Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə3/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   2   3   4   5   6   7   8   9   ...   224

müstəqillik  dövründə  hökümət  tərəfindən  ölkənin  iqtisadi  inkişaf  modelinə  həsr 

olunmuş ümumi ölkə miqyaslı elmi>praktiki konfrans keçirilməmiş və ictimaiyyətə 

müvafiq  informasiyalar  çatdmlmamışdır.  Təəssüflə  qeyd  edim  ki,  ölkə 

iqtisadçılanmn  əsərləri  və  tövsiyələri  idarəetmə  orqanlannda  çalışan 

həmvətənlərimizə  gedib  çatmır.  Bu  da  hər  iki  tərəfin  yaradıcılıq  əlaqələrinin  zəif 

olmasım  nümayiş  etdirir.  Bu  əlaqələrin  daimi  əsaslarla  qurulması  müəyyən  bir 

məşvərətçi qurumun, məsələn, ABŞ-da olduğu kimi, formalaşdırmasım zəruri edir. 

Hal-hazırda  ABŞ  Prezidentinin  yanında  iki  belə  qurum  fəaliyyət  göstərir:  İqtisadi 

Məsləhətçilər  Şurası  və  Milli  İqtisadi  Şura.  Milli  İqtisadi  Şura  ölkədə  həyata 

keçirilən iqtisadi siyasəti koordinasiya edən qurumdur.  , 

Rusiya prezidenti yanında^ İqtisadi Şura və onun Rəyasət Heyəti fəa- lİ3ryət 

göstərir.  İqtisadi  artımın  təmin  edilməsi  məqsədilə  tədbirlər  və  qərarlar,  həmçinin 

mövcud vəziyyət burada müzakirə predmeti olur. 

Müstəqillik illərində həyata keçirilən iqtisadi inkişaf modeli Azərbay- camn 

dinamik inkişafım təmin etmişdir. Bununla yanaşı dünya iqtisadi sistemində gedən 

proseslər, postneft mərhələsində ölkənin tarazlı və davamlı iqtisadi inkişafımn təmin 

edilməsi  və  ölkənin  iqtisadi  durumunda  yaranmış  iqtisadi  və  sosial  problemlər 

iqtisadi inkişaf modelinin ətraflı tədqiqini və təkmilləşdirilməsini zəruri edir. 2011-ci 

ildə  AMEA-mn  ümumi  illik  yığıncağında  Azərbaycan  Respublikasımn  Prezidenti 

xüsusi vurğulaımşdır ki, Azərbaycanın müasir inkişaf xüsusiyyətlərinin, o cümlədən 

milli  inkişaf  modelinin  konkret  elmi  prinsiplər  əsasmda  tədqiqi  xüsusi  əhəmiyyət 

kəsb  edir  və  bu  kontekstdə  respublika  alimləri  qarşısında  ciddi  vəzifələr  dayamr 

(“31”,  22.12.2011).  “İctimai  və  humanitar  elmlər:  “zaman  kontekstində  baxış” 

əsərində akademik Ranüz Mehdiyev yazmışdır “...həyata keçirilən iqtisadi islahatlar 

və  dəyişikliklər  məhz  vahid  iqtisadi  siyasət  çərçivəsində  nəzəri  cəhətdən  təhlil 

olunmalı və müasir iqtisadi model işlənib hazırlanmalıdır. Lakin bu istiqamətdə heç 

bir 

irəliləyiş 



gözə 

çarpmır. 

İndiyədək 

sosial-iqtisadi 

inkişafimızm 

sürətləndirilməsinin nəzəri əsaslan da işlənilməyibdir. Sözü gedən əsərində müəllif 

iqtisadi  inkişaf  modelindən  söz  açaraq  demişdir:  «..  .bizdə  hələ  də  inkişafin 

Azərbaycan modeli ilə bağlı fundamental təhlillər apanimır, bu modelin uğurlanm 

dəstəkləyən  və  onun  əsas  meyllərini  üzə  çıxaran  əsərlər  yazılmır.  Nəşr  edilən  və 

problemlə az-çox əlaqəsi olan cild-cild, qalın-qalın kitablann isə elmi səviyyəsi son 

dərəcə aşağıdır. Halbuki biz yeni cəmiyyətin qurulması praktikasım dərindən öyrənib 

təhlil edərək gələcək inkişafımızın bazasım yaradınq». 

Apardığımız araşdırmalar göstərir ki, ölkənin müasir iqtisadi durumunda öz 

həllini  gözləyən  problemlər  mövcuddur.  Onlar  da  milli  iqtisadi  inkişaf  modelinin 

təkmilləşdirilməsi yolu ilə tənzimlənə və həll edilə bilər. 



Akademik  Ramiz  Mehdiyev  “İctimai  və  humanitar  elmlər”  adlı  əsərində 

yazmışdır:  “Ölkə  iqtisadiyyatımn  davamlı  inkişafım  təmin  etmək  üçün  bizə 

nailiyyətlərimizin dərin təhlili, yeni təkliflər və yeni ideyalar lazımdır” 

(32, S.21). 

Ölkənin  iqtisadi  və  sosial  inkişafmm  müasir  durumunun  vahid  iqtisadi  siyasət 

çərçivəsində təhlili və qiymətləndirilməsinin zəruriliyi, bizim fikrimizcə, ondan irəli 

gəlir ki, iqtisadi inkişafi təmin edən istiqamətlərdən, vasitə və mexanizmlərdən nə 

dərəcədə əlaqəli, koordinasiya olunan formada, səmərəli istifadə olunma səviyyəsi 

aşkar edilməli və məqsədyönlü tədbirləri həyata keçirilməlidir. Burada əsas məqsəd 

Azərbaycamn  müasir  iqtisadi  inkişaf  modelini  təhlil  etmək,  qiymətləndirmək  və 

postneft  mərhələsini  də  nəzərə  almaqla,  onun  təkmilləşdirilməsi  istiqamətlərini 

əsaslandırmaqdan ibarət olmalıdır. 

Müstəqillik  mərhələsində  həyata  keçirilən  iqtisadi  siyasət  nəticəsində 

Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sektorunun və 

regionlann inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlannm artımı təmin olunmuş, 

sähibkarlığa  dövlət  dəstəyi  gücləndirilmiş,  əhalinin  sosial  rifahı  davamlı  olaraq 

yaxşilaşmışdır. 

Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafımn yekunlarına həsr 

olunmuş  iclasında  ölkə  başçısı  İlham  Əliyev  qeyd  etmişdir:  “Beynəlxalq  apancı 

reytinq  agentlikləri  bizim  reytinqlərimizi  artmblar.  Ancaq  bu 

0  demək  deyil  ki, 

ölkədə hər şey yaxşıdır. Əlbəttə ki, yox... Harada qüsurlar, çatışmayan cəhətlər varsa, 

onlan aradan qaldırmalıyıq, ... işləri beynəlxalq standartlara, Avropa standartlanna 

yaxınlaşdırmalıyıq». 

Azərbaycan qəzetləri və Jumallan iqtisadi inkişaf modeli, yüksək templərlə 

iqtisadi  artım  və,  infrastruktur  daxil  olmaqla,  qeyri-neft  sektorunun  prioritetliyi 

haqqında  siyasi  və  biznes  elitasının  nümayəndələrinin  çoxsaylı  çıxışlanm  dərc 

edirlər.  Ancaq  iqtisadiyyatın  problemləri  və  onun  inno-  vasiyalılığmm  və  rəqabət 

qabiliyyətliliyinin vəziyyətinin təhlili və qiymətləndirilməsi, demək olar ki, həmin 

çıxışlarda  öz  əksini  tapmır.  İqtisadi  inkişaf  modelinin  səmərəliliyi,  onun 

reallaşmasını  təmin  edən  mexanizm-  lərdəki  problemlər  barədə  elmi-tədqiqat 

işlərinə  təsadüf  olunmur.  Digər  alim  həmkarlanm  kimİ  mən  də  hesab  edirəm  ki, 

keçid  dövrünü  başa  vmmuş  Azərbaycanın  milli  iqtisadi  inkişaf  modeli  kompleks 

halında elmi-tədqiqatm predmeti olmalı, onun uğurlan obyektiv qiymətləndirilməli 

və  problemləri  aşkar  edilməlidir.  Nəzərə  alınmalıdır  ki,  Azərbaycanda  iqtisadi 

inkişafın növbəti mərhələsi - industrial mərhələsi başa çatdınimalı və postindustrial 

mərhələsi  formalaşdınimalıdır.  Beynəlxalq  təcrübədə  və  iqtisadi  nəzəriyyədə  bu 

məhhələlərin  də  öz  meyarlan,  fərqli  inkişaf  istiqamətləri  və  fərqli  idarəetmə 

mexanizmləri vardır. Qeyd olunan bu əlamətlər hər bir ölkənin iqtisadi, sosial, siyasi 

inkişafındakı  durumdan,  cəmiyyətin  qarşısında  duran  məqsədlərdən  asılı  olaraq 

seçilir. Dünya təcrübəsi nəzərə alınır. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə