11
I HİSSƏ
MÖVCUD REALLIQLAR VƏ İSLAHATLAR STRATEGİYASI
I FƏSİL
RETROSPEKTİV GERÇƏKLİKLƏR
1.1. Neftlə ilkin təmas və onun texniki-iqtisadi əhəmiyyəti
Mühüm enerjidaşıyıcısı kimi neft-qaz resursları antropogen fəaliyyətinin bütün güşələrinə
nüfuz edərək, müasir texnosferanı əsaslı dərəcədə inhisara almışdır. İlkin sivilizasiya
mərhələsində insana əsasən yanacaq kimi fayda verən neft min illərin aşırımlarından keçərək
oduncağın, daş kömürün hegemonluğuna son qoymuş, XIX əsrin 70-ci illərində öncə Qərbi
Avropa, ABŞ və Yaponiyada reallaşan sənaye intibahının məhək daşına çevrilmişdir. Bütün bu
sıçrayışlar neftin yeni mahiyyət və texniki keyfiyyətinin genişlənən təzahürü ilə bağlıdır. Sürətlə
planetin istehsal sferasını fəth edərək iqtisadi çevrilişlər törədən neftin spesifik xüsusiyyətlərini
ən geniş çevrədə öyrənilməsi tarixən aktual bir məsələ olmuşdur. Böyük neft erasının bitməsinin
dəqiq proqnozu olmadığı zəmanəmizdə də, bu aktuallıq davam etməkdədir.
Neft elminin predmetini onun yaranma, istehsal üsulu və hasilat tarixindən işlənməsi,
emalı və son istehlakına qədər bütün silsiləni təşkil edən axtarış və tədqiqatların
məzmunu təşkil
edir. İqtisadi üstünlüyü, bənzərsiz texniki keyfiyyəti ilə fərqlənən neftin planetar miqyasdakı
mahiyyət təzahürü ilə yanaşı, gənj müstəqil respublikamız üçün də müasir məqamda strateji
potensialı möhkəmləndirən əhəmiyyəti yüksəkdir. Məhz bu əhəmiyyəti ifadə edərək Azərbaycan
sanbalının mühüm iqtisadi komponenti, neft-qaz resurslarının işlənməsi, istismarı, bölgüsü,
istehsal və təkrar istehsalının optimal həcmini aramaq, rasional istifadə mexanizmlərini tapmaq,
elmin qarşısında öncül məsələ olaraq durur. Bu sahədə işlərin genişmiqyaslılığı, möhtəşəmliyi
müvəffəq nəticəliyi daim davamlı aspektdə inkişafı danılmaz faktdır. Sürətlə dəyişən siyasi
hadisələr, qlobal axın, iqtisadi gerçəkliklər, dərinləşən, daha çox sosiallaşan
bazar münasibətləri,
postindustrial cəmiyyət quruculuğunun aktivləşməsi fonunda, müasir dünya təsərrüfatının
mərkəzinin mikroprosessorlar, robotlar, sivlizasiyanın mühəndis dühasının nailiyyətlərinin
qabarıq zənginləşdirdiyi, internet texnologiyalarının hakim kəsildiyi indiki mərhələdə milli neft-
qaz sənayesinin inkişafının yeni kontekstdə öyrənilməsi, sahədə səmərəliliyin, iqtisadi və istehsal
artımın təmin edilməsi böyük zəruri əsaslar yaradır. Bu baxımdan bizim tədqiqatımızda da,
diqqətə gətirilən cəhətlərə istinad edərək qarşıya qoyulan məqsədlərə nailolmada müvafiq
kompleks məsələlərin araşdırılmasına təşəbbüs olunur. Bu reallığı öncə neftin texniki-iqtisadi
mahiyyəti, neft-qaz hasilatının tarixi inkişaf mərhələsində əsas meyllər və başlıca
amillərin
xarakteristikası, neftqazçıxarma sənayesinin dinamikasını əhatə edən göstəricilərin məqsədli
təyinat və tredli yanaşma sintezində, genetik və üfüqi rakusda təhlili, köhnə istismar sahələrində
ehtiyatlar potensialının qiymətləndirilməsi, yeni iqtisadi münasibətlər və inteqrasiyon proseslər
mühitində milli neftqazçıxarmanın inkişaf perspektivlərinin öyrənilməsi əks etdirir. Hesab
olunur ki, elmi-genetik baxış əsasında köhnə istismar sahələrində neftqazçıxarmanın müasir
inkişafını təmin edən iqtisadi parametrlərinin müəyyənləşdirilməsi, onun mənşəyi, keçdiyi yolun,
tərəqqi
templərinin tədqiqi, dünya neft industriyasının empirik nailiyyətləri və digər konyuktur
zəmani reallıqlarla uzlaşdırmada təhlil edilməsi daha səmərəlidir. Neftqazçıxarmanın iqtisadi
tarixinə retrospektiv və perspektiv mahiyyətdə yanaşma dialektik məntiq baxımından da iqtisadi
göstəricilərin statistik və dinamik vəhdətdə canlandıraraq təhlil predmetini daha dolğun əks
etdirməyə imkan verir.
Türk mənşəli isim kimi dünyanın bir çox məmləkətlərində neft, Avropa arealında isə
müasir məqamda petroleum adlanan, korbohidrogen tərkibli, təbii aqreqat halı maye strukturlu
olan üzvi maddənin tarixi qədim və zəngindir. Əsasən qonur-qara, sarı-yaşıl çalarlı, müxtəlif
konsistenli, uçucu və qaz qurluşlu
maddələri özündə cəm edən, çox zaman texniki
12
interpretasiyada dağ yağı və ya dağ qətranı da adlanaraq şərhi verilən neftin qəbul olunmuş
nəzəriyyəyə görə maqmatik proseslər nəticəsində yüksək temperatur və təzyiqin təsirilə çökmə
suxurlarında səpələnən üzvi maddələrin qalıqlarından əmələ gəlməsi ehtimal olunur. Lakin neftin
mənşəyi haqqında mübahisələr doğuran müxtəlif hipotetik yanaşmalar mövcuddur. Çağdaş
zamanda
tellurik qeyri-üzvi, kosmik, bitki qalıqlarından yaranış üzvi, heyvan qalıqlarından
yaranış üzvi qəbul edilən
dörd istiqamət əsas götürülür.
Vulkanik hərəkətlər nəticəsində, yüksək temperatur şəraitində buxar və karbon qazının,
kömür anhidridi və qələvi metalların qovuşması ideyasına köklənən tellurik qeyri-üzvi hipoteza
Q.Devi, D.Mendeleyev, P.Bertelo tərəfindən irəli sürülərək inkişaf etdirilmişdir. Kosmoqonik
hipotezaya (
İ.Kant, P.Laplas) görə isə neftin yaranışı yer qabığının dərinliklərində toplanan ağır
metalların yüksək təzyiq altında su çatlarını keçərək frmalaşması və karbohidrogen tərkibli
maddələrin qaz halından mayeyə keçidi kimi təzahürlərlə bağlıdır. A.Lekerye, C.Dobrenin və
başqalarının bitki qalıqlarından yaranış üzvi nəzəriyyəsinə görə torfun
qonur kömürə, onun daş
kömür və antrasitə keçidi, növbəti mərhələdə karbohidrogen ayrılmaları ilə neftin əmələ
gəlməsini şərtləndirir. Heyvan qalıqlarından yaranış üzvi hipoteza isə A.Enqelerin
təcrübələrindən sonra daha da möhkəmlənmişdir.
1
Neftin çox min illər öncə insana bəlli aşkarlığı sənaye epoxasına qədər onun axtarışını
xüsusi maraq obyektinə çevirməmişdir. Az-çox istifadəsi gərəkli sayılan bu yanacaq növünü
əvvəllər açıq su hövzəsinin səthindən toplamaqla, hopduğu əhəngdaşı, qumdaşını emal etməklə,
yaxud da dayaz quyulardan karxana üsulu ilə əldə etmişlər. Qədim əyyamlarda öncə mağara və
açıq çuxurlarda, palçıq vulkanlı ərazilərdə, mərcanlı zoloqlarda rast gəlinən neftin Hinddə,
Farsda, Çində, Malay arxipilağı və digər ərazilərdə mövcudluğü haqqında məlumatlar olmuş,
İncil hekayətlərində, Herodotun, Plutraxın və başqa antik alim
və tarixçilərin əsərlərində,
oçerklərdə əksini tapmışdır. Tarixi yaddaşlarda Şərq yürüşündə Makedoniyalı İskəndərin neftlə
yanan çıraqla tanışlığı da izini qoymuşdur. Erkən tarixi mərhələdə qədim Misirdə, Çində duz
axtarışında quyu qazıntısı bir neçə yüz metrləri aşaraq yerin daha dərin qatlarını fəth etmişdir.
Belə axtarış işləri digər sivilizasiyalı ərazilərdə də min illər öncə mövcud olaraq öz təbii təkamül
ahəngində tərəqqi bulmuşdur. Orta əsrlərdə neftin məişətdə, təbabətdə, şəhər təsərüfatında,
konkret olaraq Sisiliyada ondan çıraqların yandırılmasında, XVIII əsrdə Genuyada hətta
küçələrin işıqlandırılmasında, Şimali Amerikada Hindu qəbiləri dərin olmayan quyulardan
çıxarılan nefti «Seneki», indiki Çexiyanın ərazisi olan boylar ölkəsi Bohemiyada «Kvirinus»
adlanan yağı müalicəvi vasitə kimi istifadə etmişlər. Lakin hadisələrin bu müstəvidə daha
dinamik inkişafı XIX yüziilliyə təsadüf edir. 1826-cı ildə ABŞ-da duz axtarışı üçün qazılan
quyunun neft verməsi hadisəsini isə okeanın bu tayında-Şərqdə min illər məlum olan maddənin
təsadüfi kəşfi kimi qiymətləndirmək də olar.
Bununla belə, qeyd etməliyik ki, məhz Amerikada
aşkarlanan neft onun sənaye baxımından dəyərləndirməsində mühüm amil olmuşdur. Bir neçə on
illik, sonra isə neftin böyük axtarışı daha dərin mətləbli maraqları cəlb etmişdir.
Qərbi Penselvaniya düzündə 1859-cu ildə polkovnik Dreyk artezan üsülü ilə qazma
apararaq neft aşkarlamış və eynən neft adlanan yeni həyəcanın təməlçisinə çevrilmişdir. Rus neft
tarixini tədqiqat səhifələrində qeyd olunur ki, elə bu ərəfədə Kubanda Kudaka çayı hövzəsində
1
http://www.intertek.ru
, http://www.petroleum-economist.com., www.worldoil.com. - Н. Hofer (
Гёфер),
"Das Erdol (
Petroleum) und seine Verwandten. Geschichte, physikalische und chemische Beschaffenheit,
Ursprung, Auffindung und Gewinnung des Erdols" (
Bена, 1888); Boverton Redwood, "Petroleum: a
treatise on the geographical distribution and geological occurrence
of petroleum and natural gas; the
physical and chemical properties, production and refining of petroleum and ozokerite; the characters and
uses, testing, transporl and storage of petroleum products; and the legislative enactments relativy thereto;
together with a description of the shale oil and allied industries" (
2 тома, Л., 1896); A. Caccord, "Le
petrole, l'asphalte et le bitume au point de vue geologique" (
Пар., 1896); К. Nelson Boyd, "Petroleum: its
development and uses" (
небольшой томик, Л., 1896); Veith, "Das Erdol".