9
tətbiqinin
genişləndirilməsində, səmərəli fəaliyyətin təcəssümündə fərqli xüsusiyyətləri ilə
seçilir. Müstəqil olduğu qədər də səhmdarların daimi nəzarətində olmaq, ümumi mənafelərdən
çıxış etmək səmərəli fəaliyyətin rəhnidir.
Köhnə istismar sahələrində iqtisadi artımın intensiv və
ekstensiv variantlarla təmin edən
istismar recimi arxada qalsa da, transformasiya mərhələsində yeni problematik situasiyalar
yaranmış, tənəzüllülü meyllər, ressesiya artaraq daha da dərinləşmişdir. Elmi axtarışlar sübut
edir ki, vəziyyət çıxılmaz deyildir. Sahənin
ahəngdar iş reciminə keçidi, sabitliyin təminatı,
iqtisadi artıma nailolma imkanları yetərlidir. Digər tərəfdən, müasir texnoloji-iqtisadi
gerçəkliklər sahəvi arealda yeni perspektivli yataqların aşkarlanması imkanlarını da artırmışdır.
Neftqazçıxarma sənayesində mövcud vəziyyətin respublika iqtisadiyyatına, onun
tərəqqisinə əsaslı təsiri vardır. Gerçəklik ondan ibarətdir ki, neftqazçıxarma sənayesi
iqtisadiyyatın bütün strukturunda hərəkətverici qüvvəyə malikdir. Müasir milli iqtisadiyyatın
barometri və indikator göstəricisi bu gün yetərli nisbətdə neftqazçıxarma sənayesi ilə bağlıdır.
Respublikanın
elmi-texniki, istehsal potensialının dinamik tərrəqqisini
hazırda neftqazçıxarma
sənayesiz təsəvvür etmək çətindir. Məhz bu mühüm məntiqi meyar Azərbaycanın dövlət
müstəqilliyinin, milli və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində neft-qaz sənayesinin
bazar münasibətləri əsasında yenidən qurulmasını, onun dirçəlişinin, inkişafının davamlı təmin
edilməsini obyektiv zərürətə çevirir.
Yeni iqtisadi sistemə keçidin arxada qalmış ilk onillik mərhələsi ərzində və ondan əvvəlki
tarixi məqamlarda köhnə yataqlarda səmərəlilik, islahatların praqmatik
konseptual məzmunda
işlənməsi, iqtisadi artımın təminatı, sahəvi spekterdə digər müvafiq bağlı problemlərin tədqiqi
nisbi ölçüdə az öyrənilən predmet mövzulardan olmuşdur. Azərbaycanın müstəqil dövlətçilik
statusunun əldə edilməsilə neftqazçıxarma sənayesində ümumi iqtisadi problemlərin
öyrənilməsinə, tədqiqinə yeni keyfiyyət dəyişiklikləri gətirilmişdir. Köhnə iqtisadi və ideoloji
sistemin dağılması, onun liberal dəyərlər əsasında bazar iqtisadiyyatı ilə əvəzləşməsi problemin
həllinə daha əlverişli çığırlar açmışdır. İndi daha çox strateji, uzaqhədəfliyi ilə seçilən, elmi
əhəmiyyət kəsb edən məsələnin həlli geniş tədqiqatını və əməli tətbiqini gözləyir. Yeni
geopolitik vəziyyət problemi geniş elmi-tədqiqat obyektinə çevirərək aktuallığını artırır. Bu
baxımdan köhnə neft yataqlarında səmərəliliyin, sabitliyin, iqtisadi artımın təminatının
metodoloji və metodik aspektlərinin müəyyən olunması, potensial və resurslardan rasional
istifadə,
maliyyə möhkəmliyi, iqtisadi çevikliyin yüksəldilməsi, sahədə yeni bazar
münasibətlərinin formalaşması, neft hasilatının və ümumilikdə neft industriyasının digər strateji
və taktiki elmi səciyyə
daşıyan prinsipal prioritetləri tədqiqat mövzusunun seçilməsini
şərtləndirir.
Ötən iki əsrin qovşağında Azərbaycan neft sənayesini əhatə edən elm formalaşmağa
başlamışdır. Dünya neft elminin, xüsusən də Sovetlər İttifaqında neft sahəsi ilə bağlı elmlərin
inkişafında Azərbaycanın, onun alimlərinin xidmətləri yüksək pillədə olmuşdu. Respublika
alimləri neft-qaz yataqlarının axtarışı, kəşfi, işlənməsi neftqazçıxarma istehsalının texnologiyası
sahəsində möhtəşəm
işlər görmüş, sahənin problemlərini xarakterizə edən sanballı nəticələr əldə
edilmiş, müvafiq elmi-tədqiqat və təhlil işlərini reallaşdırmışdır. Akademik A.X.Mirzəcanzadə
ötən yüzillikdə və müasir mərhələdə neft-qaz sənayesinin texniki-texnoloji iqtisadi məzmununun
kompleks öyrənilməsində ön mövqeyində dayanan tədqiqatçılardan biri kimi yeni iqtisadi
sistemə keçiddə də sahənin ümumi problemlərinin tədqiqində konseptual fikir müəlliflərindən
ilki olmuşdur. Alimin son onillikləri əhatə edən tədqiqatları, dünya elminə töhfə sayılan çoxsaylı
əsərləri, Azərbaycan neft-qaz sənayesinin müasir dövrünün təhlili, XXI əsr üçün proqnozları
neftqazçıxarmanın ümumi problemlərinin həllində metodik nəzəri proqram statusunu diqqətə
gətirir. Qloballaşma, neft biznesi, geosiyasi maraqlar tarixi iqtisadi faktorlar,
beynəlxalq təcrübə,
standartlar, neft iqtisadiyyatında liderlər, milli neft strategiyası üzrə mülahizələr alimin
tədqiqatlarında araşdırılmış, konkret faktlarla işıqlanmışdır. Bütün bunlar isə təqdim olunan
tədqiqat əsərində mühüm mənbə kimi əsas götürülərək istifadə edilmişdir.
10
Azərbaycan Milli Elmlər Akademiyasında, Dövlət Neft Akademiyasında, Yanacaq
Energetika Kompleksinə daxil olan müvafiq elmi-tədqiqat institutlarında, neft-qaz sənayesinin
inkişafı ilə bağlı respublika sərhədlərini aşan elmi və əməli əhəmiyyətli fundamental tədqiqatlar
yerinə yetirilmişdir. Azərbaycanın görkəmli neftçi alimlərinin, mühəndis və mütəxəssislərinin
tədqiqatları və praktiki fəaliyyətləri keçmiş Sovetlər İttifaqının, Qərbi Avropanın, Şimali
Afrikanın, Yaxın
və Orta Şərqin, Cənub-Şərqi və Uzaq-Şərqi Asiyanın neft-qaz sənayesinin
formallaşmasında yüksək xidmətliliyi ilə fərqlənmişdir. Neft-qaz hasilatının ümumi
problemlərilə bağlı tədqiqatlarda Ə.Ə.Əlizadə, S.A.Vəzirov, Ə.J.Əmirov, Ə.N.Əlixanov,
S.A.Orujov, Ə.İ.Tağıyev, Ə.B.Süleymanov, B.Ə.Hacıyev, E.M.Rüstəmov, X.B.Yusifzadənin
elmi araşdırmaları mühüm yer tutur. Neft-qaz sənayesinin inkişaf problemləri iqtisadçı alimlərin
də elmi axtarışlarının tədqiqat mövzusu olmuşdur. Elmi-texniki tərəqqi problemləri, sənayenin
strukturu investisiya, qazma, istehsal potensialından, yığım fondundan istifadə iqtisadi inkişafın
proporsiyaları və digər iqtisadi problemlər MEA-nın akademikləri A.A.Nadirov,
Z.Ə.Səmədzadə, MEA-nın müxbir üzvləri Ş.M.Muradov, A.Ə.Əliyev, Ə.X.Nuriyev, iqtisad
elmləri doktorları F.Ə.Fərəcov, Ə.Zərgərov, A.A.Ağayeva, A.Əlibəyova, Ş.M.Muradova,
Ş.A.Səmədzadə, A.Ş.Şəkərəliyev, T.Ə.Hüseynov, M.Ə.Axundov, N.Ə.Nəbiyev, H.Y.İsmayılov,
B.S.Xıdırov, M.J.Atakişiyev, S.K.Hüseynov, F.İ.İmanzadə, iqtisad elmləri namizədləri
Q.Ə.Səfərov, Ə.Ə.Ələkbərov, G.Y.Yüzbaşova, tədqiqatçı alim T.Ə.Paşayev və başqalarının
tədqiqatlarında əksini tapmışdır.
Hələ Sovetlər İttifaqının mövcudluğu vaxtından neft-qaz sənayesinin iqtisadi strukturu
geniş tədqiqat obyektinə çevrilmişdir. Bu sahədə iqtisadçı alimlər Y.B.Qalperson, Q.T.Budovoy,
V.A.Kaufman, A.A.Reznik, A.Q.Şapavalov, xüsusi olaraq təsərrüfatda yeni metodların tətbiqi və
planlaşdırmanın inkişafında S.M.Levin, V.İ.Trayver, A.V.Kuznetsov, P.F.Çernov, A.A.Fetisov
və başqalarının neft yataqlarının işlənməsi və sənayesinin rasional işlənməsində M.M.Sattarov,
A.Z.Kuzmin, L.İ.Suçkov, M.M.Vişinskiy,
səmərəlilik problemləri, N.S.Sapocnikov, İ.M.Broyde,
V.K.Vasilyevin xidmətləri yüksək olmuşdur. Neftqazçıxarma sənayesinin problemlərinin
öyrənilməsi dünya elmində dinamizmlə müşayiət olunan keyfiyyət dəyişikliklərinə uğrayır.
Keçid iqtisadiyyatını yaşayan təbii neft-qaz ehtiyatlarına malik dövlətlərdə isə problemin həlli
bazar prinsiplərinə uzlaşmada tədqiq edilir. Xüsusən rusiyalı alimlərin bu sahədə ümumiyyətlə
yanacaq-enerji kompleksinin yenidən təşkilində apardığı tədqiqatlar sanbalı ilə fərqlənir.
A.L.Arbatov, E.S.Kudinov, M.M.Broyde, A.İ.Perçik, M.Y.Ayzenberq, V.D.Lısenko,
A.L.Vasilenko, V.A.Kryukov, O.M.Yermilov, K.N.Milovidov, A.V.Yefimov və başqalarının
apardığı tədqiqatları neftqazçıxarma sənayesinin texniki-texnoloji, iqtisadi məsələlərinin, onun
yenidən təşkili, investisiya, neft biznesi, idarəetmə və sair mühüm strateji tədbirlərə həsr
edilmişdir. Neftqazçıxarma sənayesinin ümumi problemlərinin həllində xüsusi xidmətlərilə
fərqlənən yuxarıda istinad etdiyimiz alimlərin apardığı tədqiqat işlərinin əhəmiyyətini
yüksək
dəyərləndirərək səmimiyyətlə qeyd edirik ki, neftqazçıxarma sənayesində iqtisadi islahatlar,
səmərəlilik problemləri, iqtisadi artımın təminatının təsərrüfat mexanizmi məsələləri bazar şəraiti
xüsusən də, köhnə yataqlar kontekstində kompleks tədqiq edilməmiş, konkret tədqiqat obyekti
kimi öyrənilməmişdir. Müəllif xüsusi olaraq bir cəhəti vurğulayır ki, Azərbaycan Respublikası
müstəqilliyini əldə etdikdən sonra köhnə neft-qaz yataqlarını əhatə edən sahədə iqtisadi
islahatların, istehsalın iqtisadi-maliyyə problemlərinin yeni təsərrüfat quruculuğuna uyğun bazar
iqtisadiyyatı konteksində öyrənilməsi və eksklyüziv diapazonda tədqiqi
bu vaxtadək sistemli və
ətraflı işlənilməmiş ciddi elmi və əməli əhəmiyyət kəsb edən məsələ kimi həllini gözləməkdədir.
İlk dəfə olaraq mövcud
tədqiqat işində problemin həlli istiqamətləri yeni reallıqlar şəraitində
mümkün diapozonunda, geniş şəbəkədə elmi araşdırılmış, səmərəliliyə təsir edən çoxsaylı
amillərin təhlilinə cəhd edilmiş, iqtisadi artımı təmin edən müvafiq nəticələr əldə olunmuşdur.
Hasil olunan elmi nəticələr müasir dövrdə köhnə neft yataqlarını əhatə edən strukturun real bazar
subyektinə keçirilməsində, onun mobilliyinin, rəqabət qabiliyyətinin, rentabelliliyinin
artırılmasında, maliyyə dayanaqlığının, istehsal potensialının möhkəmləndirilməsində əməli
metodik vəsait kimi tətbiq imkanları yaradır.