Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

61 
 
polad-alüminium naqillər üçün isə 18mm
2
 icazə verilir. 
1000V-a qədər gərginlikli hava xətlərinə xidmət zamanı 
təhlükəsizliyi  təmin  etmək  üçün  dayaqlarda  sıfır  xəttini  faz 
xətlərindən aşağıda çəkirlər. Xarici işıqlandırma naqilləri hava 
xətləri  ilə  bir  dayaqda  quraşdırdıqda,  onları  sıfır  xəttindən 
aşağı  çəkməyə  icazə  verilir.  Əriyən  qoruyucular  dayaqlarda 
naqillərdən sonra quraşdırılır. 
Kabel  xətləri,  zədələnməyə  və  ətrafdakı  təhlükəyə  görə 
hava  xətlərindən  daha  etibarlı  sayılır,  çünki  onların  cərəyan 
keçirən damarları mexaniki zədələrdən mühafizə olunmuşdur. 
Kabel  xətləri,  birbaşa  torpaqda  xüsusi  kanallarda,  tunellərdə 
və binaların daxilində yerləşdirilir. 
Bütün  bu  hallarda  kabel  xətləri  mexaniki  təsirlərdən 
qorunmalıdır.  Əks  halda  mexaniki  örtük  və  izolyasiya  qatı 
dağılır,  elektrik  cərəyanının  təsirindən  xəsarət  alma  ehtimalı 
artmış  olur.  Ona  görə  də  yerin  altından  çəkilən  kabel  xətləri 
beton  panellər  vasitəsilə  qorunur,  ya  da  asbest  və  keramiki 
boruların içərisi ilə çəkilir. 
Kabel  xətlərinin  çəkildiyi  yol  yerli  planda  qeyd  olunur 
və  müəyyən  məsafələrdə  yerin  altından  kabelin  keçməsini  və 
onun  zədələnməsi  zamanı  yaranan  təhlükə  barəsində 
xəbərdarlıq  işarələri  qoyulur.  Zirehli  kabellərin  üstünə 
mühafizə  örtüyü  (ələlxüsus  yanar  lifli  materiallardan) 
çəkilməsi icazə verilmir. 
Kabel  xətlərinə  xidmət  zamanı  elektrik  təhlükəsizliyini 
təmin  etmək  üçün  onların  metal  örtüklərini  torpaqlamaq 
vacibdir. 
Elektrik  paylaşdırıcı  qurğularda  quraşdırılmış  kabel,  
xüsusi  çəpərlənməyə  malik  kameralarda  yerləşdirilir,  ya  da 


62 
 
toxunması mümkün olmayan hündürlükdə bərkidilir. 
Təzə çəkilmiş kabel xəttini istismara buraxmazdan öncə 
onun  cərəyan  keçirən  hissələrinin  (damarlar)  izolyasiyasının 
sınağını aparırlar. 
 
Paylaşdırıcı quruluşlar 
 
Transformator 
yarımstansiyalarında 
paylaşdırıcı 
quruluşların  quraşdırılmasında  xidmət  edən  və  ətrafdakı 
adamların təhlükəsizliyini təmin edən tələbləri yerinə yetirmək 
vacibdir.  
Açıq  yarımstansiyaların  ərazisi,  adamların  gərginlik 
altında  olan  hissələrə  yaxınlaşmasının  qarşısını  almaq 
məqsədilə metal tordan çəpərləyirlər və qorunur. Açıq həm də 
qapalı  paylaşdırıcı  quruluşların  gərginlik  altında  olan  və 
çəpərlənməmiş  hissələri  yerdən  və  ya  döşəmədən  təhlükəli 
sahəyə 
yaxınlaşması  mümkün  olmayan  hündürlükdə 
quraşdırılır. 
Yerə  yaxın  yerləşdirilmiş  cərəyan  keçirən  hissələr 
(şinlər, kabel girimləri, ölçü transformatorları,  açıcılar və s.) 
ya  daimi  bütöv  metal,  ya  da  tor  formasında  olan  çəpərlərlə 
əhatə olunmalıdır.  
1000V-dan  yuxarı  gərginlikli  paylaşdırıcı  quruluşlarda 
elektrik  avadanlıqları  yerləşdiyi  kameralarda  xidmət  etmək 
üçün geniş keçid və dəhlizlər qoyulmalıdır. 
Paylaşdırıcı  quruluşların  aparatları  metal  torla 
çəpərlənmiş özəklərdə və ya bağlı kameralarda yerləşdirilir. 
Partlayış  zamanı  xidmət  işçilərinin  təhlükəsizliyini 
təmin  etmək  üçün  böyük  həcmli  yağ  açarlarını  bağlı 
kameralarda  quraşdırırlar. Bu cür kameraların qapıları xaricə 


63 
 
(çölə) və ya xüsusi ümumi dəhlizə açılır. 
Paylaşdırıcı  quruluşların  təhlükəsiz  və  rahat  istismarını 
təmin etmək üçün bağlı paylaşdırıcı quruluş komplektlərindən 
(BPQK) 
və 
ya  açıq  (xarici)  paylaşdırıcı  quruluş 
komplekslərindən  (APQK)  istifadə  olunur.  Bunlar,  içərisində 
aparatlar quraşdırılmış polad şkaflardan ibarət olur. APQK və 
BPQK  cərəyan  keçirən  hissələr  və  aparatlara  giriş,  mexaniki 
blokirovkalarla gərginlik götürüldükdən sonra mümkündür. 
1000V-dan  yuxarı  gərginlikli  otaqlarda  pəncərələr 
nəzərə  alınmır  və  ventilyasiya  deşikləri  metal  torla  tutulur 
(quşların  və  heyvanların  otağa  daxil  olmaması  üçün).  Bütün 
paylaşdırıcı  quruluşlar  ümumi  və  yerli  işıqlanma  ilə  təmin 
olunmalıdır. 
Yağ  açarlarının  və  ya  kabel  muftalarının  partlayışı 
zamanı  yaranan  qazları,  tüstünü  və  hisi  otaqdan  xaric  etmək 
üçün 
mexaniki 
ventilyasiyadan 
istifadə 
edilir. 
Akkumulyatorlar  yerləşdirilmiş  otaqların  ventilyasiya  ilə 
təmin olunması xüsusilə vacibdir. 
 
1000V-a qədər gərginlikli daxili şəbəkələr  
və paylaşdırıcı qurğular 
 
İstehsalat  otaqlarında,  hətta  izoləolunmuş  naqillərin  əl 
çatan  hündürlükdə  çəkməyə  icazə  verilmir  (izolyasiya 
zədələndikdə,  adamlarla  bədbəxt  hadisə  baş  verə  bilər).  Bir 
qayda  olaraq,  naqillər  polad  borularda  və  suvağın  altından 
çəkirlər.  Otaqlarda  əl  çatmaz  hündürlükdə  çılpaq  naqillərin 
çəkilişinə icazə verilir. 
Bütün  paylaşdırıcı  şitlər,  yığımlar  metal  şkaflarda 
quraşdırılır  və  ya  elə  hündürlükdə  yerləşdirilməlidir  ki, 


64 
 
cərəyan  keçirən  hissələrə  toxunmaq  mümkün  olmasın. 
Müvəqqəti  və  yerini  dəyişən  elektrik  qəbulediciləri  (məsələn 
qaynaq  transformatoru,  qızdırıcı  sobalar,  kompressor 
aqreqatları və s.) paylaşdırıcı məntəqələrə üzərinə rezin örtük 
keçirilmiş naqillərlə birləşdirilməlidir. 
Bütün  müvəqqəti  naqillər  elə  yerləşdirilməli  və 
birləşdirilməlidir  ki,  onların  izolyasiyasının  zədələnməsi 
istisna olunsun. 
 
Elektrik mühərrikləri və işəburaxma aparatları 
 
Elektrik 
mühərriklərinin 
konstruksiyası, 
onların 
dolaqlarının ətraf mühitin  təsirindən qorunma  qaydasına  görə 
otağın xarakterinə uyğun olmalıdır. Belə ki, açıq tipli elektrik 
mühərriklərdən nəm və tozlu otaqlarda istifadə edildikdə dolaq 
izolyasiyasının  tezliklə  zədələnməsinə  və  fazalardan  birinin 
gövdəyə  qapanması  baş  verə  bilər.  Bu  halda  gövdə 
torpaqlanmamış olarsa, ona toxunan (yerdən izolə olunmamış) 
adam ağır xəsarət ala bilər. 
Bütün  işə  buraxma  və  tənzimləmə  aparatları  elə 
quraşdırılmalıdır  ki,  elektrik  inteqalından  idarə  məqsədilə 
istifadə  olunduqda  adam  gərginlik  altına  düşməsin.  Bu 
baxımdan  açarlar,  ayrıcılar,  çeviricilər,  reostatlar  və 
kontaktorlar ya metal şkaflarda quraşdırılmalıdır, ya da etibarlı 
metal  örtüklərin  içərisində  yerləşdirilməlidir.  İşəburaxıcı 
aparatlarını  şkafların  içərisində  quraşdırdıqda,  onların  idarə 
dəstəkləri şkaflarda açılmış yarıqlardan çölə çıxmalıdır.  
Kontaktorlardan  istifadə  edib  idarə  əməliyyatlarını 
apardıqda,  işə  buraxma,  işdən  saxlama  düymələrini  xüsusi 
örtüklərin içərisinə batırılmış vəziyyətdə olmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə