

  Baqratlıların 



(Baqratuni)  burada  çoxlu  sülalə  qolları  mövcud  idi.

47

  Mərkəzi  Ani  olan  və 



qriqoryanlıq  məzhəbini  mənimsəmiş  Ani  Baqratlıları  Krallığı  (961-1045), 

Tbilisinin  qərbində  Oltu,  Gölə,  Ərdahan  və  Çıldırda  Ortodoks  Baqratlıları  (899-

1064/68),  Borçalı  ərazisində  isə  Taşir  Baqratlıları  (982-1185)  indiki  Kars 

bölgəsində  qriqoryanlığı  mənimsəmiş  Vanand-Baqratlı  Krallığı  (962-1064), 



Ardanuç Baqratlı sülalələri eyni kökdən gəlirdilər. Tbilisidə ərəb mənşəli Cəfərilər 

(912-1068), Divin və Gəncədə Şəddadilər (951-1088) hökm sürürdülər. İşquzlarla, 

xüsusilə  də  m.ə.  IV  əsrdə  buraya  kütlələr  halında  gəlib  yerləşmiş  türklər,  aradan 

keçən min illik dövrdə  xristianlaşmış və öz dini,  milli və etnik mənsubiyyətlərini 

                                                           

45

 Bax. Kırzıoğlu, Kıpçaklar, s. 189, n. 2. 



46

  Yəhudilərin  Gürcüstan  və  Şərqi  Anadoluya  gəlməsi  haqqında  gürcü  mənbələrində  belə  deyilir:  "Bu 

zamanlarda  (Babil)  kralı  Nabuxodnozor  Qüdsü  işğal  etmiş  olduğundan  Kartliyə  gələn  (yəhudi) 

qaçqınlar, Mtzheta mamasahlisinə müraciət edib illik vergi müqabilində bir ərazi istədilər. Mamasahlis, 

Zanav  çayı  ətrafında  Araqvi  yaxınlığında  onlara  illik  vergi  müqabilində  torpaqlar  verdi.  Burası  da 

(onlardan alınan) vergiyə görə indi də Xarc adını daşıyır" (Gürcistan Tarihi (Eski çağlardan 1212 yılına 



kadar), Haz. M. F. Brosset, Türkçe yay haz: E. Merçil, Ankara 2003, s. 14). Bu hadisə m.ə. 586-cı ildə 

olmuşdur. Burada "Harc", gürcücə "harci" - vergi sözüylə eyniləşdirilir. Ancaq "harc" sami mənşəli bir 

kəlmə  olub,  ərəbcə  "'xərac"  sözü  də  buradan  gəlir.  Bu  söz  yəhudilər  vasitəsilə  sami  dillərində  gürcü 

dilinə keçmişdir. 

47

  Baqratlıların  yəhudi  və  türk  olduqları  məsələsi  dəqiq  deyildir.  Gürcü  qaynaqlarında  Baqratlılar 



yəhudilərlə  (Davud  və  Süleyman  peyğəmbərlərlə)  əlaqələndirilir.  Ancaq  bu  məlumat  şübhəli  də  ola 

bilir.  Gürcü  mənbələrin  Baqratlıların  ulu  babası  olaraq  göstərdikləri  Quaram,  qrabarca  mənbələrdə 

Qomar  olaraq  keçir.  Yenə  gürcü  qaynaqlarında  bu  şəxsin  atasının  "Xosrov  sülaləsindən"  olduğu 

yazılmaqdadır.  Ancaq  Qomarın  Kimmerlərlə  də  yaxınlığı  diqqət  çəkir.  Bu  görüşləri  təhlil  edən  və 



Samtzhe  tarixinin  girişində  izah  edən  Wakhouchta  görə,  Quram  adlı  şəxs,  34-cü  kral  Daçinin  qardaşı 

Mirdatın bacıyla  evlənmiş  və bundan da  Baqrat adlı  bir  oğlan dünyaya  gəlmişdir.  Baqratlılar  sülaləsi 

adını  buradan  almışdır.  Quaram  öz  ana  tərəfdən  Qurqaslan  sülaləsindən  idi.  Ancaq  bu  mülahizələrin 

doğru  olub-olmadığı  bilinmir.  Üstəlik  bu  məlumatlarda  qeyri-dəqiqlik  də  diqqəti  çəkir.  Misal  üçün, 

müəllifın  "kral  Daçinin  qardaşı  Mirdatın  bacısı"nın  eyni  zamanda  kral  Daçinin  də  bacısı  olacağını 

problemli  bir  ifadə  halına  gətirməsini  başa  düşmək  mümkün  deyildir.  Ayrıca,  "Qurqaslan"  adı  gürcü 

dilinə keçmiş türkcə bir ada  (qorq-aslan//qurd arslan) olaraq izah edilə bilər. Məsələ burasındadır ki, 

gürcü  mənbələrində  Quram,  Peyğəmbər  Süleymanın  7  oğlundan  biri  olaraq  göstərilmişdir.  Bunlar: 

Baqrat,  Abqavar,  Moabal,  Quaram,  Saak,  Asam  və  Varzavar  idi.  Bunlardan  dördü,  əsir  yəhudilərlə 

birlikdə  Fələstini  tərk  edib  Gürcüstana  gəlmişdilər.  Ancaq  burada  da  dolaşıqlıq  vardır.  Zira,  Qüdsün 

assurlar  tərəfindən işğalı  ilə  Süleymanın  iddia  edilən  yeddi  oğlu  arasında uzun bir  tarixi dövr  vardır. 

Kartli  Tarixinin  bir  başqa  əlyazmasında  isə,  Süleymanın  Gürcüstana  gələn  dörd  oğlundan  Quaramın 

burada  eristav  vəzifəsinə  gəldiyi  və  Baqratlıların  ulu  babasının  da  bu  şəxs  olduğu  deyilir.  Ancaq  bu 

əfsanəvi məlumatlar ibrani mənbələri tərəfindən təsdiq edilmir. Bax. Gürcistan Tarihi, s. 182-184. 

 



16 

 

itirmişdilər. Misal üçün, Ançabadze sülaləsi əslində Anç-Aba-oğlu olub, xanədanın 



qurucusu  I  Levan  (744-789),  Xəzər  Xaqanının  kürəkəni  idi.  O,  Abxaziyanın 

eristavı  (valisi)  ikən  qayınatasının  köməyi  ilə  özünü  mepe  (kral)  elan  etmiş  və 

Meqrel,  İmeret  və  Eger  (Gurel-Acara)  ölkələrini  əlinə  keçirmişdir.  Xəzərlərin 

köməyi ilə ərəb hücumlarının qarşısını almış və paytaxt olaraq Kutaisini seçmişdir. 

Onun  nəvəsi  I  Georgi  (845-877)  Kartli  ölkəsini  də  dövlətinə  qatmışdır. 

Doqquzuncu  Ançabadze  hökmdarı  II  Georgiyə  (921-955)  qədər  parlaq  bir  dövr 

keçirən  krallıq  dini  cəhətdən  ortodoks  xristianlığını  qəbul  etmişdilər.  Xristian 

olmaları  səbəbi  ilə  Bizansın  dini  təsirində  olan  Ançabadze  sülaləsinin  son 

nümayəndəsi II Teodos (979-985) varis buraxmadan ölmüşdür. Atası II Georgi qızı 

Guran-Dukhtı

48

  Ardanuç  Baqratlıların  hökmdarı  Gürgenlə  (994-1008-cü  illərdə 



kral  olmuşdur)  evləndirmişdir.  Buna  görə,  qardaşı  Ançabadzeli  II  Teodos 

öldüyündə  Gürgen  ilə  Guran-Dukhtın  izdivacından  anadan  olan  Baqaratlı  III 

Baqrat  adıyla  Ançabadze  taxtına  oturdular.  O,  "Abxaz  kralı"  ünvanını  aldı.  III 

Baqrat, atası II Teodos 1008-ci ildə vəfat edincə Ardanuç-Baqratlı ölkəsini də əlinə 

keçirdi.  O,  bu  minvalla  "İber  (Kartli)  kralı"  ünvanına  da  sahib  oldu.  1000-ci  ildə 

isə o, Bizansdan curopalates ünvanını almış və hakimiyyətini məşhurlaşdırmışdır. 

Beləcə, III Baqrat dövründə bu bölgədə mərkəzi bir idarə qurulmuşdur. Abxazya-

Kartli  (yəni  gürcü)  krallığı  adını  daşıyan  bu  dölvətin  mənşəcə  türk  əsilli 

Ançabaoğullarına dayandığı beləcə ortaya çıxmaqdadır.

49

 



III  Baqrat  1014-cü  ildə  vəfat  edərkən  yerinə  18  yaşındakı  oğlu  I  Georgi 

(1014-1027)  "Abxaz  və  İber  kralı"  ünvanıyla  keçdi.  O,  uzun  illər  Tayk  (Oltu-

Yusufeli)  ərazisini  ələ  keçirmək  üstündə  Bizansla  müharibələr  aparan  Bizans 

imperatoru  II  Basilə  Çıldır  çölündə  (Palakatzis)  1021-ci  ildə  məğlub  olmuşdur. 

Onun  ölümü  ilə  Kutaisi  taxtına  9  yaşındakı  oğlu  IV  Baqrat  (1027-1072)  çıxdı. 

Onun  dövründə  Səlcuqluların  ortaya  çıxması  ilə  Abxaz-Kartli  krallığı  ilə  Bizans 

arasında  sülh  bağlandı.  IV  Baqratın  anası  Kraliçə  Məryəm  1032-ci  ildə 

Konistantinopola  (İstanbul)  gəlib,  diplomatik  oyunları  sayəsində  həm  Tayk 

ərazisini,  həm  də  III  Romanos  Argyrosun  qızı  gözəl  Helenanı  gəlin  olaraq  öz 

oğluna almışdır. Bizansın məqsədi bu şəkildə Abxaz-Kartli krallığını Səlcuqluların 

                                                           

48

 Gürcücəyə tərcümə edildiyi başa düşülən bu ad əsli türkcə  "Kuzən xatun"dur. Kuzən, Gürcü dilində 



"Guran"  şəklində,  "xatun"  isə  pəhləvicədən  keçmiş  "doxtə"  (dukht)  şəklində  ifadə  edilmişdir.  Gürcü 

qaynaqlarında  türk  dilində  olan  adların  çoxu  bu  şəkildə  ya  dəyişdirilmiş,  ya  da  tərcümə  edilərək 

yazılmışdır.  Misal  üçün,  sülalə  və  boy  adları:  Anç-Aba  oğlu=Ançabadze,  Qoluuzun-

oğlu=Mexarqrdzelidze,  Arsaqlı=Artok'es,  Afşar/Əfşar=Apsar'os,  Yazır  və  ya  Yazqır  =Askur'os, 

Döyər/Dögər=Tukhar vəd. 

49

  Bax.  Histoire  de  la  Georgie  depuis  L'antiquite  jusqu'au  XlXeme  siecle,  SPb.  1849-1856,  t.  I—II 



(Gürcücə  qaynaqların  külliyatı),  M.  Brosset;  Türkcə  tər  bax.  Gürcistan  Tarixi,  s.  259-261,  294,  301-

303, 305-307; Allen W.D.E., History of the Georgian People, London 1932, s. 49, 81-84, 89.  

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə