ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

17 

 

qarşısına çıxartmaq idi. O, uzun hakimiyyəti boyunca Səlcuqlularla barışmamış və 



onlara böyük çətinliklər törətmişdir.

50

 



1072-ci  ildə  IV  Baqrat  vəfat  etmiş,  Abxaz-Kartli  taxtına  II  Georgi  (1072-

1089)  çıxmışdır.  Ancaq  ona  qədər  Səlcuqlular  artıq  Faç/Ryon  ətrafını  və  Qara 

dənizin  sahil  hissələrini  əllərinə  keçirmiş,  İmeret,  Megrel,  Suvanet  və  Abxazeti 

xarac  verməyə  məcbur  etmişdilər.  II  Georgi,  Səlcuqlularla  sülh  bağlayıb  vassal 

asılılığını qəbul etmiş  və  illik xərac verməyə  başlamışdır.  Onun ölümü  ilə  yerinə 

keçən  tək  oğlu  IV  David  (1089-1125)  bir  müddət  Səlcuqlulara  olan  bağlılığını 

qorudu.  IV  David  dövründə  Abxaz-Kartli  krallığı  yerli  və  köklü  ailələr  qəbul 

edilən eristavların əlində idi. Bu eristavlar dili, ləhcəsi ayrı fərqli etnik qruplardan 

meydana  gəlmiş  sadəcə,  illik  bir  miqdar  vergi  verməklə  krala  olan  sədaqətlərini 

ifadə  edirdilər.  Davidin,  onlar  üzərində  krallıq  hüququnu  tam  bərpa  etməsi  üçün 

güclü  və  daimi  bir  orduya  ehtiyac  vardı.  Bu  ordu  eyni  zamanda  onu  Səlcuqlara 

qarşı  da  qorumalı  idi.  Bu  güc  Aral  dənizinin  şimalından  bütün  Şimali  Qafqaz  və 

Qara dənizi əllərində tutan şaman olduqları üçün Səlcuqlu oğuzları ilə düşmən olan 

qıpçaqlar  olacaqdı.  İstanbul  qapılarına  qədər  gəlib  Bizansı  qorxudan  peçeneqlerə 

qarşı 40 minlik Kuman-Qıpçaq ordusunun köməyi sayəsində 29 aprel  1091-ci ildə 

Levunion  müharibəsində  imperator  Aleksi  Komnenosun  qazandığı  zəfər  Abxaz-

Kartli  kralını  qıpçaqlar  ilə dostluğa  vadar  etdi.  IV  David  əvvəlcə  1096/98-ci  ildə 

qıpçaq hökmdarı Şara xanın oğlu Atraqın gözəl qızı Guran-Dukht (Kuzən Xatun) 

ilə  evləndi.  Beləcə,  Abxaz-Kartli  krallığı  ilə  qıpçaqlar  arasında  dostluq 

münasibətlərinin əsasları atıldı. 

Bu  sırada  qıpçaqlar  Dəşt-i  Qıpçağa  yeni  gəlmişdilər.  Qıpçaqlar  Kimək 

dövləti  tərkibində  yer  almış  bir  türk  boyu  idi.  Qıpçaqlar  kuman-qanqlı  türk 

boylarını  da  yanlarına  alaraq  öz  bəyliklərini  XI  əsrin  ortalarından  etibarən  təşkil 

etməyə  başlamışdılar.  XI  əsrin  ortalarına  doğru  şərqdə  başlayan  kitanların 

fəaliyyəti  Monqolustandakı  qun-qayı  türklərini  qərbə  doğru  hərəkətə  keçirmişdir. 

Bunlara Kimək dövlətinə son verib onların əlindəki İrtiş və indiki Şərqi Qazaxıstan 

torpaqlarını  aldılar.  Bunun  üzərinə  kiməklər  arasında  yer  alan  qıpçaqlar  Xarəzm 

sərhədlərinə  qədər  gəldilər.  Aral  Gölü  ətrafında  oğuzlar  ilə  qıpçaqlar  arasında 

şiddətli müharibələr başladı.

51

 

Ancaq 1050-ci ildə qun və qayı boylarının qərb istiqamətində hərəkətlərinə 



davam  etməsi  nəticəsində

52

  qıpçaqlar  Şərqi  Avropa  səhnəsində  görünməyə 



başladılar.  Qıpçaqlar,  Şərqi  Avropaya  gəlmədən  əvvəl  Üst  Yurt  bölgəsində 

(Manqışlaq  və  ətrafında)  oğuzlarla  şiddətli  müharibələr  etmişdilər.  Qıpçaqlar  bu 

münaqişələrinə  Səlcuqlular  dövründə  də  davam  etmiş  və  Alparslan  bir  neçə  dəfə 

"kafir  Kıfşak"  (qıpçaq)lara  qarşı  səfərlər  tərtib  etmişdir.  Qıpçaqlar  müsəlman 

                                                           

50

 Histoire de la Georgie, I, s. 311-318; İstoriya Qruzii, Tbilisi 1962, s. 127-147. 



51

 Əl-Hüseyni, Axbar, Bünyadov nşr, s. 43-də 1040-cı ildə bir Qıpçaq əmirinin Xarəzm bölgəsinə səfər 

etdiyini qeyd etməktədir. 

52

 Ağacanov, Oğuzlar, s. 232-233 




18 

 

olmadıqları üçün Səlcuqlu qaynaqlarında "kafir, dinsiz" olaraq qeyd edilməkdədir. 



Xarəzmin  yuxarı  hissəsində  Səlcuqlularla,  daha  sonra  da  Xarəzmşah 

Anuştəginlərlə  qıpçaqlar  arasındakı  şiddətli  müharibələr  yüz  ildən  artıq  davam 

etmiş və qıpçaq-quz düşmənçiliyi ənənəvi bir şəkil almışdır. 

1055-ci  ildə  bəzi  qıpçaq  boyları  Şərqi  Avropaya  girdilər.  1061-ci  ildə  isə 

qıpçaqlar rus knyazlıqlarına qarşı ilk hücumlarını etdilər.

53

 Kuman-qıpçaqların rus 



və  məmlüklü  qaynaqlarında  qıpçaq  boy  birliyini  meydana  gətirən  tayfalarının 

adları 


qeyd 

edilməkdədir: 

Ay-opa, 

Badaç, 


Barat/Barak, 

Bayavut, 

Burçoğlı/Burcaqlı, Bzangi, Çağrak/Çığrak, Çitey, Çırtan/Çortan, Durut/Dörüt/Dört, 

Ənçoğlı/İlançuklı,  İt-oba,  Kitan-opa,  Knn  (?),  Küçeba/Küçoba,  Küçet,  Kor/Qor, 

Kara 

Börklü, 


Kol-oba/Kul-oba, 

Qumanlu 


(Qmngu), 

Konguroğlu, 

Mekrüti/Bekrüti/Bekürte,  Mingüzoğlu,  Orungqut,  Ölberlig/  Ölperliq,  Toks-oba 

(Tokşı),  Örən/Uran,  Peçenə/Peçenek,  Shan-mie  Ku-ma-li,  Tarğıl,  Terter/Teriter-

oba,  Tğ  Ysqut  (Tağ  Başkurt?),  Ulaş-oğlu,  Urusoba,  Yimək/Yemək, 

Yuğur/Uyqur.

54

  Burada  adı  çəkilən  boyların  hamısı  qıpçaq-kuman  əsilli  olmayıb, 



onların ittifaqında yer almış digər türk boyları idi. 

Qıpçaqlar 1091-ci ildə Şimali Qara dəniz bölgəsinin ən böyük dövləti olan 

peçeneqləri  məğlub  edib,  bütün  Şərqi  Avropanın  cənubunu  əllərinə  keçirdilər. 

Onlar buradakı digər türk boylarını  da  öz  cərgələri arasına alıb rus knyazlıqlarını 

öz  vassallarına  çevirdilər.  Qıpçaqlar  Bizansla  yaxşı  əlaqələr  təsis  etdilər  və  bu 

sayədə Macarıstan ovalarına qədər ərazinin idarəsini əllərinə keçirdilər. Qıpçaqlar 

1090-1110-cu  illəri  arasında  ən  parlaq  dövrlərini  yaşadılar.  Qıpçaqlar,  peçeneqler 

kimi  mərkəzi  bir  dövlət  qurmayıb,  boylar-ittifaqı  meydana  gətirmişdilər.  Bu 

ittifaqın  başında  duran  qüdrətli  qıpçaq  hökmdarlarının  adları  qaynaqlarda  belə 

qeyd edilmişdir: Bönək/Bonyak, Tıgor (Tugor-Qan), Sarı (Şaru Qan), Altun-Aba. 

1110-cu ildən etibarən qıpçaq və kumanların əsas gücləri Kuban  sahəsinə endilər. 

Onlar,  qıpçaq  boy  bəyi  ilə  Abxaz-Kartli  kralı  IV  David  arasındakı  qohumluğa 

əsaslanaraq bu ölkəyə köç etməyə başladılar. Kartli xroniki bu barədə belə deyilir: 

"Tiflis  şəhərinə  qədər  Rustav,  Somxet

55

,  Şamşvildə  və  Aqarani



56

  torpaqlarını 

türklər  tutmuşdular.  Kral  David,  baş  müşavirinin  qardaşı  oğlu  Teodor  və 

Orbeliyanlı  Yoane  ilə  Abuletsin  (Əbül-Leysin)  köməyi  ilə  bir  gecə  türklərin 

getməsindən faydalanaraq Şamşvildəni işğal etdi. Bu günə qədər həqiqətən türklər 

bütün  xalqlarıyla  Somxetə  məhsul  yığınında  (sentyabr  ayında)  gələrək  Kür  çayı 

sahillərində  çadırlar  qurur,  Tiflisdən  Bərdəyə,  Yor  (Alazan-Kür  arasındakı  çay) 

sahillərində qışı keçirirdilər. Yay aylarında ot biçir, orada bol ağac və su ilə çoxlu 

ov  heyvanlarını  ovlayır,  istədikləri  şəkildə  yaşayırdılar.  Oralarda  çadırlarını 

                                                           

53

 Polnoe Sobranie Russkix Letopisey, SPb. 1841,1, s. 162-163. 



54

 Eyni əsər, I, s. 248, 249, 250, 278-279, 361, 396; II, s. 253, 255, 259, 285, 342, 435, 632, 641, 644. 

668, 672, 675; Rəşidəddin, Cami ət-təvarix, Ali-zadə nşr, II/I, s. 129, 347, 657-658. 

55

 Somxet: orta əsrlərdə Taşir, yəni Xram ilə Borçalı çaylarının sahil xətti. 



56

 Aqaralar ölkəsi, Xramın sağ qolu, Şilavər ilə onun solundakı Bolnisi arasındakı sahə. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə