Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə4/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   2   3   4   5   6   7   8   9   ...   224

2005-2010-cu  illər  Azərbaycanın  iqtisadi  inkişafının  yüksək  templə  artım 

dövrü  olmuşdur.  Artım  tempi  2008-ci  ildən  azalmağa  başlamışdır.  Hökumət 

tərəfindən 2018-cı ilə qədər 5-6 faizli templə inkişaf proqnozlaş- dınlır. 

Akademik  Asəf  Nadirov  haqlı  olaraq  qeyd  etmişdir  ki,  akademik  Ramiz 

Mehdiyevin  ictimai  və  humanitar  elmlərin  inkişafına  həsr  olunmuş  məqaləsindən 

sonra Azərbaycamn milli iqtisadi inkişaf modelinin elmi araşdırılması istiqamətində 

canlanma baş vermişdir (31,10.12.2010). Mövzunun elmi anlayışımızda həm yeni, 

həm də öz mahiyyətinə görə xeyli mürəkkəb tədqiqat istiqaməti olduğunu qeyd edən 

akademik A.Nadirov vurğulamışdır ki, biz onu bütün təzahürləri və daxili məntiqi ilə 

dərindən  öyrənməliyik.  2010-cu  ildə  akademik  Asəf  Nadirov  yazrmşdır:  “... 

sosial-iqtisadi  islahatları  analitik  təhlil  süzgəcindən  keçirmədən  bu  gunkü 

makroiqtisadi nailiyyətləri adekvat qiymətləndirmək mümkün deyil... Bu prosesə hər 

müəllif baxışı yeni-yeni həqiqətlərə işıq sdır. Bu mövzuda nə qədər fərqli fikirlər irəli 

sürülsə, bu, ümumi işə bir o qədər də fayda verər” (31,8.12.2010). 

İqtisad elmləri doktoru, prof. Şəmsəddin Hacıyev yazmışdır: «Azərbaycanın 

özünə məxsus iqtisadi inkişaf modeli formalaşıb. Bu, heç bir ölkənin təcrübəsində 

mövcud olmayan, tamamilə yeni, həm nəzəri-metodoloji, həm də praktiki idarəetmə 

baxımından  bənzərsiz  iqtisadi  inkişaf  modelidir.  Bu  modelin  əsasında  ümummilli 

liderin hazırladığı və uzun müddətli dövr üçün hədəflədiyi iqtisadi strategiya dayamr. 

Lakin  nəzərdən  qaçırmamalıyıq  ki,  2003-cü  ildən  sonra  bu  inkişaf  strategiyası 

tamamilə  yeni  mərhələyə  qədəm  qoyub.  Bu  baxımdan  da  həmin  modelin  həm 

nəzəri-metodölogi,  həm  fəlsəfi,  həm  də  politoloji  şərhinə  ciddi  ehtiyac  yaramb». 

(31,11.03.2011). 

Professor  Ə.Babayev  yazmışdır:  “İqtisadi  nəzəriyyə  müasir  dövrdə  yeni 

iqtisadi  sistemin  formalaşmasınm  daha  səmərəli  yollanm  müəyyən  etməyə  imkan 

verən  milli  iqtisadi  modellərin  işlənib  hazırlanmasının  elmi  əsaslarım 

müəyyənləşdirməlidir” 31,13.04.2010). 

Sənayecə  inkişaf  etmiş  ölkələrin uğurlanm  təmin  edən  ən  vacib amillərdən 

biri  də  iqtisadi  və  sosial  inkişafda  dövrün  tələbinə  uyğun  modernləşdirmənin 

apanlmasıdır.  Dünya  iqtisadi  və  siyasi  sistemində  baş  verən  qlobal  dəyişikliklərin 

vaxtmda  görülməsi,  düzgün  və  obyektiv  qiymətləndirilməsi  və  nəzərə  alınması 

zəruriyyət  kimi  meydana  çıxır.  Burada  unudulmaz  Heydər  Əliyevin  2002-ci  ildə 

söylədiyi bir kəlamı yada salmaq istərdik: O, demişdir: «Dünya təcrübəsini siz-bizim 

mütəxəssislər,  alimlər,  bu  sahənin  müvafiq  işçiləri  toplamalısımz.  Nəzəriyyəni 

ümumiləşdirmək,  bizim  iqtisadiyyatımıza  uyğunlaşdırmaq  sizin  vəzifənizdir... 

İqtisadçılar gərək apardığımız islahatlarm hər birinin həm həyata keçirilmə prosesini, 

həm də nəticələrini təhlil etsinlər». 



Bu  monoqrafiyada  inkişaf  etməkdə  olan  ölkə  kimi,  Azərbaycanın 

makroiqtisadi göstəriciləri həm inkişaf etməkdə olan Ölkələrlə, həm də inkişaf etmiş 

ölkələrlə  müqayisə  edilir.  “Baza  effekti”ni  nəzərə  alaraq,  artım  templərini 

fetişləşdirməyi  biz  ədalətli  hesab  etmirik.  Bir  müəllif  kimi  əldə  olunmuş 

nailiyyətlərin,  hökumət  plan  və  proqramlarmın,  ölkənin  mövcud  iqtisadi  inkişaf 

prioritetlərinin obyektiv qiymətləndirilməsini özümün borcu hesab edirəm. 

Azərbaycan  iqtisadiyyatmın  müasir  durumunun  vahid  iqtisadi  siyasət 

çərçivəsində  nəzəri  cəhətdən  təhlili  vahid  plan-proqram  əsasında,  iqtisadçı 

alimlərimizdən  birinin  rəhbərliyi  altında  AMEA  İqtisadiyyat  İnstitutunun, 

Azərbaycan Dövlət İqtisad Universitetinin, Maliyyə, Vergilər, Kənd təsərrüfatı və 

İqtisadiyyat  və  Sənaye  Nazirliklərinin,  Mərkəzi  Bankın  elmi-  tədqiqat  və  tədris 

mərkəzlərinin  alim  və  mütəxəssislərindən  ibarət  yaradıcı  qrupu  tərəfindən  Elmin 

İnkişaf  Fondunun  dəstəyi  ilə  həyata  keçirilməsi  məqsədəuyğun  ola  bilərdi. 

Oxuculann  diqqətinə  təqdim  olunan  bu  əsər  isə  müəllifin  şəxsi  tədqiqatı  əsasında 

yazılmış və ilk addım hesab oluna bilər. 

10 



MÜƏLLİFDƏN 

Hörmətli oxucum, bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyimiz 20 ildən çox 

bir dövrdə Qarabağ faciəsi, milli Azərbaycançılıq və dövlətçilik ideyalan, milli lider 

ətrafında  yumruq  kimi  cəm  olmaq  prinsipi  bizi  bir  monolit  cəmiyyətdə 

birləşməyimiz  üçün  mühüm  amillərdən  olmuşdur.  Mənim  fikrimcə,  bazar 

iqtisadiyyatı  əsrində  «Vətənə  məhəbbət»  ideyası  ətrafında  cəm  olmağın  bazisini 

iqtisadi  stimullar  təşkil  edir.  Maddi  sıxıntı  içində  olan  insanların  şüuruna  yüksək 

mənəviyyatdan xəbər verən təm-təraqlı sözlər, tarixi keçmişdən nümunə götürmək 

tövsiyyələri, müstəqilliyin müqəddəsliyinin təbliği heç də hər zaman hər kəsə müsbət 

təsir  etmir.  Şəxsi  maraqlan  ilə  yaşayan  insanlar  ölkəni  tərk  edir.  Onlar  «əşi,  ölkə 

mənim qaydıma qalmırsa, o ölkə mənə lazım deyil» ideyasmı rəhbər tuturlar. 

tkimininci  illərin  lap  əvvəllərində  bir  iqtisadçı  həmkanm  söylədi  ki,  elə  bir 

iqtisadi proqram ərsəyə gətirmək lazımdır ki, doqquz milyon əhali onun ətrafında və 

bayrağı altmda cəmləşsinlər, əmin olsunlar ki, bu proqramın icrası onların maddi və 

mənəvi  tələbatlarım  tam  ödəyəcəkdir.  Belə  bir  şəraitdə  ölkədəki  çoxsaylı  siyasi 

partiyalar parladıqlan kimi də qürub edəcəklər, əhəmiyyətsiz bir qürum kimi özləri 

meydanı tərk edəcəklər. Bu fikirlə mən də razıyam. 

Yeni  şəraitdə  dövlət  vətəndaşlarla  qarşılıqlı  münasibətlərini  sosial  ədalət 

prinsipinə  (sözün  əsl  mənasında)  uyğun  qurarsa,  vətənpərvərlik  haqqında  deyilən 

sözlər  onlann  şüuruna  yol  tapa  bilər.  Ölkənin  əsas  qanununa  görə  Azərbaycan 

dövlətinin  ali  məqsədlərindən  biri  öz  vətəndaşlarmın  ləyaqətli  həyat  səviyyəsini 

təmin etməkdir. Həqiqət ondan ibarətdir ki, əhalinin həyat səviyyəsini yüksəltmək 

üçün son illərdə dövlət tərəfindən diqqətə layiq addımlar atılmışdır. Əhalinin gəlirləri 

və  alıcılıq  qabiliyyəti  10  dəfələrlə  artmışdir.  Bu  kitabda  əldə  olunan  nailyyətlərə 

obyektiv mütəxəssis qiyməti verilmişdir. Burada təkcə onu qeyd etmək istəyirəm ki, 

2012-cu  ildə 1991-ci  illə müqayisədə  minik  avtomobillərinin  sayı  3,8  dəfədən şox 

artmışdır. Öz xalqımn tələbatının ildən-ilə daxili istehsal hesabma ödənilməsi üçün 

ölkə  rəhbərliyi  və  təsərrüfat  subyektləri  cəhd  edirlər,  istehsal  və  xidmətin 

strukturunda  əhəmiyyətli  dəyişikliklər  baş  verir.  Ölkənin  idarəetmə  orqanlanmn 

aparatında  çalışan  minlərlə  həmvətənlərimiz  arasında  milli  mənafeə  haq-  qmda 

düşünənlər, vətən üçün əllərindən gələnləri etmək istəyənlər çoxdur. Onlara müsbət 

qiymət  vermək  və  digərlərindən  fərqləndirmək  gərəkdir.  Etiraf  etməliyik  ki, 

problemlərimiz də az deyil. Ölkənin bütün problemlərini, yaranmış çətinliklərini və 

buraxılan nöqsanlan bir adamm adına yazmaq heç zaman düzgün hesab edilə bilməz. 

Hər  bir  vəzifəli  şəxs  öz  işini  bilməli  və  vicdanla  yerinə  yetirməlidir.  Gələcəyə 

istiqamətlənmiş  qərarlannda  və  hərəkətlərində  bütün  təsərrüfat  subyektləri, 

sahibkarlar dövlət maraqlan xatirinə 

11 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə