Yoxlama sualları



Yüklə 34,38 Kb.
tarix28.11.2023
ölçüsü34,38 Kb.
#135447
LAB 1 Cavablar siqnallar


Yoxlama sualları:

1.Rəqs konturu hansı elementlərdən ibarətdir?


2.Konturda sərbəst rəqslərin davametmə müddəti nədən asılıdır?
3.Konturun buraxma zolağını necə təyin etmək olar?
4.Gərginlik və cərəyan rezonanslarının əlamətləri nədir və onlar harada istifadə olunur?
5.Əlaqəli konturların məqsədi nədir?


CAVABLAR:

1) Radioelektron avadanlıqlarının ən vacib hissəsi rəqs sistemləridir,bunlardan ən sadəsi – L induktivlik, C kondensator və R rezistordan təşkil olunmuş cəmlənmiş parametrli rəqs konturudur.

2) Konturda sərbəst rəqsin sönməsi prosesi onun keyfiyyəti ilə xarakterizə olunur

Hansı ki, rəqs prosesinin reaktiv gücünün itki gücündən neçə dəfə çox olduğunu göstərir.Keyfiyyət nə qədər yüksəkdirsə, bir o qədər rəqs konturunda azad rəqslərin davametməsi uzanır.


3) Ardıcıl rəqs konturunun keyfiyyəti eksperimental olaraq

Q=f0/(2∆f) (1)

düsturu ilə təyin olunur.Harada , 2∆f- rezonans əyrisinin 0,707 səviyyəsində ölçülən konturun buraxma zolağının enidir.

4) Paralel rəqs konturunda konturun tezliyi xarici generatorun tezliyi ilə üst-üstə düşdükdə cərəyanlar rezonansı baş verir,bu zaman konturun müqaviməti maksimaldır və tamamilə aktivdir, cərəyan maksimaldır və generator cərəyanından Q dəfə böyükdür, generator cərəyanı isə minimaldır və fazaca e.h.q ilə üst-üstə düşür.
Paralel rəqs konturunun müqaviməti rezonans tezliyində ekvivalent müqavimət adlanır .O, aşağıdakı düsturların biri ilə təyin olunur:

Paralel konturun rezonans əyrisi generatorun daxili müqaviməti Ri və konturun ekvivalent müqavimətinin Rekv nisbətindən asılıdır.


Bu işdə Ri və Rekv eyni ölçüləndir , buna görə də paralel konturun rezonans əyrisi gərginliyin tezlikdən asılılığını ifadə edir.Tək rəqs konturu vasitəsilə alına bilməyən rezonans əyrilərinin yaradılması üçün və həmçinin konturun fərqli dövrələri arasında qalvanik izolyasiya(mübadilə) üçün əlaqəli rəqs konturları istifadə olunur. Əlaqəli konturun sadə sistemi 2 eyni cür bir biri ilə əlaqəli dövrələrdən(kontur) ibarətdir.


5) Dövrələr arasında əlaqə (rabitə) induktiv (transformator), avtotransformator və tutum ola bilər.İnduktiv əlaqədə birinci dövrə sarğacının dəyişən maqnit axını ikinci dövrə sarğacına nüfuz edir(axır) və ikinci dövrədə rəqsləri həyəcanlandıran qarşılıqlı induksiya e.h.q yaradır. Avtotransformator əlaqəsində ikinci kontur birinci sarğının bir hissəsinə bağlanılır, yəni dövrələr arasında əlaqə nə qədər böyük olarsa, birinci konturun ikinciyə bağlanan sarğılarının sayı da o qədər çox olar. Daxili tutum əlaqəsində ikinci kontur birinci konturun dəyişən cərəyan dövrəsində yerləşən kondensatoruna qoşulur. Kondensator əlaqəsində meydana gələn gərginlik ikinci dövrədə rəqs prosesini həyəcanlandırır. Bu halda dövrələr arasında əlaqə nə qədər böyükdürdə kondensatorun tutumu o qədər azdır.
Xarici tutum əlaqəsində (Şək.4a) birinci L1C1 konturundan enerji kondensator əlaqəsi vasitəsilə (Cə.k) ikinci L2C2 dövrəsinə ötürülür. Cə.k kondensatorunun tutumu nə qədər böyük olarsa , dövrələr arasındakı əlaqə o qədər böyük olar.Birləşmə dərəcəsindən asılı olaraq əlaqəli dövrələrin rezonans əyriləri şəkil 4b-də göstərilmişdir. Zəif əlaqədə (1) ikinci konturun rezonans əyrisi birincidəki kimidir.Kritik əlaqədə rezonans əyrisi (2) makimuma və düzbucaqlıya yaxın bir formaya malikdir.Əlaqəli rəqs konturlarının buraxma zolağının eni kritik əlaqədəkindən 1,4dəfə böyükdür.
Güclü əlaqədə isə rezonans əyrisi qabarıqdır(3) rezonans tezliyində onun əyilməsi nə qədər böyükdürsə , konturlar arasındakı əlaqə də o qədər güclüdür.Güclü əlaqədə maksimal buraxma zolağının eni bir dövrədəkindən 3,1 dəfə çoxdur. Bu halda rezonans əyrisinin düşməsi(pozulması) ikinci dövrənin maksimal cərəyanının 0,707 səviyyəsinə çatır.


a) b)

Şəkil 4
Yüklə 34,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə