Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

69 
 
qiyməti  onların  nominal  gərginliyindən  asılı  olaraq  müxtəlif 
olur. məsələn, 6kV-luq kabellər üçün 75mkA; 10kV-110mkA 
və 35kV-200mkA.  Uzun kabel xətləri üçün sızma cərəyanları 
göstərilən gərginliklərdə 500mkA-dan çox olmamalıdır. Sızma 
cərəyanlarının  qiymətini  adətən  sınağın  sonunda  ölçürlər. 
Nominal  gərginliyi  1000V-a  qədər  olan  kabel  izolyasiyasının 
sınağı,  çıxış  gərginliyi  1000V  olan  ölçü  transformatorları  və 
ya 2500V-luq meqommetr vasitəsilə aparılır. 
 
2.3 Mühafizə torpaqlanması və sıfırlama 
 
Elektrik  qurğularına  xidmət  edən  işçilərin  elektrik 
təhlükəsizliyini  təmin  edən  vacib  tədbirlərdən  biri,  həmin 
qurğuların  nominal  gərginlikdə  işləyən  zaman  elektrik 
cərəyanı  keçirməyən  bütün  metal  hissələrinin  mühafizə 
torpaqlanması və ya sıfırlanmasıdır. 
Elektrotexniki 
qaydalara 
əsasən 
mühafizə 
torpaqlanmasına aşağıdakı əsas anlayışlar aid edilir: 
Normal  gərginlik  altında  olan  elektrik  qurğularının 
elementlərini  bilərək, torpaqlayıcı quruluşa keçirici metallarla 
birləşdirməklə  elektrik  təhlükəsizliyinin  təmin  edilməsi 
mühafizə torpaqlanması  adlanır.  
Qurğunun  normal  və  ya  qəza  şəraitində  etibarlı 
işlənməsini  təmin  etmək  üçün,  gərginlik  altında  olan  elektrik 
qurğusunun  hər  hansı  bir  hissəsinin  torpaqlanması  işçi 
torpaqlanması    adlanır.  Bu  cür  torpaqlanma  bilavasitə  və  ya 
xüsusi  aparatların  (müqavimət,  boşaldıcı,  deşilən  qurğular  və 
s.) köməyilə yerinə yetirilir.  
Elektrik  qurğularında  və  1000V-a  qədər  gərginlikli 


70 
 
şəbəkələrdə  sıfırlaşdırma  dedikdə,  normal  gərginlik  altında 
olan  qurğuların  cərəyan  keçirən  hissələrindən  izolə  olunmuş 
metal  elementlərinin  generatorun  və  ya  transformatorun 
torpaqlanmış neytalla elektrik birləşdirilməsi başa düşülür.  
Dəyişən 
cərəyan 
şəbəkələrində  1000V-a  qədər 
gərginlikli  elektrik  qurğularında  elektrik  avadanlıqlarının 
gövdələrini  generatorların  və  ya  transformatorların  bilavasitə 
torpaqlanmış neytralla birləşdirən naqilə sıfır mühafizəli məftil  
deyilir. 
Torpaqlayıcı  ilə  torpaqlayıcı  naqillərə  birlikdə 
torpaqlayıcı quruluş  deyilir.  
Torpaqlayıcıdan  və  ya  torpaqlayıcı  quruluşdan  cərəyan 
axan  zaman  onlarla  yer  arasında  yaranan  gərginlik, 
torpaqlayıcıda yaranan gərginlik adlanır.  
Torpaqlayıcıdan  yerə  axan  cərəyana  torpaq  tərəfindən 
göstərilən  müqavimət,  torpaqlayıcının  axıcılıq  müqaviməti  
adlanır.  Bu  müqavimətin  qiyməti,  torpaqlayıcıda  olan  yerə 
nəzərən gərginliyin onun yerə ötürülən cərəyana olan nisbətilə 
təyin edilir. 
Torpaqlayıcının  axıcı  müqavimətilə,  torpaqlayıcı 
naqillərin  müqavimətlərinin  birlikdə  cəm  müqavimətinə  
torpaqlayıcı quruluşun müqaviməti  deyilir. 
Əgər izolyasiyası zədələnmiş avadanlığın gövdəsi 
torpaqlanmışsa (şəkil 17), onda həmin avadanlıq yerə nəzərən 
gərginlik (U
T
) altına düşür. 
t
t
t
r
I
U

                                          (2.1) 
Baxılan halda gövdəsilə toxunan adam toxunma 
gərginliyi (U
tox
) altına düşür. 


71 
 



t
tox
U
U
                                  (2.2) 
və ya  




t
t
tox
r
I
U
                                (2.3) 

 -  vahiddən  kiçik  əmsal  olub,  yerlə  qapanma  
dövrəsində  adamın  ayaqları  ilə  sıfır  potensiallı  nöqtə 
arasındakı gərginlik düşgüsünü nəzərə alır. Sonuncu ifadədən 
görünür  ki,  torpaqlayıcının  müqaviməti  (r
t
)  kiçik  olduqca, 
toxunma  gərginliyinin  də  (U
tox
)  qiyməti  az  olur  və  beləliklə 
yaranan  təhlükə  daha  zəif  olur.  Torpaqlayıcıdan  axan 
cərəyanın  (I
t
)  qiyməti  isə  qurğunun  işçi  gərginliyindən  və 
zədələnməmiş  digər  iki  fazanın  izolyasiyasının  vəziyyətindən 
asılıdır. 
Cərəyanın  axma  zonasında  yer  səthinin  müxtəlif 
nöqtələrində  gərginliyin  yerə  nəzərən  dəyişməsinin  qrafiki 
şəkil 18a göstərilmişdir. Qrafikdən görünür ki, yerə nəzərən ən 
böyük  gərginlik,  xəttin  yerlə  qapandığı  nöqtədə  olur.  Yerlə 
qapanma  zonasından  uzaqlaşdıqca  gərginliyin  də  qiyməti 
azalır.  Cərəyanın  axma  zonasında  “addım”  gərginliyinin 
qrafiki olaraq təyini şəkil 18- də  göstərilmişdir. 
Elektrik  qurğularının  quraşdırılması  qaydalarına  əsasən 
yüksək  təhlükəli  və  xüsusi  təhlükəli  otaqlarda  nominal 
gərginliyi  36V  və  ondan  yuxarı  dəyişən  və  110V  sabit 
gərginlik  olan  elektrik  avadanlıqlarının  bütün  cərəyan 
keçirməyən  metal  hissələr,  onlarda  elektrik  kontaktında  olan 
mexaniki  avadanlıqlarının  konstruksiyaları  və  gövdələri 
torpaqlanır.  500V-  dan  yuxarı  elektrik  avadanlıqları  olan 
bütün otaqlarda torpaqlanma tələb olunur. 
Partlayış  təhlükəsi  olmayan  və  nominal  gərginliyi  36V 


72 
 
və  ondan  aşağı  olan  dəyişən,  110V  və  ondan  yuxarı  olmayan 
sabit  gərginlik  elektrik  qurğularının  torpaqlanması  tələb 
olunmur.  Partlayış  təhlükəsi  olan  otaqlarda  quraşdırılmış 
bütün 
gərginliklərdə 
işləyən 
elektrik 
avadanlıqları 
torpaqlanmalıdır.  
 
Elektrik avadanlıqlarının torpaqlanan hissələri 
 
Əsasən  adları  aşağıda  sadalanan  elektrik  maşın  və 
aparatlarının  gövdələri  torpaqlanır:  elektrik  maşınları, 
transformatorlar,  aparatlar  və  onların  intiqalları,  ölçü 
transformatorlarının  ikinci  tərəf dolaqları  və  onların  nüvələri, 
paylaşdırıcı  şitlərini  karkasları,  idarə  şitləri  (işıqlandırma  və 
s.),  komplekt  və  paylaşdırma  quruluşlarının  polad  gövdələri, 
kabel muftaları, kabel məmulatları, naqillərin metal örtükləri, 
içərisində elektrik naqilləri yerləşdirilmiş polad borular, eləcə 
də səyyar elektrik qəbuledicilər. 
Torpaqlanma  tələb  olunmur:  asma  izolyatorlarının 
armaturları  və  dayaq  izolyatorlarının  milləri,  elektrik  ölçü 
cihazlarının  gövdələri  (şitlərdə,  şkaflarda  və  PQ-nun 
kameralarında  yerləşdirilmiş);  ikiqat  elektrik  izolyasiyaya 
malik 
elektrik 
avadanlığı 
(gövdə 
elektroizolyasiya 
materialından hazırlanır və səthinə izolyasiya lakı çəkilir).  
 
Torpaqlayıcı quruluşlara olan tələblər 
 
Məlumdur ki, üçfazlı elektrik  şəbəkələri izolə olunmuş 
və  ya  bilavasitə  torpaqlanmış  neytralla  işləyə  bilər.  İzolə 
olunmuş  neytralla  və  ya  yüksək  müqavimətlə  torpaqlanmış 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə